Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:17 20/6/2020
______________________________
______________________________
______________________________
______________________________
______________________________
18:09 11/6/2020
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
09:41 09/6/2020
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Bakı qeydiyyatında olan şəxslər rayondan necə gələ biləcək? - AÇIQLAMA
Gömrük Hospitalı bağlanır: - Orqan köçürülməsi dayanırmı?
Eldar Mahmudovun Londonda üzə çıxan 100 milyonları Azərbaycana qaytarılacaqmı
Eldar Mahmudovun Londonda üzə çıxan 100 milyonları Azərbaycana qaytarılacaqmı
Eldar Mahmudovun Londonda üzə çıxan 100 milyonları Azərbaycana qaytarılacaqmı
Eldar Mahmudovun Londonda aşkarlanan mülkləri hüquqi yolla Azərbaycanın, dövlətin nəfinə keçirilə bilər. Bunun üçün atılması gərəkən addımlar, hüquqi prosedurlar var. Bunu hər kəs bilir və deyir. Bəs reallıq necədir? Bu mülklərin korrupsiya pulları ilə alındığı bilinsə, Azərbaycan hökuməti hansı addımları ata bilər və atmalıdır? Tanınmış vəkil Əkrəm Həsənov deyir ki, sabiq təhlükəsizlik naziri Eldar Mahmudovun ailə üzvlərinin - oğlunun və qızının adına Londondakı əmlaklarının Azərbaycan dövlətinin xeyrinə müsadirə olunması qəliz olacaq: “Problem ondadır ki, əmlaklar birbaşa olaraq Eldar Mahmudovun adına deyil, övladlarının adınadır. Düzdür, onlara da həmin əmlakların hansı yolla əldə olunması sualı verilə bilər. Amma onlar dövlət vəzifəsi tutmayıblar. Bu baxımdan onların korrupsiyada və başqa cinayətdə ittiham olunmaları qeyri-mümkündür. Təbii ki, sübut olunsa ki, əmlaklar Eldar Mahmudovun qanunsuz əldə etdiyi, ələ keçirdiyi pullar hesabına alınıb, bu halda əmlaklar müsadirə olunacaq”. Tanınmış vəkil deyir ki, əmlaklar müsadirə olunacağı təqdirdə Azərbaycana verilməyə də bilər: “Azərbaycan həmin əmlakları tələb edirsə, həmin əmlaklara iddialıdırsa, sübut etməlidir ki, pul qanunsuz olaraq əldə edilib. Cinayət yolu ilə əldə olunmasını sübut edən məhkəmə hökmləri olmalıdır. Bu gün Eldar Mahmudovla bağlı cinayət işinin olub-olmaması belə bilinmir, geniş ictimaiyyətdən gizlin saxlanılır. Əgər Azərbaycan Eldar Mahmudovun övladlarının əmlaklarına iddia edirsə, həmin əmlakları tələb edirsə, ortaya sübutlar qoyulmalıdır ki, pulun mənbəyi korrupsiyadır, cinayətdir. Bunu demək üçün isə ilk növbədə həmin cinayətləri törədənlər məsuliyyətə cəlb edilməlidir. Bu gün Eldar Mahmudov və ailə üzvlərinə qarşı cinayət işi yoxdur. Londonda iddiamızı ortaya qoyub deyiriksə ki, bu mülklər Azərbaycan dövlətinin pulları hesabına alınıb, bu pullar Azərbaycan xalqından oğurlanıb, bizdən dediklərimizi təsdiq edən sənəd istəyəcəklər. Bu günə qədər Eldar Mahmudovla bağlı iş aparılmayıbsa, onun qanunsuz hərəkətlər etməsi sübuta yetirilməyibsə, Eldar Mahmudov 5 ildir ki, işsizdir, dövlət vəzifəsi tutmursa, sual oluna bilər ki, bəs niyə ona qarşı tədbir görmürsüz?” Tanınmış vəkil deyir ki, əgər Eldar Mahmudov hansısa cinayəti törədibsə, həmin cinayətlərə görə Azərbaycanda məsuliyyətə cəlb olunmalıdır: “İlkin mərhələdə müəyyən olunmalıdır ki, Eldar Mahmudov cinayət törədib, ya törətməyib. Törədibsə, pul alıb həmin pulları övladlarına veribsə, övladları da pulu aparıb xaricə qoymaları sübut olunmalıdır. Ortaya qoyulmalıdır ki, övladları da həmin pulları aparıb Londona qoyublar. Bu halda həmin əmlakların Azərbaycana verilməsi mümkündür”. Müsahibimiz deyir ki, Azərbaycan dövləti Eldar Mahmudovun qudası, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevlə bağlı eyni prosedurlara baş vurmayıb: “2018-ci ildə Londonda korrupsiyaya qarşı mübarizə qanununun ilk hədəfi Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva oldu. Londonda Hacıyevaya məxsus 11.5 milyon funt sterlinqə alınmış (15.13 milyon dollar) evin müsadirəsi gündəmə gəldi. Bilirik ki, Cahangir Hacıyevin arvadı 10 il ərzində Londonun məşhur dükanı ”Harrods"da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib və elə həmin mağazanın yanında - Londonun ən bahalı ərazilərindən birində ev alıb. O, həmçinin Berkshire qraflığında qolf klubunu alıb. Britaniyanın İzahedilməyən Sərvət Sərəncamı (UWO) altına alınan əmlaklar, pul vəsaitləri müsadirə oluna bilər. Bu perspektiv hazırda Cahangir Hacıyevin ailəsini gözləyir. Maraqlıdır ki, Azərbaycan tərəfi həmin əmlakların qanunsuz yolla əldə edilməsini təsdiq edən faktları ortaya qoymağa tələsmir. Aydındır ki, Cahangir Hacıyev bu qədər vasaiti təkbaşına talamayıb, ələ keçirməyib. O, o qədər vəsaiti ələ keçirmək üçün azı 100 nəfərin köməyindən istifadə etməli idi. Həmin 100 nəfər də, bu gün, Cahangir Hacıyevlə birgə həbsdə olmalı idilər. Azərbaycan tərəfi də bu haqda sənədləri London Ali Məhkəməsinə təqdim etməklə pulların mənbəyi haqda məlumat verməli, ölkə büdcəsindən talandığını sübuta yetirməli, bu əmələ görə cəzalandırılan şəxslərin olduğunu ortaya qoymalı idi. Bu günə qədər Cahangir Hacıyevlə bağlı belə bir prosedur olmayıb. Yəni Hacıyevin üzərində keçirilən məhkəmənin çıxardığı hökm, istintaqa cəlb olunan şəxslərin dairəsi aydındır ki, London məhkəməsini qane etməyəcək. Əlavə sübutlar istəniləcək, işin yenidən araşdırılması gündəmə gələ bilər. Bunu isə buradakılar istəmirlər. Bu cür gedişat ortada yoxdursa, Eldar Mahmudovla bağlı da konkret addımların atılacağı, London mülklərinin Azərbaycan dövlətinin xeyrinə tələb olunacağı real görünmür. Digər tərəfdən, Eldar Mahmudovun təsir dairəsi daha genişdir, bu günə qədər ona qarşı cinayət işi açılmayıbsa, onun London mülklərinə Azərbaycandan iddiaların ortaya qoyulacağı perspektivini görmürəm". Hüquqşünas Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, hazırda Londonda Azərbaycanla yanaşı, MDB məkanından olan bir çox korrupsioner məmurların başı qaldadır: “Bilirik ki, order ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevaya tətbiq edilib. Bu order Moldovanın keçmiş baş naziri Vladimir Filatın oğluna da tətbiq edilmişdi. Filatın oğlu mənşəyi bəlli olmayan 650 min funt sterlinqi İngiltərəyə verməli oldu. Çünki mənşəyini sübut etmək istəmədi. Göründüyü kimi, dünya siyasilərinin ”ikinci evi" statusunu illərdir özündə saxlayan Londonda artıq fərqli durum yaşanır. Eldar Mahmudovun övladlarının da orada aşkar olunan var-dövləti müsadirə olunacaq. İngilislərə pul lazımdır. Dünyadakı iqtisadi böhranlar İngiltərə hakimiyyətini radikal qərarlar verməyə sövq edib. İngiltərə hakimiyyəti bir qanun qəbul etməklə dünyanın dörd bir tərəfindən illərlə bu ölkəyə pul daşıyan Cənubi Afrika ölkələrindən tutmuş korrupsiya reytinqlərində yer alan əksər dövlətlərin rəsmilərinin mal varlığına əl qoyub. Eldar Mahmudov da bu sırada nə birincidir, nə də sonuncu". Hüquqşünas deyir ki, hazırda İngiltərədə yaşananlar korrupsiya pullarının başqa ünvanlara axmasının qarşısının alınmasına hesablanıb: “Böhrandır və hər kəs pulunu geri çəkmək, digər ünvanlara yönəltmək haqda düşünür. İngilislər bir qanun qəbul edir və bunun qarşısını alırlar. Bu gün İngiltərədə 50 min funt sterlinqlik evi olan şəxsi qeyd olunan order əsasında araşdırmalara cəlb edə bilərlər. Qanun buna icazə verir. Eldar Mahmudovun övladlarının Londondakı mal-mülklərinin toplam dəyəri milyonlarladır. Belə bir əmlakın sahibi ”siyasi əhəmiyyətli şəxs"dirsə, onun araşdırmalara cəlb edilmə ehtimalı da yüksəkdir. İllərdir ki, MDB məkanında korrupsiya yolu ilə əldə olunan vəsaitlər İngiltərə aktivlərinə və orada daşınmaz əmlaka yatırılıb. Orada milyardlarla korrupsiya pulu var. Bir araşdırmadan bəlli olmuşdu ki, hazırda Londondakı elit mülk sahiblərinin 5-də 1 hissəsi rus dilində danışır. İngiltərə paytaxtında bahalı mənzillərin əksəriyyəti Naytsbric və Belqreyviya rayonlarında yerləşir. Elit alıcıların 60 faizi isə xarici ölkə vətəndaşlarıdır. Şəhərdə qiyməti 8 milyon funt-sterlinqdən yuxarı olan evlərin 21 faizini Rusiya, 13 faizini isə Yaxın Şərq ölkələrinin varlıları ələ keçirib. İngiltərə vətəndaşları bu cür evlərin 37 faizinə nəzarət edir. Bu statistik məlumatlar zaman-zaman yenilənir. Artıq London qanunsuz pulları saxlamaq üçün olduqca təhlükəlidir. Ingilislər bir qanun qəbul etməklə həmin pulları müsadirə edib London sakinlərinin rifahına xərcləyəcəklər". Hüquqşünas deyir ki, Eldar Mahmudovun övladlarının adına alınan əmlakların mənbəyi şübhə doğurur: “Eldar Mahmudovun özünü məşhur Aşurovlarla qohum çıxarması da sıradan məsələ deyil. Düşünür ki, pulun mənbəyi kimi dədə-babadan qalan varidatı göstərə biləcək. Belə nağıllarla London məhkəməsini yola vermək mümkün olmayacaq. Bu gedişlə Mahmudovların London mülkləri də müsadirə ediləcək”. Xatırladaq ki, 11 il təhlükəsizlik naziri olmuş Eldar Mahmudovun ailə üzvlərinin Avropada təxminən 100 milyon avroluq - 200 milyon manata yaxın biznes imperiyası qurduqları ortaya çıxıb. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Qrupu Mahmudovların Britaniya, İspaniya, Lüksemburq, Litva və Kiprdə “onun ailə üzvləri ilə əlaqəli şirkətlər və daşınmaz əmlak biznesləri”ni ortaya çıxarıb. Bu əmlak və şirkətlərin hamısı demək olar ki, Eldar Mahmudovun 36 yaşlı oğlu Anar Mahmudov və 31 yaşlı qızı Nərgiz Mahmudovaya aiddir. Hazırda üzə çıxan əmlaklarla bağlı Londonda araşdırmalar aparılır. “Yeni Müsavat”
Sabiq başçı ölkə xaricinə də böyük pullar çıxara bilib - Geri gətiriləcəkmi?
Sabiq başçı ölkə xaricinə də böyük pullar çıxara bilib - Geri gətiriləcəkmi?
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə başlatdığı rüşvətxorluğa və korrupsiyaya mübarizə prosesində təkcə vəzifə başında deyil, vaxtilə işində ciddi nöqsanlara yol vermiş keçmiş icra başçıları da cəzlandırılıb. Lakin Azərbaycan mediasında adı müxtəlif qalmaqallarda daha çox hallanan, bir vaxtlar Salyan rayonunun “kiçik padşahı” kimi təqdim olunan, 2006-2011-ci illər ərzində Daşkəsən və 2011-2016-cı illərdə Salyan rayon icra hakimiyyəti başçısı vəzifələrində çalışmış Tahir Kərimovun bu prosesdən kənar qalması onun rəhbərlik etdiyi rayonlarda “başına oyun açdığı” sahibkar və digər vətəndaşların narazılğına səbəb olur. Bu barədə mediada zərərçəkmiş vətəndaşların dəfələrlə müraciətinə rast gəlinib. Xaricdə mülklər alan və biznes quran Tahir Kərimova “toy” tutulacağına ümidlər artıb Həmin müraciətlərdə indiyə qədər rast gəlinməyən unikal məqamlar da var. Məsələn, 2011-2016-cı illərdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı olmuş Tahir Kərimov vaxtilə yerli sahibkarlara “toy tutub”. Salyandan olan iş adamları danışır ki, Tahir Kərimov bu rayonda icra başçısı olanda onu toya çağıranlar rüşvət verməliymiş. Bundan xəbərszi olan bir sahibkarın dəvətnaməsi Tahir Kərimova çatandan az sonra icra başçısının köməkçisi iş adamına zəng edərək, dəvətnamənin içərisinin niyə boş göndərilməsi barədə sual edib. Tahir Kərimovun köməkçisinin sualı verən zaman ilk anda bunun mahiyyətini anlamayıb. Ancaq sonra Salyandan olan başqa bir iş adamı ona bildirib ki, bizim kimi adamlar tərəfindən T.Kərimov toya dəvət edilən zaman dəvətnamənin içərisində mütləq pul göndərilməlidir. Əks təqdirdə T.Kərimov pul göndərilmədiyinə görə toy keçirilən yerin işıqlarını söndürürmüş. Buna görə də sahibkarlar T.Kərimovu dəvət edəndə dəvətnamənin arasında mütləq pul göndərirlərmiş. AzToday.az xəbər verir ki, bu günlərdə Azərbaycanda qazandığı pullarla xaricdə mülklər alan və biznes quran keçmiş məmurların sərvətlərinin müsadirəsi üçün hüquqi prosedurların başlanmasına hazırlıq prosesi nəhayət, sahibkarların başına oyun açan T.Kərimova da “toy” tutulacağına ümidləri artırıb. “Salyan padşahı” Tahir Kərimovun vəziyyəti yaxşı olmayacaq Belə ki, ölkə KİV-lərin yazdığına görə, korrupsiya, rüşvət yolu ilə əldə olunan pullar hesabına xarici ölkələrdə alınan mülklərin müsadirəsi üçün hüquqi baza genişləndirilir. Belə ki, qanunvericilikdə ediləcək yeni dəyişikliyə görə, qeyri-qanuni yollarla əldə edilmiş pul vəsaitləri hesabına xarici ölkələrdə əmlaka yiyələnənlərin mülkləri əlindən alına biləcək. Ən azından Cinayət Prosessual Məcəlləsinin 521.1-ci bəndinə edilən əlavə məhz bunu nəzərdə tutur. Belə ki, 521.1-ci maddəyə təklif olunan əlavə xarici ölkədə yerləşən əmlakın müsadirə olunması prosedurunu müəyyən edir. Bu halda xarici ölkədə yerləşən əmlakın müsadirə olunması barədə Azərbaycanda çıxarılmış hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindiyi tarixdən beş gün müddətində icra olunmalıdır. Prosedura görə, məhkəmə xaricdəki daşınmaz əmlakların Azərbaycandan gedən, qeyri-qanuni yollarla əldə edilən pullar hesabına mülk yaradıldığını sübut edərsə, onlar Azərbaycanın mülkiyyəti kimi təsnif olunmalıdır. Həmin əmlak orada hərraca çıxarıla və əldə olunan vəsait Azərbaycan büdcəsinə daxil ola bilər. Məsələn, kiminsə Avropa ölkələrinin birində Azərbaycanda cinayət yolu ilə ədə etdiyi vəsait hesabına aldığı mülkü varsa və Azərbaycan tərəfi onun öz xeyrinə müsadirəsini tələb edirsə, bu zaman Azərbaycan məhkəməsinin çıxardığı müsadirə qərarının həmin ölkə tərəfindən tanınması lazımdır. Qeyd edək ki, sözügedən qanun layihəsi qəbul edilsə, 2020-ci il iyulun 1-dən qüvvəyə minəcək və sözügedən dəyişikliklə “çirkli pullar”la xaricdə alınan mülklərin müsadirəsinə hüquqi baza yaradılır. Bu dəyişiklik xaricdə bahalı mülklərə sahib çıxan çoxsaylı məmur-oliqarx ordusu üçün ciddi təhlükəyə çevrilə bilər. O halda haqqında söhbət açıdımız “Salyan padşahı” Tahir Kərimovun vəziyyəti yaxşı olmayacaq. Çünki T.Kərimvo yüksək dövlət vəzifələrində çalışdığı 10 il ərzində bu dövlətin, xalqın hesabına illərlə dövlətdən pul qazanan, əyri yollarla qazandığı pulun hesabına təkcə Azərbaycanda deyil, ölkə xaricində də böyük biznesə sahib olub. Sabiq başçı ölkə xaricinə də böyük pullar çıxara bilib Belə ki, son illərdə ölkənin əksər media orqanlarında yer alan araşdırmalardan məlum olub ki, 2006-2016-cı illər ərzində Daşkəsən və Salyan rayonlarına rəhbərlik edərkən, Azərbaycanda həddini aşmış məmurlarından biri kimi adı hallanan, tutduğu vəzifələrdə bu və ya digər yollarla topladığı milyonları özünün və ailəsinin dəbdəbəli həyat tərzi sürməsinə sərf etməkdən çəkinməyən sabiq başçı ölkə xaricinə də böyük pullar çıxara bilib. Belə ki, Birləşmiş Krallığın reyestr məlumatlarından məlum olur ki, T.Kərimovun özünün və övladlarının adına xeyli sayda şirkət və daşınmaz əmlak var. T.Kərimovun ölkədən çıxara bildiyi pulların hesabına oğlu Tural Kərimov və qızı Aynur Kərimovanın adına şirkətlər müəyyən edilib. Tural Kərimoun adına 3 fərqli şirkət var. Bunlardan biri “Premium Horions Limited” adlı şirkətdir. Bu şirkət 2013-cü ildə təsis edilib. Həm Tural Kərimov, həm də Aynur Kərimova şirkətin hissədarlarıdır. Bundan əlavə Tural Kərimova məxsus “KIEVAN ACCOUNTANTS LTD” və “Kerimov Holdings LTD” şirkətləri təsis edilib. Hər üç şirkət eyni ünvanda “Solar House” adlı bir ofis mərkəzinə qeydiyyatdadır. Hələ bu Tural Kərimovun biznes dairəsinin hamısı deyil. “ESPERTO ESPRESSO LIMITED” adlı şirkət 2018-ci ildə Tural Kərimov tərəfindən təsis edilib. Şirkət “Natural Coffee” adı altında Londonda yerləşən “136- 138, Kentish Town Road” ünvanında yerləşir. Qeyd edək ki, Azərbaycan mediasında dəbdəbəli imarətlər, bahalı maşınlar sahibi, ən əsası, balıq ovçusu kimi də adı keçən T.Kərimovun digər oğlu Həmzə Kərimov da xarici ölkələrdə korrupsiya əməliyyatlarında iştirak edib. Bu məlumatlardan ən maraqlısı o idi ki, H.Kərimov mənimsədiyi vəsaitlərlə özünə Almaniyada geniş biznes şəbəkəsi yaradıb. Bundan başqa, T.Kərimov oğlunun qeyri-qanuni yollarla qazandığı pulların bir hissəsinin hesabına ölkə daxilində biznes imperiyası yaratması da yayılan məlumatlar arasındadır. Ən dəhşətlisi isə H.Kərimovun ortaqlarından birinin milliyyətcə erməni olan Eduard Nersesyan adlı şəxsin olmasıdır. Salyanın keçmiş icra başçısı T.Kərimov oğlunun qeyri-qanuni yollarla qazandığı pulların bir hissəsi ilə ölkə daxilində biznes qurub. Bunun nəticəsidir ki, Kərimovların Qusarda, eləcə də Azərbaycanın müxtəlif bölgələrində geniş biznes strukturlarının olduğu iddia edilir. Tahir Kərimov ölkəmizdəki biznesini də xaricə köçürmək niyyətindədir Sonda bir məqamı xatırladaq ki, keçmiş mühasib Tahir Kərimovun sərvəti balıq biznesi sahəsində çalşmağa başlamasından sonra artıb. 1995-2001-ci illərdə H.Z.Tağıyev adına balıqhisləmə zavodunun direktoru vəzifəsində çalışıb və 2001–2002-ci illərdə “Caspian Fish” LTD şirkətinin baş direktoru vəzifəsində işləyib. 2003 – 2006-cı illərdə H.Z.Tağıyev adına Balıqhisləmə zavodunda direktor və idarə heyətinin sədri vəzifələrini icra edib. 2006-cı ildən 2016-cı ilə qədər icra başçısı olduqdan sonra geniş maddi imkanlara və güclü biznesə malik olduğu vurğulanan T.Kərimovun keçmiş havadarı hesabına indi daha çox şəxsi biznesi ilə məşğul olmağa üstünlük verdiyi düşünülür. Vəzifədə olduğu müddətdə adı daim korrupsiya və rüşvət ittihamlarının hədəfində göstərilən, vətəndaşların fəaliyyətindən ciddi şəkildə narazı olduğu nəzərdən qaçmayan və Salyandakı sahibkarların canını boğaza yığması ilə tanınan T.Kərimovla bağlı maraqlı bir detal da var. Keçmiş icra başçısının ölkəmizdəki biznesini də xaricə köçürmək niyyətində olduğu bildirilir. Amma hələlik bu xəbərlər öz təsdiqini tapmayıb və onun hazırda Azərbaycanda olduğu bildirilir. Lakin o dəqiq faktdır ki, onun əsas sərvətləri xarici ölkələrdədir. Belə olsa belə, ölkədə qanunsuz yollarala qazandığı vəsait hesabına övladlarının adına biznes quran Tahir Kərimovun çirkli pullarla əldə etdiyi əmlakın Azərbaycan Cinayət Prosessual Məcəlləsinin 521.1-ci bəndinə edilən əlavələrdən sonra müsadirə ediləcəyi gün uzaqda deyil.
Məmurlar arxayınlaşmasın...
Məmurlar arxayınlaşmasın...
Hakimiyyətin rüşvətxorluqla və korrupsiya ilə mübarizədə ən yüksək səviyyədə israrlı olduğu ortadadır. Həyata keçirilən həbslər bir yandan, digər yandan rüşvətxor məmurlara qarşı mübarizəni daha da sərtləşdirəcək fərmanın imzalanması rüşvətxor məmurların yuxusunu qaçırıb. Prezidentin Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətini və səlahiyyətlərini genişləndirməsi, ştat sayını artırması da DTX-nın rüşvətxorluğa qarşı mübarizədə öndə olacağını söyləməyə əsas verir. Bu barədə “Yeni Müsavat”a danışan “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirdi ki, 2018-ci ilin aprelində növbədənkənar prezident seçkilərindən sonra prezident İlham Əliyev inauqurasiyasındakı çıxışında ölkədə bütün istiqamətlərdə islahatların dərinləşəcəyinin anonsunu verib və korrupsiyaya qarşı mübarizənin əsas prioritetlərdən biri olduğunu bəyan edib. Məhz bundan sonrakı dövrdə müxtəlif istiqamətlərdə islahatlar genişləndirildi. Yeni kadrların təyin edilməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi prosesi başlandı, kölgə iqtisadiyyatının məhdudlaşdırılması istiqamətində çox mühüm addımlar atıldı. Prezident Administrasiyasında çox ciddi dəyişikliklər baş verdi, növbədənkənar parlament seçkiləri həyata keçirildi. İslahat prosesinin ən vacib mərhələlərindən biri isə konkret korrupsionerlərə qarşı mübarizənin genişlənməsi oldu: “İndiyə qədər aparılan bütövlükdə sosial, iqtisadi, siyasi islahatlar paralel gedirdi. Bütün bu islahatlara qarşı müqavimət var idi. İslahatlara ciddi mane olan səbəblərdən biri də korrupsiya, korrupsioner məmurlar idi. Korrupsioner məmurlar daha çox islahat prosesinə müqavimət göstərib və müqavimət göstərməkdə davam edəcəklər. Ölkə Prezidenti tərəfindən həm nazirlər, həm icra başçıları təyin edilərkən onların qarşısında konkret vəzifələr qoyuldu. Bir çox məmurlar yenə də köhnə qaydada davam edirdilər, islahatlara münasibətdə daha çox feodal təfəkkürü ilə yanaşırdılar. Maneələr artıq bütövlükdə ortada olan siyasi iradənin özünə qarşı çevrilmişdi. Bütün bunlar diqqətdən kənarda qala bilməzdi. Artıq daha geniş və sərt addımlara getmək qaçılmaz idi. Ona görə də prosesə Dövlət Təhlükəsizlik Xidməti cəlb olundu. Korrupsiya bütövlükdə dövləti təhdid edirdi. Bu baxımdan da Dövlət Təhlükəsizlik Xidmətinin rüşvətxorluq və korrupsiyaya qarşı mübarizəyə cəlb olunması zəruri idi. Korrupsiyanın miqyası elə siyasi vəzifələri də əhatə edirdi ki, DTX önə çıxarıldı. Artıq xeyli vaxtdır DTX çox ciddi mübarizə aparır. Ona görə də DTX-nın səlahiyyətlərinin və ştatlarının artırılması da lazım idi. Hakimiyyətin rüşvətxorluq və korrupsiya ilə mübarizədə ən yüksək səviyyədə israrlı olduğu ortadadır. Rüşvətxor məmurların yuxusunu qaçıran fərman da imzalanıb. Prezident DTX-nın fəaliyyətini gücləndirir, ştatı artırır. DTX-ya böyük ictimai inam, dəstək, etimad var". Ekspertin sözlərinə görə, rüşvətxorların, korrupsionerlərin ifşası prosesi bundan sonra davam edəcək: “O institutlar ki, daha çox rüşvətxorluq, korrupsiya yuvasına çevriliblər, onlar dövlət üçün, idarəetmə üçün təhdiddir. Ona görə də həmin institutlarla bağlı məsələlər təhlil olunur və həm cəza tədbirləri görülür, həm də həmin institutların, xüsusilə rayon icra hakimiyyətlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlandığına şübhə etmirəm. Talanlara yol vermiş məmurların məsuliyyətə cəlb edilməsi prosesi davam edəcək. Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də proseslər gedir. Monopoliyanın məhdudlaşdırılması istiqamətində də addımlar atılması gözlənilir. Başqa bir məsələ onunla bağlıdır ki, əmlak və kapitalın amnistiyası ilə bağlı prezident tapşırıq verib. Bununla bağlı da təkliflər paketi parlamentə daxil olmaqdadır. Tezliklə Rəqabət Məcəlləsinin qəbul edilməsinin də şahidi olacağıq. Başqa bir məsələ onunla bağlıdır ki, vəzifəli şəxslər tərəfindən gəlir və xərclərinin deklarasiyasının təqdim edilməsi prosesinə başlanılmalıdır. Həm də məmurların gəlirlərinin və xərclərinin trayektoriyasını həm ictimaiyyət, həm də dövlət orqanları izləmək imkanına malik olacaq. O məmurlar ki, yüksək dövlət və hökumət vəzifələrini tuturlar, onlara ölkədən kənarda əmlak almaq və vəsait yerləşdirmək qadağan olunmalıdır. Çünki belə bir qadağa olmadıqca, çox böyük koorupsiya sövdələşmələrinə, əməliyyatlarına gətirib çıxara bilir. Bu, həm də yüksək vəzifədə olan şəxslərin daim xaricdən təhdid altında olmasına gətirib çıxara bilir. Son günlərdə onun şahidi oluruq ki, keçmiş məmurların külli miqdarda vəsaiti, əmlakları üzə çıxıb. Korrupsiya ilə mübarizə bu məsələni də əhatə etməlidir. Məmur kapitalizmi tam olaraq aradan qalxmalıdır".
"...ən ciddi tədbirlər görüləcək"
Bəzi kütləvi informasiya vasitələrində Bakı şəhər prokurorluğunun əməkdaşı Yusif Səməndərovun guya yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxması səbəbindən vəfat etməsi, eləcə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Bakı şəhər prokurorluğunda onunla ünsiyyətdə olan şəxslərdə koronavirusla bağlı edilmiş test nəticələrinin bir neçə əməkdaşda pozitiv çıxması barədə yalan məlumatlar yayılmışdır. Bu barədə DİA.AZ_a Baş Prokurorluqdan verilən məlumatda deyilir. Kütləvi informasiya vasitələri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur. Bildiririk ki, koronavirusla mübarizə ilə bağlı həyata keçirilən profilaktiki tədbirlər çərçivəsində prokurorluq əməkdaşları testlərə cəlb edilmiş, onlardan yalnız birində koronavirus infeksiyasına yoluxma halı qeydə alınmışdır. Həmin əməkdaşın hazırda sosial izolyasiya rejimində müalicəsi həyata keçirilir. Aparılmış araşdırmalarla Yusif Səməndərovun “kəskin ürək və tənəffüs çatışmazlığı” diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə daxil olması və həmin xəstəlikdən mayın 31-də vəfat etməsi, eyni zamanda onun koronavirus test nəticəsinin neqativ çıxması müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu kütləvi informasiya vasitələrinə bir daha xəbərdarlıq edir ki, bu qəbildən olan yalan informasiyaların yayılmasını həyata keçirən KİV-lər barəsində ən ciddi tədbirlər görüləcəkdir.
Təhməzlinin işçiləri narazılıq yaradır...
Təhməzlinin işçiləri narazılıq yaradır...
Tənzimləyici qurum kimi yaradılan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sovet “obxess”i kimi fəaliyyət göstərməyə başlayıb Ən azından İsmayıllı rayon Kürdmaşı kənd sakini Quliyev Tural Ramiz oğlunun və Aşıqbayramlı kənd sakini Zülfüqarov Anar Valeh oğlunun başına gələnlər bu qənaəti doğurur. GUNDEMXEBER.AZ bildirir ki, İsmayıllı rayonunun bu sakinləri Qida Təhlükəsizliyi Agentliyinin yerli qurumunun əməkdaşlarının “obxess”sayağı fəaliyyəti sayəsində işsiz qalıb... Agentliyin əməkdaşları Eldar Əzizov və Elşən Qasımov bu iki ailənin yeganə gəlir mənbəyi olan qəssab dükanını əvvəlcədən xəbərdar etmədən qapayıblar. Rayon mərkəzində onlarla belə satış dükanı olsa da, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları məhz bu sırada standarta uyğun şəraiti olan üç-beş dükandan birini qıfıllayıb(?) Sahibkarlar üzləşdiyi problemlə bağlı Prezident Adminstrasiyasına, Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə və İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət edib. Müraciətlərinin əksəriyyətinin ünvanına çatması haqqında cavab alsalar da, Qida Təhlükəsizliyi Agentliyindən hec bir cavab almayıblar. Aktuallığını nəzərə alıb müraciəti müəyyən ixtisarla dərc edirik: "Etdiyimiz müraciətimizə müsbət nəticəsi olmadığından, Sizə müraciət etməklə, bəzi məmurların dövlətimizin adına yaraşmayan əməllərini ictiamiləşdirmək məcburiyyətindəyik. Belə ki, bir neçə vaxtdır İsmayıllı “Yaşıl Market” bazar kompleksinin sahibi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsinin rəisi İrfan İsgəndərovun cəzasızlıq, məsuliyyətsizlik, vəzifə borclarını yarıtmaz yerinə yetirmələri, rüşvət və korrupsiya mühitinin olması, sahibkarlıq subyektinin normal fəaliyyət göstərlməsinə qəsdən müxtəlif əngəllərin törədilməsi, ət kəsim sexində antisanitariya qaydalarına riayət olunmaması və s. özbaşınalıqlarla bağlı Prezidentə,1-ci Vitse Prezidentə, Kənd Təssərrüfatı Nazirliyinə, Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa və İsmayıll Rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Təəssüflər olsun ki, etdiyimiz haqlı müraciətimizə bu günədək cavab verilməmiş, biganə və laqeyid münasibət göstərilmişdir. Bütün dünya koronavurusla mübarizə aparır. Lakin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsinin rəisi İrfan İsgəndərov isə karantin vəziyyətini fürsət bilib yazdığımız yazılara görə bizi susdurmaq istəyir. Açıq-aşkar qanunsuz hərəkətlər edir. Belə ki, 21 aprel 2020-ci il tarixdə bizə məxsus İsmayıllı şəhəri Cavanşir küçəsində yerləşən obyektdə yoxlama aparmaqla güya, fəaliyyətdə olan ət satışı mağazasında sanitariya-gigiyena qaydalarına əməl olunmadığını əsas gətirərək, fəaliyyət göstərdiyimiz mağazanın giriş qapısını qıfıllanmış və kağız parcasına “giriş qadağandır” sözləri yazaraq qırmızı lentlə bağlanmışdır. Halbu ki, 09 yanvar 2019-cu il tarixdə mağazamız sanitariya-gigiyena qaydalarına cavab verdiyi üçün Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsinin rəisi İrfan İsgəndərov bizdən 250 manat pul alaraq ət satışına icazə vermişdir. Onların qanunsuz hərəkətlərlə məşğul olmaları haqqında, eləcə də saxta arayışlarla kəsilmiş ətə möhür vurularaq ət satışına icazə vermələrini bildirmişdik. Etdiyimiz bu müraciətimizdən sonra bizə qarşı qərəzli mövqe nümayış etdirməkdə davam edirlər. Qeyd olunan səbəblərə görə, rayon ərazisində fəaliyyətdə olan 35 ət satışı mağazasından yalnız bizim mağazamız hədəfə alınmışdır. Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsinin rəisi İrfan İsgəndərovun etdiyi qanunsuz hərəkətlər nəticəsində fəaliyyətimizi danandırmışıq. Onsuz da hər kəsin dərdi özünə bir yükdür. Ətrafımızda baş verən bu hallar bizi ağır duruma salır, haqlı narazılığımıza və şikayətimizə səbəb olur. Hesab edirik ki, bu qanunsuzluqlara son qoyulmalı və ədalət bərpa olunmalıdır”. Redaksiyadan: Bu məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən açıqlama almaq istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu. On gündən artıqdır ki, Agentliyə ünvanladığımız online müracətə cavab ala bilmədik(?) Bəlli olduğu kimi, Qida Təhlükəsizliyi Agentliyinin faəliyyətinin vətəndaşlarda narazılıq yaratması ilə bağlı bu məlumat ilk deyil. Tənzimləyici orqan kimi yaradılmış Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “obxess” kimi fəaliyyət göstərməsi haqqında iddialar isə qurum tərəfindən şərh olunmur və cavabsız qalır. Həm ictiami rəyin, həm də ekspertlərin bu Agentliyin fəaliyyətinə yanaşmalarının yumşaq desək birmənalı olmaması da sirr deyil. Aktuallığını nəzərə alıb, mövzunu davam etdirəcəyik.
Neftçalanın gənc başçısı sakinlərlə yola getmir
Neftçalanın gənc başçısı sakinlərlə yola getmir
Bir neçə gün əvvəl Neftçala rayonunda qəribə olay baş verib. Sakinlərin Bizimxeber.az-a verdiyi məlumata görə, rayonun yeni və gənc icra başçısı ilə sakinlərdən biri arasında mübahisə yarandığı deyilir. Bildirilir ki, icra başçısı Mirhəsən Seyidov rayon mərkəzində gəzinti zamanı maska taxmayan yaşlı bir qadına yaxınlaşaraq niyə maska taxmadığını irad tutub. Yaşlı qadın isə evinin yanında olduğunu və bundan sonra nəzərə alacağını deyib. Daha sonra yaşlı qadının fotogörüntülərini çəkən və çəkdirən icra başçısı Mirhəsən Seyidov maska taxmayan qadının şəkillərini sosial şəbəkədə paylaşıb. Müzakirələr başlayıb və... İcra başçısının bu hərəkəti qadının ailə üzvləri arasında ciddi narazılıqla qarşılanıb. Bir neçə gün sonra "Neftçala" Market deyilən mağazada alış-veriş edən Mirhəsən Seyidova qadının oğlu yaxınlaşaraq anasının fotosunu paylaşdığı üçün ona iradını bildirib, bu halın doğru olmadığını deyib. Marketdə icra başçısı, onun köməkçisi və narazı sakin arasında mübahisə yarandığı deyilir. Hətta qeyd olunur ki, marketdən çıxan icra başçısının köməkçisi maşınını narazı sakinin üzərinə sürüb. Bu hal rayon sakinləri arasında yaxşı qarşılanmayıb və icra başçısına etirazlarını bildiriblər. Son nəticədə qadının fotosu sosial şəbəkədən silinib. Bu arada rayon sakinlərinin verdiyi məlumata görə, Mirhəsən Seyidov "Neftçala" Marketdə alış veriş edən zaman marketin qapıları bağlanır, polis nəzarəti gücləndirilir. Bu zaman marketin qarşısında növbə yaranır. Bizimxeber.az bildirir ki, hadisənin daha dəqiq təfərrüatları barədə ətraflı məlumat verməyə çalışacağıq. Qarşı tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq. Qeyd edək ki, rayona yeni təyin olunan gənc icra başçısına qarşı sakinlərin böyük ehtiram və diqqəti varkən belə halların baş verməsi heç də xoş hal deyil.
Muxtar bölgənin hərbi potensialı
Muxtar bölgənin hərbi potensialı
2020-ci ilin 5-ci ayı da arxada qaldı. Təəssüf ki, ötən müddətdə də Dalıq Qarabağ konfliktinin dinc nizamlanması yönündə müsbətə doğru dönüş baş vermədi. Əksinə, sülh danışıqlarında pozitiv, ümidverici elementlər əvəzinə, Ermənistan tərəfdən nizamlama prosesini bir az da qəlizə salan addımları müşahidə etdik. Mayın 21-də işğal altındakı Şuşada düzənlənən “inauqurasiya” şousu isə işğalçı ölkənin ədalətli sülhdə və Bakı ilə konstruktiv danışıqlarda maraqlı olmadığını növbəti dəfə əyani nümayiş etdirdi. ATƏT-in Minsk Qrupu çərçivəsində nizamlama prosesini davam etdirməyin mənasızlığını ortaya qoydu. Bəzi aparıcı dövlətlərin “nala-mıxa vurma” siyasəti yalnız müharibəni yaxınlaşdırır; alman politoloq: “Ermənistan Dağlıq Qarabağdakı oyuncaq qurumla öz təcavüzkar statusunu maskalamağa çalışır...” Ancaq düşmən tərəf üçün qanqaraldıcı sayılacaq bir olay da yaşandı: Şuşadakı “andiçmə” hoqqabazlından cəmi bir neçə gün sonra Almaniya hökuməti Berlində yarım-məxfi şəkildə fəaliyyət göstərən və özünü “Arsaxın diplomatik nümayəndəliyi” kimi təqdim edən qondarma səfirliyin fəaliyyətini qanunsuz elan edən açıqlama və xəbərdarlıq yaydı. Bu yeni separatçıbaşının Şuşadakı “inauqurasiyası” fonunda Dağlıq Qarabağdakı oyuncaq rejimə Avropadan vurulan zərbə sayıla bilər. Əslində gözlənilən idi. Ən əvvəl o səbəbə ki, rəsmi Berlin Qarabağ məsələsində daima birmənalı, beynəlxalq hüquqa söykənən, Azərbaycanın ərazi bütövlüyünün xeyrinə olan mövqe sərgiləyib. Bəzi dövlətlər kimi, “ikili standart” siyasəti yürütməyib, “nala-mıxa” vurmayıb... ***** “Berlində qanunsuz nümayəndəliyin qadağan edilməsi çoxdan qaçılmaza çevrilmişdi. Almaniya Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağın Almaniyadakı kvazi-diplomatik fəaliyyətdən çəkinməsi tələbi çoxdan yetişmişdi və absurd vəziyyətə son qoymalıdır”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri “Vestnik Kavkaza” portalına berlinli politoloq Hayko Lanqner deyib. Onun sözlərinə görə, heç kim tərəfindən tanınmadığı üçün mövcud olmayan bir dövlətin xaricdə diplomatik nümayəndəliyi ola bilməz: “Bu, Almaniyanın Cinayət Məcəlləsinin 132 a bəndində açıq şəkildə tənzimlənir. Almaniyanın da üzvü olduğu ATƏT-in Minsk Qrupunun sülh danışıqları üçün baza şərtləri bununla yaxşılaşmış olur. Özünün aydın mövqeyi ilə Almaniyanın Xarici İşlər Nazirliyi bir daha təsdiqləyir ki, münaqişə tərəfləri Ermənistan və Azərbaycandır”. Sözünə davam edən politoloq deyir: “Dağlıq Qarabağın özünü müstəqil dövlət elan etmək cəhdi həmişə beynəlxalq hüquqda Ermənistanın Azərbaycanla dövlətlərarası münaqişədə təcavüzkar statusunu maskalamağa xidmət edib. Bu cəhdlər həmçinin, erməni separatçılarına zəruri sülh kompromislərinə veto qoymaları üçün ATƏT danışıqlarının formatını dəyişdirməyə yönəlib. Görünür, separatçı rejim Almaniyada öz təxribatçı fəaliyyətinin qurbanı olub. Federal Xarici İşlər Nazirliyinin qətiyyətli mövqeyini həm də onunla izah eləmək olar ki, Bundestaqındakı XDS hökumət qrupunun bəzi üzvləri Dağlıq Qarabağın lobbi fəaliyyəti fonunda hər dəfə öz hökumətini diplomatik izahatlara verməyə məcbur edirdi. Nəticədə Almaniyanın mövqeyinin qəti olaraq dəqiqləşdirilməsi qaçılmaz oldu. Bundan əlavə, federal hökumət, əlbəttə ki, ”Almaniyaya üçün Alternativ" sağ millətçilərin analoji hərəkətlərindən məsafə saxlamaq istəyib - hansı təşkilat ki, Bundestaq üzvlərini dəfələrlə Dağlıq Qarabağdakı “seçkiləri” izləməyə göndərib. Ümid etmək qalır ki, riayət edilmədiyi təqdirdə federal hökumət Almaniyada bu mövcud olmayan “dövlət”in rəsmiləri qismində qanunsuz hərəkət edənlərə qarşı konkret qanuni tədbirlər görəcək". Danışıqlar prosesinin uzun müddət dalanda qalması sövq- təbii müharibə ehtimalını artırır. Sözsüz ki, sülh istəyən və öz səbrini basıb nəticəsiz danışıqlara dözən Azərbaycan müharibəyə də hazır vəziyyətdədir. Son geniş miqyaslı hərbi təlimlər, qardaş Türkiyə ilə davam edən ortaq hərbi manevrlər məhz torpaqların güc yolu ilə azad edilməsi variantını daha da cilalamağa hesablanıb. Bunu düşmən tərəf də bilməmiş deyil. “Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüz və biz bunu göstərmişik. 2016-cı və 2018-ci illərdə uğurlu hərbi əməliyyatlar nəticəsində minlərlə hektar torpaq işğalçılardan azad edildi”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev ötən həftəsonu Bakı ətrafında qaçqın və məcburi köçkünlər üçün tikilmiş “Qobu Park-3" yaşayış kompleksinin açılışı zamanı etdiyi çıxışında deyib. Prezident xüsusi qeyd edib ki, bu gün Azərbaycan istənilən vəzifəni icra edə biləcək qüdrətli bir orduya sahibdir: ”Əlbəttə ki, sadaladığım bütün bu müsbət amillər, eyni zamanda, demoqrafik vəziyyət bizim üstünlüyümüzü bundan sonra da təmin edəcək. Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır. Bu gün müzakirə edilən və danışıqlar masasında olan məhz mərhələli həldir. Baxmayaraq ki, Ermənistanın rəhbərliyi öz rəsmi populist çıxışlarında bunu inkar etməyə çalışır, ancaq mahiyyət etibarilə danışıqlar çərçivəsində həmin bu mərhələli həll məsələsi müzakirə edilir. Burada da riyakarlıq edir, öz xalqını aldadır, vasitəçiləri aldatmaq istəyir. Mərhələli həldən başqa heç bir həll mümkün deyil, o da nə deməkdir? Birinci mərhələdə torpaqların bir hissəsi işğaldan azad olunur. Bundan başqa variant ola bilməz. Amma mənim dediyim söz odur ki, bu, ancaq mərhələli yanaşma ola bilər. Bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik. Heç kimdə şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq, məsələnin həlli üçün vaxtı və geosiyasi vəziyyəti düzgün qiymətləndirməliyik. Mənim fikrim budur və bilirəm ki, Azərbaycan xalqı mənim mövqeyimi dəstəkləyir. Mən bunu dəfələrlə bildirmişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ məsələsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi!" ***** Şübhə yox ki, ölkəmizin hərbi qüdrəti və döyüş potensialı barədə düşmən ölkədə də bilir və təlaş keçirirlər. “Azərbaycan türklərlə hərbi təlimlər həyata keçirir, dağlarda döyüş üsulları tətbiq edir. Ermənistanın nəzarət zonası yaxınlığında təlimlər keçirən Azərbaycan bununla idarəetmə sistemi, hərbi hissələrin koordinasiya edilməsi, hücum və əsas zərbə istiqamətini müəyyənləşdirir”. Bu sözləri Ermənistan silahlı qüvvələrinin keçmiş komandanı, 1992-95-ci illərdə Ermənistanın sabiq Baş Qərargah rəisi, general Norat Ter-Qriqoryants Ermənistan mediasına açıqlamasında deyib. Onun sözlərinə görə, təlim zamanı ordu praktik bacarıqlar əldə edir. “Bu cür təlimlər zamanı düşmənlə toqquşmanın müxtəlif ssenariləri və hücum əməliyyatları hazırlanır. Lakin heç kim hərbi təlimlər keçirən Azərbaycan ordusunun qəfil hücum edə biləcəyini düşünmədi. Halbuki müharibədəki əsas şey düşməni aldatmaqdır. Bu, hərbi hiylədir. Və Azərbaycanın niyyətlərini gizlətmək üçün əməliyyat planı var”, - deyə o qeyd edib. Erməni general, həmçinin qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin dərhal təlim rejimindən real döyüş rejiminə keçmək planı var: “Bu təlimləri yerinə yetirən Azərbaycan eyni zamanda, erməni tərəfini yoxlayır. Azərbaycanın kəşfiyyatı çox yaxşı işləyir. Onların hətta İrəvanda da casusları var. Məsələn, İrandan turistlər gəlir. Siz elə düşünürsünüz ki, onlar yalnız iranlılardır? Onların arasında çox sayda azərbaycanlı var. Ona görə də onlar qəfildən maskalarını ata və bizə hər tərəfdən hücum edə bilərlər” - Ter-Qriqoryants vurğulayıb və əlavə edib ki, belə bir ssenari 99% ehtimal olunur. “Azərbaycanın sülhpərvər dövlət olması hər kəsə bəllidir. Ölkə başçısı İlham Əliyev də beynəlxalq kürsülərdən dəfələrlə bəyan edib ki, Azərbaycan sülhpərvər ölkədir, lakin bizim səbrimizin həddi-hüdudu var. Hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin son hərbi təlimləri ona dəlalət edir ki, ordumuz istənilən an aktiv hərbi əməliyyatlar keçirə bilər”. Bu sözləri isə deputat-politoloq Elman Nəsirov deyib (Axar.az). O bildirib ki, Ermənistan tərəfi heç bir hüquqi normaya məhəl qoymur: “Ermənistanın Dağlıq Qarabağda yaratdığı qondarma rejimin qanundankənar keçirdiyi ”prezident" və “parlament” “seçki”lərinin ardından Şuşa şəhərində andiçmə təşkil etməsi siyasi həyasızlığın pik nöqtəsidir. Ermənistan rəhbərliyi bu addımı atmaqla onsuz da kövrək olan danışıqlara ağır bir zərbə endirmiş oldu. Bundan sonra danışıqların keçirilməsi və bu danışıqlarda Ermənistanın konstruktiv olacağına inam qalmayıb". Deputat vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin məsələyə heç bir reaksiya verməməsi də narahatedici məqamdır: “Əslində Minsk Qrupunun bundan öncəki bəyanatları da qeyri-adekvat xarakter daşıyırdı. Diqqət etsəniz, həmsədrlərin bəyanatlarında kimin işğalçı, kimin işğala məruz qaldığı qətiyyən bilinmir. Həmsədrlərin məsələyə yerində reaksiya verməməsi Ermənistan tərəfinin arxayınlığını artırır. Ermənistan tərəfinin hüquqazidd əməllərinin cəzasız qalması düşmən tərəfinin daha da cəsarətlənməsinə gətirib çıxarır. Düşünürəm ki, Azərbaycan diplomatiyası öz hücum taktikasını gücləndirməlidir. Biz bütün istiqamətlərdə ciddi addımlar atmalıyıq”. //musavat.com//
Aİ-yə bu qədər pul lazımdır
Aİ-yə bu qədər pul lazımdır
Avropa İttifaqı dövlətlərinin biznesi pandemiya və karantin tədbirləri səbəbi ilə zəncirvari iflas proseslərindən yayınmaq üçün 720 milyard avroya bərabər likvidliyə ehtiyac duyacaq. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Avropa Komissiyası rəhbərinin müavini Marqrete Vestager Brüsseldə keçirilən videobrifinqdə bildirib. “Artıq 2020-ci ildə Avropa iqtisadiyyatının cəmiyyətə milyonlarla iş yeri bahasına başa gələcək iflas dalğasının qarşısını almaq üçün 720 milyard avroya bərabər olan likvidliyə ehtiyacı olacaq”, - o deyib. Bununla əlaqədar M.Vestager qeyd edib ki, Avropa Komissiyası mayın 27-də təqdim olunan Aİ-nin İqtisadi Bərpa Fondunun yaradılması planı çərçivəsində vəziyyətin sabitləşməsi üçün Aİ dövlətlərinin iqtisadiyyatına 300 milyard avro məbləğində investisiya və kreditlərin cəlb olunmasını təmin etməli olan kredit qabiliyyətini dəstəkləyən xüsusi alət hazırlamaq niyyətindədir. İnvestisiya və kreditlərin cəlb olunması Avropa Komissiyası və Avropa İnvestisiya Bankının (AİB) maliyyə təminatı ilə baş tutacaq. O vurğulayıb ki, AK və AİB şirkətlərə birbaşa kredit verməyə yox, kapital bazarında özəl investisiyaların toplanmasına zəmanət verməyə diqqət yetirəcəklər. M.Vestagerin fikrincə, çatışmayan 420 milyard avro məbləğində vəsaiti iqtisadiyyatın dəstəklənməsi üzrə milli kredit sxemləri çərçivəsində Aİ dövlətlərinin hökumətləri cəlb etməlidir. Avropa Komissiyası rəhbərinin müavini əlavə edib ki, bu sxemin praktikada həyata keçirilmə sürəti qanunvericilik strukturları tərəfindən qərar qəbuletmə sürətindən, yəni Avropa Komissiyasının bu təkliflərini təsdiqləməli olan Avropa Parlamentindən və Avropa İttifaqı Şurasından asılı olacaq. Onun sözlərinə görə, bu mexanizm ən yaxşı halda yayın sonlarında - payızın əvvəlində işə düşə biləcək.
Bu Bölmənin Digər Xəbərləri
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR