Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
21:21 11/8/2020
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
“Fotoların Azərbaycana aidiyyatı yoxdur, təxribatdır“
“Ramiz Mehdiyev haqda yazılanlar sifarişlidir...”
Azyaşlı oğluna velosiped oğurlatdıran ata tutuldu
Rahib Nəbizadə əsassız qərar çıxarıb
Çay bazarı kimin nəzarətindədir?
Çay bazarı kimin nəzarətindədir?
Çay ölkəmizdə ən populyar içkidir və yerli istehsal çay yüksək dadı ilə seçildiyi üçün xüsusilə tələb olunur. O, Azərbaycanın Lənkəran, Astara və Masallı rayonlarında yetişdirilir. Fermerlər artıq may ayının çaylarını yığmağa başlayıblar və bəziləri inanırlar ki, bu il rekord miqdarda çay yarpağının məhsulunu toplamaq mümkün olacaq. Lakin AYNA-ya danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun fikrincə, ölkədə çayçılıq sahəsində nikbinlik üçün xüsusi bir səbəb yoxdur: “Sovet dövründə Azərbaycanda 20 min ton quru çay yarpağı istehsal olunurdu, indi isə ildə 2 min tondan az istehsal olunur. Bu göstəriciləri müqayisə edərək müsbət meyllər və bol məhsul haqqında danışmaq olmaz”. Xatırladaq ki, 2018-2027-ci illər üçün “Azərbaycan Respublikasında çay istehsalının inkişafı Dövlət Proqramı” qəbul edilib. Məhərrəmovun sözlərinə görə, əvvəllər çay istehsalını 3 min tona çatdırmaq hədəfi qoyulmuşdu, lakin bu, baş verməyib: “Son dövlət proqramında qarşıya qoyulan məqsədə çatmaq mümkün olacaqmı, bunu isə zaman göstərəcək”. “Azərbaycanın daxili tələbatını bu və ya digər məhsulla təmin etmək barədə vədləri tez-tez eşitmək olur, lakin onlar vəd olaraq qalır. İlin əvvəlində səlahiyyətlilər və bəzi istehsalçılar istehsalın artırılacağına söz verirlər. Ancaq hər ilin sonunda müsbət dəyişikliklərin olmadığını görürürk. Təəssüf ki, ümumilikdə kənd təsərrüfatının, eləcə də çayçılığın inkişafına mane olan elementar problemlər hələ də həll olunmayıb. Azərbaycan çayı rəqabətli deyil. Çay plantasiyaları son illərdə böyüyür, lakin məhsuldarlığı azalır. Əlbəttə, ölkədə çayçılığın normal inkişaf etməsini istərdik, çünki məhsuldarlıq var, lakin yetərli yanaşma yoxdur. Əgər lazımi diqqət və peşəkar ynaşma olarsa, Lənkəran çayı çay bazarında öz layiqli yerini tuta bilər”, - ekspert bildirib. V.Məhərrəmovun dediyinə görə, inhisarçılar ucuz xarici çayın idxalında maraqlıdırlar: “Xaricdən ucuz çayı gətirib burada qablaşdırırlar, bir hissəsi daxili bazara gedir, bir hissəsi digər ölkələrə satılır. Bu ilin ilk rübündə ölkəyə çay idxalı artıb. İdxal artıbsa, bu, artıq çayçılığın inkişafı üzrə dövlət proqramının istədiyimiz kimi işləmədiyini göstərir. Koronavirus pandemiyası çay məhsulu üçün əngəl deyil, çünki məsafəni gözləyərək və müasir texnologiyadan yararlanaraq, bu işi görmək mümkündür”. Mütəxəssis deyib ki, yerli məhsuldarlığın aşağı olması səbəbindən ölkədə çayın qiyməti yüksəkdir: “Onu həqiqətən azaltmaq üçün, başqa ölkələrdə bunu edə bilirlərsə, niyə bizdə etməyək? Bir çox cəhətdən bu, fermerlərin təcrübəsindən və biliklərindən asılıdır. İnkişaf etmiş ölkələrdə fermerlər öz sahələrinin həqiqi mütəxəssisləridir, bizim fermerlərimiz isə lazımi məlumata malik deyillər. Fermerlərin özləri və dövlət kənd təsərrüfatını daha yüksək səviyyəyə qaldırmaq istəyirlərsə, fermerlərin maariflənməsində maraqlı olmalıdırlar”. Həmsöhbətimizin vurğulayıb ki, inkişaf etmiş ölkələrdə əkinçilər belə, kənd təsərrüfatı parklarına cəlb olunurlar: “Kənd təsərrüfatı parkları sistemini inkişaf etdirmək qərarına gəldiksə, eyni yolu tutmalıyıq. Məsələn, çayçılıq sahəsində ixtisaslaşmış bir aqropark yarada və bu işə alimləri və mütəxəssisləri cəlb edə, fermerlərə necə işləməyi göstərə bilərik. Ümumiyyətlə, çayçılığın inkişafı üçün təlim verən, məlumat verən, istiqamətləndirən bir mərkəz olmalıdır”.
Ucuz evlər yoxa çıxıb, bahalı obyektlər satışda
Ucuz evlər yoxa çıxıb, bahalı obyektlər satışda
“Bu gün bazarda qeyri-müəyyənlik hökm sürür. Yəni satan var, alan yoxdur. Bu aktivlik son 20 ilin ən aşağı həddindədir. Yəni satanla alan görüşmür, bazarda sövdələşmə getmir. Əsasən qiymət artımları struktur dəyişiklikləri ilə bağlıdır”. Bunu Cebhe.info-ya açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli hazırkı və karantindən sonrakı dövrdə əmlak bazarındakı gözləntilərdən danışarkən deyib. Onun sözlərinə görə, karantindən sonra bu sahədəki gözləntilər bir neçə səbəbdən asılı olacaq: “Ucuz obyektlər yoxa çıxıb və ay ərzində kifayət qədər sayda bahalı obyektlər bazara daxil olub. Ona görə də orta qiymət yüksəlib. Karantindən sonra bu sahədə gözləntilər pandemiya dövrünün müddətindən, neft birjalarında baş verəcək hadisələrdən, pandemiya dövründən sonra daşınmaz əmlak bazarına göstəriləcək dövlət və müəyyən fərdi investorların əhəmiyyətli dəstəyindən, xarici investorların bu bazara olan marağından asılı olacaq. Bu 4 göstəricidən asılı olaraq bazarda müxtəlif istiqamətlərdə ilk dinamika hərəkət edə bilər. Bu baxımdan, proqnoz vermək bir qədər çətin məsələdir. Əgər bir ay ərzində bütün dünya pandemiya vəziyyətindən çıxarsa, təbii ki, qiymətlər həm neft birjalarında, həm investisiya, həm də daşınmaz əmlak bazarında stabilləşəcək. Orta müddətli dövr, yəni yayın sonu- payız aylarının əvvəlinə qədər davam etsə, qiymət azalması qaçılmaz olacaq. Ola bilər ki, 6-10 faiz arasında dəyişsin. Amma uzunmüddətli, yəni pandemiya gələn ili də əhatə etsə, qiymətlərin əhəmiyyətli dərəcədə düşməsi, ən azı 20 faizin üzərində olacağı qaçılmazdır. Təbii ki, bunlar da hamısı ehtimaldır”. Ekspert qeyd edib ki, aprel ayında ümumən daşınmaz əmlak bazarında bütün göstəricilər üzrə gözlənilənlərin əksi olaraq artım olub. O, sözügedən sahədə aylıq və illik göstəriciləri təqdim edib: “Təkrar mənzil bazarında orta qiymət 1695 manat, artım 2,05 faiz, ilkin mənzil bazarında orta qiymət 1329 manat, artım 2, 76 faiz, kommersiya obyektləri bazarında orta qiymət 2953 manat, artım 8,43 faiz, torpaq bazarında orta qiymət (bir sot) 21338 manat, artım 9, 12 faiz, mənzil kirayəsi bazarının orta qiyməti (bir mənzilin) 932 manat (aylıq), azalma 0,36 faiz, obyektlərin icarəsi bazarında orta qiymət (bir obyektin) 2944 manat, azalma 2,53 faiz, həyət və bağ evlərində orta qiymət 704 manat (1kvadratmetr), artım 2,22 faiz, həyət və bağ evlərinin kirayəsində orta qiymət 1321 manat, artım isə 0,26 faiz olub. İl ərzində artım isə təkrar mənzil bazarında 1,13 faiz, ilkin mənzil bazarında 8,58 faiz, kommersiya obyektləri bazarında 9,25 faiz, torpaq bazarında 6, 18 faiz, mənzil kirayəsi bazarında 6,51 faiz olub. Obyektlərin icarəsi bazarında isə 0,78 faiz azalma baş verib”.
"Oktyabra qədər davam edəcək"
İki aya yaxındır rayon əhalisinin Bakı və Sumqayıt şəhərlərinə, habelə Abşeron rayonuna girişinə məhdudiyyətlər qoyulub. Ancaq müəyyən şəxslərin girişinə heç bir qadağa nəzərdə tutulmayıb. Onların arasında fermerlər və təcili surətdə tibbi müayinə, yaxud müalicə olunmaq üçün gələnlər də var. Mövzumuzun əsas tərəfi də hazırkı dövrdə Bakıya hansı məhsulların və hansı xəstələrin gətirilməsidir. Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli Lent.az -a açıqlamasında bildirib ki, fermerlər müvafiq icazə sənədlərini almaqla böyük şəhərlərə gedə bilərlər: “Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərləri və Abşeron rayonundakı fermerlər və kənd təsərrüfatı məhsullarının daşınması ilə məşğul olanlar yerli icra hakimiyyətlərindən yaşayış yeri haqqında arayış almalıdır. Onların bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyindən də arayışları olur. Ancaq bir fərq var, indi yalnız iri tonnajlı nəqliyyat vasitələri ilə avtomobildə maksimum 2 nəfər olmaqla məhsullar gətirilməlidir”. Ekspert hazırda paytaxt bazarlarına hansı məhsulların gətirilməsindən, qiymətlərdən və bolluqdan danışıb: “Hazırda tez yetişən kənd təsərrüfatı məhsulları olan pomidor, xiyar, kələm, kartof, çiyələk, Göycə alçası gətirilir. Bir həftəyə “süd alması”deyilən tez yetişən almalar da gələcək. Artıq may ayından etibarən gec yetişən meyvə-tərəvəz məhsullarını da bazarlarda görəcəyik. Mayın ortalarından bolluq dövrü başlayır. İyunun əvvəlindən də gec yetişən məhsullarda yığım başlayacaq. Ümumiyətlə, pandemiyadan asılı olmayaraq, may ayından başlayan məhsul dövrü oktyabrın sonuna qədər davam edəcək. Ona görə də bu müddətdə kənd təsərrüfatı məhsullarını qiymətlərində artım, hər hansı dəyişiklik mümkün deyil. Çünki ölkədə kütləvi istehsal başlayır. Təsəvvür edin, iyunda ölkədə 300 min tondan çox kartof istehsal olunacaq. Bütün bunlar da daxili bazarda realizə olunacaq. İndi ixraca da müəyyən məhdudiyyətlər var, ona görə də onlar avtomatik daxili bazara cəmlənəcək. Bu qiymətlərdə də özünü göstərir. Məsələn, keçən ilin bu vaxtı təzə kartofun qiyməti 1,5 manatdan az deyildi, amma indi 50-60 qəpiyədir. Kartofun qiymətində 70 faizə qədər enmə var. İyun ayından etibarən bu ucuzlaşma digər meyvə-tərəvəzlərə də təsir göstərəcək və proses oktyabra qədər davam edəcək”. TƏBİB-in mətbuat xidmətindən sorğumuza cavab olaraq, Bakıya hansı xəstələrin gətirilməsinə aydınlıq gətirib: “Rayonda yaşayanlar müxtəlif xəstəliklərə görə Bakıya gətirilə bilər. Yəni, bu hansısa xüsusi xəstəliklərlə əlaqəli deyil. Adicə ayaq sınığından tutmuş bütün sağlamlıq pozuntularının ağır forması olarsa, baş həkim göndəriş yazıb Bakıya göndərir”. Baş Dövlət Yol Polisi idarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev də saytımıza açıqlama verərkən kimlərin və necə Bakıya buraxılmasına bir daha aydınlıq gətirib: “Nazirlər Kabinetinin 126 saylı qərarına əsasən bəzi şəxslərin ölkədaxili hərəkətinə qadağa qoyulmayıb. Kənd təsərrüfatı məhsulları gətirənlər, yaxın qohumlarının dəfn mərasimində iştirak etmək üçün gələnlər, həmçinin həkimlərin göstərişi ilə Bakıya müayinəyə gələnlərin şəhərə girişində problem yoxdur. Sadəcə, onlar tələb olunan 3 arayış formasından birini almalıdır. Həmin arayış əsasında onların hərəkətinə heç bir problem yaradıla bilməz”.
Bu Bölmənin Digər Xəbərləri
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR