Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
21:21 11/8/2020
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
“Fotoların Azərbaycana aidiyyatı yoxdur, təxribatdır“
“Ramiz Mehdiyev haqda yazılanlar sifarişlidir...”
Azyaşlı oğluna velosiped oğurlatdıran ata tutuldu
Rahib Nəbizadə əsassız qərar çıxarıb
Vəhşicəsinə öldürülən “Emin 444”ün anasından şok açıqlamalar – Video
Vəhşicəsinə öldürülən “Emin 444”ün anasından şok açıqlamalar – Video
Məlum olduğu kimi, iyunun 1-də kriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilən şəxslər hakim qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində qətli törətməkdə təqsirli bilinən Həsən Tağıyev və Zaur Yusifovun cinayət işi üzrə məhkəmə araşdırmasına başlanıb. Lakin məhkəmənin ilk günündən gərginlik yaşanıb, təqsirləndirilən şəxslərin adamları zərər çəkmiş tərəfə hücum ediblər, təhdid etməyə, hədə-qorxu gəlməyə başlayıblar. Məhkəmədən sonra mərhumun anası Məlahət Səfərova jurnalistlərə açıqlamasında bildirib ki, oğlu 1 il, 26 gündür dünyasını dəyişib. Onun sözlərinə görə, məhkəmədə heç bir səs-küy qoparmadan sakit şəkildə iştirak edib, prosesi izləyib, məhkəməni axıra qədər dinləyib. “Lakin bayırda dəhşətli faciə ilə rastlaşdım. Mən oğlumun qatillərinin üstünə kütləni daşımaq əvəzinə, Eminin ölümündə birinci dərəcəli barmağı olan Əli adlı adam hər yerdən üstümə adam tökdü, az qalırdılar məni vursunlar. Oğlumun qatili olan və azadlıqda gəzən Əli üstümə qışqırırdı ki, səni də öldürəcəm. Mən buradan səslənirəm ki, Əli oğlumu öldürüb, məni öldürə bilməyəcək. Mən məhkəməyə tək getmişdim, onlar kimi ordan-burdan adam yığıb aparmamışdım, heç kimə də ehtiyacım yox idi”, -deyə M.Səfərova bəyan edib. E.Səfərovun anası qeyd edib ki, Zaur Yusifov və digərləri oğlunu öldürüblər: “Mənə xəbər veriləndə həmin an hadisə yerinə getdim. Orada iki bıçaq olub, həmin bıçaqları müstəntiq Elnur müəlimə öz əllərimlə təqdim etmişəm. Ondan sonra həmin vaxt baş prokuror olan Zakir Qaralovun və müavini Rüstəm Usubovun qəbuluna getmişəm. Ancaq bu iş üzrə cəmi iki nəfər həbs edilib”. Oğlu öldürülən ana qeyd edib ki, qətlin gerçək səbəbini bilmir: “Oğlumu niyə öldürüblər bilmirəm, Emin bu sirri özü ilə apardı. Amma Əli və adamları Eminə hər dəfə deyirmişlər ki, sən türmədən çıxansan. Türmədən çıxıb, sizə nə edib? Uşağı bu sözlərlə hirsləndirirdilər, özündən çıxarırdılar”. M.Səfərova bildirib ki, onun tələbi bu cinayət işi üzrə təkcə Zaur və Həsənin həbsi ilə məsələnin ört-basdır edilməməsidir: “Oğluma 78 bıçaq vurulub. Onun 68 zərbəsini Zaur vurub. Bu Zaur Miqrasiya Xidmətində çalışıb, sonra məktəbdə işləyib, məşhur sələmçi idi, faizə pul verirdi. Bu iş üzrə yalnız Zaur və Həsən həbs edilib. Ancaq qətldə əli və iştirakı olanlar, başda Əli olmaqla hamısı azadlıqda gəzir. Oğlumu aparan Əli olub. İndi özünə bəraət qazandırır ki, guya hadisə günü içkili olub, heç nə bilmir. Görün necə yalan danışır”. M.Səfərova inanır ki, yeni Baş Prokuror Kamran Əliyev bu işi nəzarətinə götürəcək, oğlunun qətli ilə bağlı istintaq təzədən aparılacaq:
Aygül Şərbətovanı bıçaqlayan şəxs yaxalandı
Aygül Şərbətovanı bıçaqlayan şəxs yaxalandı
Sabirabad rayon prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qəsdən adam öldürməyə cəhd cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs tutulmuşdur. Bu barədə DİA.AZ-a Sabirabad rayon prokurorluğundan verilən məlumatda deyilir. Belə ki, mayın 19-da Sabirabad şəhərinin H.Əliyev prospektində yerləşən ərzaq mağazasında satıcı işləyən Saatlı rayon sakini Aygül Şərbətovaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə daxil olan məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilmişdir. İlkin araşdırmalarla Saatlı rayonu, Novruzlu kənd sakini Fəxrəddin Əhmədovun tanışı A.Şərbətovanı qısqanclıq zəminində qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir. F.Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmiş, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf etmiş və səmimi peşman olmasını bildirmişdir. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
"VAZ 2107" ilə hoqqa çıxaran
Avtoxuliqanlıq etdiyinə görə, inzibati qaydada həbs edilmiş 23 yaşlı Məhəmməd Hüseynli barəsində müvafiq araşdırmalar aparılıb. Müəyyən edilib ki, o, xeyli müddətdir paytaxt ərazisində günün müxtəlif saatlarında özünə məxsus qırmızı rəngli 99-RA-367 və etibarnamə ilə idarə etdiyi ağ rəngli 99-TV-117 dövlət qeydiyyat nişanlı VAZ 2107 markalı avtomobillərlə cəmiyyətə açıq hörmətsizlik etməklə, digər hərəkət iştirakçılarının – sürücü və piyadaların həyatına real təhlükə yaradıb. O, bu hərəkətlərinin çəkilişlərini apararaq sosial şəbəkələrdəki özünə aid olan səhifələrdə yerləşdirməklə hüquqazidd əməllərini təbliğ edib. Bu barədə XəzərXəbər-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, o, eləcə də istifadəsində olan nəqliyyat vasitələrinin konstruksiyalarına dəyişikliklər etməklə paytaxt yollarında yol polisi əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmiş, avtomobillərinə quraşdırılan, istifadəsi qanunla qadağan olunan sayrışan işıqlar, yüksək avazlı səs siqnallarından, saxta qeydiyyat nişanlarından istifadə etməklə avtoxuliqanlıq hərəkətlərini davam etdirib. Əksər hallarda avtomaşınlarını dövlət qeydiyyat nişanları olmadan nəqliyyat axının əksinə hərəkət etdirib. M.Hüseynli mayın 12-də növbəti avtoxuliqanlıq hərəkətləri edərkən Binəqədi DYPŞ əməkdaşları tərəfindən saxlanılıb və barəsində toplanmış materiallarla birlikdə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə o, 30 sutka inzibati qaydada həbs edilib.
Bu Bölmənin Digər Xəbərləri
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR