Xəbər Lenti

______________________________
______________________________
21:21 11/8/2020
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
“Fotoların Azərbaycana aidiyyatı yoxdur, təxribatdır“
“Ramiz Mehdiyev haqda yazılanlar sifarişlidir...”
Azyaşlı oğluna velosiped oğurlatdıran ata tutuldu
Rahib Nəbizadə əsassız qərar çıxarıb
Ölkə müharibə astanasında
Ölkə müharibə astanasında
Ermənistanda ağır sosial-iqtisadi duruma pandemiya və hökumətdə yaranan böhran da əlavə olunub. Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirus pandemiyası ilə mübarizədə aciz qaldıqlarını, vəziyyətin kritik həddə çatdığını etiraf edib. O, “Biz cəhənnəmə addım atmışıq”,-deyə vəziyyətin ağırlığını belə xarakterizə edib. Bununla yanaşı, Paşinyanın komandası da dağılır. Belə ki, artıq Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Artak Davtyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan və Ermənistanın polis rəisi (Daxili İşlər naziri) Arman Sarkisyan istefa verib. Göründüyü kimi, Ermənistan sosial-iqtisadi çətinliklərdən, pandemiya problemindən qurtulmamış, indi də hökumət böhranı ilə üz-üzə qalıb. Belə bir durumda Ermənistanı qarşıda nə gözləyir? “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında deyib ki, Paşinyan artıq nəzarəti əldən verir: “Bir tərəfdən pandemiya ilə mübarizədə uğurlar, müsbət tendenisya yoxdur. Bunun əksinə olaraq həm xəstələrin, həm ölənlərin sayı artır. Paşinyan da açıq şəkildə etiraf edir ki, vəziyyət fəlakətli həddədir. Paşinyan deyir ki, Ermənistanda test edilməyən 100 minə yaxın virus daşıyıcısı var. Bu, əhalisi 3 milyondan az olan kiçik bir ölkə üçün çox böyük bir rəqəmdir. Həmin 100 min çox asanlıqla bütün əhalini virusa yoluxdura bilər. Belə bir vəziyyətdə etiraflar ard-arda gəldikcə, müxalifət də Paşinyanın səhvlərindən, zəifliyindən istifadə etməyə çalışır. Son istefalara gəlincə, artıq Paşinyan komandası gəmini tərk edir. Çünki başa düşürlər ki, vəziyyəti stabilləşdirə bilməyəcəklər. Paşinayan açıq etiraf edir ki, bu vəziyyət davam edərsə, Ermənistanda sosial-iqtisadi cəhətdən tamamilə batacaq. Belə bir vəziyyətdə kim Paşinyana şərik olmaq istəyər? Ona görə də komanda getməyə çalışır. Ermənistan ordusunda və hüquq-mühafizə orqanlarında da virusa yoluxmalar artır. Bu istefalardan da görünür ki, müxalifət də yaxın günlərdə bundan öz məqsədləri üçün istifadə edəcək. Müxalifətdən “Paşinyan istefa verməlidir” səsləri daha da gur çıxacaq”. Elxan Şahinoğlu Ermənistanda vətəndaş qarşıdurmasının qaçılmaz olacağının da anonsunu verib: “Paşinyanın mövqelərinin zəifliyini görən müxalifət müxtəlif istiqamətlərdən hücuma keçməyə başlayacaq. Burada əsas müxalif qüvvələrdən biri “Qarabağ klanı”dır. Onun xaricində olan qüvvələr var. Sarkisyanın qohumları hərəkətə gəliblər. Hamı bir tərəfdən hücuma keçməyə çalışır. Amma əsas müxalif qüvvə isə “Qarabağ klanı” və onun təsirində olan qüvvələr hakimiyyətə yiyələnməyə çalışacaq. Əgər belə bir tendensiya olarsa, Paşinyanın mövqeləri zəifləsə də, tərəfdarı da az deyil. Onlar da hərəkətə gələrsə, müqavimət güclənəcək. Belə vəziyyətdə isə Ermənistan vətəndaş müharibəsinin astanasına gəlib çıxacaq. Əslində biz də bu hadisələri diqqətlə izləməliyik. Necə ki, onlar 90-cı illərdə bizdəki hakimiyyət boşluğundan, xaosdan istifadə edərək torpaqlarımızın böyük bir hissəsini işğal etdi, bizim üçün də şans yaranır ki, Ermənistandakı mövcud hadisələri diqqətlə izləyərək müqafiq qərar verək”.
“Məxməri” baş nazir özünü izolə etdi: məsələdə “Moskva izi” varmı? - TƏHLİL
“Məxməri” baş nazir özünü izolə etdi: məsələdə “Moskva izi” varmı? - TƏHLİL
Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusa yoluxub. “Yeni Müsavat” xəbər verir ki, məlumatı dünən o, özünün Facebook səhifəsindəki canlı yayım zamanı açıqlayıb. Paşinyan koronavirus üçün ondan götürülən testin müsbət çıxdığını bildirib. “Məndə heç bir simptom yox idi, amma səfərə getməli olduğum üçün test vermək qərarına gəldim. Bütün ailə üzvlərimin test nəticələri müsbət çıxıb. Aydındır ki, ailəm məndən yoluxub”, - deyə o qeyd edib. Paşinyan onda hazırda heç bir simptomun müşahidə edilmədiyini söyləyib: “Məsələn, yüksək hərarətim yoxdur. Ancaq müşahidə lazımdır, çünki simptomlar istənilən an özünü göstərə bilər. Ətrafdakı yaşlı insanları yoluxdura biləcəyimdən narahatam”. O, baş vermiş olayla bağlı təəssüfünü bildirərək, bundan sonra iqamətgahından işləməyə davam edəcəyini deyib. “Bizim strategiyamız əvvəlki kimi qalır. Biz koronavirus infeksiyası ilə birgə yaşamağı öyrənməliyik”, - deyə Ermənistan rəhbəri vurğulayıb. Paşinyan işçi müşavirə zamanı ona stəkanda su verən ofisiantdan yoluxduğunu güman edir. “Bildiyiniz kimi, belə müşavirələr zamanı stola içində su dolu stəkanlar qoyurlar. Gördüm ki, stəkanı verən adam əlcəkdə deyil. Yerindəcə ona irad bildirdim və stəkanı dəyişməsini istədim. Stəkanı verən adama koronavirus diaqnozu qoyulub”. Baş nazir çıxışında onu da deyib ki, ölkədə pandemiyanın artıq ikinci dalğası başlayıb. ***** Qeyd edək ki, son məlumatlara görə, Ermənistanda virusa 9282 yoluxma halı qeydə alınıb, yoluxanlardan 131 nəfər ölüb. İşğalçı ölkə region ölkələri arasında əhali sayına nisbətdə COVİD-19-un ən sürətlə və ən çox yayıldığı ölkə olaraq qalır. Baş nazirin də virusa yoluxması isə əslində yeni bir situasiya yaradır. Hər necə olmasa, COVİD-19-a qarşı effektli peyvənd hələ tapılmayıb və virusa yoluxanlar arasında ölüm faizi digər virus infeksiyaları ilə müqayisədə kifayət qədər yüksəkdir. Nikol Paşinyanın qəfildən koronavirusa yaxalanması, görünür, bu və digər səbəbdən Ermənistanda onu siyasi rəqiblərini, bütövlükdə isə sayı getdikcə artan narazıları ümidləndirib. Onu da unutmayaq ki, “məxməri” baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasında Rusiya da maraqlıdır. Əlbəttə, bu, heç də Paşinyanın yoluxmasında yüz faiz Moskvanın əli olması anlamına gəlmir. Bununla belə, bundan sonrakı prosesləri izləmək lazım gələcək - o cümlədən də Azərbaycana. Xüsusən də N.Paşinyan İngiltərə baş naziri Boris Conson kimi reanimasiyaya düşərsə, işğalçı ölkədə hansı proseslərin gedəcəyi, baş nazir səlahiyyətlərinin müvəqqəti də olsa kimə veriləcəyi, bütün bunların fonunda Dağlıq Qarabağ məsələsi ətrafında situasiya çox maraqlı olacaq. Hərçənd digər bir baş nazir - Rusiya hökumətinin rəhbəri Mixail Mişustin də COVİD-19-a yoluxmasına rəğmən, virusdan salamat qurtula bilib. Görək onun erməni həmkarı da bacaracaqmı?.. ***** “Baş nazir Nikol Paşinyan Ermənistanda koronavirus pandemiyasının ikinci dalğasının müşahidə olunduğunu deyib və bu, geniş müzakirə mövzusuna çevrilib. Fakt budur ki, Ermənistanda ikinci dalğa yoxdur. Bu, elə hakimiyyətin buraxdığı səhvlər nəticəsində böyük miqyas alan ilk dalğadır. Ermənistanda ikinci yoluxma dalğası daha sonra başlayacaq”. Bu barədə Ermənistan KİV-lərinə açıqlamasında siyasi texnoloq Armen Badalyan deyib. Onun sözlərinə görə, reallıq belədir ki, karantin tədbirləri baş nazirin nüfuzunu xeyli zəiflədib və o, bundan sonra sərt rejimi yumşaltmaq qərarına gəlib. “Adətən belə hallarda ölkə rəhbərliyi öz xalqından üzr istəyir və istefaya gedir. Ancaq bunun Ermənistanda baş verəcəyini düşünmürəm. Ona görə ki, baş nazir Paşinyan məcburiyyət olmasa, hakimiyyətdən imtina etməyəcək. Bu, yalnız onu qurduğu fraksiya dağılacağı halda baş verəcək. Sonuncu ehtimal daha çoxdur ”, - deyə erməni politoloq qeyd edib. O, hakimiyyətin epidemiya ilə mübarizə aparmaqda deyil, yalnız hakimiyyətdə qalmağın maraqlı olduğunu deyib: “Çünki iqtidardan gedəcəkləri təqdirdə ən azı yaxın 20 ildə geri dönə bilməyəcəklərini anlayırlar”. Əlavə edək ki, Nikol Paşinyanın koronavirusa yoluxmasına sosial şəbəkələrin erməni bölümündə reaksiyalar da diqqət çəkib. Məsələn, istifadəçilər yazır ki, yalnız virus Nikolu baş nazir vəzifəsindən uzaqlaşdıra bilər. “O, bütün Ermənistan vətəndaşlarını üzü aşağı yuvarlatdı, ancaq virus onu hətta ən güclü qorunan malikanədə belə yaxaladı”. Bunu isə istifadəçilərdən biri yazıb. Etiraf edək ki, erməni cəmiyyətində hakimiyyətə qarşı münasibəti, ovqatı yaxşı ifadə edən bir statusdur. Deyəsən, Ermənistanda əks-inqilabı koronavirus edəcək...
Gürcüstan Ermənistanın səhiyyə nazirinə cavab verdi
Gürcüstan Ermənistanın səhiyyə nazirinə cavab verdi
Ötən gün Ermənistanın səhiyyə naziri Arsen Torosyan Gürcüstanda koronavirusla bağlı statistik göstəricilərə şübhə ilə yanaşdığını bildirib. “Report”un Gürcüstan bürosu xəbər verir ki, nazir qonşu ölkədə gün ərzində COVID-19-a yoluxanların sayının bir-iki nəfər olduğuna inanmadığını deyib. Erməni nazirin bu fikirləri isə Gürcüstanda anlaşılmazlıq və təəccüblə qarşılanıb. Ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş infeksionist Amiran Qamkrelidze “Rustavi 2” kanalının efirində bildirib ki, A.Torosyanın sözləri təəccüb doğurub: “Arsen Torosyanı şəxsən tanıyıram. Ondan bu cür qeyri-diplomatik bəyanatlar eşitmək bir qədər təəccüblüdür”. A.Torosyan həmçinin iddia edib ki, Gürcüstandan Ermənistana gələn vətəndaşlarda, həmçinin yük maşını sürücülərində COVID-19-a çox sayda yoluxma halları aşkarlanıb. Gürcüstanın baş infeksionisti buna cavab olaraq deyib ki, əgər belə hallar olubsa, Ermənistan bu barədə həm Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), həm də Gürcüstana məlumat təqdim etməli idi: “Beynəlxalq konvensiyanın reqlamentinə uyğun olaraq, əgər Gürcüstan ərazisində virus əcnəbidə təsdiqlənirsə, bu zaman ÜST və həmin şəxsin vətəndaşı olduğu dövlət bu barədə məlumatlandırılır. Gürcüstan kimi Ermənistan da bu konvensiyaya qoşulan ölkədir”. A.Qamkrelidze erməni nazirin Gürcüstanda virusdan ölüm hallarının hesablanması metodologiyasının şəffaflığına şübhə etməsini də şərh edib: “O, Mərkəzimizin saytında ingilis dilində də dərc olunan göstəricilərə baxa bilər. Bu gün Gürcüstanda bütün xəstəxanalar və ambulator tibb müəssisələrində olan pnevmoniya xəstələrinin hamısı testdən keçirilir”.
GUAM-ın “guruldaya” bilməməsinin səbəbi...
GUAM-ın “guruldaya” bilməməsinin səbəbi...
Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan ibarət yaradılan birliyin-GUAM-ın gücə çevrilə bilməməsi hər zaman müzakirə mövzusudur. 23 ildir fəaliyyət göstərən qurumun yarandığı ilk dövrlərdə qarşısına qoyduğu hədəflərə çata bilmədiyi göz önündədir. Ekspertlərin GUAM-ın güclü təşkilata çevrilə bilməməsi barədə ən müxtəlif mövqelərinə, ehtimallarına rast gəlirik. Çoxları quruma daxil olan dövlətlərin hər birində olan ərazi problemi məsələsini səbəb kimi qabardır. Dörd dövlətin xarici siyasətdə tutduqları xətti də səbəblərdən biri kimi çəkənlər az deyil. Bu fikirlərdə müəyyən qədər həqiqət payı görmək olmur. Hər kəsə bəllidir ki, Azərbaycan müstəqil, balanslı siyasətə daim üstünlük verir. Gürcüstan və Ukraynada isə durum tamamilə fərqlidir. Rusiya tərəfindən 2008-ci ildə Gürcüstan və bundan 6 il sonra Ukrayna ərazilərinə edilən təcavüzdən sonra hər iki ölkə qərbyönlü xətt tutmağa başladı. Bu da həmin illərə qədər iki dövlətə Rusiyanın olan təsirini çox zəiflətdi. GUAM-ın son hərfini tamamlayan Moldova xarici siyasətdə orta xəttə üstünlük verir. Politoloq Elçin Mirzəbəyli öncəliklə təşkilatın tarixindən söz açdı: “GUAM Demokratiya və İqtisadi İnkişaf naminə təşkilatın ciddi gücə çevrilməsi, bütün üzv ölkələrin maraqlarına uyğun olsa da, təəssüf ki, bir çox səbəblərdən bu, baş vermədi. Bu səbəbləri aşkara çıxarmaq üçün öncə təşkilatın yaranma tarixinə nəzər salmağı vacib hesab edirəm. GUAM-ın yaradılması ilə bağlı Kommunike 1997-ci ilin oktyabrında Strasburqda imzalansa da, təşkilatın ilk zirvə toplantısı 2001-ci ildə baş tutdu. Təxminən 4 il sonra... Təkcə bu faktın özü GUAM-ın ideya olaraq ortaya çıxdığı ilk gündən ona qarşı maneələrin kifayət qədər çox olduğunu göstərir. Təşkilatın fəaliyyətindəki aktivlik isə 2007-2008-ci illəri əhatə edir. Yəni GUAM ilk zirvə toplantısından 6 il sonra beynəlxalq arenaya çıxmağa cəhd göstərib. Onu da qeyd edib ki, GUAM-ın ən fəal dövrü Azərbaycanın təşkilata sədrliyi dövrünə təsadüf edir”. Politoloq fikirlərinə bu cür davam etdi: “GUAM-ın bir təşkilat olaraq kölgəyə çəkilməsində isə Rusiya ilə Gürcüstan arasında baş verən hərbi münaqişə xüsusi rol oynadı. Bu hadisədən sonra Rusiya postsovet məkanında öz təsir gücünün qorunub saxlanılması ilə bağlı şərtlərini diktə etməyə başladı GUAM-ın vahid inteqrasiya məkanı kimi formalaşmasında maraqlı olan Qərb dövlətləri öz əvvəlki mövqelərindən geri çəkildilər və nəinki GUAM-ın inkişafına dəstək verə bilmədilər, hətta Gürcüstanın ərazi bütövlüyü ilə bağlı da olduqca dişsiz bir mövqe nümayiş etdirdilər. Şübhəsiz ki, yaranmış vəziyyət GUAM-a üzv olan digər dövlətlərin də mövqeyinə öz təsirini göstərdi. Gürcüstanda yaşanan təcrübə sübuta yetirdi ki, Qərb dövlətləri prinsipial məqamlarda, xüsusilə də dövlətlərin ərazi bütövlüklərinə, suverenliklərinə real təhdidin yarandığı məqamlarda yaranmış vəziyyətdən əsasən öz maraqlarının qorunması üçün istifadə edirlər, bu və ya digər böhranlı vəziyyətləri özlərinin bazarlıq predmetinə çevirməyə çalışırlar. Baş verənlər ortalığa başqa bir reallığı da çıxardı: Qərb ölkələrinin məqsədi yeni demokratiyaların inkişafına dəstək verməkdən ibarət deyil, onlar üçün elan etdikləri ideoloji prinsiplərdən daha önəmlisi öz praqmatik maraqlarıdır. Bu yanaşma özünü daha sonralar Ukraynaya münasibətdə də nümayiş etdirdi. Nüvə silahından imtinanın qarşılığında Ukraynanın ərazi bütövlüyünə təminat verən 3 böyük dövlətdən biri Krımı ilhaq etdi, digərləri isə demək olar ki, müşahidəçi mövqe tutdular və yalnız bəyanat verməklə kifayətləndilər. GUAM-ın bir təşkilat kimi inkişafına mane olan amillərdə təşkilatın formalaşdığı əsas prinsiplərə dəstəyini ifadə edən dövlətlərin nümayiş etdirdiyi qeyri-müəyyən, dişsiz, prinsipsiz və bəzi hallarda isə simasız mövqe nümayişidir. Başqa bir amil isə Qərbin yeni demokratiyaları qorumaq, onları regional güc mərkəzlərinin təhdidlərindən müdafiə etmək, həmin mərkəzlərə açıq təzyiq göstərmək əvəzinə, GUAM üzvü olan ölkələrə müxtəlif institutlar, beynəlxalq təşkilatlar vasitəsilə təzyiq göstərmələri, daxili siyasi proseslərə müdaxilə cəhdləridir. Amma GUAM-ın indiki passiv durumu heç də o demək deyil ki, bu təşkilatla bağlı heç bir perspektiv yoxdur. Əksinə, hesab edirəm ki, postpandemiya dövründə GUAM-ın beynəlxalq münasibətlər sistemində öz yerini tutması üçün geniş imkanlar yaranacaq”. “Yeni Müsavat”
Dünya ölkələri Türkiyədən kömək istəyib
Dünya ölkələri Türkiyədən kömək istəyib
Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oktay "Cumhurbaşqanlığı Külliyəsi"ndən telekonfrans üsulu ilə qatıldığı bir televiziya proqramında gündəmlə bağlı şərhlər verib. Türkiyənin COVİD-19-la mübarizəsinin bütün dünyaya nümunə olduğunu söyləyən Fuat Oktay Türkiyənin epidemiyanın gec yayıldığı ölkələrdən biri olduğunu xatırladıb: "Bunun ən böyük səbəblərindən biri gördüyümüz tədbirlərdir. Demək olar ki, heç bir ölkə bu virusdan qaça bilmədi, ancaq biz mümkün qədər az zərər görmək istədik". Türkiyə olaraq problem nə qədər böyük olursa-olsun, böhranı necə idarə etməyi çox yaxşı öyrəndiklərini və təcrübədən dərs çıxarıldığını dilə gətirən F.Oktay COVİD-19 epidemiyası zamanı "super güc" olaraq tanınan bir çox ölkədə təşviş yaşandığına diqqət çəkərək, Türkiyədə belə bir vəziyyət olmadığını bildirib. "110 ölkədən 63 min 200 vətəndaşımızı ölkəyə gətirdik" deyən Oktay COVİD-19 epidemiyası yayılmağa başladığından bəri xaricdəki Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi üçün bir çox tədbir görüldüyünü söyləyib. O, qeyd edib ki, bir çox ölkə Türkiyədən kömək istəyib: "Dünya ölkələrinin üçdə ikisi, yəni təxminən 70%-i Türkiyədən kömək istəyib. Maska, kombinezon, əlcək və süni tənəffüs aparatları kimi yardım istəkləri gəlib. Bu günə qədər bizdən yardım istəyən 80 ölkəyə kömək etmək imkanımız oldu". COVİD-19 ilə mübarizədə dünyanın ehtiyacı olan süni tənəffüs aparatını Türkiyənin qısa müddətdə istehsal etdiyini vurğulayan Oktay müdafiə sənayesində əldə edilən yüksəlişin səhiyyə və avtomobil sənayesi ilə qatar istehsalında da həyata keçiriləcəyini dilə gətirib. COVİD-19 epidemiyası dövründə dövlətin xidmətlərində də hər hansı bir əksiklik olmadığını söyləyən Oktay epidemiya ilə mübarizə prosesinin hələ başa çatmadığını qeyd edərək sözlərini belə davam etdirib: "Artıq heç nə əvvəlki kimi olmayacaq. Dünya "harada qalmışdıq" deməyəcək. "Təchizat zənciri" adlandıra biləcəyimiz hər şeydə fərqli bir formalaşma baş verəcək. Bir az daha sağlamlığa ve təhlükəsizliyə yönəlmiş fərqli strukturlar meydana gələcək. Beləliklə, koronavirusla mübarizəni davam etdirməklə yanaşı, işləri yoluna qoymağa da başlamalıyıq. İqtisadiyyatda və sənayedə də işləri yoluna qoymağa çalışmalıyıq. Buna görə bu normallaşma tədbirlərinə ehtiyac duyduq".
Bu Bölmənin Digər Xəbərləri
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR