Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
21:21 11/8/2020
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
“Fotoların Azərbaycana aidiyyatı yoxdur, təxribatdır“
“Ramiz Mehdiyev haqda yazılanlar sifarişlidir...”
Azyaşlı oğluna velosiped oğurlatdıran ata tutuldu
Rahib Nəbizadə əsassız qərar çıxarıb
Səfərov Markaryanı necə öldürüb?
Səfərov Markaryanı necə öldürüb?
Avropa İnsan Haqları Məhkəməsinin azərbaycanlı zabit Ramil Səfərovla bağlı çıxardığı qərardan sonra gündəmə gələn məsələlərdən biri də hərbçimizin erməni terrorçusunu hansı şəraitdə öldürməsidir. İctimaiyyətdə R.Səfərovun erməni Qurgen Markaryanı yatdığı yerdə öldürməsi haqda fikir formalaşsa da, reallıq tamam başqa cürdür. Axar.az xəbər verir ki, Ramil Səfərovun atası Sahib Səfərov hələ 2012-ci ildə “Gündəlik Teleqraf” qəzetinə müsahibəsində zabitimizin erməni Qurgen Markaryanı hansı şəraitdə öldürməsi ilə bağlı mühüm məqamları detallarına qədər açıqlayıb. S.Səfərov bildirib ki, Ramil NATO proqramı çərçivəsində Macarıstana, hərbi təkmilləşmə kursuna göndərilib. Bu kurslarda dünyanın bir çox ölkəsinin zabitləri, eləcə də Ermənistandan Qurgen Markaryan Ramillə birgə təhsil alırmış. İstintaq materiallarından, şahidlərin söyləmələrindən və Ramil Səfərovun özünün verdiyi ifadədən məlum olur ki, həmin erməni zabiti hər fürsətdə soydaşımızı başqa millətlərin zabitləri yanında aşağılamağa çalışırmış. Erməni Markaryan torpaqları qoyub qaçmağımız, qorxaq olduğumuz haqda uzun-uzadı danışaraq Ramilin əsəbləri ilə oynayırmış. Belə polemikalarda uduzan erməni bir gün Ramillə mübahisədə təhqirə keçir. Müharibə dövründə çoxlu sayda qadınlarımızın erməni əsgərləri tərəfindən əsr götürüldüyünü deyərək, Ramilə həqarətlər yağdırır. Ramil onun bu sözlərinin cəfəngiyat olduğunu desə də, erməni soyumaq bilmir. Bir gün Markaryan hər səhər çəkməsini Azərbaycan bayrağı ilə təmizlədiyini, bu hərəkətilə Azərbaycan dövlətini, xalqını təhqir etdiyini söyləyir. Erməninin sonuncu təhqirinə dözməyən Azərbaycan zabiti düşmənin layiqli cavabını vermək üçün onu öldürmək qərarına gəlir. Gecə yatmaq vədəsində Ramil diktofon və paltarının altında gizlətdiyi balta ilə Markaryanın otağına gəlir və otaqda erməni ilə söhbətləşən macar zabitindən onları tək qoymasını xahiş edir. Ramillə təkbətək söhbətdən qorxan erməni macar zabitinin otaqda qalmasını istəyir. Lakin Ramil macara bu söhbətin yalnız ikisinə aid olduğunu başa salır. Ramil baltanı çıxararaq erməni zabitinin indiyə qədər danışdığı həqarətlərə görə üzr istəməsini tələb edir. Özünü itirən erməni zabiti Ramilə yalvararaq, elədiyi həqarətləri bir zarafat kimi qələmə vermək istəyir. Ramil isə ona “Mənim səninlə zarafatım yoxdur, biz düşmən millətlərik, müharibəmiz də hələ davam eləyir. İndi bu diktofonu işə salıram. Mənim xalqımı təhqir etdiyinə görə üzr istəməlisən və dediklərinin öz xalqın haqda olduğunu burda öz dilinlə deməlisən!” deyir. Erməni diktofon qarşısında bayrağa və təhqir etdiyi şəhidlərimizə görə üzr istəyir. Sonra da ucadan öz millətini təhqir eləyir. Ramil isə ona “Güllə ilə öldürmək səni şərəfləndirərdi! Sən murdar bir vəhşi kimi yalnız baltalanmalısan! Mənim bayrağımı təhqir edən və qorxusundan dönüb öz millətini söyən bir zabitin yaşamaq haqqı yoxdur!” deyib, onu baltalayır. Ramilin vəkilinin ifadəsi və məlum səs yazısı... Ramil Səfərovun vəkili Adil İsmayılov da zabitimizin Markaryanı yatdığı yerdə öldürmədiyini qəti şəkildə bildirib. “Ramil Səfərov Qurgen Marqaryanı yatan yerdə öldürməyib! Bu, məhkəmənin hökmündə aydın şəkildə qeyd olunub”, - A.İsmayılov bu sözləri 2012-ci ildə mediaya açıqlamasında deyib. A.İsmayılov vurğulayıb ki, Ramilin atasının bəhs etdiyi səs yazısını zabitimiz görüşlərin birində onun özünə verib və həmin səs yazısını atası şəxsən dinləyib. Bu fakt Ramilin Markaryanı yatan yerdə öldürmədiyini, onunla üzbəüz söhbət edib üzr istəməsini tələb etdiyini bir daha sübuta yetirir. Məhkəmə zamanı Qurgen Markaryanın Azərbaycan bayrağını təhqir etməsi də təsdiqlənib. Məhkəmə protokollarında nə yazılıb? Rəsmi məhkəmə protokollarında deyilir ki, 2004-cü ilin 1 fevralında kursa gələnlərin Keçkemek şəhərinə ekskursiyası təşkil olunur. Burada avtobus dayanarkən Markaryan Ramil Səfərovun ayağına güclü zərbə ilişdirir. Amma Səfərov buna reaksiya vermir və qarşı tərəfin üzr istəyəcəyini gözləyir. Erməni zabit isə üzr istəmir. Daha sonra universitetə döndükdə isə R.Səfərov eşidir ki, onun arxasınca gələn erməni zabitləri yüksək səslə mahnı oxuyur və gülürlər. Mahnının bəzi yerlərində “Qarabağ-Arsax” ifadələri səslənir və daha sonra onlar ermənicə söyüş söyürlər. Bu hadisədən bir neçə gün sonra R.Səfərov dəhlizdə Xorvatiyadan olan mayorla söhbət edərkən Markaryan basketbol topunu onların arasına güclü zərbə ilə vurur. Erməni mediasının yayımladığı bu məhkəmə protokolunda Azərbaycan bayrağının təhqir edilməsi məsələsi də öz əksini tapıb. Fevralın 16-sı axşam saat 22:00 radələrində müttəhim (R.Səfərov) dəhlizdə siqaret çəkirmiş. Bu zaman o, Markaryanın litvalı zabit Polyusla söhbətinin şahidi olur. Həmin söhbətdə Azərbaycan bayrağ məsələsi də hallanır. R.Səfərov eşidir ki, Markaryan Azərbaycan bayrağını təhqir edir. Sənədin “Cinayətə hazırlıq” bölümündə də maraqlı faktlar var. Bildirilir ki, Ramil saysız-hesabsız təhqirlərdən sonra Qurgen Markaryanı öldürməyi qərara alıb və tarix kimi 1992-ci il 26 fevralını (Xocalı soyqırımının ildönümünü – red.) seçib. Lakin Qurgen Markaryanın Azərbaycan bayrağı ilə bağlı təhqirlərini davam etdirməsi Ramili özündən çıxarıb və o, erməni zabitini məhv edib. Bütün bunlar – Ramil Səfərovun atası Sahib Səfərovun müsahibəsi, vəkil A.İsmayılovun dedikləri, eləcə də məhkəmə protokolları R.Səfərovun erməni Qurgen Markaryanı yatan yerdə öldürmədiyini bir daha sübuta yetirir. Qurgen Markaryanla bağlı bir digər önəmli məqam da onun ailəsi ilə bağlıdır. Deyilənə görə, Ramil Səfərovun öldürdüyü Qurgen Markaryanın mənsub olduğu nəsil psixoloji cəhətdən sağlam deyilmiş. Belə ki, Q.Markaryanın atası Artuş Markaryan 2013-cü ildə intihara cəhd edib. O, bıçaqla özünə bir neçə zərbə endirib və venalarını kəsib. Təcili şəkildə xəstəxanaya çatdırılan Artuş Markaryanı həyatını xilas etmək mümkün olub. Qeyd edək ki, Azərbaycan ordusunun zabiti Ramil Səfərov 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub. Vətənə dönməyə 20 gün qalmış – fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. 31 avqust 2012-ci ildə Bakıya ekstradisiya olunan Ramil Prezidentin sərəncamı ilə elə həmin gün əfv olunub və Orduya bərpa edilib. 26 may 2020-ci ildə Avropa Məhkəməsi Markaryan ailəsinin iddiası əsasında işlə bağlı qərar elan edib. Qərarda Markaryan ailəsinin Azərbaycan və Macarıstan dövlətinin üzərinə öhdəlik qoymaqla bağlı tələblərindən imtina edilib. Buna baxmayaraq, R.Səfərovun ekstradisiyası və əfvi məsələsində beynəlxalq hüququn pozulması hallarının baş verdiyi qeyd edilib. Azərbaycana yalnız vəkil xərci olaraq qarşı tərəfə 15 min avro ödəmək məsuliyyəti qoyulub.
Evi oğurluqla alıblarsa...
Evi oğurluqla alıblarsa...
Jurnalistlərə verilən mənzillərlə bağlı Baş Prokurorluq araşdırmaya başlayıb. Belə ki, mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən 31 media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılaraq ayrı-ayrılıqda idarədə dindirilib. Məlumata görə, idarəyə çağırılan jurnalistlər prezidentin sabiq köməkçisi Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərliyə və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova cinayət işinin başlanmasını istəyirlər. Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı qeyd edib ki, ümumiyyətlə, jurnalistlərə ev verilməməlidir: “Düzü, olmayan şey barədə danışmağı xoşlamıram. Cinayət işi qaldırılıb araşdırılarsa, o başqa məsələ, çünki elə olanda son olaraq qərarı məhkəmə verir. Mülk kağızı varsa və onu oğurluqla alıblarsa, evi müsadirə etmək olur. Yox, əgər hazırda ev sahibi olanlar evi oğurluqla almayıblarsa, yəni başqaları bu evi onlara oğurluqla veriblərsə, mülkiyyətin geri qaytarılmasının hüquqi cəhətdən necə olacağını deyə bilmərəm”. Elçin Şıxlı deyib ki, o, həmişə jurnalistlərə mənzil paylanılmasının əleyhinə olub: “Dövlət jurnalistə ev verməməlidir. Çünki verilirsə, gərək həkimə, mühəndisə və müəllimə də ev verilsin. Jurnalistlər də hamı kimi vətəndaşdırlar. Sadəcə, jurnalistə elə şərait yaratmaq lazımdır ki, evi halal zəhməti ilə ala bilsin. Bunun müxtəlif yolları var. Amma evləri bağışlayırlarsa, sonda biz gəlib hazırkı vəziyyətlə üzləşəcəyik. Çünki ortalıqda jurnalisti ələ almaq istəyən, ona mənzili rüşvət kimi təklif etmək istəyən bir sıra məmurlar var. Onların adlarını isə elə siz çəkdiniz”.
Hərbi hissəyə 200 minlik maşında gələn məmur övladları və korrupsiyalaşmış generalitet
Hərbi hissəyə 200 minlik maşında gələn məmur övladları və korrupsiyalaşmış generalitet
Konstitusiyamızda şəxslər arasında -istər kəndçi oğlu olsun, istərsə də nazir oğlu olsun. Heç bir fərqi yoxdur. Qanun hər kəs üçün eynidir. Ancaq Azərbaycan reallığında bu, var. Hərbi xidmət zamanı ayrı-seçkilik edilir. Hər kəsə məlumdur ki, hərbi hissələrdə “tapşırma” üsulları çox keçərlidir. Varlı insanların övladlarına, qohumlarına, vəzifəli şəxslərin yaxınlarına, dostlarının övladlarına fərqli yanaşırlar. Bəziləri hərbi xidmətdə özlərini istirahətdə olduqları kimi hiss edirlər. Onlara bu şərait qanunsuz olaraq yaradılır. Məmur övladlarının hərbi xidmətə getməməsi cəmiyyət içində də danışılır və heç də yaxşı qarşılanmır. Bəzi vətəndaşlar “Müharibə olsa, getməyəcəm. Hansısa varlının, məmurun oğlu qaçıb gizlənəcək, mən isə döyüşəcəm?” kimi sözlər deyirlər. Əgər məmur övladları hərbi xidmətə aparılarsa, bunun cəmiyyətdə “Niyə ancaq bizim balalarımız əsgər gedir, niyə ancaq bizim övladlarımız orduda ölür” sual-ittihamının qarşısını ala biləcəkmi? Gundelik-baku.com bildirir ki, xüsusən polkovnik –leytenant Rəşad Quliyevin vaxtında başçılıq etdiyi Mərkəzi Ordu İdman Klubu sanki, açıq bazara dönmüşdü. Hərbi hissənin qarşısındakı bahalı və ən son modellər burda “xidmət çəkən” məmur balalarına məxsus idi. Bura düşməyin ucuz olmadığı hər kəsə məlumdur. Oliqarx övladları üçün 40-50 min manat demək olar ki , heç nədir. İndi bu rəqəmi 10-ə, 300-ə vurun, ilə, aya vurun-görün nə rəqəmlər alınacaq. Rəşad Quliyevin və generalitetin yağ-bal içində üzməsi aydınlaşacaq. Özü də müharibə aparan ölkədə. Bir neçə il əvvəl tanınmış jurnalist İlkin Əhmədov Mərkəzi Bank rəhbəri Elman Rüstəmovun oğlu ilə bağlı facebook-da status yazmışdı. “Elman Rüstəmovun oğlu mənim əsgərim olub. Cəliləbadda yerləşən N saylı hərbi hissə, 2007-ci ilin iyul çağırışı, Artilleriya divizionunun 3-cü batareyasının İdarəetmə tağımının əsgəri... Hərbi andı içməyə qədər gəlmişdi, ardınca MOİK-ə ezam olunacaqdı digər məmur övladları kimi. Yadımdadır ki, o hərbi hissəyə ilk dəfə Audi Q7 ilə gəlmişdi. Təbii ki, özü yox, sürücüsü sürürdü. Maşını Qərargahın qarşısında saxlatdırıb sağa-sola, sonra komandirə baxıb dedi: "Əmi, bura da pis deyil a, bəlkə burada qalım, SKA-ya (MOİK-red)getməyim?" Baş bankirin oğlunun əmi deyə müraciət etdiyi komandir Qarabağda qızğın döyüşlərin getdiyi vaxtda 5 əsgəri ilə silahlı emrəni dığalarının mühasirəsindən çıxan tabor komandiri idi. Mühasirədən çıxan zaman dizindən güllə yarası almışdı.” Bax belə, indiyənədək də dəyişən heç nə yoxdu. Zakir Həsənov təyin ediləndən ancaq gurultulu bəyənatlar verib. Ayrı-seçkilik edilən, məmur oğlu sıravi vətəndaşdan üstün tutulan ordudan yüksək nəticələr gözləmək olarmı? Bu sualın cavabını isə DTX–nın orduda aparacağı əməlliyyatlar verəcək. Bax onda Rəşad Quliyevin və onun havadarlarının əməllərinə tam hüquqi qiymət veriləcək. Bura hələ Bakı şəhərindən başqa yerlərə köçürülmüş hərbi hissələrin ərazilərinin qaranlıq taleyi ilə bağlı məsələlər də daxildir. Onların təyinatı necə dəyişdi və yaxud kimlərə satıldı. Elə ərazilər var idi ki, mərkəzdə idi və sotu 200 minə dəyərləndirilirdi. Gələcəkdə bu ərazilərin kimin imzası ilə satılması və kimlərin arasında bölüşdürülməsi ,tikintidə ,ərzaq və geyim təminatı ilə bağlı kimlərin tərəfindən tenderlərin himayə olunaraq qalib gəlməsinə aydınlıq gətirəcəyik. Mədəniyyət Nazirliyi ilə Müdafiə Nazirliyi arasında olan məktublar sövdələşmisi də tərəfimizdən işıqlandırılacaq. Bizi izləməyi unutmayın.
Komitənin qarşısından ucalan qarğışlar
Komitənin qarşısından ucalan qarğışlar
Əli Həsənovun köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına ayrılan pullardan, eləcə də mənzil tikintisindən ümumilikdə 2 milyard manat vasait "yoxa çıxardığı”na dair məlumatlar yazılırdı. Ehtimal edilir ki, bu məlumatlar sözügedən Komitəyə sədr təyin edilmiş Rövşən Rzayev tərəfindən mətbuata çıxarılırdı və məqsədli şəkildə eks Komitə sədrinin sorğu-suaa çəkilməsinə hesablanıb. Bəs yeni sədr nə ilə məşğuldur və qaçqın və məcburi köçkünlərə hansı diqqət və qayğını göstərir...? Gundelik-baku.com-a daxil olmuş məlumata əsasən Rövşən Rzayevin ətrafında olan şəxslər köhnə ənənəyə sadiq qalaraq mənzillə təmin edilməli olan şəxsləri “açıq bazar”a dəvət edirlər. İmkanı olanlar “haqqı” verib alır, olmayanlar da üz tutur ölkə başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ünvanına ki, onlara müvafiq köməklik göstərilsin. Nə vaxta qədər ölkədə müvafiq “Fərman və Qanunlar” rüşvət müqabilində işləyəcək, bunu söyləmək çox çətindir, amma hazırki şikayətdə olan durum belədir... Karantin müddətində şikayətlər bir az səngidi. Yoxsa həftənin hər iş günləri, əsasən də cümə günləri Komitənin qarşısında köçkünlərin sədrə və rəhbərliyə ünvanladığı qarğışlar bir km aralıda eşidilirdi. İllərlə pis şəraitdə yaşayan köçkün ona verilməli olan mənzilin pul müqabilində başqasının sahibləndiyini eşidəndə çılğına dönür. Həm hökumətdən incik düşür, həm dövlətə inamı azalır. Köçkün yataqxanalarından olan reportajlarımızı gözləyin.
Sevindik Hətəmovun Qaradağ arzuları: “karyer müdiri”ni Bakıya maskalılar gətirə bilər
Sevindik Hətəmovun Qaradağ arzuları: “karyer müdiri”ni Bakıya maskalılar gətirə bilər
Azərbaycanda yerli idarəçiliyin təkmilləşdirilməsi və effektivliyinin yüksəldilməsi məqsədilə həyata keçirilən islahatlar uğurla davam etdirilir. Yaxın keçmişdə fəaliyyət istiqamətləri bir-birini təkrarlayan qurumların birləşdirilməsi, səmərəsiz strukturların ləğv edilərək yeni və daha funksional orqanlarla əvəzlənməsi həmin islahatların nümunələri kimi göstərilə bilər. Sevindik Hətəmovu qohumu necə “satdı” Bu baxımdan son zamanlar ayrı-ayrı icra başçılarının yerlərinin dəyişdirilməsi də diqqətçəkən məqamlardandır. Heç kimə sirr deyil ki, hansısa icra başçısının uzun illər eyni rayonda çalışması istər-istəməz müəyyən durğunluğa, passivliyə gətirib çıxarır. Bu baxımdan icra başçılarının yerdəyişməsi yerli idarəçiliyin effektivliyini artıran amil kimi nəzərdən keçirilməlidir. Sonuncu belə kadr yerdəyişməsinə isə Saatlı və Sabirabad rayon icra hakimiyyətləri başçılarının təyinatları zamanı şahidlik etdik. Proseslə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, bu qəbildən olan kadr yerdəyişmələri bundan sonra da davam edəcək. Saytımıza daxil olan informasiyada vurğulanır ki, həsrətlə təyinatını gözləyən şəxslərdən biri də Salyan rayon icra hakimiyyətinin başçısı Hətəmov olub. Salyandakı mənbələrdən cumhuriyyet.az-a verilən məlumatda bildirilir ki, S.Hətəmovun Bakıya – yeni vəzifəyə gedəcəyi ilə bağlı onun yaxın ətrafı da məlumatlıdır. Belə ki, S.Hətəmovun yaxın qohumu Oqtay adlı şəxs də bu yaxınlarda qohumunun yeni təyinat alacağını bildirib. Onu da qeyd edək ki, icra başçısının bacısının əri Oktay onun Qaradağdakı daş karxanalarını idarə edir. Eyni zamanda “Nabranda” möhtəşəm bir istirahət mərkəzi yeznəsi Oktayın adına alınıb. Onu da bildirək ki, S.Hətəmovun arzusu Qaradağ rayonuna rəhbərlik etməkdir. Amma sən saydığını say… İcra başçısı Bakıya başqa cür də gətirilə bilər… Son günlər icra hakimiyyətlərində aparılan ardıcıl əməliyyatlardan sonra Sevindik Hətəmovun qan təzyiqi kəskin şəkildə yüksəlib və həkim nəzarətinə götürülüb. Şəkər və qan təzyiqindən əziyyət çəkən icra başçısının son günlər qorxu içində olduğu bildirilir. Sevindik Hətəmovun adı ölkə mətbuatında sahibkarlara divan tutan icra başçısı kimi də tez-tez hallandırılır. Özünün böyük biznes şəbəkəsi olan icra başçısının Salyanın yerli iş adamlarına qarşı aqressiv davranışı haqda da məlumatlar yetərincədir. Hazırda “Maskalılar xofu” ilə yaşayan Salyan RİH başçısının Bakıya gəlişinin özünün arzuladğı yox, başqa şəkildə baş verəcəyi istisna deyil. Oxumamış “montyor” və ya daş karxanasında parlayan “ulduz” Hətəmov Sevindik Hacıağa oğlu 1969-cu il aprel ayının 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980-ci ildə Güləbird kənd orta məktəbini bitirdikdən sonra dərhal əmək fəaliyyətinə başlayıb və ilk iş yeri elə təhsil aldığı Güləbird kənd orta məktəbi olub. Sözügedən təhsil ocağında çilingər-montyor işinə düzələn gələcəyin icra başçısı düz bir il burada başını girələdikdən sonra ali təhsil almaq niyyətinə düşüb. 1981-ci ildə Azərbaycan Politexnik İnstitutunun Mühəndis-mexanik fakültəsinə daxil olan Sevindik Hətəmov ali təhsilini başa vurduqdan sonra yenidən doğulub-boya çatdığı Laçın rayonuna qayıdıb.1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987-1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989-1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990-1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis vəzifələrində çalışsa da onun oliqarx kimi parlaması “Güzdək” daş karxanasında işə düzəlməsindən sonraya təsadüf edib. 1997-ci ildə “Güzdək” daş karxanasına direktor vəzifəsinə yiyələnən Sevindik Hətəmov burada özünə əməlli-başlı “gün ağlaya” bilib. Karyer müdiri əvvəlcə millət vəkili, sonra isə icra başçısı olur “Güzdək” daş karxanasındakı fəaliyyəti artıq Sevindik Hətəmova böyük kapital, hörmət və lazımı dairələrə giriş fürsəti tanımışdı. Məhz bu üstünlüklərindən istifadə edən Sevindik Hətəmov Azərbaycan hakimiyyətində təmsil olunan çox nüfuzlu bir məmurun kölgəsinə sığınaraq siyasi karyerasını qurmağa başlayır və bu onda pis alınmır. 2005-ci ildə deputat mandatı qazanan Sevindik Hətəmov artıq sıradan biri deyildi və bu onun hakimiyyət düşərgəsində qəbul olunmasının bariz göstəricisi sayıla bilərdi. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri vəzifəsində də çalışan Hətəmov daha sonra Prezidenti Administrasiyasında işlə təmin olunur. PA-da Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışan Sevindik Hətəmov 2012-ci ilin aprel ayında Yardımlı rayon icra hakimiyyətinin başçısı, 4 mart 2016-cı il tarixdə isə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunnur və bu günə qədər də həmin vəzifədə çalışır. Yardımlıda, Salyanda “at oynadır”, Bakıda “tavan” verir Bu salyan rayonunun hazırki rəhbərinin rəsmi tərcümeyi-halıdır. Əslən laçınlı olan icra başçısının həyatında daha çox diqqəti çəkən məqam daş karxanasında rəhbər olmasıdır. Amma o hansı vəzifələri tutmasından asılı olmayaraq hər zaman “karyer biznesi”nə sadiq qalıb və hazırda da onun bir neçə daş karxanasının olduğu haqda məlumatlar var. Onu da bildirək ki, Yardımlıda, ardınca Salyanda “hakimi mütləq” olan S.Hətəmovun karxana biznesi problemsiz ötüşmür. Məsələn bir neçə il öncə öncə Güzdəkdəki karxanasında Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun təzyiqi ilə üzləşərək məğlub olan Yardımlı rəhbəri daha sonra eyni aqibəti Qaradağ rayon icra başçısı ilə yaşayıb. Belə ki, Süleyman Mikayılov rayon ərazisindəki bütün sahibkarlardan öz adamları vasitəsilə xeyriyyə aksiyasına qoşulmağı tələb edib. Qaradağda ən çox sahibkarların cəmləşdiyi və daş karnalarına sahib olan sahibkarlardan bu məbləğ alınıb. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Qarabağda bir neçə daş karxanasına sahib olan Yardımlı rayonunun icra başçısı Sevindik Hətəmovla Suleyman Mikayılov arasında qalmaqal daha da böyüyüb. Verilən məlumata görə ümumilikdə Qaradağda 10 karxanaya və üzlük daş istehsalı sexinə sahib olan Sevindik Hətəmov bu aksiyada iştirak etməkdən imtina edib və bu aksiyanın əsl mahiyyətini anlamadığını bildirib. Sevindik Hətəmovun tələb olunan pulu elan olunan bank hesabına köçürmək istəməməsi Süleyman Mikayılovun qəzəbinə səbəb olub. Bundan sonra 2 gün Sevindik Hətəmovun karxanalarına elektrik enerjisi verilməyib cə sonda Sevindik Hətəmovun karxanalarını idarə edən yaxını Miri adlı şəxs Süleyman Mikayılovun adamları ilə görüşərək razılığa gəlib. Qohum əqrabaya yaradılan şərait Sevindik Hətəmovun qarşısına ölkə başçısı ciddi tapşırıqlar qoyduğu halda, icra başçısı isə öz şəxsi maraqlarının əsirinə çevirilib. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Sevindik Hətəmovun yaxın qolunu “Zamin bank” ASC-nin Gənclik filialının direktoru işləyən Mahir Tapdıq oğlu Abbaszadənin Laçın rayonunda millət vəkili seçilməsi üçün milyonlar xərcləyib. Ona görə də Mahir Abbaszadə də hər an Sevindik Hətəmovu yuxarı dairələrdə müdafiə edir. Sevindik Hətəmov yaxın qohumları üçün də ağ gün ağlayıb. Belə ki, bacı Nəsilənin əri Fərruxu Bakı şəhərində yerləşən Laçın köçkün məktəbinin direktoru təyin etdirib. Bacısının əri Oktay onun Qaradağdakı daş karxanalarını idarə edir. Oktayın oğlu Cəmil Məmmədovu Sumqayıt şəhərində Hərbi Prokurorluğa işə düzəldib və deyir ki, ”nə qədər dayın sağdır, ürəkli ol, heç nədən çəkinmə, səni hələ dayın daha yüksək vəzifəyə təyin etdirəcək”. Sevindik Hətəmov Ağcəbədi rayonu ərazisində Laçın rayonuna aid qış yatağında 250 baş iri-buynuzlu və 1400 baş xırda-buynuzlu heyvandan ibarət böyük bir ferma yaradıb. Həmin heyvandarlıq fermasına sahibkarı kimi qayınatası Cənnət kişinin adına rəsmiləşdirib. Hətta həmin ferma üçün Sahibkarlıq Kömək Milli Fondundan xeyli kredit Cənnət kişinin adına ayrılıb. Bakıda İnqilab küçəsində “milyonerlər” məhəlləsində bacısı Lətifənin adına 4 mərtəbəli villa alıb. Oğlu Xətainin öz şəxsi nüfuzundan və əlaqələrindən istifadə edərək Bakı şəhəri 3 saylı “Asan Xidmət” Mərkəzinə müavin vəzifəsinə təyin etdirib. Qızı Günayı isə Neftçilər xəstəxanasında UZİ aparatı üzrə həkim vəzifəsinə yerləşdirib. Oğlu Xətai və qızı Günay isə son model dəyəri 150 min dollar “Range-Rover” markalı maşınla işə gedirlər. “Nabranda” möhtəşəm bir istirahət mərkəzi yeznəsi Oktayın adına alıb. Bakının mərkəzində Sevindik Hətəmovun 8 yerdə topdansatış mağazalar şəbəkəsi var. Yasamal Rayonunun Bakı Dövlət Universiteti yaxınlığında “Meqa-Siti” yaşayış kompleksində ikisi 4, üçüsə 3 otaqdan ibarət 5 mənzili alıb. Kompleksdə yerləşən “İdman-sağlamlıq” mərkəzini də bacısı Nəcibənin adına almış və icarəyə verib. Həmin yaşayış Kompleksi ilə üzbəüz son model “Gözəllik Salonu”da Sevindik Hətəmova məxsus obyektlərdən biridir.
Nazir olma sevdasına düşən İcra başçısı
Nazir olma sevdasına düşən İcra başçısı
Ölkə başçısı İlham Əliyevin sərəncam ilə Əbülfəs Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edildikdən sonra yeni mədəniyyət nazirinin kim olacağı ilə bağlı ictimayyətdə geniş müzakirələr getməkdədir. Sənət adamları bu vəzifədə görmək istədikləri müxtəlif mədəniyyət adamlarının adlarını dilə gətirirlər. Gununsesi.org xəbər verir ki, Mədəniyyət Naziri postuna Səbail rayon İcra Hakimiyyətinin Başçısı Vüqar Zeynalovun da iddialı olduğu bildirilir. Məlumata görə Əbulfəz Qarayev nazir vəzifəsindən azad edildiyi gün V.Zeynalov kabinetində mini banket keçirib özünün nazir təyin ediləcəyini qeyd edib, şampan partladıb. Başçının kabinetində keçirdiyi kiçik ziyafətdə Səbail rayon Bələdiyyəsinin sədri Hac Əliyev və digər yaxın çevrəsinin iştirak etdiyi bildirilir. Qeyd edək ki,Vüqar Zeynalov 2018-ci il də dövlət başçısı İlham Əliyevin sərəncam ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə başçı təyin edilib. O, əvvələr Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin birgə qərarına əsasən, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsinə işləyib. Səbail rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində işlədiyi iki ilə yaxın zaman boyunca Vüqar Zeynalovun rayon sakinlərinin narazalıqına səbəb olan xeyli yarıtmaz əməlləri olmuş ,mətbuatda onun haqqında xeyli tənqidi məqalələr dərc edilmişdir. Hətta Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun onu dəfələrlə tənbeh etdiyi bildirilir. “Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları Qarabağ qazisi, şəhid ailəsinin evini başına uçurub. Bu haqda zərərçəkən dağıdılmış yarımtikilidə şikayət xarakterli video çəkərək məsələni ictimailəşdirib. Ad və soyadını bildirməyən qazi, qardaşının Qarabağ uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğunu, özünün isə 3 il savaşda iştirak etdiyini söyləyib: “Şəhid ailələrinə verilən 11 min manatla Səbail rayonunda ev tikirdim. Bu evi tikmək üçün üçün İcra nümayəndələri məndən 1000 manat pul istədi, verdim. Sonra gəlib 2 min manat da tələb etdilər. Pul ala bilmədikdə isə evimi başıma uçurdular”. Məsələyə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Sherg.az”a söyləyib ki, Səbail rayon İcra Hakimiyyəti vicdansızlıq edib”: Bu Vüqar Zeynalovun Səbail rayonuna rəhbərlik etdiyi dövrdə mətbu orqanlarda vətəndaşların narazılıqını əks etdirən onlarla məqalədən birinin bir parçasıdır. Ən qısa zamanda rəhbərlik etdiyi rayonun sakinləri tərəfindən bu qədər şikayyətləri qəbul edən bir məmurun nazir olmaq sevdasına düşməsi həm təccüblüdir, həm gülməli , həm də təhlükəli… Gununsesi.org
ADAU rektoru müəllimə qarşı qərəzini davam etdirir - NAZİRƏ MÜRACİƏT
ADAU rektoru müəllimə qarşı qərəzini davam etdirir - NAZİRƏ MÜRACİƏT
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru kollektivə qarşı aqressiyasını davam etdirir. "Demokratik.Az"-ın məlumatına görə, bu barədə ADAU-nun tədris ustası Hacıyev İlqar Hacı oğlu Kənd Təsərrüfatı Naziri İnam Kərimova açıq məktub ünvanlayıb. Nazirə xitabən, şikayət mətnində deyilir: "Hörmətli cənab Nazir! Ola bilsin media vasitəsilə Sizə müraciətim bir qədər təcüblü görünə bilər. Mən bu haqda düşünərək bu yolu seçdim. Çünki, mən iki ilə yaxın müddətdə nazirliyin qaynar xəttinə dəfələrlə müraciət etmişəm. Lakin heç bir nəticəsi olmayıb, əksinə bundan sonra ADAU-nun rektoru İbrahim Cəfərov tərəfindən mənə təziqlər edilməyə başladı. İbrahim Cəfərov rektor olandan bəri, dəfələrlə mənim haqqımda təhqiredici ifadələr işlədib. Ümumiyyətlə bu adamın davranış qaydaları çox kobuddur. Universitetdə nöqsanlar həddindən artıq çoxdur. Şikayət edən adamları işdən çıxartmaqla hədələyir. Hökumətin əleyhinə olan adamları vəzifələrə təyin edir, ştat yarım dərs verir, istədiyi adamların daxili büdcədən maaşlarını artırır. Sonrada Möhtərəm Cənab Prezidentimizə olan sevgisindən danışır. İbrahim Cəfərovun gördüyü bütün işlər belədir. Sözdə başqa cür deyir, əməldə daşqa cür. Cənab Nazir! Mən Sizin vaxtınızı çox almaq istəmirəm. Mən möhtərəm Cənab Prezidentimizin daxili və xarici siyasətini ürəkdən dəstəkləyən, dövlətimizi sevən universitetin bir işçisi kimi, Sizdən xahiş edirəm ki, mənim şikayətimi araşdırasınız. Diqqətinizə görə çox sağ olun". Xatırladaq ki, şikayət müəllifi saytımıza bir müddət öncə də oxşar səpkili şikayət mətni ünvanlamış, ictimailəşdirilməsini xahiş etmişdi. Qarşı tərəfin mətbuat xidməti isə şikayətçinin dediklərini yalanlamağa çalışmışdı. ADAU-da birbaşa rektor İbrahim Cəfərovun öz iradəsinə dayanan çeşidli özbaşınalıqlar mövcuddur. Lakin, nə qədər tənqid olunsa da, ADAU rektoru universitetdə müəllimlərə və keyfiyyətini durmadan aşağı saldığı tədris mühitinə qarşı istədiyi zorakılıqlarını davam etdirir. Əslində belə aydın olur ki, rektorun özbaşınalıqlarına nazir İnam Kərimovun özü şərait yaradır.
Arif Seyidovun ÇOXMİLYONLUQ VARİDATI üzə çıxdı: - Bahalı avtomobillər, poliklinika, mehmanxana, MMC-lər
Arif Seyidovun ÇOXMİLYONLUQ VARİDATI üzə çıxdı: - Bahalı avtomobillər, poliklinika, mehmanxana, MMC-lər
Tanınmış araşdırmaçı-jurnalist Həbib Müntəzir ölkə başçısı İlham Əliyev tərəfindən vəzifəsindən uazqlaşdırılan Göygölün icra başçısı Arif Seyidovun ailə sərvətinin siyahısını paylaşıb. Bildirib ki, Arif Seyidov həbs edilən Vilyam Hacıyevin yerlisi və ən yaxın dostudur. 14 ildir Göygölə başçılıq edən Arif Seyidov 63 yaşındadır və bahalı mülklər, hektarlarla torpaq və örüş sahələri, mal-qara ferması, apteki , Göygöl şəhərində villa və dəbdəbəli bağ evi, həmin şəhərdə 5 mənzili, restoranı, çay evləri, iri gölləri, poliklinika binası, mehmanxanası, uşaq baxçası, son model bahalı avtomobilləri, MMC-ləri, obyektləri, Bakıda da mənzilləri və çoxsaylı varidatı var. Gununsesi.org həmin uzun siyahını sizə təqdim edir: Göygöl şəhəri, Hummel, ev 69A ünvanında mənzil Göygöl şəhəri, Səbuhi Hacıyev, ev 112 ünvanında mənzil Göygöl rayonu, Aşıqlı kəndində villa, Göygöl rayonu, Toğanalı kəndində dəbdəbəli bağ evi Göygöl rayonu, Aşıqlı kəndində daha bir mənzil Gəncənin Hacıkənd kəndində mənzil Göygöl rayonu, Mixaylovka kəndində növbəti mənzil Göygöl rayonunda qardaşı Maarifin idarə etdiyi mal-qara ferması Göygöl xəstəxanasının qarşısında olan aptek Göygöl, Topal Həsənli kəndində “Qala Dibi” restoranı Göygöl rayonunda Məkan çay evi, Göygöl rayonunda Elit çay evi, Daşkəsəndə və Göygöldə torpaq sahələri və yaylaq yerləri. Gəncə çayı hövzəsində üç iri gölü Qardaşına və özünə məxsus mal-qara fermaları Göygöldə olan Əminə marketin şərikliyi Köhnə Koroğlu mehmanxanası. Göygöl şəhəri köhnə poliklinika binası Göygöl şəhəri köhnə uşaq bağçası Göygöl şəhəri köhnə evlər idarəsi Azyaşlı oğlu Samirin sürdüyü Mercedes-Benz Geländewagen (010) 25-BD-005 dövlət nişanlı Niva markalı maşın BMW markalı avtomobil Qardaşı Maarifin adına “Bulaq” Sahibkar Müəssisəsi MMC Aşıqlı kəndində 2 hektardan artıq fərdi ev tikintisi üçün torpaq sahəsi Şəhərin özündə yaxın qohumlarının əldə etdiyi 50-dən artıq torpaq sahələri Aşıqlı, Mixaylovka və Toğanalı hektarlarla torpaq sahələri, iaşə obyektləri və mənzilləri mövcuddur. Oğlu Sabir Seyidov DİN-in inzibati xətalar üzrə inspektorudur. Bakıda mənzil və mülkləri var. Həbib Müntəzir bildirir ki, adlarını yazdığı siyahıdakılar hələ ona məlum olanlardır. Müəllif əlavə edir ki, İcra başçısı Arif Seyidov 2017-ci ildə 2-ci dərəcəli “ Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 0
Daha bir başçının şok sərvəti... - SİYAHI
Daha bir başçının şok sərvəti... - SİYAHI
13 ildir Zaqatalanın icra başçısı vəzifəsini tutan Mübariz Əhmədzadənin və ailə üzvlərinin varidatının siyahısı yayılıb. Azərbaycanda oliqarxa çevrilmiş icra başçıları və digər vəzifəli məmurların var dövlətləri ilə bağlı məlumatlar yayılmaqda davam edir. Belə məmurlardan biridə Zaqatala icra başçısı Mübariz Əhmədzadədir. Meliorasiya və Su Təsərrüfatı ASC sədri Əhməd Əhmədzadənin qardaşı olan Mübariz Əhmədzadə 10 ildir Zaqatala icra başçısı işləyir. Sosial şəbəkədə Zaqatala icra başçısının və ailə üzvülərinin varidatının siyahısı yayılıb. MƏNZİLLƏR: ▪️Qax rayonu, İlisu kəndində dəbdəbəli villa ▪️Zaqatalada 1 hektarlıq sahədə, 5 milyon manatlıq villa ▪️Londonda "69-70 Princes GateKnightsbridge, SW7 2PA" ünvanında 6-7-8 mərtəbəsinə sahib malikanə. ▪️Kiprdə dəbdəbəli malinakə ▪️Bakıda, Yasamal, Zahid Xəlilov küç. ev 68, mənzil 88 ▪️Bakı, Binəqədi rayonu, S,S, Axundov küç, ev 1/2 ünvanda mənzil ▪️Qax, M.F. Axundov küç, ev 15 ünvanında mənzil ▪️Zaqatala, Car küç. ev 3A ünvanda mənzil HOTELLƏR və RESTORANLAR 1. Qaxda “El Resort” otel kompleksi 2. Qax, İlisu kəndində "Yurd Hotel" istirahət kompleksi 3. Turistik mərkəz İlisu kəndində “Yaşıl Park” otel kompleksi 4. “Səngər Qala” otel kompleksi, 5. “Ulu Dag” oteli, 6. Qax Fındıq Zavodu 7.Qax rayon taxıl məhsulları kombinatı 8. Qax Rayon Avtovağzalı 9. Qax rayonu, Eden Park Hotel 10. Qax, Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan “Residence” ailəvi istirahət mərkəzi 11.Bakı, Koroğlu Rəhimov küçəsindəki "Növbahar" Restoranı 12. Bakıda "Zakura Yapon mətbəxi" restoranı ŞİRKƏTLƏR: - "ULUYURD” şirkətlər qrupu - “Advisors CO.” şirkəti - “Proyekt”, MMC şirkəti - “Çağdaş“ MMC şirkəti - “Elit-R1“ MMC şirkəti - “Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti - "Corasuni” Məhdud Məsuliyyətli Cəmiyyəti - “İlisu Uludağ Turizm və İstirahət Kompleksi” - Çexiyada “ALPS s.r.o.” şirkəti - İngiltərədə “GYUNEL LİMİTED” şirkəti - İngiltərədə “GLOBALLY LTD” adlı daha bir şirkət - Türkiyədə "Etiler Dış Ticaret Limited" şirkəti - Kipr və Cenevrədə də də şirkətləri və biznesləri mövcuddur. QOHUMLUQLAR ♦️Oğlu Coşqun Əhmədzadə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini ♦️Oğlu Rəşad Əhmədzadə Səbail Rayon polis idarəsinin 8-ci Polis Bölməsinın rəisi ♦️Qardaşı Əhməd Əhmədzadə “Su və Melorasiya” ASC nin rəhbəri ♦️Xalası oğlu Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı ♦️Qardaşı oğlu Vüqar Əhmədzadə - DSMF Qax rayon şöbəsinin müdiri ♦️Qardaşı oğlu Tərlan Əhmədzadə Qax Mərkəzi Xəstəxananın baş həkimi ♦️Qardaşı oğlu Cuma Əhmədzadə Azərbaycanda və xaricdə xeyli şirkətlərin sahibi ♦️Qardaşının qudası Elman Rüstəmov Mərkəzi Bankın rəhbəri Bundan əlavə "Əhmədzadələr imperiyası"nın hektarlarla torpaq sahələri, iaşə obyektləri, mağazalar, avtomobillər, mənzillər kafe və restoranları saysız-hesabsızdır. Qeyd edək ki, Mübariz Əhmədzadənin və ailə üzvülərinin varidatının siyahısını ilk dəfə bir neçə ay öncə xaricdə yaşayan jurnalist Həbib Müntəzir yaymışdı.//Azfakt.com//
Bu Bölmənin Digər Xəbərləri
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR