Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
21:21 11/8/2020
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
“Fotoların Azərbaycana aidiyyatı yoxdur, təxribatdır“
“Ramiz Mehdiyev haqda yazılanlar sifarişlidir...”
Azyaşlı oğluna velosiped oğurlatdıran ata tutuldu
Rahib Nəbizadə əsassız qərar çıxarıb
Xırdalanda dələduz maklerlər peyda olub
Xırdalanda dələduz maklerlər peyda olub
Xırdalanda dələduzluqla məşğul olan mütəşəkkil dəstə peyda olub. Bu haqda Azerinfo.tv-yə Həsənov Vüsal Rafiq oğlu xəbər verib. O bildirib ki, O bildirib ki, mayın 6-sı, Xırdalanda, köhnə "Fresko", indiki "Grandmart" marketin arxasında, bir otağli həyət evi kirayə götürüb: " Axşam saat 22:00-23:00 radələrində evin sahibəsi Şahnaz xanımla həmin evdə görüşərək 1 aylıq ev kirayə pulun,180 AZN və şəxsiyyət vəsiqəsini ona verdim. Vəsiqəni kserokopiya edib,sabah qaytaracağıni dedi. Şahnaz xanımın yanında iki gənc oğlan da var idi. Şahnaz xanım, kim soruşarsa,evi maklerden götürdüyümü, onunla danışmadığımi ve ailəli olduğunu deyərsən tapşırığın verdi-"Narahat olma, problem yaranmayacaq,qohumlardan kimsə soruşa bilər" dedi. Şahnaz xanım evde ekranı sınmış televizoru iki oğlanla bərabər götürüb getdi. Sabahı gün, səhər saat 9-10 radələrində tanımadığım bir şəxs qapını döydü.Kim olduğumu soruşdu. Ailəliyəm,evi kirayə götürmüşəm, xahiş edirəm məni narahat etməyin dedim.Buna baxmayaraq həmin Ceyhun adlı şəxs evə girərək,məni evdən qovmağa cəhd elədi.Evin sahibi mənəm, evdən çıxmalisan dedi.Mən də evi kimdən götürmüşəmsə, açarı həmin adama verəcəyimi ve sonra çıxacağımi dedim. Qapını açarla bağlayıb, işimə getdim. Şahnaz xanımla da əlaqə saxlamağa çalışsam da,cavab vermirdi.Gunorta saatlarında, Şahnaz xanım,mənə nalayiq söyüşlərle səsli mesaj göndərdi. Evdə səs- küy saldığımı, evə qızları və oglan dostlarımı gətirdiyimi, qonşuların şikayət etdiyini dedi.Evin açarını dəyişmişəm, artıq evə qayıtma söylədi. Evdə mənə aid olan çanta, içərsində paltarım, çantanın cibində 800 azn pul, Nokia markali telefonum qaldı. Bunları etmədiyime görə, bildim ki, mənə oyun qurub,pulumun arxasina keçmək istəyirlər. 102 xidmətinə məlumat verdim, Abşeron polisinden məni çağırdılar, polisə gedərək, şikayət ərizəsi yazdım.Həmin Ceyhun adlı şəxs şikayət etdiyimi bildikdən sonra mənə zəng edərək, hədə- qorxu gəldi. Ondan şikayət etməyim deyə.İş Abşeron rayon polisinde təhqiqatçı Babək Hacıyevə verildi.Babək Hacıyev dedi ki,bir həftəyə bu dələduzlardan pulu və sənə aid olan əşyalarını alıb qaytaracam. Lakin sonradan Babək Hacıyevdən səs çıxmadı, telefonlarımı da götürmədi.İndi isə deyirlər ki, dələduzları mülki qaydada məhkəməyə ver. Məgər mən əmlakımı borc vermişəm? Əmlakım oğurlanıb. Bu cinayət işidir." Doğrudan da ,bunu edənlər dəstə halında isə nə məhkəmə? Azerinfo.tv olaraq məsələyə qayıdacağıq.
“Ola bilər, Eldar Mahmudova dədəsindən-babasından miras qalıb”
“Ola bilər, Eldar Mahmudova dədəsindən-babasından miras qalıb”
“Mən bir neçə dəfə maliyyə amnistiyası, gəlir deklarasiyası haqda mətbuata danışmışam, bu haqda qanunlar qəbul edilməlidir və icra olunmalıdır”. Dia.az-ın məlumatına görə, bunu “Azadlıq” radiosuna müsahibəsində Milli Məclisin deputatı Vahid Əhmədov söyləyib. Onun sözlərinə görə, gəlir deklarasiyası haqqında qanun var, amma icra edilmir, o normativ sənəd işlənib hazırlanmır. - Vahid müəllim, son zamanlar Azərbaycanda bir sıra icra başçıları, nazir müavini, idarə rəisi saxlanılıb, onlar korrupsiyada, külli miqdarda dövlət əmlakını mənimsəmədə ittiham olunur. Amma bəziləri hesab edir ki, icra başçılarının və ya başqa vəzifəli şəxslərin korrupsiyaya bulaşması məlum idi və son həbslər gecikmiş addım idi. Siz nə fikirləşirsiniz bu haqda? - Mən elə hesab etmirəm. Hər dövrün öz şəraiti var. O şəraitə uyğun olaraq da hərəkət edilməlidir. Dövlət başçısı müəyyən tövsiyələr verdi. Hələ bir il, ilyarım bundan qabaq icra başçılarına, həm yerli, həm də mərkəzi icra orqanlarına xəbərdarlıq etdi ki, özünüzü yığışdırın, problem yaratmayın, əhaliylə işləyin, əhalinin problemləri ilə məşğul olun. Amma görünür, bəziləri bundan ibrət götürmədi, işlərini davam etdirdilər və dövlət başçısı da tamamilə düzgün qərar qəbul etdi. O işlərini davam etdirənlər mütləq cəzalarını çəkməliydilər və adekvat olaraq həbslər həyata keçirildi. İndi mərkəzi icra orqanlarında yoxlamalar aparılır. Bir şey başa düşülməlidir. Azərbaycan 29 ildir müstəqil dövlətdir. Amma elə dövrlər, mərhələlər olub ki, Azərbaycanda korrupsiyaya, rüşvətə qarşı mübarizə aparmaq o qədər də əhəmiyyət kəsb etməyib. Çünki Azərbaycanın müstəqilliyini, sabitliyi qorumaq lazım olub. Bundan istifadə edənlər də həddən artıq çox olub. Xəbərdarlıq edilməsinə baxmayaraq, əməllərini davam etdiriblər. Mən hesab edirəm, dövlət başçısı, cənab İlham Əliyevin atdığı addım düzgündür. Kim bu yolla hərəkət etmək istəmirsə, yəni, korrupsiyadan, rüşvətdən əl çəkmək istəmirsə, istefa verib getməlidir. Düzdür, bizdə hələ o istefa mədəniyyəti yoxdur, axırıncı günə kimi kreslodan yapışacaqlar. Ancaq başa düşməlidirlər, bunun geci-tezi var. - Siz dediniz ki, məmurlara prezident səviyyəsində xəbərdarlıq edilib. Bəlkə elə xəbərdarlıq olunmadan, dərhal korrupsiyada suçlu bilinən məmurlar işdən uzaqlaşdırılmalı, cəzalandırılmalıydılar? - Doğru addım idi. Mən bayaq qeyd etdim, biz müstəqillik dövründə elə periodlardan keçmişik ki, hakimiyyətə basqınlar olub, kənardan müdaxilələr olub, Azərbaycanın dövlət müstəqilliyini məhv etmək istəyən dövlətlər olub. Amma indi şərait yetişib. Əvvəl Azərbaycanın iqtisadi şəraiti o qədər yüksək olmayıb, siyasi cəhətdən gərginliklər olub. İndi dövlət ayaq üstdə durub və qərar verilib ki, bu məsələni həll etmək, qurtarmaq lazımdır. - Belə iddialar da səslənir ki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə bağlı kadrlar korrupsiya suçlamaları ilə hakimiyyətdən uzaqlaşdırılır, təmizləmə aparılır. - O iddialar da var. Mən sizə açığını deyim, bunu Milli Məclisdə də hiss edirəm, digər təbəqələrdə də. O da ola bilər. Amma ümumi mövqe bir olmalıdır, o da Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır. Biz ölkənin müstəqilliyinin daimi və əbədi olmasını istəyiriksə, mübarizə aparılmalıdır. Üzdə şüar deyib, arxada başqa işlərlə məşğul olmaq olmaz. Müstəqilliyin daimi, əbədi olması üçün demokratik dövlət qurulmalıdır, rüşvət, korrupsiya olmamalıdır. Olsa da, bu, lap minimuma endirilməlidir ki, hiss edilməsin. - Korrupsiyada suçlanan məmurların hakimiyyət daxilində dəstəkçiləri, dayaqları varmı, Sizcə. Dəstək olmadan onlar... - Ona şübhəniz olmasın. Hiss olunur ki, son vaxtların kadr islahatlarını istəməyən kənar qüvvələr var. Onlar sabah məsuliyyətə cəlb olunmaqdan qorxurlar. Siz fikir verin də, istənilən biri rəhbər vəzifədən uzaqlaşan kimi milyonları, milyardları üzə çıxır. Haradandır bu vəsaitlər? Niyə bu qədər vəsait məndə yoxdur? Mən baş nazirin birinci müavini işləmişəm, baş naziri əvəz etmişəm, 10 ildən çox zavod direktoru, böyük müəssisələrin rəhbəri olmuşam. Amma bu adamlarda bu qədər pul haradan əmələ gəlir? Korrupsiya hallarıdır, istifadə ediblər. Bir də, mən bir neçə dəfə maliyyə amnistiyası, gəlir deklarasiyası haqda mətbuata danışmışam, bu haqda qanunlar qəbul edilməlidir və icra olunmalıdır. Gəlir deklarasiyası haqqında qanun var, amma icra edilmir, o normativ sənəd işlənib hazırlanmır. İnsanlar bilməlidir ki, qazandığı hər manat nəzarətdə olacaq. Ona görə maliyyə, əmlak amnistiyasına, gəlir bəyannaməsinə çox böyük ehtiyac var. - 15 ildir gəlir bəyannaməsi ilə bağlı qanun qəbul edilsə də, qaydalar işləmir. Sizcə, buna səbəb nədir? - Dövləti idarə etmək - mən idarəçilikdə iştirak edən adamam, – elə asan məsələ deyil. Xarici təzyiqlər var, daxili təzyiqlər var. Dövlətin müstəqilliyinin qorunması üçün iqtisadi amillər vacibdir. Bu da Azərbaycanda indi yaranır, son iki-üç ildir. Bundan qabaq yox idi axı, təzyiqlər güclü idi və s. İndi imkan var, bu problemlər həll edilməlidir. Azərbaycanda rüşvət, korrupsiya halları aradan qaldırılmalıdır. - Məmur övladlarının əmlakları son günlərdə medianın gündəmindədir. Böyük Britaniyada təxminən 100 milyonluq əmlakı olduğu üzə çıxan keçmiş nazir Eldar Mahmudovun övladları deyib ki, bu varidat onlara babalarından qalıb. Bu mümkündürmü? Eldar Mahmudov da nazir olub və vəzifəyə gələndə... - Ola bilər, Eldar Mahmudova dədəsindən-babasından miras qalıb. Çar Rusiyası dövründə Azərbaycanda kifayət qədər varlı adamlar, neft maqnatları olub. Amma bu araşdırılmalıdır, həqiqətən də vəsait oradanmı qaynaqlanır. Bunu araşdırmaq böyük iş deyil. İstənilən ekspertlər, beynəlxalq maliyyə qurumları araşdıra bilərlər. Amma hesab edirəm ki, bu məsələləri kənara qoymaq lazımdır. İndiki dövrdə pandemiya var, başqa siyasi proseslər baş verir, 2021-ci ildə yeni düzən yaranacaq. Ona görə həmin vəsaitləri ölkəyə gətirmək lazımdır, burda iş yerləri açılmalıdır, zavodlar-fabriklər tikilməlidir. Bununla bağlı qanun qəbul edilməlidir. Bu yaxınlarda çox hörmətli (iqtisadiyyat naziri) Mikayıl Cabbarov prezidentə məruzə edəndə bu məsələ üzərində işləndiyini dedi. Bunlar lazımdır, dövlət üçün, millət üçün lazımdır. - Maliyyə amnistiyasını nəzərdə tutursunuz? - Bəli. Maliyyə, əmlak amnistiyasına çox böyük ehtiyac var, nə qədər tez olunsa, o qədər yaxşıdır. Düzdür, qanun qəbul olunsa, deyiləcək ki, bu, qaçaqmalçılıqda, narkoticarətdə istifadə edilə bilər və s. Ona görə də o vəsait Azərbaycanda yalnız investisiya şəklində istifadə oluna bilər. İkincisi də, xaricdə vəsaiti olanlar başa düşməlidir ki, onlara moratoriumlar, həbslər qoyulur, ondan istifadə edə bilmirlər. Bunu başa düşməlidirlər.
Vakansiyaların gizlədilməsi ilə bağlı sorğuların 75%-i əsassız olub - Təhsil Nazirliyi
Vakansiyaların gizlədilməsi ilə bağlı sorğuların 75%-i əsassız olub - Təhsil Nazirliyi
Təhsil müəssisələrində gizlədilmiş vakansiyalarla əlaqədar ötən dövrlərdə edilmiş müraciətlərin araşdırılması nəticələrinin təhlili göstərir ki, həmin sorğuların təqribən 75%-i əsassız xarakter daşıyıb. Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib. O qeyd edib ki, geridə qalan illər ərzində ictimai nəzarətin dəstəklənməsinin nəticəsidir ki, məktəblərdə vakansiyaların gizlədilməsi halının gələcək perspektivi çox aşağıdır. Nazirlik rəsmisinin sözlərinə görə, ən ciddi çatışmazlıq vakant yerlərin gizlədilməsi ilə əlaqədar vətəndaşlarda daim narahatlığın olmasıdır. Müxtəlif dövrlərdə vətəndaş müraciətlərinin araşdırılaraq tədbir görülməsi istiqamətində İnsan Resursları Mərkəzi tərəfindən işlər görülüb: "Nümunəvi vətəndaşların sayıqlığı sayəsində neqativ halların əksəriyyəti aşkara çıxarılır. Yerli təhsili idarəetmə orqanlarında ali dəyərlərə xidmət etmək istəyən çalışqan əməkdaşların olması və onların sıralarının mütəmadi genişlənməsi sevindirici haldır. Gizlədilmiş vakansiyalarla əlaqədar araşdırma prosesində həmin əməkdaşlarla birgə fəaliyyətdə olmaqdan məmnunluq hissi duyarıq. Çalışdığı rayon (şəhər) üzrə gizlədilmiş vakansiyalarla əlaqədar vətəndaş müraciətlərinin dinlənilməsi, araşdırılması və nəticəsi barədə şikayət müəllifinə məlumat verilməsi sahəsində İRM ilə əməkdaşlıq istəyində və marağında olan yerli təhsili idarəetmə orqanlarındakı dəyərli həmkalarımız öz adlarını təqdim edə bilərlər".
Sosial şəbəkələrin hüquqi tənzimlənmə
Sosial şəbəkələrin hüquqi tənzimlənmə
Almaniyada sosial şəbəkələrlə bağlı müzakirələr, sosial şəbəkə operatorları qarşısında öhdəlik qoyulması məsələsi hələ 2017-ci ildə başlamışdı və "Sosial şəbəkənin mühafizəsi haqqında qanun” qəbul edilmişdi. Bu "Facebook"la Almaniya hökuməti arasında 14 ay davam edən uzun müzakirələrdən, danışıqlardan sonra mümkün oldu. Almaniya hələ o vaxt anlayırdı ki, sosial şəbəkələrdə hüquq və qanunun mövcudluğu, cinayətkarın identifikləşdirilməsi, effektiv cinayət təqibi sosial şəbəkə operatorları qarşısında öhdəliklər qoymadan, onların iştirakı olmadan mümkün deyil. Bu proses sadəcə qanun qəbul etməkdən ibarət deyil, qanunu işləyib, yazmaq asandır. Qanun qədər vacib olan onun işləkliyidir. Bizdə isə hələ də bəzi şəxslər məsələni bilmədən, araşdırmadan iddia edirdilər ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi mövcuddur və bu məsələlər bütövlükdə qanunvericilikdə tənzimlənir, əlavə nəyəsə ehtiyac yoxdur. Xeyr, qətiyyən elə deyil! Baxın, bizim Cinayət Məcəlləsinin 148-1-ci maddəsi işləmə mexanizmi olmayan, deyərdim ki, ölü bir maddədir! Çünki sual olunmalıdır ki, sosial şəbəkədə saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atan və ya təhqir edən şəxsi necə identifikləşdirəcəyik? Kifayət qədər çətindir bu. Biz bunu düşünməliyik. Almaniya artıq bu məsələlərin real həllinə yönəlib. Mən 2017-ci ildən "Sosial şəbəkənin mühafizəsi haqqında” Almaniya Parlamentində gedən müzakirələri dinləyirəm. Bu gündə mövzu üzrə müzakirələr davam edir, çünki sosial şəbəkələr qarşısında daha ciddi öhdəliklər nəzərdə tutan yeni qanun layihələri Parlamentin müzakirəsinə qısa müddət öncə təqdim olunub. Bir çox pro və kontra arqumentlər var. 2017-ci ildə qəbul edilmiş qanun 2 milyondan artıq istifadəçi qeydiyyatdan keçmiş bütün sosial şəbəkə operatorları üçün nəzərdə tutulub. 6 maddədən ibarət qanunda əsas 3 məsələ öz əksini tapır: 1. Hesabat təqdim etmə öhdəliyi Qanunun 2-ci maddəsinə əsasən, il ərzində 100-ə qədər hüquqazidd tərkibli paylaşımlar barədə şikayət qəbul edən hər bir sosial şəbəkə operatoru alman dilində ildə iki dəfə olmaqla hesabat təqdim etməlidir. Hesabatın təqdim edilməməsinə, vaxtında və ya düzgün olmayan şəkildə, natamam təqdim olunması və ya internet platformasında vaxtında yerləşdirilməməsinə görə 500.000 avro məbləğində cərimə tətbiq edilir. Hesabatda ümumi görülən işlər, sosial şəbəkə operatorunun cinayət tərkibli əməl barədə öz platformasında gördüyü tədbirlər, şikayət etmə mexanizmləri, şikayətlərin araşdırılması üçün mövcud olan kadr potensialı, kadrların dil bilmə bacarığı, şikayətlərin sayı, qanunazidd məzmunlu paylaşımın şikayət əsasında silinmə / bloklanma sayı, şikayətin daxil olma vaxtı ilə və s. kimi məlumatlar yer alır. 2. Hüquqazidd məzmunlu paylaşımlar barədə şikayətlərin idarə olunması Sosial şəbəkə operatoru istifadəçilər üçün rahatlıqla tapıla bilən, görülə bilən yerdə yerləşdirilmiş və daim mövcud olan hüquqazidd məzmunlu paylaşımlar barədə şikayət etmək imkanı yaratmalıdır. Şikayət daxil olduqdan sonra açıq şəkildə qanunazidd məzmunlu paylaşım 24 saat ərzində silinməlidir, ümumilikdə isə 7 gün ərzində silinməlidir. Bəzi hallarda bu müddət uzadıla bilər. 3. Qanunun tələblərinin pozulmasına görə cərimə Məsələn, hesabatın vaxtında və ya düzgün olmayan şəkildə və ya natamam təqdim olunması, internet platformasında vaxtında yerləşdirilməməsinə görə 500.000 avro məbləğində cərimə tətbiq edilir. Şikayət etmə imkanının lazımınca tanınmamasına görə 5 milyon avroyadək cərimə nəzərdə tutulur. Qeyd edim ki, "Facebook"dan 2019-cu ilin birinci yarısı üçün təqdim edilən hesabata əsasən, istifadəçilər tərəfindən 1050 nifrət oyadan rəy şikayət kimi bildirilmiş, bunlardan yalnız 349-u silinmişdir. Hesabat dövrü ərzində "Facebook" tərəfindən 160.000 hüquqazidd məzmunlu paylaşım bloklanıb silinmişdir. Almaniya Ədliyyə Nazirliyi "Facebook"un hesabatını təhlil etdikdə, təqdim edilən rəqəmlərdə uyğunsuzluq olduğunu aşkar etmiş, silinən paylaşımların həqiqətən nifrət oyadıcı paylaşım sayı ilə uyğun gəlmədiyini əsaslandırmış və 2019-cu il iyul ayında "Facebook"u 2 milyon avro cərimələmişdir. Bundan başqa, 2017-ci ilə aid qanunun tətbiqi təcrübəsi göstərmişdir ki, sosial şəbəkə operatorları tərəfindən qanunazidd paylaşımların sadəcə silinməsi / bloklanması, HMO-nın bu növ məlumatlara çıxışının olmaması və cinayət tərkibli paylaşımlar edən sosial şəbəkə istifadəçiləri barədə məlumatsız olması, tədbir görə bilməməsi və sonda bu cinayətlərin cəzasız qalması nəticəsində sosial mediada elə bir təəsürat yaranıb ki, internet mühitində heç bir qanun işləmir. Nəticədə qısa müddət sonra “Sağ ekstremizmlə və nifrət cinayətlərinə qarşı mübarizə haqqında” (19 fevral 2020) və 2020-ci ilin mart ayında “Sosial Şəbəkənin mühafizəsi haqqında qanuna dəyişikliklər haqqında” (31 mart 2020) yeni qanun layihələri, hansı ki, sosial şəbəkə operatorları qarşısında daha tutarlı öhdəliklər, daha sərt tələblər qoyur, Almaniya hökuməti tərəfindən Bundetaga təqdim edilmişdir. Yeni qanun layihələri ilə Almaniyada Sosial şəbəkələrdə cinayət tərkibli paylaşımlar edən sosial şəbəkə istifadəçisinə məxsus şifrələr xüsusi ağırlaşdırıcı hallarda məhkəmə qərarı əsasında Federal Kriminal İdarəyə bildirilməli olacaq. Federal Kriminal İdarə isə aidiyyəti üzrə müvafiq yerli hüquq mühafizə orqanlarına bu məlumatları ötürə biləcək. Bu, o deməkdir ki, yaxın gələcəkdə sosial şəbəkə operatorları cinayət məsuliyyətinə səbəb olan hərəkətlər barədə məlumatları HMO-na ötürən yeni və süni zəkaya əsaslanan sistemlər (cinayət tərkibli paylaşımı ortaya çıxaran) inkişaf etdirməlidirlər. Məsələn, indiyədək üsyana çağırış (almanca: Volksverhetzung) cinayət tərkibi olan paylaşımlarla bağlı HMO əvvəllər MLAT (qarşılıqlı hüquqi yardım müqaviləsi - mutual legal assistance treaty) əsasında uzun davam edən prosedurdan keçməli və daha sonra qanunazidd paylaşım edən istifadəçinin İP-adresini, elektron poçt ünvanını əldə edə bilirdi. Sual oluna bilər ki, hansı hallarda sosial şəbəkə operatorları Federal Kriminal idarəyə məlumat verməlidir. “Sağ ekstremizmlə və nifrət cinayətlərinə qarşı mübarizə” adlı yeni qanun layihəsinin 6-cı maddəsi "Sosial şəbəkənin mühafizəsi haqqında" qanuna 3A maddəsinin əlavəsini nəzərdə tutur. Həmin maddədə qeyd edilir ki: 1. Sosial şəbəkə operatoruna şikayət olunan cinayət tərkibli paylaşım 2. Sosial şəbəkə operatorunun özünün sildiyi və blokladığı qanunazidd paylaşım 3. Aşağıdakı qeyd edilən cinayət tərkibli paylaşımlar - Almaniya CM 86-cı maddə – konstitusiyaya zidd olan təşkilatların propaqanda vasitələrini yaymaq - Almaniya CM 86a maddə – konstitusiyaya zidd olan təşkilatların emblemlərindən, işarələrindən istifadə etmək - Almaniya CM 89a maddə – Dövlət təhlükəsizliyinə yönəlmiş ağır cinayətə hazırlıq - Almaniya CM 91-cı maddə – Dövlətin təhlükəsizliyinə yönəlmiş ağır cinayətə dair təlimatlandırma - Almaniya CM 126-cı maddə – cinayət təhdidi ilə ictimai asayişi pozmaq - Almaniya CM 129-cı maddə – cinayətkar qruplaşma yaratmaq - Almaniya CM 129b maddə – terror qruplaşması yaratmaq - Almaniya CM 130-cı maddə – xalq arasında fitnə / üsyana təşviq - Almaniya CM 131-cı maddə – zorakılıq - Almaniya CM 140-cı maddə – cinayət əməlini mükafatlandırma/ həvəsləndirmə və təşviq - Almaniya CM 184b və 184d maddələri – uşaq pornografiyası saxlamaq, yaymaq və ya əldə etmək. İnformasiya vasitələrindən, sosial şəbəkələrdən istifadə etməklə uşaq pornografiyası materiallarını yaymaq və ya ona baxmaq. - Almaniya CM 241-ci maddə – ölümlə təhdit etmə, seksual müqəddəratı təyin etmək, fiziki toxunulmazlıq və şəxsin azadlığını təhdit etmə Qeyd edilən cinayət tərkiblərindən hər hansı birini özündə ehtiva edən paylaşım sosial şəbəkə operatoru tərəfindən HMO-na bildirilməlidir. Əlbəttə ki, bu kifayət qədər çətin, eləcə də uzun prosesdir və sadəcə qanun qəbul etməklə bu növ münasibətlərin hüquqi tənzimlənməsi, ən əsası isə cinayətkarın məsuliyyətə cəlb edilməsi mümkün deyil. Onu anlamalıyıq ki, sadəcə qanun qəbul etməklə həll olunmur və müvafiq sosial şəbəkə operatorları ilə bu sahədə əməkdaşlıq əsas şərtlərdən biridir. Necə ki, yerli jurnalistlər, qəzetlər və ya digər media qurumları qanunlara, cinayət hüquq normalarına əməl etməlidirsə və hər kəs qanun qarşısında bərabərdirsə, eyni zamanda nəhəng konsernlər "Facebook" və digərləri də bu tələblərə əməl etməlidir. Bu, artıq beynəlxalq təcrübədə var, məsələn Almaniya. Dünyada tamamilə yeni təcrübədir. Cinayət törədənin mütləq məsuliyyətə cəlb edilməli olması prinsipi, nifrət oyadan paylaşımların fikir azadlığını məhdudlaşdırması, insanların müzakirədən çəkinməsi, nəticədə internet dünyasının hüquqi və qanuni tənzimləmədən kənarda qalmamalı olması əsas arqumentlər kimi irəli sürülərək prosesdə uğur qazanılıb. Eyni zamanda, bu uğur Almaniyada "Facebook"un gəlirləri, istifadəçi sayı və digər ciddi təzyiqlər nəticəsində əldə edilə bilib. 2017-ci ildə Almaniya Parlamentində qanun layihəsi müzakirə olunarkən, Almaniyanın ovaxtkı ədliyyə naziri, indi xarici işlər naziri olan Heiko Maas çox maraqlı bir ifadə işlətmişdi: “bu sahədə edəcəyəmiz ən pis şey, heç bir şey etməməkdən daha yaxşıdır”. Bu barədə düşünməyə dəyər! Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nurlan Həsənov Azvision.az
"Unutmaq olmaz ki, ermənilərin hədəflərindən biri Naxçıvandır"
İşğalçı Ermənistan ordusunun bölmələri Azərbaycana qaşrı təxribatları davam etdirir. Diqqətçəkən budur ki, işğalçı ölkə davamlı şəkildə Azərbaycanla həmsərhəd bölgələrdə gərginliyi tətikləyir. Qazax rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində Azərbaycan əsgərinin şəhid olmasının ardınca Naxçıvan istiqamətində də gərginlik artıb. Belə ki, Ermənistan ordusu mövqelərini irəli çəkmək istəyib. Məlumata görə, düşmən öz mövqelərini Azərbaycan ərazilərinə doğru dəyişməyə cəhd göstərərkən ona tutarlı cavab verilib. Bildirilir ki, Azərbaycan hərbçiləri Naxçıvan istiqamətində Ermənistan Ordusunun tabor komandirinin “Nissan Patrol” markalı avtomobilini vurublar. “AzeriDefence”nin məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz “Facebook” səhifəsində yazıb. Qeyd edək ki, “Qraparak” qəzetinin məlumatına görə, hadisə mayın 27-də Naxçıvan istiqamətində – 2018-ci ildə Azərbaycanın mövqelərini irəli çəkdiyi Günnüt yüksəkliyi istiqamətində baş verib. Ermənistan Müdafiə Nazirliyindən sürücünün avtomobili tərk etdiyini və maşının tamamilə yandığını bildiriblər. Lakin itki barədə məlumat verilmir. Düşmən ənənəsinə sadiq qalaraq yenə də Azərbaycan tərəfini günahlandırmağa cəhd göstərib. Heç şübhə yoxdur ki, bunun ardınca ermənilər yanmış maşının fotoları ilə birgə beynəlxalq təşkilatlara və həmsədrlərə şikayət ünvanlayacaqlar. Ancaq heç kim araşdırmayacaq ki, Azərbaycan əsgəri nədən Ermənistana məxsus avtomobilə atəş açıb. Xatırladaq ki, 2018-ci ilin may ayının sonlarında, elə bu günlərdə Naxçıvan MR-dəki Əlahiddə Ümumqoşun Ordusu əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndini, “Ağbulaq” yüksəkliyini, Qızılqaya dağını, Qaraqaya dağını azad etmişdi. Həmçinin Azərbaycanın tarixi torpaqları olan Dərələyəz mahalının Arpa kəndi ordumuzun nəzarəti altına alınmışdı. Döyüşlər nəticəsində, ümumi olaraq, 11.000 hektarlıq ərazi azad olunmuşdu. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Adil Tatarov hərbi əməliyyatlar zamanı şəhid olmuşdu. Ermənistan rəhbərliyi əməliyyatın uğurlu nəticəsini uzun müddət etiraf etməsə də, sonradan həqiqəti dilə gətirməyə vadar oldu. Lakin həmin dövrdə həmsədrlər Azərbaycanı ittiham etməklə növbəti dəfə işğalçının tərəfində olduqlarını nümayiş etdirdilər. Heç şübhəsiz Ermənistan ordusu Günnüt istiqamətindəki mövqelərini bərpa etmək üçün bu günlərdə növbəti təxribata əl atıb. Digər bir məqam da var. Naxçıvanda yeni tip raketlərin yerləşdirilməsi xəbərlərindən sonra düşmənin fəallaşması yəqin ki, təsadüfi deyil. Mümkün müharibə halında Naxçıvan istiqamətindən ikinci cəbhənin açılması da düşməni qorxudur. Üstəlik, ortada Türkiyə amili var. Rəsmi İrəvan həm təxribatlara əl atır, həm də vaxtaşırı həyəcanını açıq şəkildə biruzə verir. Hətta Ermənistanda 1921-ci il Moskva Müqaviləsinin ləğvi, Naxçıvanın onlara verilməsi (!) istiqamətində də həyasızlıqlar davam edir. Qeyd edək ki, Azərbaycan strateji əhəmiyyətli Naxçıvan bölgəsində özünün hərbi iştirakını artırmaqda, Əlahiddə Ümumqoşun Ordunu ən yeni, dağıdıcı və yüksək dəqiqlikli silah sistemləri ilə təchiz etməkdə davam edir. Ordu.az bu günlərdə xəbər vermişdi ki, ABŞ-ın Ceymstaun Araşdırma Fondunun (“Jamestaun Foundation”) saytında dərc edilmiş məqalədə bu barədə bəhs olunub. Müəllif Can Kasapoğlu qeyd edib ki, Bakı Naxçıvandakı qüvvələrini gücləndirmək üçün genişmiqyaslı səylərə hazır olduğunu nümayiş etdirir. Bunun növbəti sübutu isə strateji əhəmiyyətli anklavda Türkiyədən alınan ən yeni və yüksək dəqiqlikli TRG-300 “Kaplan” 300-millimetrlik reaktiv yaylım atəşi sistemlərinin yerləşdirilməsidir. Həmin silahlar Azərbaycan Müdafiə Nazirliyinin “YouTube” kanalında mayın 2-də yerləşdirilmiş və Naxçıvan qarnizonunda silahların, hərbi texnikanın yay rejiminə keçirilməsi barədə süjetində gözə dəyir. Müəllif qeyd edib ki, “Roketsan” şirkəti tərəfindən istehsal edilən TRG-300 “Kaplan” reaktiv yaylım atəşi sistemi Türkiyənin 300 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin son versiyasıdır. Bu sistem kifayət qədər yüksək dəqiqlikli raketlər buraxır, “Kaplan” raketlərinin hədəfdən ehtimal olunan dairəvi yayınması 10 metrdən də azdır. Raketlər GPS sistemi ilə dəstəklənir, 105 kiloqram ağırlıqlı döyüş başlığına malik olan “Kaplan” raketinin radiusu 120 kilometrdir. Lakin raketin daha dağıdıcı döyüş başlığına malik olan versiyası da var. Belə ki, 190 kiloqramlıq döyüş başlığı daşıyan “Kaplan” raketi 90 kilometrdən hədəfi vura bilir, bu zaman hədəfdən mümkün yayınma 80 metrə qədər çata bilər. Amma bu ehtimal olunan yayınmanı raketin yüksək dağıdıcı gücü kompensasiya edir. **** Qeyd edək ki, Azərbaycan bundan əvvəl Türkiyədən 300-millimetrlik “Kasırğa” reaktiv yaylım atəşi sistemləri alıb və həmin sistemlərdən bir qismini Naxçıvanda yerləşdirib. İndiki halda “Kaplan” raketlərinin Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına daxil edilməsi şübhəsiz ki, Naxçıvanda dislokasiya olunmuş ordu hissələrinin döyüş qabiliyyətini daha da gücləndirmiş olur. İndiki halda “Kaplan” raketlərinin hər iki variantı Yerevana və Ermənistan ərazisindəki strateji hədəflərə birbaşa zərbə endirməyə imkan verir. O cümlədən “Kasırğa” raket sistemləri də bu imkanı Azərbaycan ordusuna yaradırdı. Habelə Naxçıvanda “Smerç” reaktiv yaylım atəşi sistemləri də daxil olmaqla digər reaktiv sistemlər də yerləşdirilib. O cümlədən Azərbaycanın İsraildən aldığı yüksək dəqiqlikli “Lora” əməliyyat - taktiki raketlərinin də Naxçıvanda yerləşdirildiyi məlumdur. Can Kasapoğlu da yazıb ki, Naxçıvan Qarabağda alovlana biləcək mümkün irimiqyaslı hərbi əməliyyatlar zamanı hücum üçün ikinci istiqamət rolunu oynaya bilər. Belə ki, bu hücum iki mümkün variantda baş verə bilərdi. Azərbaycanın Naxçıvanda dislokasiya olunmuş Əlahiddə Ümumqoşun Ordusu Qarabağ istiqamətində erməni qüvvələrini yayındırmaq üçün Ermənistanın paytaxtı istiqamətində hücuma keçə bilər. İkinci variant isə hücum Ermənistanla Qarabağdakı erməni qüvvələri arasında kritik əlaqəni kəsməyə hesablanar. Müəllifə görə, 2016-cı ilə qədər belə ssenarilər olduqca az ağlabat sayılırdı. Lakin həmin ilin aprelində baş vermiş ciddi toqquşmalardan sonra Azərbaycan ordusu sübut etdi ki, 1990-cı illərin əvvəllərinə nisbətən indi daha effektiv hücum həyata keçirilməsini təmin edə bilər. Bu ssenarilər baxımından Türkiyədən alınan reaktiv yaylım atəşi sistemləri Naxçıvan istiqamətindən Ermənistan paytaxtına, yaxud daha düşünülmüş variantda Ermənistanı Dağlıq Qarabağla birləşdirən şosseyə zərbə endirmək üçün tətbiq edilə bilərdi. O da xatırladılır ki, Türkiyə ordusu TRG-300 “Kaplan” reaktiv yaylım atəşi sistemlərini Suriyanın şimalında apardığı hərbi əməliyyatlarda uğurla tətbiq edib. İlin əvvəllərində Türkiyə ordusunun “Kaplan” raketləri ilə endirdiyi zərbələr Suriya ordusunun mövqelərini darmadağın etmişdi. Naxçıvanın 40 km-liyində olan İrəvanın hədəfə alınması ehtimalı düşməni daim səksəkədə saxlayır. Mümkündür ki, vaxtaşırı dövlət sərhədi boyunca gərginliyi tətikləməklə düşmən “Rus NATO”-sunun- KTMT-nin prosesə müdaxiləsinə “zəmin” hazırlamaq istəyir. **** Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev də Musavat.com-a dedi ki, son vaxtlar ermənilərin istər Qazax, istərsə də Naxçıvan istiqamətində törətdikləri təxribatlar məqsədyönlü xarakter daşıyır: “Dağlıq Qarabağ istiqamətində təmas xətti deyilən ərazilərdə bu təxribatların beynəlxalq səviyyədə hüquq pozmaları kimi hay-küyə səbəb olması mümkün deyil. Çünki erməni qoşunları işğal olunmuş Azərbaycan ərazilərində suverenliyimizi pozublar və heç bir dövlət cavab atəşi və ya hərbi əməliyyatlara görə bizə irad tuta bilməz. Naxçıvan və Qazax istiqamətində isə ermənilərin əsas məqsədi təxribatlara KTMT-nin üzvü kimi Rusiyanı qataraq dövlət sərhəddində atəşkəsin pozulması faktını qabartmaqdır. Lakin bu da alınmır və dərhal susdurulurlar. Yəni bu, bir taktiki gedişdir”. A.Nağıyev digər məsələyə də diqqət yetirməyi vacib sayır: “Son vaxtlar Naxçıvanın güclü bir istehkama çevrilməsi və son hərbi təlimlərdə nümayiş etdirilən yeni hərbi texnikalar da düşməni narahat edir. Yəni iqtisadiyyatda tənəzzülə hər hansı bir bəhanə donu geyindirmək və erməni vətəndaşının başını belə işlərlə qatmaq istəyi də istisna olunmur”. Deputat bildirdi ki, son vaxtlar hərbi və diplomatik sahədə Azərbaycanın atdığı müsbət addımlar Ermənistan rəhbərliyini qıcıqlandırır. Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı isə hesab edir ki, Ermənistanın Naxçıvan istiqamətində təxribatları Türkiyənin ərazidə və ümumiyyətlə, Ermənistan-Azərbaycan məsələləri fonunda artan rolunu azaltmaq məqsədi daşıyır: “Buna bir az da qlobal baxmaq lazımdır. Liviyada döyüş təyyarələri göndərəndən dərhal sonra Hafterin məğlub duruma düşməsindən Rusiya rahatsızdır. Türkiyəyə qarşı Suriyada edə bilmədiklərini başqa bir məntəqədə sınaqdan çıxarmaq istəyir. Naxçıvanla bağlı neçə vaxtdır aparılan kampaniyaların da nə üçün edildiyi ortaya çıxır”. Q.Çaxmaqlı qeyd etdi ki, Ermənistanda ə digər yerlərdə 1921-ci il Qars müqaviləsinin ləğv edilməsi ilə bağlı fəaliyyətin də Naxçıvana qarşı erməni iddialarının önümüzdəki illərdə ciddiyyət qazanacağına heç şübhə etmir: “Həm də Ermənistanın hərbi maşını Qarabağdakı işğalı bir az arxa plana keçirmək üçün Naxçıvan istiqamətində lokal savaşların sayını artırmaq fikrindədir. Əsas məqsəd Naxçıvanı tutmaq olmasa da, onu dünyanın gündəminə daşımaq və iddiaları ortaya qoymaqdır. İkinci tərəfdən, Dağlıq Qarabağla bağlı Azərbaycanın son zamanlar antiterror əməliyyatlarına gedəcəyi siyasətinə qarşı başqa bir həmlə ilə cavab verməkdir. Əgər Naxçıvan isstiqamətində münaqişə çıxarsa, Azərbaycanın öz ərazisini təmizləmək, ərazi bütövlüyünü təmizləmək kimi niyyəti təhlükəyə düşür, münaqişə iki ölkə arasında və Türkiyə, İran və Rusiya da bu işin içinə girərsə daha qlobal xarakter ala bilər. Bu mənada Naxçıvanda Ermənistan, İran və Rusiyanın maraqları obyektiv şəkildə üst-üstə düşür, heç biri, yumşaq desək, türk varlığının, rolunun və təsirinin artmasına həvəsli ola bilməz”. Q.Çaxmaqlı hesab edir ki, bütün mümkün ssenarilərə hazır olmaq lazımdır: “Bunu heç vaxt unutmaq olmaz ki, ermənilərin hədəflərindən biri Naxçıvandır. Ermənilər həm də Rusiya və başqa ölkələrdə siyasi olaraq bu məsələnin üstünə gedilməsi fəaliyyətlərini sürdürürlər. Məsələn, Rusiyada TV-də Solovyovun proqramında belə, yeri oldu-olmadı Naxçıvan məsələsini ortaya atmaları gələcək planlarından xəbər verir. Naxçıvan məsələsi ilə bağlı qapalı Ermənistan-İran-Rusiya üçtərəfli qapalı məsləhətləşmələrinin aparılmasını da təklif edirlər. Dediyimiz odur ki, 1921 Qars və Moskva müqavilələrini ləğv etmək üçün əməli adımlar atırlar. Bununla bağlı petisiya keçirirlər. Rusiya mətbuatında tez-tez həmin müqavilələrlə bağlı təhlükəli bəyanatlar da verdirirlər”. Ekspertin dedikləri həm də növbəti təhlükələrin anonsu sayıla bilər. Əslində acı təcrübə var. İrəvan, Zəngəzurun ələ keçirilməsi, Qarabağa iddiaların ortaya qoyulması fonunda “görünməz” oldu vaxtilə. Ermənilərin bir əsr öncə tarixi Azərbaycan ərazilərini hissə-hissə qəsb etməsini bir kənara qoyaq... Elə sonuncu Qarabağ müharibəsi zamanı rayonlarımızın işğalı barədə xatirələrini yazan Robert Köçəryan etiraf etmişdi ki, bir rayonun işğal edilməsi, ondan əvvəlki rayonun azad olunması istiqamətində gedən müzakirələri arxa plana keçirirdi. Necə ki, Ağdamın işğalı Kəlbəcər rayonunun azad edilkməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsini arxa plana atdı. İndi də ermənilər “Naxçıvan uğrunda” prosesə başlamaqla Qarabağ məsələsini arxa plana keçirə bilərlər. Hər halda, Ermənistanda başlanan proses təsadüfi deyil. Musavat.com
“Bu, insan yaşayışı deyil”
“Bu, insan yaşayışı deyil”
Uzun iş saatları, xoşagəlməz iş yerləri, aşağı əmək haqqı və instusional müdafiə tədbirlərinin faktiki olaraq yoxluğu-bunlar Avropa xəyalları ilə Polşaya üz tutmuş azərbaycanlı əmək miqrantlarının güzəranıdır. Virtualaz.org xəbər verir ki, Polşadakı azərbaycanlı miqrantların güzəranı haqda oc-media.org portalının reportajında bəhs edilir. “12 saatlıq iş günündən sonra mən evə qayıdıram, tələsik nəsə yeyirəm və yatmağa gedirəm. Bu, insan yaşayışı deyil. Mənim güzəranım hər gün eyni keçir”,-Polşadakı azərbaycanlı miqrantlardan Kamran (ad dəyişdirilib) deyir. O, Azərbaycandan Polşaya 2018-ci ildə gedib, hazırda Polşanın cənub-şərqindəki Skoçuv şəhərində, Çexiya ilə sərhədin yaxınlığında avtomobil sənayesi üçün hissələr istehsal edən zavodda qablaşdırıcı işləyir. Həftədə 6 gün, gündə 12 saat olmaqla... Bu zavodda azərbaycanlılar, ermənilər və ukraynalılar yan-yana işləyir. Onlar yerli işəgötürənlərin nəzərində ucuz və etibarlı işçi qüvvəsidir. Kamran keçmiş jurnalistdir, Skoçuvda qısamüddətli yaşayış icazəsi verən viza ilə yaşayır. Deyir ki, Azərbaycanda aldığı 600 manat maaşla arvadını və iki uşağını saxlaya bilmirdi. “Mənim Azərbaycanda ümidim kəsilmişdi. İndi isə mən heç olmasa Bakıya, ailəmə pul göndərə bilirəm, ümid edirəm ki, tezliklə onları da bura gətirə biləcəyəm”,-o deyir. Məqalədə deyilir ki, azərbaycanlı miqrantlar Avropada əsasən Almaniyaya üz tutur, lakin Polşa iqtisadiyyatının sürətli artımı Azərbaycandan bu ölkəyə getdikcə daha çox miqrantı cəlb edir. Polşa Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə bu ölkədə yaşayan azərbaycanlı miqrantların sayə dəfələrlə artıb. Azərbaycan vətəndaşları Avropada işləmək üçün viza almalıdır. Kamran izah edir ki, onun həmvətənləri üçün vizanı vasitəçilər düzəldir. Bu vasitəçilər bir işçini göndərmək üçün təxminən 2 min avro haqq alırlar. Amma bir çox əmək miqrantları şikayətlənirlər ki, Polşaya gələndə onlara vəd olunan işləri vermirlər. Kamran deyir ki, bir çoxları pis iş şəraitinə malik zavodlarda işləməyə məcbur olurlar. Bir çox zavodlar və fabriklər insan sağlamlığı üçün olduqca zərərlidir, məsələn, gön-dəri fabriki. Orada işləyən bir çox gürcülər kimyəvi maddələrin təsirinə dözməyib fabriki tərk ediblər. İşçilər normal iş günündən artıq işləməyə məcburdur. İşədüzəltmə agentlikləri işəgötürənlərlə əlbir olur və Polşa qanunvericiliyindən “yan ötürlər”, öz xidmətlərinə görə 8 saatlıq iş günündən artıq işləyən işçilərə görə haqq alırlar. Kamranın müqaviləsinə əsasən o, 8 saatlıq iş günü üçün ayda 660 dollar almalıdır. Lakin deyir ki, gündə 12 saat işləyir və vaxtından əlavə işlədiyi üçün ona əlavə pul ödəyirlər. Bu, təxminən 100 dollar əlavə qazanc deməkdir. Qazandığının 550 dollarını hər ay Bakıya, ailəsinə göndərir. Avropa Miqrasiya Şəbəkəsindən Aqata Zurav deyir ki, Polşada miqrantlar həmkarlar təşkilatlarına və miqrantların hüquqlarını qoruyan təşkilatlara üzv olmağa maraq göstərmirlər. Onlar ehtiyat edirlər ki, qanuni hüquqlarını tələb etməyə başlasalar hüquqi problemlərlə üzləşərlər, çünki iş icazələri konkret işəgötürənə bağlıdır. “Polşada miqrantlar öz qanuni hüquqlarının qeydinə qalmırlar. Onlar ancaq pul haqda düşünürlər”,-Polşada azərbaycanlı miqrantlar üçün iş kontraktları təşkil edən Elşən ( ad dəyişdirilib) deyir. Bildirir ki, ötən il Azərbaycandan 100-dən çox miqrant iş axtarmaq məqsədi ilə ona müraciət edib. Müraciət edənlər tikinti şirkətlərində və fabriklərdə işlə təmin olunublar. “Ukraynalılar, özbəklər, qazaxlar, azərbaycanlılar, hindistanlılar quşçuluqfabriklərində və heyvan kəsimi məntəqələrində iş tapırlar, çünki belə yerlərdə şərtlər yerli sakinlər üçün çox mürəkkəbdir. Polyaklar oralarda işləmək istəmirlər”,-Elşən deyir. Teymur adlı azərbaycanlı isə Varşavaya 2017-ci ildə ailəsi ilə birlikdə köçüb. Deyir ki, Azərbaycanda aylıq maaşı 700 manat idi. Bu pula isə yaşamaq, ailə saxlamaq mümkün deyil. Əvvəlcə ailəsi ilə birlikdə Kanadaya getməyi planlaşdırıb. Agentlik ona zəruri sənədlərlə və iş tapmaqda kömək etməyi vəd edib. Lakin daha sonra deyiblər ki, imkanları ancaq Polşaya çatır. “Mən artıq onlara 4500 avro (hər ailə üzvü üçün 1500 avro) vermişdim, demişdilər ki, Polşada aylıq maaşı 1000 avroya iş tapacaqlar. Lakin vəd edildiyi kimi olmadı, mən dönərxanada 560 dollar maaşa işləyirdim. Bu pulun 380 dollarını ev kirəsi verirdim. Bu maaşla ailəmi saxlaya bilmirdim”,-o deyir. Nəhayət Teymur tikinti şirkətində başqa iş tapır, amma əvvəlki iş yerində onun maaşını kəsiblər, 300 avronu verməyiblər. Bu ildən Azərbaycan hökumətinin diasporla iş üzrə Komitəsi Polşada azərbaycanlı əmək miqrantlarına pulsuz hüquqi yardım təşkil edib. Lakin komitənin nümayəndəsi Rəsul Məmmədov oc-media.org-a deyir ki, indiyədək iş yerlərində diskriminasiya ilə bağlı cəmi 3 şikayət daxil olub. Hərçənd belə hallar çoxdur və miqrantlar öz hüquqlarını qorumaq üçün şikayət etməkdə maraqlı olmurlar... Virtualaz.org
“Prezident belə biabırçılığa dözən adam deyil”
“Prezident belə biabırçılığa dözən adam deyil”
Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin Yenisabah.az-a müsahibəsi: - Çingiz müəllim, icra başçılarının, digər yüksək rütbəli məmurların həbsi çoxları üçün gözlənilməz oldu. Siz necə, rüşvətxor və korrupsioner məmurların bir gün cəzalandırılacağına inanırdınızmı? - Mən hər zaman inanırdım. Həmişə bizim prezidentə inanıram, mən onu çoxdan tanıyıram və bilirdim ki, belə şeyləri gözdən qaçırmazdı, o belə biabırçılığa dözən adam deyil. Ona görə mən o adamların bir gün cəzalandırılacağına inanırdım. Tək sonuncu baş verən hadisələrdə deyil, bundan əvvəl də cəzalandırılanlar olub. Son on beş ildə nə qədər rüşvətxor işdən çıxarılıb, nə qədər vəzifədən uzaqlaşdırılanlar olub. Heyif ki, bunlar insanların yadına düşmür. Rüşvətxorluqla mübarizə çoxdan aparılır, sadəcə indi daha ciddi formada oldu. - Son vaxtlar hakimiyyət komandasında yenilənmə baş verir. Sizcə, gənc kadrların irəli çəkilməsi ölkədə korrupsiyanın önünü kəsəcəkmi? - Mən hesab edirəm ki, cavanlara yol verilməlidir. Vəzifədə nə qədər çox cavan kadrlar olarsa, o qədər yaxşıdır. Bu proses bütün dünyada gedir, həmçinin bizdə də. Baxın, Rusiyaya, orada nazirlər çoxsu cavandırlar. Mən düşünürəm ki, bu yalnız Azərbaycanda deyil, bütün dünya ölkələrində bu proses gedir. Və təbii ki, bu həyatdır, istəsən də, istəməsən də yaşlılar gedir, cavanlar gəlir. Bu hər zaman olub və olacaq da. - Belə bir iddia var ki, rüşvət verən olmasa, alan da olmaz. Məmurlar arasında rüşvətin populyarlaşmasında həm də cəmiyyəti günahlandıranlar var, bununla razısınız? - Yox, bu fikirlərlə razı deyiləm. Düzdür, mən özüm heç vaxt rüşvət verməmişəm, heç vaxt da almamışam. Artıq müəyyən bir yaşım var və 33 ildir Yazıçılar İttifaqının katibi vəzifəsindəyəm. Və mən bu vəzifəyə seçilirəm, təyin olunmuram. Bu illər ərzində bir adam deyə bilməz ki, bir qəpik kimdənsə nə isə almışam. Mən rüşvət verən adamları başa düşürəm, onları məcbur belə vəziyyətə salırlar, onlar da məcbur qalıb pul verir. Digər tərəfdən də mən hər həftə çıxışlar edirəm, insanlarla görüşürəm, mən bu görüşlərdə yüzlərlə, minlərlə adamdan soruşmuşam ki, ASAN xidmət yaradılıb, kim orada rüşvət verib? İndiyə qədər neçə adamdan bunu soruşmuşam və inanın, bir nəfər belə mənə deməyib ki, “Mən Asan xidmətdə rüşvət vermişəm”. Milyonlarla adam var ki, oranın xidmətlərindən istifadə edir və rüşvət vermir. Görünür bu vəziyyətdən asılıdır. Bir misal çəkim, əvvəllər bir insanın xəstəsi vardısa və təcili xaricə getməli idisə, xarici pasportu tez almaq üçün pul tapıb verirdi. Sonra başa düşdülər ki, bu, belə olmaz, bir sistem yaratmaq lazımdır, kim pasportunu tez almaq istəyirsə pul verə bilər, amma qanuni yolla. ASAN xidmətə getsin, dövlət rüsumunu ödəsin və bir günə pasportunu alsın. Onları da başa düşmək lazımdır, elə hər mövzuda cəmiyyət pisdir demək olmaz, cəmiyyət pis deyil, sadəcə insanlar məcbur qalıblar. Ona görə elə bir sistem yaradılmalıdır ki, insanlar rüşvət verməyə məcbur olmasınlar. Bu baxımdan mən ASAN xidməti çox dəstəkləyirəm. Bir neçə il bundan öncə mənə desəydilər ki, bütün sənədləri, arayışları gedib belə bir yerdən rahat almaq mümkün olacaq inanmazdım. Hesab edirəm ki, bu sistem nümunədir və belə də olmalıdır. Belə olarsa, heç kəs rüşvət verməyəcək. İnsanları qınamaq olmaz, ona görə ki, rüşvətxorlar qəsdlə insanları belə vəziyyətə salırlar. Ona görə sistem dəyişməlidir ki, insanlar rüşvət verməsinlər. Rüşvət insanı alçaldır, həm verəni, həm də alanı. Rüşvəti alan da başa düşməlidir, o bilir ki, bu qanunsuzdur, rüşvətxor özü öz yerini çox yaxşı bilir, bilir ki, Allahsız iş görür və vicdansızdır. - Çingiz müəllim, bizə orta məktəbdə öyrədirdilər ki, ədəbiyyat həyatı real surətlər vasitəsilə əks etdirən söz sənətidir. Sizcə, müasir ədəbiyyat real həyatı əks etdirirmi? - 100 faiz, bəli! Baxın bizdə Qarabağdan nə qədər yazıblar. Bu mövzuya nə qədər kitab həsr edilib. Ədəbiyyat xalqın güzgüsüdür. Və əsl yazıçı xalqın əbədiyyətdə vəkilidir, ədəbiyyatda yox. Biz bu gün Nizamini, Nəsimini oxuyanda başa düşürük ki, o dövrdə insanlar necə yaşayıb. Bu belə də olmalıdır. Ernest Heminquey demişdi ki, yazıçının vicdanı etalon metrə kimi olmalıdır. Əgər sən kiməsə yaltaqlanıb, xoş görünmək, yazıb tərifləmək istəyirsənsə, yazıçı deyilsən. Yazıçı nöqsanları da görməlidir, səhvləri də, cinayətləri də. Amma yazıçı hər zaman öz xalqının vəkili olmalıdır. Ədəbiyyat hər zaman insanları qaldırıb, onları yaxşı insan olmağa səsləyib. Kitab oxuyan adam məhz belə layiqli, vicdanlı olur. Oxumayanın isə təbii ki, vicdanı da olmur, çünki o, vicdan nədir başa düşmür. Ədəbiyyat xalqın güzgüsüdür. - Məmurların silsilə həbsi detektiv yazarlarımız üçün mövzu sayıla bilərmi? Son vaxtlar baş verən hadisələri nə vaxtsa ədəbiyyata gətirməyi düşünürsünüzmü? - Baxın, XIII əsrdə Dante Aligeri “İlahi komediya”nı yazmışdı. XIX əsrdə Balzak “İnsan komediyası”nı yazdı. XX əsrdə Con Qolsuorsi “Müasir komediya”nı yaratdı. Mən də XXI əsrdə “Kriminal komediya”nı yazdım. Son 30 ildə bütöv həyatımız elə kriminaldır, nəinki Azərbaycanda, bütün dünyada. Görürsünüz. İndi Amerikada da, Fransada da, İngiltərə, Rusiyada da hansı proseslər gedir. Təbii ki, mən öz kitablarımda bu məsələlərə də toxunuram.
LDU-da tələbələr etiraza qalxıb
LDU-da tələbələr etiraza qalxıb
Lənkəran Dövlət Universitetinin (LDU) tələbələri karantin dövründə 2 ay dərs keçməsələr də, onlardan təhsil haqlarının tələb edildiyini deyirlər. Bu barədə Arqument.az-a bir qrup tələbə müraciət edib. Onların sözlərinə görə, bir aydan qısa vaxtda onlayn dərslər keçirilsə də, bu dərslər müddətində yalnız 3-4 mühazirə keçirilib: "Demək olar ki, günün bütün saatını bu dərslərə qoşulmaqla vaxtımızı xərclədik. Üstəlik, bu müddət ərzində bir-iki saatda 3-4 mühazirə keçirildi, mühazirənin seminarı da tələb olundu. Bu, nə dərəcədə düzgündür? Üstəlik, bu qısa vaxt ərzində kollekviumun suallarından öyrənmək məcburiyyətində qaldıq. 5-6 fəndən 18 sual. Bu yetməzmiş kimi, 1-10 iyunda kollekvium bitən kimi iyunun 11-dən imtahanlar başlayacaq. Kollekviuma kimi illiyin yarısın ödəməyənlər kollekviuma girə bilməyəcək. Sadəcə, bir gün sonra imtahan başlayır və bir gün ərzində bu qədər pulu tapmaq imkansızdır”. Tələbələr deyir ki, bu cür qərar tələbələrin həm mənəvi, həm də maddi cəhətdən pis vəziyyətə salır: "Sillabusdakı suallar çoxdur. Mühazirələr bir fənn üzrə ən azı 100, ən çoxu 200-300 səhifədir. Bizə isə bunları öyrənmək üçün çox az bir zaman verilir. Məlumdur ki, qısa müddət ərzində proqramın hamısının keyfiyyətli keçirilməsi, eyni zamanda tələbələrin bütün dərsləri qısa müddət ərzində mənimsəməsi mümkün deyil”. LDU tələbələri bildirir ki, uzun zaman ərzində tələbələrin dərsdən uzaq olması, qarşıya qoyulan bu tələblərin onlarda yaratdığı həyəcanla, stresslə dərs oxumaq mümkün deyil: "Yalnız mühazirə və sillabusları kabinetə yerləşdirməklə tələbələrdən imtahan tələb etmək nə dərəcədə düzgündür? Elə fənlər var ki, izahsız mümkün deyil. İzaha ehtiyac olmayan fənləri də mühazirə verməklə tələbənin oxuduğunu düşünüb imtahan tələb etmək yanlışdır. Sistemli şəkildə distant təhsil keçirməyə də Universitet təzəcə başlayıb. Biz sadəcə digər Univeristetlərin tələbələrinə etdikləri güzəşti görürük və bu güzəştləri istəyirik". Tələbələr imtahanların ləğv edilməsini, təhsil haqlarının tələbələrdən istənilməməsini tələb edirlər: "Kollokviumları ləğv edilməlidir. Biz Lənkəran Dövlət Universitetinin tələbələri haqlarımızı tələb edirik”. Lənkəran Dövlət Universitetindən məsələni arqument.az-a şərh etməyiblər.
Onların haqqı boynumuzdadır
Onların haqqı boynumuzdadır
Mayın 19-da Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov Milli Məclisdə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik hesabatını təqdim etdi. O, insan alverinə qarşı mübarizə sahəsində çoxlu işlərin görülməli olduğunu dedi. Nazirin birinci müavininin sözlərinə görə, Azərbaycanda uşaq əməyinin istismarının qarşısını almaq üçün keçirilən reydlər zamanı, 2019-cu ildə 420 uşağın ailədən kənarda pedaqoji və sosial kömək olmadan yaşadığı, küçələrdə çalışdırıldığı və dilənçilik etdiyi müəyyənləşib. Yoxlamalar zamanı onlardan yalnız birinin məcburi əməyin qurbanına çevrildiyi təsdiqlənib, digər hallarda isə cinayət tərkibi aşkarlanmayıb. Azərbaycan Uşaqlar Birliyinin (AUB) rəhbəri Kəmalə Ağazadənin AYNA-ya dediyinə görə, məcburi əməyə cəlb edilən həmin uşaq Daxili İşlər Nazirliyinə təhvil verilib: “Yaxın qohumları uşağı bu işə məcbur ediblər. Onlar indi qanun qarşısında cavab verəcəklər”. K.Ağazadə dilənməyə məcbur olan başqa uşaqların da olduğuna əmindir: “Bu gün Azərbaycan Uşaqlar Birliyinin sığınacağında xalası tərəfindən dilənməyə məcbur edilən bir oğlan var. Belə insanları məsuliyyətə cəlb etmək çox çətindir. Axı, bir qayda olaraq, bunlar uşaqların öz qohumlarıdır. Uşaqlar qohumlarından şikayət etməkdən imtina edirlər. Bundan əlavə, qanunvericilikdəki boşluqlar da uşaqlara qarşı zorakılıq edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına mane olur”. Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirovun AYNA-ya dediyinə görə isə, hüquq mühafizə orqanları uşaqları dilənməyə məcbur edən şəxsləri günahkar hesab etmir: “Qanunvericilikdəki çatışmazlıqlar onları dilənməyə məcbur edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə imkan vermirsə, hüquq-mühafizə orqanları bununla bağlı Milli Məclis qarşısında məsələ qaldırmalı, lazımi əlavə və dəyişikliklərin edilməsini istəməlidir”.
Ənənəvi tədrisə son: “Təhsil inqilabı
Ənənəvi tədrisə son: “Təhsil inqilabı"na" hazırıq?
Koronavirus pandemiyasının gündəmə gətirdiyi məsələlərdən biri də məsafədən təhsil oldu. Karantin dövründə hansı ölkənin fövqəladə vəziyyətdə təhsili davam etdirmək imkanına malik olduğu ortaya çıxdı. Artıq növbəti tədris ilindən təhsilin necə davam etdirilməsi məsələsi əsas müzakirə obyektdir. Bəzi universitetlər distant təhsili davam etdirmək niyyətindədirlər. Məsələn, nüfuzlu Kembric Universiteti koronavirus təhlükəsi səbəbindən gələn təhsil ilində də əyani mühazirələr keçirməyəcək. Bu barədə məlumat Kembric Universitetinin bəyanatında yer alıb. Tələbələr mühazirələrdə onlayn şəkildə iştirak edə biləcəklər. Həmçinin universitet rəhbərliyi sosial məsafə saxlamaq şərti ilə kiçik tələbə qrupları şəklində əyani dərslərin təşkili imkanlarını da nəzərdən keçirir. “Planlaşdırmanı yüngülləşdirmək üçün qərar indi verilib. Lakin koronavirus barədə rəsmi tövsiyələr dəyişərsə, hər zaman olduğu kimi, qərara yenidən baxıla bilər”, - deyə universitetin bəyanatında bildirilir. Qeyd edək ki, Kembric Universiteti koronavirus pandemiyası səbəbindən mart ayından distant təhsil qaydasına keçib. Həmin vaxtdan universitet şəhərciyi bağlanıb. Tələbələr imtahanları internet vasitəsi ilə verir. Bundan əvvəl Mançester Universiteti də analoji qərar verib. Böyük Britaniyanın Tələbə İşləri üzrə İdarəsi tələbələri yanıltmamaq üçün ali təhsil müəssisələrindən dərslərin hansı formada keçiriləcəyi barədə dəqiq məlumat vermələrini tələb edib. Ümumiyyətlə, həm orta, həm də ali məktəblərdə tam distant təhsilin tətbiqi mümkündürmü? Azərbaycanda belə bir təcrübənin həyata keçirilməsi üçün imkanlar varmı? Təhsil eksperti Kamran Əsədov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında Qanun"-a görə, təhsil alma formalarından biri kimi distant təhsil nəzərdə tutulub: “Amma 11 il ərzində bu istiqamətdə hüquqi addım atılmayıb. Hazırda Azərbaycanın ali, orta ixtisas təhsil müəssisələrində distant təhsil həyata keçirməyin hüquqi bazası yoxdur. Ümumiyyətlə, orta ümumtəhsil məktəblərdə ali məktəblərdən fərqli olaraq heç zaman məsafədən təhsil müsbət qəbul edilmir. Bu birmənalı olaraq belədir. Əlbəttə mövcud vəziyyətdən çıxış yolu olaraq alternativ vasitələr tətbiq edilə bilər. Amma etiraf etmək lazımdır ki, bunun üçün bizim ali təhsil müəssisələrimizin zəruri resursları yoxdur. Xarici ölkələrdə hər bir tələbənin onlayn təhsil alması üçün həm texniki, həm də internet imkanları var. Bu baxımdan da mən inanmıram ki, Azərbaycan ali təhsil müəssisələri məsafədən təhsili tam əhatə edə bilsinlər. Bunun üçün hüquqi baza yaradılmalıdır, eyni zamanda ali təhsil müəssisələrinin hüquqi bazaları buna tam uyğun olmalıdır”. Təhsil eksperti hesab edir ki, post-pandemiya dövründə ənənəvi təhsildən onlayn təhsilə keçid geniş vüsət alacaq: “Biz daha geniş formada bu təhsilalma formasının tətbiqini gözləyirik və bu mümkündür. Distant təhsilin kifayət qədər üstün tərəfləri var, amma bunu bütün ixtisaslara şamil etmək mümkün deyil. Daha çox humanitar fənlərdə məsafədən təhsil mümkündürsə, texniki və təbiət fənlərində bunun tətbiqi effektiv alınmır. Hesab edirəm ki, bu amil mütləq nəzərə alınmalıdır. Təklif edirik ki, Azərbaycanda növbəti tədris ilindən pandemiya dövrü üçün istər orta, istərsə də ali məktəblərdə dərslər 5-6 gün deyil, 3 gün olsun. Məsələn, 1-3-5 və 2-4-6-cı günlər. Bir gün konkret auditoriyalarda praktiki dərslər keçirilsin, o biri gün isə məsafədən dərslər verilsin. Ən azı bununla mövcud durumdan çıxış mümkündür”. Kamran Əsədovun fikrincə, orta məktəblərdə təhsil alanlara dövlət vəsaiti hesabına planşetlər verilə bilər: “Dövlət büdcəsindən hər bir uşağa pulsuz təhsil verilməsi üçün 100 manatdan çox vəsait sərf olunur. Amma elektron resurslardan istifadə etməklə dərslərə qatılmaq üçün planşetlərin qiyməti 45-50 manatdır. Bu daha ucuz başa gəlir”. Təhsil eksperti deyir ki, dünyada da distant təhsilə tam keçid mümkün deyil: “Anadolu Universitetinin 10 milyondan çox tələbəsi var. Onların böyük əksəriyyəti məhz distant təhsilə qoşulub. Bunun üçün proqram təminatı var. Sayt üzərindən mütəmadi dərslər, imtahanlar həyata keçirilir. Amma semestrdə bir dəfə onlar müəyyən mərkəzlərə cəlb edilərək, yoxlamadan keçilirlər. Bu prinsipial olaraq mümkündür. Amma onlayn dərslərin tam şəkildə əyani dərslərin yerini verməyəcək. Keyfiyyət ciddi şəkildə aşağı düşəcək”.
Bu Bölmənin Digər Xəbərləri
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR