Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
21:21 11/8/2020
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
“Fotoların Azərbaycana aidiyyatı yoxdur, təxribatdır“
“Ramiz Mehdiyev haqda yazılanlar sifarişlidir...”
Azyaşlı oğluna velosiped oğurlatdıran ata tutuldu
Rahib Nəbizadə əsassız qərar çıxarıb
''İnəyin əri...''
''İnəyin əri...''
Milli Şuranın ''Zoom konfransı''ndan yeni video-parça yayılıb. Hər dəfə olduğu kimi, bu dəfə də millətimiz bu möhtəşəm qurumun rəhbərlərinin dərin məzmunlu replika və müzakirələrindən böyük faydalar götürmüş, dərs almışlar. Maraqlıdır ki, Milli Şura rəhbərlərinin çoxqatlı mənəvi-siyasi göstəriciləri illərlə apardıqları fəalliyyət, rəsmi olaraq, açıqladıqları bəyanat və nitqlər sayəsində deyil, məhz içlərinə doğru ''zom'' olunandan sonra aşkara çıxmışdır. Bu adamlar divanda uzanıb, gərnəşəndə də milləti istişarə edirlərmiş. Çünki Milli Şuradırlar, millidirlər. Onların uca millətimizin ''gey'' və hər türdən olan üzdəniraqlarına sahib çıxmaq istedadları da partlaq vermiş, bu istedad növü qıcqıraraq, bəzi Şura üzvlərini təsirləndirmiş, istefaya sövq etmişdir. İlllərdir hakimiyyətə alternativ kimi təqdim olunan və özünü bu cür təqdim edən Milli Şuranın sən demə, gerçəkdən də çox layiqli sifətləri varmış. Onlar əsil siyasətçi çevikliyi və praqmatizmi nümayiş etdirərərək, öz müttəfiq, düşərgədaş və illərin yoldaşlarına hər cür aşağılayıcı ifadələr işlətməyi bacarır, onlara ''eşşək'', ''alçaq'', ''tryapka'' kimi dərin məzmunlu epitetlər ünvanlayırlar. Milli Şuranın ''zoom müşavirəsi'' həm də ''zoofil''liyi ilə yaddaşlara qazınmışdır. Bu qurumun rəhbərləri o qədər milli xüsusiyyətə malikdirlər ki, onların obrazlı cümlələrində, ifadə, ittiham və zarafatlarında vətənimizdə yaşayan əksər heyvan adları mərkəzi obrazlara çevrilmişdir. Xüsusi ilə təqdim etdiyimiz bu video-parçadan da gördüyünüz kimi, Milli Şuranın dəyərli mamaşası, hörmətli Gültəkin xanım inəklər haqqında necə də gözəl, dəyərli, yüksək məzmunlu lətifə danışır. Buradan göründüyü kimi, hörmətli ''milli mamaşa'' ər amilini, erkək obrazını, ailə institutunu necə müqəddəs sayır, onu ''inək'', ''buğa'' kimi epitetlərlə gücləndirir, xalqın anlaya biləcəyi məzmunda Cəmil Həsənliyə nəql edir. Millişurabaşı Cəmil Həsənli də mənalı hırıltıları və hıçqırıqları ilə Gültəkin Hacıbəyli xanıma dəstək olur, onu həvəsləndirir və erkəyə, buğaya olan yüksək münasibətini ortaya qoymuş olur. Milli Şuranın digər üzvləri də ''mamaşa və papaşalarının'' bu cükküldəşməsindən vəcdə gələrək, xalqımıza dair yüksək fikirlər söyləyirlər, onun necə çox və boş danışdığını, milli aşağılıq komplekslərimizin olduğunu sevinc hissləri ilə izhar edirlər. Bir sözlə, Milli Şuranı ''zom''ladıqca, onun mamaşasının, papaşasısın böyük məziyyətləri üzə çıxmış oldu. Buyurun, birlikdə izləyək, dönə - dönə baxaq, əylənək, gülək. Milli Şura olmasaydı, pandemiya dövrünü bu cür əyləncəli keçirdə bilməzdik. İnəyiniz südlü, buğanız güclü olsun. Musavat.com
Azərbaycanda YENİ MƏMUR HƏBSLƏRİ - Prokurorluq 2 milyonluq korrupsiya cinayətini ifşa etdi
Azərbaycanda YENİ MƏMUR HƏBSLƏRİ - Prokurorluq 2 milyonluq korrupsiya cinayətini ifşa etdi
Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) bir qrup vəzifəli şəxslərinin cinayət əməllərinə görə 6 may 2013-cü il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir. Bu barədə DİA.AZ-a Baş Prokurorluqdan verilən məlumatda deyilir. Aparılmış istintaqla Ağdaş rayon ƏSMM-nin sabiq direktoru Vahid Seyfəlovun, mühasibat uçotu sektorunun sabiq müdiri Müşviq Baxışov, "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağdaş rayon poçt filialının sabiq şöbə rəisləri Adil Həsənov və Əslan Lətifovla qabaqcadan əlbir olaraq, Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Müstəqim Məmmədov və rayon peşə məktəbinin sabiq baş mühasibi Yaşar Həsənov tərəfindən hazırlanmış yaşayış yeri və təhsil haqqında saxta arayışlar əsasında 1 yanvar 2006-cı il tarixdən 10 iyun 2007-ci il tarixədək olan müddətdə sosial müdafiə mərkəzinin səlahiyyət dairəsində yaşamayan, uydurulmuş, eləcə də yaşayan şəxslərin adından özlərinin məlumatı olmadan sosial müavinətin təyin edilməsi haqqında saxta müraciət ərizələri və qərarlar, ödəniş tapşırıqları və şəxsi hesab kartları hazırlamaqla müxtəlif növlərdə saxta sosial müavinət işləri açaraq həmin müavinət işləri üzrə pul vəsaitlərini mənimsəmələri faktları müyyən edilmişdir. Həmin vəzifəli şəxslərin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin barəsində müvafiq ittiham hökmləri çıxarılmışdır. Qeyd edilən cinayətlərin törədilməsi zamanı həmin vəzifəli şəxslərlə qabaqcadan əlbir olaraq birgə icraçı kimi çıxış etmiş digər vəzifəli şəxsin istintaq zamanı müəyyən edilməməsi səbəbindən həmin cinayət işinin materiallarından 23 may 2017-ci il tarixdə yeni cinayət işi ayrıca icraata ayrılmış və iş üzrə icraat 20 may 2020-ci il tarixdə təzələnmişdir. İstintaqla həmin mərkəzdə ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda məsləhətçi işləmiş Mahuzər Musayevanın yuxarıda adları qeyd edilən şəxslərlə birgə, eyni cinayət əməllərini törətməsi nəticəsində 1 yanvar 2006-cı il tarixdən 10 iyun 2007-ci il tarixədək olan müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə saxtakarlığa yol verib cinayət yolu ilə əldə etdikləri 1 milyon 930 min manat məbləğində pul vəsaitini cinayətkar qrupun üzvləri arasında bölməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilmişdir. Həmin əməllərə görə Mahuzər Musayeva Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
“Hər kişinin 3-4 arvadı, 5-6 maşını var”
“Hər kişinin 3-4 arvadı, 5-6 maşını var”
“Elə dövlətlər var ki, sərvətləri başından aşır, xəzinəsi ağzınacan doludur. Hər kişinin 3-4 arvadı, 5-6 maşını, malikanələri var. Amma belə dövlətlərin heç də hamısı güc sahibi sayılmırlar. Bir çox hallarda onlarla hesablaşmırlar da. Çünki həmin ölkələrin əhalisinin savad səviyyəsi aşağı, elmi zəifdir”. Yenisabah.az xəbər verir ki, bu fikirlər Yurddaş Partiyasının sədri, keçmiş deputat Mais Səfərliyə məxsusdur. Partiya sədrinin fikrincə, müasir dövlətin gücü onun pullarının miqdarına, bombalarının sayına, raketlərinin sürətinə deyil, vətəndaşına, insanına bağlıdır. “Zəmanəmizin insanının gücü isə nə onun qolunun zorunda, nə var - dövlətində, nə də babalarından qalma sərvətindədir. Bugünki insanın gücü onun savadına, biliyinə, dünyagörüşünə bağlıdır”, - deyə o vurğulayıb. Mais Səfərli daha sonra qeyd edib ki, dünya xəritəsində az qala kiçik bir nöqtə boyda dövlətlər də var ki, hər kəs onlarla hesablaşır. Çünki həmin ölkələr yüksək təhsil sisteminə, böyük elmi potensiala malikdirlər. Partiya sədri daha sonra əlavə edib: “Təhsil insana daxili qabiliyyətini üzə çıxarmağa, anadangəlmə yetənəklərini inkişaf etdirməyə imkan yaradır, potensialına elmi biliklər qatıb, onu həyat yollarında güclü edir. İnsan məhz təhsilin sayəsində kamilləşir, suallarına cavab tapır. Bütün bunlar ona rahat, parlaq, maddi və mənəvi cəhətdən zəngin həyat bəxş edir. Odur ki, güclü dövlətlər təhsilə, elmə böyük diqqət və pullar ayırır,gəlirlərini insan kapitalına çevirirlər. Bu kapital- sərvətlərin sərvətidir. Ölkəmizdə təhsilin Avropa standartları səviyyəsinə yüksəlməsi üçün hələ zaman lazımdır. Ancaq açıq görunən odur ki, təhsil Azərbaycan dövlətinin diqqət mərkəzindədir. İldən - ilə büdcədən bu sferaya ayrılan xərclərin əhəmiyyətli dərəcədə artması müsbət qiymətləndirilməlidir”. Partiya sədri əlavə edib ki, koronovirus pandemiyası həyatımızın bütün sahələrində olduğu kimi, təhsilimizə də ciddi zərbələr vurdu. İnfeksiyanın yayılmasının qarşısını almaq məqsədilə 2019-2020-ci tədris ilinin ikinci yarısında təhsil ocaqlarımız, demək olar ki, qapalı qaldı. “Buna baxmayaraq, Təhsil nazirliyinin təşkilatçılığı, müəllimlərimizin zəhməti nəticəsində tədris prosesi internet üzərindən aparıldı, teledərslər təqdim olundu. Ekstremal şəraitdə şagirdlərin yeni biliklərə yiyələnmələri üçün xeyli işlər görüldü. Başlıcası,məktəblilər bunun hesabına fasiləsiz maariflənmə prosesinə cəlb edildilər. Bu bir fədakarlıq, vətənpərvərlikdir. Pedaqoqlarımıza, təhsil təşkilatçılarımıza hamılıqla "Var olun !"-deyək”.
Qarabağ danışıqlarının imitasiyası müharibəyə aparır - TƏHLİL
Qarabağ danışıqlarının imitasiyası müharibəyə aparır - TƏHLİL
Azərbaycanla Ermənistan arasında əldə olunan atəşkəs artıq 27-ci ilinə keçib. Azərbaycan sözsüz ki, özünün qanuni ərazilərinin erməni işğalında qalması ilə heç vaxt barışmayacaq. Torpaqlar sülh yolu ilə olmasa da, savaş yolu ilə qaytarılacaq. Bakı öz hərbi potensialını, o cümlədən təcavüzkar ölkədən hərbi üstünlüyünü ilk növbədə elə bu məqsədlə ilbəil artırır. Eyni zamanda danışıqlar masası arxasında güc amilinin əhəmiyyətini dərk edərək hərbi faktora xüsusi diqqət ayırır. Təəssüflər olsun ki, Qarabağa dair dinc nizamlama prosesi ilin altıncı ayı başlasa da, atəşkəsin 27-ci ilində - 2020-ci ildə də gözlənilən dönüşə gətirməyib. Səbəb məlum - işğalçı Ermənistanın konstruktiv müzakirələri yaxına buraxmayan, Azərbaycana hərbi variantdan başqa yol qoymayan destruktiv və təxribatçı mövqeyi. Bunu əcnəbi analitiklər də görür və xəbərdarlıq edirlər. “Danışıqlar prosesi hələ ki davam edir. Lakin Dağlıq Qarabağ ətrafındakı vəziyyət getdikcə yeni, böyük və kiçik toqquşmalara doğru gedəcək, çünki Azərbaycan hesab edir ki, danışıqlar yolu ilə heç nəyə nail olunmayacaq. Bu da çox pisdir. Ona görə ki, müharibə ilə də heç kim heç nəyə nail olmayacaq”. “Yeni Müsavat”ın məlumatına görə, bunu xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə tanınmış rusiyalı analitik Qriqori Trofimçuk 1 in.am erməni portalına müsahibəsində söyləyib. Onun sözlərinə görə, bütün tərəflər sülh və sabitliyə aparan danışıqları davam etdirməyə ümid edir. “Bu isə yalnız prosesin formal kollektiv müzakirələrə doğru deyil, konkret qərarlara doğru gedəcəyi halda mümkün ola bilər. Formalizm birbaşa müharibəyə aparır. Artıq Ermənistanı narahat olmalıdır ki, Azərbaycanda əhalinin demək olar, bütün təbəqələri döyüşməyə hazırdır, nəinki təkcə ordu. Bu, vətəndaş cəmiyyətdə nadir görünən yekdillik nümunəsidir”, - deyə o qeyd edib. Ekspertin fikrincə, “Kreml həqiqətən də danışıqlar prosesini dəstəkləməyə və fəallaşdırmağa çalışır”, çünki Moskva xüsusən də 2016-cı ilin aprelindən sonra, Vyana və Sankt-Peterburqdakı zirvə görüşlərini nəzərə alaraq, öz üzərinə məhz bu öhdəlikləri götürüb: “Başqa sözlə, bununla bağlı heç bir şikayət ola bilməz, çünki aprel döyüşünün tez bir zamanda dayandırılması həm də Rusiyanın və onun rəhbərliyinin əməyidir. Bu prosesin ”dərinliklərində", yeni, ələlxüsus da məkrli bir şey baş vermir. Danışıqların Moskva tərəfindən aparılması dünyada gedən mürəkkəb proseslər fonunda bu gün böyük bir nailiyyətdir". Trofimçuk sülh prosesinə töhfə vermək istəməyən İrəvana bir daha xəbərdarlıq edib. Onun qənaətincə, erməni tərəfi narahat olmalıdır ki, Azərbaycan heç vaxt sakitləşməyəcək və bunun zamanla zəifləyəcəyini gözləməməlidir. “Azərbaycan tərəfini xüsusilə əsəbilışdirən odur ki, 2016-cı ilin aprel müharibəsindən sonra danışıqlar heç bir şeyə gətirmədi. Münaqişənin kəskinliyi isə qalır və heç bir koronavirus Azərbaycanla Ermənistan arasındakı hərbi-siyasi ziddiyyətləri aradan qaldırmaq gücündə deyil”, - deyə rusiyalı analitik sonda əlavə edib. ***** Bu arada Ermənistanda 2016-cı ildə işğalçı qüvvələrin lokal məğlubiyyəti ilə bitən “4 günlük” aprel savaşı ilə bağlı siyasi çəkişmə və toqquşmalar pik həddə yaxınlaşmaq üzrədir. Sabah - iyunun 4-də “4 günlük” aprel savaşı ilə bağlı 2018-ci ildə yaradılmış parlament istintaq komissiyası öz işini tamamlayacağı və nəticələrin bir qisminin ictimaiyyətə açıqlanacağı gözlənilir. “Xatırladaq ki, ötən əsrin 90-ci illərdə birinci Qarabağ müharibəsindən sonra bir-birinin ardınca itirilmiş rayonlarımıza görə məhz Azərbaycanda belə istintaq və məhkəmə prosesləri aparılırdı və bu, bizim məğlubiyyətlərimiz üzərində qurduğumuz məhkəmə idi”. Bu sözləri parlamentin srağagünkü iclasında çıxış edən İnsan haqları komitəsinin sədri Zahid Oruc deyib. O bildirib ki, aprel döyüşlərindən sonra Ermənistanda əsas hərbi və siyasi rəhbərlik yüksək kreslolarını və bir vaxtlar işğal hesabına qazandıqları nüfuzu itirdilər: “Serj Sərkisyan, Seyran Ohanyan (o zamankı müdafiə naziri - red.), bir neçə ordu generalı nəinki vəzifələrindən getdi, eləcə də istintaqa çağırılmalı oldular. Sərkisyan və Ohanyandan başqa XİN-in sabiq rəhbəri Edvard Nalbəndyan, sabiq baş nazir Karen Karapetyan, Bako Saakyan, o cümlədən Ağdərə, Cəbrayıl və digər ön cəbhələr üzrə döyüşlərdə iştirak edən hərbi hissə komandirləri, həmçinin ordunun kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyan və digər yüksək rütbəli şəxslər də izahata cəlb olunublar. KTMT-yə 2017-də baş katib təyin olunub, bir il sonra vəzifəsindən çıxarılan Yuri Xaçaturov da izahata çağırılanlar sırasındadır. İstintaqın nəticəsində 1000 səhifədən artıq material toplanıb. Onun əsasında yeni cinayət işləri qaldırılacaq. İstintaq bütün hərbi və siyasi xarakterli məsələləri ən kiçik detallarına qədər araşdırır - Lələtəpə nə üçün əldən verildi, kəşfiyyat qrupu Azərbaycan Ordusunun hərəkətləri barədə tam məlumatlı idimi, hərbi sursat və yanacaq yetərli olubmu, xəyanət və satqınlıq baş veribmi, o cümlədən gecəgörmə cihazları və müşahidə qurguları düzgün çalışıbmı və sair”. Komitə sədri daha sonra bildirib ki, İstintaq Komissiyasının işi ətrafında böyük ictimai maraq var və erməni xalqı aprel müharibəsinə görə cəza tələb edir: “Bu, Azərbaycan dövlətinin qələbəsidir. Ermənistanın hərbi və siyasi baxımdan parçalanması, keçmiş səhra komandirlərinin məhkəməyə çəkilməsi İlham Əliyevin ”4 günlük müharibəsi"nin nəticəsidir. Əksər erməni mediasında Azərbaycanın Naxçıvan bölgəsində Ali Baş Komandan İlham Əliyevin yerləşdirdiyi müasir reaktiv sistemlər, hədəfi vurma məsafəsi 120 km olan “Qaplan”, “Qasırğa” və sair raket qurğularının təhlükəsi haqda silsilə yazılar gedir. Bu gün öz siyasi və ordu generallarını mühakiməyə qalxan Ermənistan sual edir ki, İlham Əliyevin Naxçıvana müasir silahları yerləşdirməsi ilə Azərbaycan prezidentinin son İrəvan çıxışı arasında hansı bağlılıq var? Ona görə Azərbaycanın hərbi və siyasi dairələri, həmçinin mətbuat vasitələri Ermənistanda gedən aprel müharibəsi istintaqının hər bir sətrini, hər bir hərəkətini izləməlidir. Bəli, gələcək müharibə üçün, yeni aprel, may, iyun döyüşləri üçün..." ***** Şübhə yox ki, Azərbaycan düşmən ölkədə daxili ictimai-siyasi vəziyyətdən, orada hakimiyyət uğrunda gedən mübarizədən asılı olmayaraq, müharibə hazırlıqlarını davam etdirəcək, özünün döyüş qüdrətini və potensialını bir az da artıracaq. Əlbəttə ki, optimal şərtlər yetişən kimi işğalçıya növbəti, daha miqyaslı lokal hərbi əməliyyatla, aprel zərbəsindən də sarsıdıcı zərbələr endiriləcək. Buna kimsənin şübhəsi olmasın. Ta ki, rəsmi İrəvan Qarabağ danışıqlarında konstruktiv mövqe tutanadək. Hələliksə düşmən tərəf ara-sıra təmas xətti boyu mövqelərimizi atəşə tutmaqla təxribatlarını davam etdirir. Belə ki, dünən Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Cavab atəşləri ilə düşmən susdurulub. İşğalçının həmişəlik susdurulacağı gün də uzaqda deyil... //musavat.com//
“İrəvan 99 illiyinə ermənilərə verilmişdi, müqavilə 3 ildir bitib” – Mühacirət Hökumətindən şok bəyanat
“İrəvan 99 illiyinə ermənilərə verilmişdi, müqavilə 3 ildir bitib” – Mühacirət Hökumətindən şok bəyanat
“29 may 1918-ci il! — Bu tarix Şimali Azərbaycan ərazisində, ümumiyyətlə, Cənubi Qafqaz tarixində ilk dəfə erməni dövlətinin yaradıldığı gündür”. Ovqat.com xəbər verir ki, ciddi polemikalara yol açacağını güman etdiyimiz bu sözlər yeni yaradılmış Qərbi Azərbaycan (İrəvan) Respublikasının Mətbuat, İnformasiya, sosial şəbəkələrlə iş və Təhlil Mərkəzinin bu gün yaydığı bəyanatdandır. İrəvanın erməniləşdirilməsinin 102-ci ildönümünün qınandığı bəyanatı olduğu kimi təqdim edirik: Bu gün Azərbaycanın tarixi ərazisi olan İrəvanın Ermənistana verilməsindən 102 il keçir. 1918-ci il mayın 29-da yenicə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti hökuməti böyük dövlətlərin təzyiqi ilə qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı təqribən 9,8 min kv.km torpaqla birlikdə ermənilərə güzəştə getdi. Bununla da keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradıldı. 29 may 1918-ci il! — Bu tarix Şimali Azərbaycan ərazisində, ümumiyyətlə, Cənubi Qafqazda tarixdə ilk dəfə erməni dövlətinin yaradıldığı gündür. Hamıya məlum olan tarixi faktdır ki, bundan əvvəl heç zaman Cənubi Qafqaz ərazisində ümumiyyətlə erməni dövləti olmamışdır, ermənilər heç Qafqaz xalqı belə olmamışlar. Daha sonra ermənilər 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin sədri İ.Stalin tərəfindən azərbaycanlıların öz tarixi-etnik torpaqlarından – Ermənistan Sovet Sosialist Respublikası ərazisindəki öz ata-baba torpaqlarından deportasiyası barədə qərar imzalamasına nail oldular. Nəticədə 1948-1950-ci illərdə 100.000 nəfərdən çox azərbaycanlı öz ata-baba yurdlarından - dağlıq-yaylaq iqliminə malik torpaqlardan Azərbaycan SSRİ-nin isti Mil-Muğan düzünə deportasiya olundu. İ.Stalinin imzaladığı qərarda köçürülmə müddəti 1948-1950-ci illər müəyyən olunduğu halda azərbaycanlıların köçürülməsi prosesi 1953-cü ilə qədər və bundan sonra da davam etdirildi, daha on minlərlə yerli əhali doğma yurdundan məhrum edildi. Beləliklə, hazırda keçmiş İrəvan xanlığının (indiki Ermənistan Respublikası) ərazisində yaşayan ermənilərin sələflərinin, demək olar ki, hamısı vaxtilə İrandan və Türkiyədən, son dövrlərdə isə digər xarici ölkələrdən, əsasən Suriya, Yunanıstan, Livan, Bolqarıstan və Rumıniyadan köçüb gəlmə ermənilərdir. 1948-1953-ci illər deportasiyasından canını qurtarıb öz doğma yurd-yuvasını tərk etməyərək Ermənistan ərazisində qalan azərbaycanlılar isə 1988-ci ildə - Sovet İttifaqının dağılması ərəfəsində erməni silahlı birləşmələri tərəfindən kütləvi soyqırıma məruz qaldılar və tarixi torpaqlarından qovulub çıxarıldılar. Beləliklə, 1918-ci ildə Qərbi Azərbaycan torpağında keçmiş İrəvan xanlığının ərazisində özlərinə dövlət yaratmağa nail olan və burada etnik azlıq təşkil edən ermənilər bundan 70 il sonra - 1988-ci ildə Ermənistanı təketnoslu ölkəyə çevirdilər. Bununla 70 il əvvəl öz Vətənində - İrəvan xanlığı ərazisində ermənilərə dövlət yaratmaq üçün torpaq vermiş azərbaycanlılar minillərlə yaşadıqları Vətənlərindən məhrum oldular! Bunun ardınca Ermənistanın silahlı qüvvələri Azərbaycanın dünya birliyi tərəfindən tanınmış sərhədlərini pozaraq ölkənin içərilərinə soxuldu. Xüsusi olaraq vurğulanmalıdır ki, İrəvanın Ermənistana güzəştə gedilməsi 99 illik müqavilə əsasında və ermənilərin Naxçıvan və Qarabağ və Zəngəzura iddialarından əl çəkməsi şərti ilə baş tutmuşdur. Lakin sonrakı tarix də göstərir ki, bu şərtlər yerinə yetirilməmiş və ermənilər Azərbaycan torpaqlarında elan etdikləri dövlətin ərazisini yenə də Azərbaycan torpaqları hesabına dəfələrlə artırmağa müvəffəq olmuşlar. Biz Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası olaraq bildiririk ki, İrəvan şəhəri və çevrə bölgələri ədalətsiz şəkildə, orada yaşayan əhalinin rəyi nəzərə alınmadan Ermənistana güzəştə gedilmişdir. Biz bunu qəbul etmirik. Ermənistanı indiki əraziləri ilə tanımırıq və torpaqlarımızın geri qaytarılması və Qərbi Azərbaycan kökənli insanların pozulmuş hüquqlarının bərpa edilməsini tələb edirik. Azərbaycan xalqı yaşadıqca, bu həqiqət də yaşayacaq və bizlər dədə-baba yurdlarından deportasiya edilmiş insanlarımızın öz tarixi yurdlarına qayıdışını təmin edənədək və ədaləti bərpa edənədək mübarizəmizi davam etdirəcəyik. Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının Mətbuat, İnformasiya, sosial şəbəkələrlə iş və Təhlil Mərkəzi
XİN MÜNASİBƏT BİLDİRİB
XİN MÜNASİBƏT BİLDİRİB
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Avropa İnsan Hüquqları Məhkəməsinin cari ilin 26 may tarixli “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarı ilə bağlı KİV-in suallarını cavablandırıb. "Report" L.Abdullayeva ilə müsahibəni təqdim edir: - Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) məlum qərarı ilə bağlı nə deyə bilərsiniz? - Biz Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) müvafiq qərarı ilə tanış olduq. Əlbəttə, qərarla bağlı konkret fikir söyləmək üçün onun hüquqşünas ekspertlər səviyyəsində öyrənilməsi vacibdir, bununla belə qərarla bağlı müşahidələri bölüşmək olar. İlk növbədə nəzərə almaq lazımdır ki, bu gün bölgəmizin həm millətlər, həm də fərdlər səviyyəsində üzləşdiyi ağrı və iztirablarının kökündə, məhz Ermənistanın millətçi rəhbərlərinin Azərbaycan xalqına qarşı nifrət üzərində qurumuş düşmən siyasəti və Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti dayanır. Hər kəsə bəllidir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsas səbələrini təhrif etməklə işğalçı Ermənistan, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan torpaqlarının davam edən qanunsuz işğalı və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır. Lakin elə AİHM-in 2015-cı ilin 16 iyun tarixli “Çıraqovlar və digərləri Ermənistana qarşı” qərarında Azərbaycan ərazilərinin işğalına görə Ermənistanın məsuliyyəti təsbit olunur. Ermənistan həqiqətən insan hüquqları və azadlıqlarına sözdə bəyan etdiyi qədər əhəmiyyət yetirir və Avropa Məhkəməsinə hörmət edirsə, o zaman bu ölkə 30 ildən bəri davam edən, Azərbaycan torpaqlarının işğalına və bir milyondan artıq soydaşımızın hüquqlarının pozuntusuna dərhal son qoymalıdır. Habelə, AİHM-in 2015-ci il Çıqarovların işi üzrə qərarının icrası təmin olunmayanadək, rəsmi Yerevanın ölkəmizdən Avropa Məhkəməsi ilə bağlı nə isə tələblər irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur. - Məhkəmə qərarının əsas nəticələri barədə nə deyə bilərsiniz? - İlk növbədə, onu qeyd etmək istədim ki, Ermənistanın Azərbaycan əleyhinə qarayaxma kampaniyasına Avropa Məhkəməsini də alət etmək niyyəti və bu qurumu siyasiləşdirmək və təbliğat kampaniyasına cəlb etmək cəhdləri rədd olunmalıdır. Avropa Məhkəməsinin gəldiyi qənaətlərlə bağlı söyləmək olar ki, Məhkəmə əslində Ermənistanın əsas niyyətini təmin etməyib. Belə ki, Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən açılmasını tələb etmir. Digər tərəfdən, yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia da rədd edilib. - Bu, o deməkdir ki, qərarda da qeyd olunduğu kimi, Azərbaycan Hökumətinin bu xüsusda beynəlxalq-hüquqi məsuliyyət daşıya bilməz? - Bəli, Avropa Məhkəməsi qərarda Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) maddi aspektinin Azərbaycan Hökuməti tərəfindən pozulmaığını müəyyən etmişdir. Yəni, Avropa Məhkəməsinin gəldiyi nəticəyə görə, Ramil Səfərov əməllərin törədilməsi zamanı fərdi qaydada çıxış edib və Azərbaycan Hökumətini təmsil etməyib. Beləliklə də, Azərbaycan Hökuməti bu əməllərə görə beynəlxalq-hüquqi məsuliyyət daşıya bilməz. Eyni zamanda hesab edirik ki, Azərbaycan Silahlı qüvvələrinin zabiti Ramil Səfərovun Azərbaycanın 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Cəbrayıl rayonunda anadan olduğunu, yaxın qohumlarını müharibədə itirdiyini, hələ yeniyetmə ikən məcburi köçkün həyatının ağrı və acılarını yaşadığı məhkəmə işində nəzərə alınmalı idi. - Ramil Səfərovun Azərbaycana ekstradisiyasından sonra onun əfv olunması məsələsinə münasibətdə də Məhkəmə qərarı bunu beynəlxalq hüququn standartlarına uyğun olaraq məsuliyyətə cəlb olunma üçün əsas kimi qəbul etməmişdir. - Əfv olunma, dünya təcrübəsində istifadə edilən bir haldır və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlət başçısının əfv etmək səlahiyyəti vardır. Bir daha vurğulamaq istərdim ki, bütün bəlaların kökündə Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti və bu siyasətin hələ də öz həllini tapmamış nəticələri durur. İki xalq arasındakı düşmənçiliyə son verilməsinin yeganə yolu münaqişənin nəticələrinin aradan qaldırılması, yəni, Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən işğalçı qüvvələrin çaxırdılması və bu ərazilərdən didərgin salınmış yüz minlərlə insanın fundamental hüquqlarının təmin edilməsidir. Yaxşı olardı ki, Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı təcüvüz siyasətini və Ramil Səfərovun məhz bu təcavüz siyasətinin qurbanı olan məcburi-köçkün olduğunu qərar ilə bağlı yaydığı mətbuat məlumatında qeyd edərdi.
"Rüşvət almamışam" - QALMAQAL
“Uzun müddətdən sonra sabit əməkhaqqı almağa başlamışam. Deputat kimi maaş alıram, həm də təmsil etdiyim partiya da dövlət büdcəsindən maliyyələşir. Hazırda durumum qənaətbəxşdir. Oğlum da işləyir. Əvvəllər vəziyyət yaxşı deyildi. İndiyə qədər kimdənsə şəxsi nəsə xahiş etməmişəm. İki qardaşım var, yüksək vəzifələrdə çalışıblar, amma 1993-cü ildən işsizdirlər... Bacılarımın övladları da işləmirlər, biri ali təhsillidir, taksi fəaliyyəti ilə məşğuldur. Nə özümün, nə də yaxın qohumlarımın biznesi var. Əvvəla illərlə buna şərait olmayıb, sonra da... Ümumiyyətlə, belə şeylər mənə yaddır. Tanıyanlar bilirlər ki, milli azadlıq hərəkatına küçədən, çayxanadan gəlməmişdim. Hakim olmuşam, qazanmaq imkanlarım olub, amma könüllü imtina etmişəm ki, xalqımdan fərqlənməyim. Görürsünüz, düşmənlərim belə deyə bilmirlər ki, Tahir Kərimlinin biznesi, villası var...”. Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. T.Kərimli qeyd edib ki, sadə insanlar kimi əməkhaqqı alır, kredit ödəyir: “Hamı kimi gözləyirəm ki, maaşı alım, krediti ödəyim. Əlavə hər hansı gəlir mənbəyim yoxdur. Biznesimin olması ilə bağlı deyilənlər böhtandır. Bunu üzə çıxarsalar, dərhal istefa verəcəyəm. Hətta yaxın qohumlarıma məxsus hər hansı biznesi də aşkar etsələr, bu addımı atmağa hazıram. Söz verirəm... İnanmırlar, düşünürlər, deputatdır, Ali Məhkəmənin sədri olub, necə yəni biznesi yoxdur... Ali Məhkəmənin sədri olanda da, rüşvət almamışam. Əbülfəz Elçibəy mənə dedi ki, hətta sahə müvəkkili olsaydım belə, bilmirəm, hərəkata qoşulardımmı? Ölüm işi vardı, 1 milyon təklif edirdilər, imtina etdim. Bu, asan iş deyil. Baxmayaraq ki, kiminsə yerini dar eləmirəm... Görünür ki, paxıllıq hissi var ki, zaman-zaman belə iddialar səsləndirirlər. Əgər biznesim olsaydı, seçki vaxtı rəqiblərim dilinə gətirərdi”.
Deputatları gərgin ay gözləyir
Deputatları gərgin ay gözləyir
Mayın 31-də Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçiriləcək. Oxu.Az-ın məlumatına görə, bununla parlamentin yaz sessiyası bitsə də, deputatlar tətilə çıxa bilməyəcəklər. Çünki Milli Məclisin növbədənkənar sessiyalarının keçirilməsi gözlənilir. İlkin məlumatlara görə, ilk növbədənkənar iclas iyunun 5-də keçiriləcək. Parlamentin növbədənkənar iclaslara getməsinin bir neçə səbəbi var. Birincisi, bir çox qəbulu vacib olan qanun layihələri var ki, parlament onların oxunuşunu yaz sessiyasında tamamlaya bilmədi. Məsələn, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişiklik layihəsi hələ birinci oxunuşdan keçib, mayın 31-də isə ikinci oxunuşda müzakirəyə çıxarılacaq. İkincisi, “2019-cu ilin dövlət büdcəsinin icrası barədə hesabat və 2019-cu ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi hələ Milli Məclisdə müzakirəyə çıxarılmayıb. Sənədlərin iyunun 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilməsi gözlənilir. Bundan sonra isə qanun layihəsinin müzakirəsi plenar iclasa tövsiyə olunacaq. Üçüncüsü, 2020-ci ilin dövlət büdcəsinə yenidən baxılması barədə sənəd hələ parlamentə daxil olmayıb. Qeyd edək ki, bu ilin martın 31-də Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən büdcə xərclərinə baxmaq zərurətindən danışmışdı. Dördüncüsü, bunlarla paralel olaraq, parlamentə bir neçə yeni qanun layihəsi daxil olub ki, onlar da növbədənkənar iclaslarda təqdim ediləcək. Məsələn, “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik, Cinayət Prosessual Məcəlləsinə dəyişikliklər bu qəbildəndir. Həmin sənədlər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu kimitəsinin iyunun 1-də keçiriləcək iclasında müzakirə olunacaq, daha sonra növbədənkənar iclasa tövsiyə ediləcək. Qeyd edək ki, sessiya bitəndən sonra deputatlar tətilə yollanacaqlar. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, sentyabrın 30-da parlamentin payız sessiyasının ilk plenar iclası keçirilir. Payız sessiyası dekabrın 30-dək davam edir.
Əli Həsənov daha bir media rıçaqını itirir
Əli Həsənov daha bir media rıçaqını itirir
Prezidentin keçmiş köməkçisi Əli Həsənov tutduğu vəzifədə azad ediləndən sonra onun nəzarətində olan əksər bəzi orqanlarının da bağlanmaq təhlükəsi yaranıb. Artıq bir neçə media orqanında maliyyə böhranı yaranıb. Bizimxeber.az-a daxil olan məlumata görə, yaxın vaxtlarda “Səs” qəzeti də faəliyyətini dayandıra bilər. “Səs” qəzetinin 30 illik tarixi var. Bu qəzeti mərhum şair Eldar Baxış yaradıb. Kifayət qədər nüfuzlu olan qəzet sonradan öz reytini tamam itirib. Mediaya nəzarət Əli Həsənovun nəzarətinə keçəndən sonra "Səs" qəzeti yalnız media etikasına yaraşmayan, hətta jurnalistlərə qarşı materiallar dərc etməklə yadda qalıb. "Səs" qəzetinin ictimai rəyə heç biri təsiri olmasa da, mediaya dövlət dəstəyi layihələrindən həmişə ilk olaraq bəhrələnib. “Səs” qəzeti Kütləvi İnformasiyalara Dövlət Dəstəyi Fondunun (KİVDF) qəzetlərə ayırdığı maliyyədən tutmuş, jurnalistlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün nəzərdə tutulan layihəyə və yazı müsabiqələrinə qədər bütün dövlət yardımlarından bəhrələnib. İddia olunur ki, bu yardımlar əsasən Əli Həsənov, KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərov və qəzetin rəhbərliyi arasında bölüşdürülüb. Yəni faktiki olaraq “Səs” korrupsiya əməliyyatları üçün vasitəyə çevrilib. Əli Həsənovla Vüqar Səfərovun işdən çıxarılmasından sonra ictimai rəyə təsiri olmayan bir nəşrin saxlanılması məqəsəuyğun sayılmır.
“Şuşaya niyə raket atmadıq” sualına cavab - AKTUAL
“Şuşaya niyə raket atmadıq” sualına cavab - AKTUAL
Ötən həftənin ən ciddi hadisəsi Bakıdan 404 kilometr uzaqlıqda-Şuşada baş verdi. Mövzuya çox emosional yanaşmalar da oldu ki, bu da təbiidir. Mayın 21-də Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Dağlıq Qarabağın yeni seçilən “prezidenti” Araik Aratunyunanın “andiçmə mərasimi”nin keçirilməsi yenidən Şuşa yarasının üstünə duz basdı. Emosiyalar yenə coşdu, yenə müharibə çağırışları daha ucadan səslənməyə başladı, “Şuşaya barı bir raket atmaq” qəzəbi ilə boğulanlar oldu. Həftəyə bu “raket atmaq” məsələsi damğa vurdu həm də. Bunun “niyə”sini əlbəttə ki, dövlətdən soruşmaq sadəlövlük olar, amma Şuşa elə bir həssas nöqtədir ki...hamının emosiyasını da, canının yanğısını da başa düşmək olar. İkincisi, əvvəl “ordumuz bunu edə bilməz” kimi pessimist düşüncələrin indi “raketli hücum tələbi” ilə əvəz olunması diqqət yetiriləcək məqamdır... Ermənilərin siyasi tamaşanı bu dəfə məhz Şuşada oynamalarının səbəbləri sırasında onların narahatlığı da var. Xüsusilə erməni cəmiyyətinin özündə bu münaqişə ilə bağlı çoxsaylı suallar var. Biz indilikdə itirən tərəfik, amma ermənilər də qalib deyil axı. Bu itirmək hiss daima məğlubiyyətlə barışmayacağımıza çağırışdır, ermənilərin isə nə qalib görkəmi, nə rahatlığı var. Bilirəm, bu, canımızı yandıran o “andiçmədən” sonra yersiz təskinlik kimi də görünə bilər. Amma guya qələbə qazanmış, “respublika qurmuş” sadə qarabağlı erməninin bu teatrda yeri nədir? Bu “andiçmə” ona işğal olunmuş torpaqda yaşamaq, yad ellərdə uşaq böyütmək üçün təminatdırmı? Siyasətçilərin bu məsələdə “uduşu” aydındır: özünü “andiçməyə” çatdıran Paşinyanın öz çıxarı, yeni “prezidentin” öz hədəfləri var. Amma o kökü olmayan “respublika”da nə Paşinyan yaşayasıdır, nə bir az ağlı olan erməni. Ermənistan məhz bu psixoloji gərginliyi aşmaq, heç bir ölkənin tanımadığı seçkidəki “qələbəni” Şuşada gözə soxmaq istədi. Xankəndidə keçirilən “andiçmələr” artıq erməni cəmiyyətinə qələbə eyforiyası effekti vermir. Ermənilərin nə məqsədlə etməsinə baxmayaraq, Şuşa “andiçməsi” bizə də mesajdır. Bu mesajı ilk olaraq cəmiyyət aldı və reaksiya verdi. Heç şübhəsiz, hakimiyyət də 21 may teatrından mesajını bir daha aldı, təhlil etdi, diplomatik üslübunu da, dünyadakı reaksiyanı da, ordusunun gücünü də bir daha götür-qoy etdi... Yeni deputatlardan biri “cəmiyyət müharibəyə hazır deyil” söyləyib və geniş izahat da verib. “Cəmiyyəti müharibəyə hazırlamaq hakimiyyətin məsuliyyətidir” deyə, fikir də bildirib. Razılaşmaq da olar, amma müharibəyə cəmiyyətləri klassik mənada hazırlamaq, küçələrə “Za Rodina” yapışdırmaq dövrü də, elə dünya da artıq keçmişdir. Cəmiyyətin böyük əksəriyyəti Qarabağ məsələsində barışmaz mövqedədir və hər hansı bir qüvvə onu təslimçiliklə, torpaq itkisi ilə razılaşmağa məcbur edə bilməz. Bu, 10 il əvvəl də belə idi, indi də. Qarabağsız Azərbaycanda çox şey dəyişib, dəyişə bilər. Amma cəmiyyətin Qarabağsız Azərbaycan haqda rəyi dəyişməyib: “Qarabağsız Azərbaycan yoxdur!” Prezident İlham Əliyevin “Azərbaycan Qarabağdır. Nida!” deməsi cəmiyyətin əhval-ruhiyyəsinin bir cümlə ilə ifadəsi deyilmi? Heç şübhəsiz, hakimiyyət də 21 may teatrından mesajını bir daha aldı, təhlil etdi, diplomatik üslubunu da, dünyadakı reaksiyaları da, ordusunun gücünü də bir daha götür-qoy etdi. Azərbaycan cəmiyyətinin əhval-ruhiyyəsində Qarabağ məsələsində açığı, indiki reallığa söykənməyən çağırışlar da var. Sirr deyil ki, təkcə bizim Şuşaya yox, düşmənin məskunlaşdığı Ermənistana da raket atmağa silahımız var. Amma dövlət bizim düşündüyümüz kimi emosiyalarla idarə olunmur, olunmaz. Dövlətdəki o “raket atmaq” səlahiyyətini çayçıda oturub “qan-qan” deyən fəhləyə də, kondisionerli maşınında yayxanıb “müharibə yeganə yoldur” deyənə də həvalə etsən, başa düşəcək ki: 1)dövlət vətəndaşın dövləti olsa da, hər yerdə onun kimi düşünmür, 2)onun kimi dost-düşmən seçmir, 3)onun kimi oturub-durmur, 4) onun kimi hədə dilini diöplomatik üslubuna gətirmir, 5) onun kimi “raketlə vurub-dağıdaram” demir... Ötən həftə Ukrayna prezidenti Vladimir Zelenskinin hakimiyyətə gəlməsinin bir illiyi tamam oldu. Bununla bağlı geniş mətbuat konfransında Zelenskinin vədləri ona xatırlandı. Digərlərin kənara qoyuram, bizə dəxli yoxdur. Amma əsas suallar həm də itirilmiş torpaqlar barədə oldu. 1 il az müddətdir, amma Zelenski vəd veribmiş ki, ən azı Donbasda sülhə nail olacaq və sairə... "Ortada heç nə yoxdur" deyirlər, tənqid edirlər, sorğulayırlar, Rusiya televiziyaları daha sərt, hətta bəzən aşığılayıcı üslub seçir. Zelenski 1 il əvvəl yəqin elə bilirdi ki, bəli, gəlib Donbasa raket atmaqla münaqişəni həll edə, iki qondarma “respublikanı” Kiyevin nəzarətinə qaytara biləcək. Zelenski hakimiyyətə təkcə xalqın deyil, həm də Qərbin ciddi dəstəyi ilə gəlib. “Qərb bizim kürəyimizin arxasında dayanmır, ona görə Qarabağı qaytarmaq çətindir” düşünənlərimiz də az deyil. Amma Qərbin dəstəyi belə Kiyevə bir qarış torpağını geri qaytarmağa yetmir. Əksinə, belə görünür ki, son bir ildə Qərb hətta Krım məsələsində də prinsipiallığı artıq ikinci plana keçirməkdədir. Bəli, onu da yada salaq ki, Qərb Kiyev separatçıları cəzalandıranda da-qondarma qurumun başçılarının altına bomba qoyanda özünü görməzə vurur... İndi gəldik, zurnanın son dəliyinə-ermənilərin arxasında duranlara. Bunu bilməyən yoxdur- Ukraynada da, Gürcüstanda da, Azərbaycanda da işğal olunmuş torpaqlarda separatçı rejimlərin bağlandığı bir mərkəz var: Kreml. Biz Kremllə, orada oturanlarla da dövlət olaraq yaxşı münasibətdəyik. Vətəndaş olaraq da, ruslar bizim içərimizdə, biz orada ruslarla iç-içəyik. Şuşadan yazanların hamısının ağrısını onlar qədər anlayıram, amma dövlətin səbrini də, davranışını da başa düşməliyik. Hay-küyçülükdən bir şey əldə etmək olmaz. Bunun acısını çox gördük. Etiraf edək ki, bu torpaq məsələsi Məmmədyarovun yumşaq üzü və ya Qarabağın Azərbaycan İcmasının ard-arda düzdüyü bəyanatlara bağlı məsələ deyil axı..Bu artıq iki dövlət(Ermənistan-Azərbaycan), aradakı dövlət(Rusiya) məsələsi də deyil deyəsən... Bu, dövlətlər məsələsidir. Şuşa ermənilərin orada gəzib gözdən salmağına baxmayın, göründüyü kimi adi şəhər deyil. “Bir raket” atılacaq, asan geri alınacaq şəhər heç deyil... Nazim SABİROĞLU //musavat.com//
Bu Bölmənin Digər Xəbərləri
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR