Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:17 20/6/2020
______________________________
______________________________
______________________________
______________________________
______________________________
18:09 11/6/2020
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
09:41 09/6/2020
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Bakı qeydiyyatında olan şəxslər rayondan necə gələ biləcək? - AÇIQLAMA
Gömrük Hospitalı bağlanır: - Orqan köçürülməsi dayanırmı?
Eldar Mahmudovun Londonda üzə çıxan 100 milyonları Azərbaycana qaytarılacaqmı
Şəhid atası Atış Hüseynovun Prezidentə, Birinci Vitse-Prezidentə, Daxili İşlər Naziri və Baş Prokurora müraciəti
Şəhid atası Atış Hüseynovun Prezidentə, Birinci Vitse-Prezidentə, Daxili İşlər Naziri və Baş Prokurora müraciəti
Oğlum İlham Hüseynov 07 yanvar 2020-ci il tarixdə idarə etdiyi avtomobillə ehtiyatsızlıq nəticəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində məktəblini vurmuş, dərhal xəstəxanaya aparıb müalicəsini etdirmiş, həmçinin uşağın valideyni notariat yolu ilə barışıq ərizəsi vermişdir. Barışıq ərizəsini və şəhid ailəsi olması barədə sənədləri Sumqayıt şəhər Polis idarəsinin Təhqiqat şöbəsinə və Sumqayıt şəhər Prokurorluğuna təqdim etsək də oğlum İlham Hüseynova Sumqayıt şəhər Prokurorluğunda 30 yanvar 2020-ci il tarixdə cinayət işi başlandı və iş Sumqayıt şəhər Polis idarəsinin İstintaq şöbəsinə Seymur adlı müstəntiqə verildi, o, da şəhid ailəsi olmağımıza və barışıq ərizəsinə əhəmiyyət vermədi və son günlərdə işi məhkəməyə vermək üçün tələsir, hətta karantin olmasına baxmayaraq. Mən bir oğlum Rövşəni 1994-cü ildə ermənilərlə döyüşlərdə itirmişəm, indi bu oğlumu da adi ehtiyatsızlığa görə həbs etmək üçün çalışırlar. Halbuki məktəbli Elgün Məcidlinin bütün müalicə xərclərini oğlum İlham ödəyib, uşaq sağ salamatdır və atası da barışıq ərizəsi veribdir. Bir şəhid atası kimi Sizdən xahiş edirəm oğlum Ilham Hüseynovun barəsində cinayət işinə xitam verilməsi üçün Sumqayıt şəhər Prokurorluğuna və şəhər Polis idarəsinə göstəriş verəsiniz.
Koronovirusla mübarizəyə  Dəstək Olmaq istəyən Dərman Firmasına əngəl yaradırlar.
Koronovirusla mübarizəyə Dəstək Olmaq istəyən Dərman Firmasına əngəl yaradırlar.
Bu günlərdə dünya ölkələri koronovirus pandemiyası ilə çox ciddi mübarizə aparır.On minlərlə insan təlafatına səbəb olan virusun Azərbaycanda da yayılması dövlət səviyyəsində bir sıra mühüm tədbirlərin görülməsi ilə nəticələndi.Vətəndaşların sağlamlığının qorunması,yaranmış çətinliklərin aradan qaldırılması,yeni tibbi avadanlıq və ləvazimatların ,dərmanların alınması məqsədilə koronovirusla mübarizəyə dəstək fondu belə yaradıldı.Prezident də daxil olmaqla adi vətəndaşa kimi hər kəs az da olsa əllərindən gələni əsirgəmirlər.Ölkənin bu çətin sınaq qarşısında mübarizə apardığı bir vaxtda kanalımıza daxil olan növbəti şikayət də elə tibbi ləvazimatlar və dərmanlar haqqındadır.Səsləndirilən iddialar çox ciddidir. Söhbət milyonlarla manat dəyərində ,bu gün Azərbaycan əhalisinin ehtiyacı olan tibbi ləvazimatların göz görə-görə məhv olmasından gedir.Məsələyə bir qədər aydınlıq gətirək.Aeterna farm mmc nin səlaiyyətli nümayəndəsi …….. kanalımıza müraciət edərək bildiridi ki,şirkətlərinə məxsus ,Azərbaycana gətirilmiş,gövlət rüsumları ödənilmiş və bütün tibbi standartlara cavab verən on minlərlə dərman pereparatları Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində qanunsuz olaraq saxlanılır və nə şirkətə,nə də istifadə üçün əhaliyə verilmir.Arterna farmın nümayəndəsinin iddialarına görə şirkətin anbarından götürülən 2 milyonluq mal komitə tərəfindən qeyri qanuni olaraq və heç bir əsas göstərilmədən saxlanılır.Məlumata görə dərmanların sənədləri qaydasındaır,qeydiyyatdan keçirilib,hətda dövlət rüsumu belə ödənilib.Ama nədənsə komitənin etdiyi bu özbaşınalığa dur deyən yoxdur deyə ….. bildirir.Artıq 5-6 aydır ki uzanan,heç bir səbəb və əsas göstərilmədən saxlanılan ləvazimatlardan 4 adda dərmanın istifadə müddəti bitib və şirkətə 110 min dəyərində maddi ziyan dəyib.Şirkət rəsmisinin sözlərinə görə dəfələrlə istər yazılı,istərsə də şifahi şəkildə komitəyə mövcud problemlə bağlı müraciət edilsə də heç bir nəticə yoxdur.Saxlanılan məhsullar içərisində dezinfektorların,3 mindən çox qoruyucu masqaların da olduğunu deyən ……. bildirir ki malları geri qaytarıb rəsmi surətdə pulsuz olaraq dövlətin tibb müəsisələrinin istifadəsinə vermək istədikləri fikri ilə növbəti dəfə də gömrük komitəsinə müraciət tmələrinə baxmayaraq problem elə olduğu kimi qalıb.Yəni anlayacağınız ölkədə virusla mübarizənin aparıldığı bir vaxtda,sözügedən pereparatlara hava və su kimi ehtiyacın olduğu zamanda minlərlə ləvazimat komitənin istintaq idarəsinin anbarında saxlanılır.Eyni zamanda oynaq xəstəliklərinin müalicəsində istifadə olunan,ölkə apteklərində çətin tapılan,hətda tapılmayan alfultop adlı dərmanların da 14.500 ədədi anbarlarda saxlanılır,yəqin ki ,onların da digər dərmanlar kimi istifadə müddətinin bitməsini gözləyirlər.Halbuki qısa bir araşdırma aparsaq,görərik ki ölkədə bu dərman pereparatına hal-hazırda nə qədər ehtiyac var.Amma çox təəssüf ki gömrük komitəsinin rəhbərliyi heç bir mühüm olan məlumatı diqqətə almayaraq sahibkara,eyni zamanda ehtiyacı olan əhaliyə maddi və mənəvi ziyan vurmağa davam edir deyə Aeterna MMcin nümayəndəsi iddia edir. Ölkədə koronovirusla bağlı aparılan mübarizə ərəfəsində dövlətə baöışlanacaq dərman və qeyri dərman pereparatlarının gömrük komitəsinin istintaq və əməliyyat baş idarəsi tərəfindən əsassız olaraq saxlanılması,əlavə dəyər vrgisi ödənildiyi halda dərmanların istifadə müddətnin keçməsinə səbəb olan qanun pozuntularının baş verməsi sadəcə təssuf hissi doğurur.5-6 ay ərzində sahibkara dəyən 110 min manatın ödənilməməsi bir yana ,qalan digər tibbi ləvazimatların bundan sonrakı taleyinin necə olacağına aydınlıq gətirməyən komitə,şirkətin vəkilləri tərəfindən onlara ünvanlanan müraciətlərə cavab verməməklə qanunları bir daha pour deyə Aeterna farm-ın nümayəndəsi…. ….. qeyd edir. Onu da vurğulayaq ki,şirkətin dirktor və nümayəndələri ölkə başçısına da müraciət ünvanlayaraq komitə tərəfindən qanunsuz olaraq saxlanılan malların Azərbycan xalqnın koronovirus bəlasından qorunması çərçivəsində istifadə olunmasına göstəriş verməsini xahiş ediblər. Ümid edirik ki problem tezliklə qanun çərçivəsində ö həllini tapacaq.Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.Məsələ diqqətimizdədir.Mövzuya yenidən qayıdacağıq…
Jurnalist Peyman Sadıqovun namizədliyi qeydə alınıb
Jurnalist Peyman Sadıqovun namizədliyi qeydə alınıb
Tanınmış jurnalist, “Xalqxeber.Az” İnformasiya Agentliyinin Baş Redaktoru Peyman Sadıqov 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınıb. Bu haqda jurnalist Peyman Sadıqov məlumat verib. Onun sözlərinə görə, Şirvan şəhər əhalisinin bir qismi jurnalistin namizədliyinin irəli sürülməsi barədə təşəbbüsü ondan xahiş ediblər. Peyman Sadıqov açıqlamasında deyib ki, Şirvanlıların onu deputat görmək istəyib-istəməməsi onun üçün həddindən artıq vacib idi. Çünki daim Şirvanda sosial problemlərlə maraqlanmışam və çatışmamazlıqların aradan qaldırılması istiqamətində əlimdən gələni əsirgəməmişəm. Şirvanda şəhid ailələrinin, Qarabağ əlillərinin xüsusəndə məcburi köçkünlərin bütün çətinliklərində yanında olmaqla yanaşı onların sosial problemlərinin həll olunmasına köməklik göstərmişəm. Uzun müddət ölkənin tanınmış qəzet və jurnallarında hətta informasiya agentliklərində müxtəlif vəzifələrdə çalışmış Peyman Sadıqov həm bir jurnalist, yazar və ölkə başçısının "Gənclər seçkilərə fəal qoşulsunlar, yeni simalar, yeni ideyalar lazımdır" sözlərindən ilham alaraq, namizədliyini irəli sürmüş gənc kimi dairənin sosial problemlərindən xəbərdar olduğunu deyir: “İndiyə qədər xalqıma, dövlətimə xidmət eləmişəm. Çalışmışam ki, hamının işinə yarayım. Deputat seçilsəm xalqa, seçicilərimə xidmət göstərmək üçün daha çox səlahiyyətim olacaq”.
Antibiotiklərin həyatımızda rolu. DR. Cavanşir Məhərrəmovun müsahibəsi
Antibiotiklərin həyatımızda rolu. DR. Cavanşir Məhərrəmovun müsahibəsi
Bildiyiniz kimi Azərbaycan Tibb Universitetinin Tədris Terapiya Klinikası ölkədə demək olar ki, ən qabaqcıl və tam müasir avadanlıqlarla təsis edilmiş klinikalardan biridir. Məhz buna görə Real.TV və İTV antibiotiklərlə bağlı reportaj hazırlayarkən ATU nin Tədris Terapiya Klinikasına müraciət etməli olublar. Antibiotiklər – mikrobların inkişafını dayandıran və ya onları məhv edən kimyəvi maddələrdir. “Antibiotik” – yunan sozu olub mənası: anti- “qarşı”, bios isə “həyat” deməkdir. Antibiotiklər aşkar edilənə qədər infeksion xəstəliklər milyonlarla insanın ölümünün əsas səbəbi idi. İlk antibiotik olan penisillin 1929-cu ildə Şotlandiyalı bakterioloq Aleksander Fleminq tərəfindən kəşf edilmışdır. O, təsadüfən laborator kasacıqların birində stafilokokların inkişafını dayandıran penisillin adlı kif göbələyini aşkar etmişdir. Bu, XX əsrin ən böyük kəşfi, tibbdə isə həqiqi bir inqilaba səbəb oldu. Daha sonra 1940-cı ildə İngiltərədə penisillin antibiotiki təmiz şəkildə alınmışdır. Hazırda dünyada təxminən 200 növ antibiotik hazırlanmışdır. Kimsə soruşa bilər ki, bəs nə üçün bu qədər çox? Məsələ ondadır ki, mikroblar da özlərini antibiotiklərin hücumundan qorumaq üçün – bəziləri onlara qarşı davamlılıq yaradır, digərləri isə antibiotikin özünü parçalayan ferment hazırlayır və s. Ən pisi də ondan ibarətdir ki, daima bir-biri ilə cütləşən bu mikroblar antibiotiklərə qarşı davamlılığı bir növdən digərinə də ötürürlər! Məhz buna görə alimlər daim yeni növ antibiotiklər hazırlamağa məcbur olurlar. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, ilk antibiotik olan penisillin hal hazırda öz əhəmiyyətini demək olar ki, tamamilə itirmişdir. Buna səbəb isə əksər mikrobların, penisillini parçalayan “penisillinaza” adlı ferment hazırlamaqla, özlərini ondan qoruya bilməsi ilə izah olunur. Antibiotiklər haqqında isə bizə daha ətraflı məlumatı həkim terapevt Cavanşir Məhərrəmov verib. Bildirmək istəyirik ki, bu sahədə kifayət qədər təcrübəsi olan həkim Cavanşir Məhərrəmov REAL TV kanalına verdiyi müsahibəsində və ITV də Verliş zamanı cıxışlarında xəstəliklər, onların ağırlaşmaları zamanı düzgün seçilən antibiotiklər,Dozlanmaları,taktik gediş sxemləri xəstəliklər onların ağırlaşmalarının daha sürətli aradan qalxması,lazımı effektiv nəticələrin əldə olunması üçün önəm daşıdığını və ANTİBİOTİKlərin insan orqanizmində heç bir asılılıq yaratmadığını geniş şəkildə ictimaiyyətə çatdırmağa çalışıb Xeber-Xetti.com saytının apardığı araşdırma zamanı məlum olub ki, həkim terapevt CAVANŞİR MƏHƏRRƏMOV bundan öncə Bakı Şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardımda,EGE, Real hospitalda, HB Güvən Klinikalarında Təcili Yardım şöbəsinin müdiri vəzifəsində çalışmışdır Cavanşir Məhərrəmov fəaliyyət göstərdiyi müddətdə bir neçə dəfə müxtəlif mükafatlara layiq görülmüşdür Bu yaxınlarda isə göstərdiyi yüksək xidmətlər nəticəsində Cavanşir Məhərrəmov Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Qəbul və Təcili Tibbi Yardım şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bizdə Xeber-Xetti.com saytı olaraq kollektivimiz adından həkim Cavanşir Məhərrəmova bu çətin və şərəfli yolda uğurlar arzulayıq.
HAMAM SUYU HESABINA DOST VƏ ŞÖHRƏT QAZANAN HİCRAN ŞƏRİFOV SUSUZ QALDI!!!
HAMAM SUYU HESABINA DOST VƏ ŞÖHRƏT QAZANAN HİCRAN ŞƏRİFOV SUSUZ QALDI!!!
Xeber-Xetti.com saytının elektron ünvanına daxil olan məlumatı olduğu kimi təqdim edirik. Bildirmək istəyirəm ki, Bakı ş., Nəsrəddin Tusi 277 ünvanında yerləşən Masajxana kimi fəaliyyət göstərən xidmət obyekti son 7 ildə Azərbaycan Respublikasının Büdcəsindən oğurluq edirdi. Belə ki, bu xidmət obyekti masajxana və hamam kimi fəaliyyət göstərdiyinə görə obyekte lazım olan əsas məsələ Sudur. Bu xidmət obyekti Xanlar İbrahim oğlu Şərifov adına MMC kimi qeydiyyata alınmış və Polis polkovnik – leytenantı Hicran Şərifov tərəfindən himayədarlıq olunur və neçə illərdir ki, Oğurluq və qanunsuzluqla məşquldurlar. Bu obyekt barəsində tərəfimdən cənab Prezidetimizi rəhbər tutaraq 12 sentyabr və 30 sentyabr 2019-cu ildə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova Şikayət Ərizəsi yazıldı. Oradan mənə qanunsuzluğun üstünü açmaq üçün təyin olunan Xətai Rayonun “Azərsu” ASC –nin kuratoru İntiqam adlı şəxslə telefon əlaqəsində olduq ki, Su oğurlanan vaxt yəni - axırıncı müştəri obyekti tərk edəndən sonra (00:00) “Azərsu” ASC əməkdaşları işin üstünə gəlib çıxsınlar. Və mən 10,11,12 oktyabr 2019-cu ildə Masajxananı izləməyə başladım, həmin günləri heç bir oğurluq yox idi. Çünki oğurluğu həftədə 2 dəfə edirdilər. Nəhayət 13 oktyabr 2019-cu il tarixində hadisəni gözümlə gördüm və İntiqam adlı əməkdaşla telefonda bir neçə danışdıqdan sonra – sonda heç kəs həmin ərəfədə 14 oktyabr 2019-cu ilin gecə saatlarında oraya gəlmədi və telefonlarını söndürdülər. Bundan sonra 23 oktyabr cənab Qorxmaz Hüseynova bir daha Şikayət Ərizəsi yazdım və bu ərizəni elektron formada “Azərsu” ASC-nin internet portalında da etdim. Bundan sonra “Azərsu” ASC –nin Müştəri xidmətləri departameti Müştərilərlə işin təşkili şöbəsindən mühəndis Nərmin xanım Alverdiyeva mənimlə əlaqa saxladıqdan sonra bu işlə Əfqan Məmmədov-un məşqul olacaqını mənə bildirdi. Bundan sonra Cəngi Masajxananın rəhbər və işçi heyəti Ərizələrimdən xəbərləri olduğu üçün oğurluqu dayandırmışdılar. Əfqan Məmmədovun böyük səyləri və göstərişləri nəticəsində “Azərsu” ASC-ə məxsus olan və Cəngi Masajxanasının həyətində ata-baba malları kimi bəslədikləri SAYĞAC 30 oktyabr 2019-cu il tarixində küçəyə yerləşdirildi. Və bundan sonra heç bir oğurluq edə bilməyəcəklər və bu keçmiş son 7 il ilə müqayisədə artım hiss olunacaq “Azərsu” ASC-ə ödədikləri çeklərdə. Fakt olaraq keçmiş şəkillər, yeni şəkillər və msjlar təqdim edirəm. P.S. məndə olan məlumata görə Cəngi Masajxanası hər ay ən azı 1.500 (min beş yüz) AZN oğurluq edirdilər. 1.500 (min beş yüz) AZN Azərbaycan Respublikasında yaşayan 5 AİLƏnin aylıq xərcidir... Belə Dələduzları və Oğruları ifşa etməliyik və qoymamalıyıq ki, cənab prezidentimiz İlham Əliyevə XƏYANƏT olunsun!!!
Baş redaktor prezidentə müraciət eti - SƏBƏB
Baş redaktor prezidentə müraciət eti - SƏBƏB
Cənab Prezident!Nəzərinizə çatdırım ki, mən Qarbağ döyüşçüsüyəm, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişəm.Hal-hazırda da əgər ehtiyac olarsa mən torpaqlarımızın müdafiəsinə qalxmağa hazıram. Mən uzun müddətdir mətbuat sahəsində jurnalist olaraq çalışıram. 2011-ci il 7 oktyabrda Qobu qəsəbəsində baş verən dəhşətli yanğın hadisəsində 9 və 11 yaşlı övladlarım faciəvi şəkildə dünyalarını dəyişmişlər. Hörmətli prezident! Əvvəlcədən qeyd edim ki, mən ölkə başçısı kimi sizin yürütdüyünüz daxili və xarici siyasəti həmişə dəstəkləmişəm, ölkəmizin iqtisadi və siyasi cəhətdən çiçəklənməsinə sevinmişəm. Jurnalistika fəaliyyətmidə daima dövlətçiliyə xidmət etmişəm, obyektliyi əsas götürmüşəm. Bakıda və bölgələrdə Azərbaycanın inkişafı naminə gördüyünüz böyük işlərlərlə bağlı müntəzəm olaraq rəhbəri olduğum Bölgə TV internet televiziyasında və Bolgexeber.com saytında reportjlar hazırlamışam. Sizin sayənizdə mətbuatımız bütünlüklə dövlət qayğısı ilə əhatə olunub. Hər bir mətbuat nümayəndəsi dövlətimizin dəstəyini öz həyatında daim görməkdədir. Mətbuata qayğı‚ diqqət və ehtiram dövlət tərəfindən ən yüksək səviyyədə təmin olunub və bütün dövlət orqanları tərəfindən media nümayəndələrinə və mətbuat işçilərinə daim hörmət və dəstək verilməkdədir.Mətbuat nümayəndələrinə mərhələli şəkildə ev verilməsi və xüsusən jurnalistlər üçün xüsusi evlərin tikilməsi də məhz sizin mətbuata yüksək qayğınızın nəticəsidir. Cənab prezident qeyd edim ki,mən evlə təmin olunmağımla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etmişəm,amma müraciətimə müsbət reaksiya verilməyib. Hörmətli prezident ,sizdən xahiş edirəm mənzil şəraitimin yaxşılaşması üçün, mənim evlə təmin olunmağıma yardımçı olasınız.
Vəkil Rövşən Qasımov  Paşinyanı yıxıb sürüdü
Vəkil Rövşən Qasımov Paşinyanı yıxıb sürüdü
ERMƏNİSTANIN BAŞ NAZİRİ NİKOL PAŞİNYANA -. Sizin ağılsız , erməni xalqına mənafeyinə zidd siyasətiniz və davam etdirdiyiniz siyasi xəttiniz erməni tərəfinin minlərlə gəncinin məhf olmasına səbəb olacaq.. A.S.Qriboyedov Rus imperatoruna məktubunda yazırdı: "Ermənistan bir dövlət kimi bəşəriyyət tarixində heç bir mühüm rol oynamamış, onun adı ermənilərin səpələndiyi coğrafi termin olub güclü dövlətlərin-assuriyalıların, midiyalıların, iranlıların, yunanların, monqalların, rusların.Öz mübahisələrini həll etdikləri yer olmuşdur.Mən onlarla (ermənilərlə) heç zaman dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir." , Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Dağlıq Qarabağ ümumilikdə Qarabağın bir hissəsidir. Sovet hakimiyyəti dövründə 1923-cü ildə Qarabağın dağlıq hissəsində 4,4 min kv.km ərazidə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Bununla da bu ərazidə Sizin və Sizin kimi erməni xalqının mənafeyini xarici himəyədarlara satan separatçılıq meyllərinin əsası qoyulmuşdur. Əslində isə problemin kökündə Qarabağa XVIII əsrdən İrandan və digər yaxın şərq ölkələrindən başlayaraq köçürülən ermənilərin Azərbaycan torpaqlaraına yiyələnmək iddası dayanır."Moskovskiy komsomolets" qəzeti. 29.01.1994. "Neft sindromu" məqaləsindən qeyd edilirdi ki , Dağlıq Qarabağdakı konflikt yaxşı planlaşdırılmış, əvvəlcədən hazırlanmış həyata keçirilməsi Ermənistanın kommunist rəhbərlərinin üzərlərinə düşən aksiyadır… "Qarabağ hərəkatı"nın liderləri millətin öz müqəddəratını təyin etməsi prinsipini hipertrofiyaya uğradaraq elə bir həddə çatdırmışdır ki, ondan sonra separatizm başlayır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin başında duran bəşəriyyətə qarşı cinayət törədən şəxslərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamışdır. Sovet İttifaqı rəhbərliyində təmsil olunan və milliyətmilik faşizim ideyalarınıa arxalanan milliyətcə erməni olan , Ermənistan SSR-in faşist təxayüllü rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin əvvəllərindən SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi üçün fəaliyyətə başladılar. 1987-89-cu illərdə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı məhzi faşist milliyətçi ideyalrına söykənən şəxslərin təsiri və təzyiqi ilə ermənilər tərəfindən öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb. 20 fevral 1988-ci ildə DQMV-nin Xalq Deputatları Sovetinin iclasında anti türk , anti azərbaycan fikrlərə söykənən faşist təxayüllü vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə keçirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər. Bundan sonra 22 fevral 1988-ci ildə Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açdılar. Nəticədə həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular. Məhz bu iki gəncin ölmü ilə bu gündə davam edən münaqişənin əsası qoyuldu. 1 dekabr 1989-cu ildə Ermənistan SSR Ali Sovetində olan erməni xalqına xəyanət mövqeyi tutan , xarici qüvvələr tərəfindən bilavasitə idarə olunun faşist təxəyüllü deputatların iştirakı ilə keçirilən iclasında Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Buna baxmayaraq milliyətçi erməni diasporunun və o zaman SSR rəhbərliyində təmsil olunan ermənilərin təzyiqinə baxmayaraq 10 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi qərarların SSRİ Konstitusiyasına uyğun olmaması haqqında” qərar qəbul etmişdir. Qərarda Ermənistan SSR ilə Dağlıq Qarabağın Azərbaycan SSR-in razılığı olmadan yenidən birləşdirilməsinin qeyri-qanuni olması bildirilmişdir. Faşist düşüncəli ermənilərin bu hərəkətinə cavab olaraq 26 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi haqqında” Qanun qəbul etdi. 1991-ci ilin sonu-1992-ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlandı. Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edərək, Ermənistan xarici hərbi yardımla Dağlıq Qarabağda hərbi əməliyyatlara başladı. Yəni erməniləri tarix boyu müstəqil dövlətləri olmayan , Azərbaycanın tarixi torpaqlarında özlərinə dövlət quran bir millətciyin xarici havadarları olmadan Azərbaycana qarşı hər hansı bir hərbi əməliyyata başlaması cürətində olması qeyri mümkün idi. 1992-ci ilin fevral ayında erməniləri dəstəkləyən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın törədilmişdir. Xocalı soyqırımı kimi tanınmış bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi yaxud əsir düşməsi ilə nəticələnmiş, şəhər yerlə-yeksan edilmişdir.Rusiyanın 366-cı motoatıcı alayının yardımı olmadan ermənilər Xocalının ətrafına belə yaxınlaşa bilməzdi. 1992-ci ilin may ayında Şuşa şəhəri və Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Laçın rayonu işğal edilmişdir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri ,xarici qüvvələrin dıstıyi ilə Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı daha altı rayonunu – Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdilər. 30 aprel 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonundan və digər işğal olunmuş ərazilərindən bütün işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb edən 822 saylı qətnamə qəbul etdi. 29 iyul 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası Azərbaycanın Ağdam rayonu və digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 853 saylı qətnamə qəbul etdi. 14 oktyabr 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası ATƏM-in Minsk qrupunun nizama salmaya dair vaxt cədvəlinə uyğun olaraq, dərhal qarşılıqlı və zəruri addımlar atılmasını, o cümlədən ən son işğal edilmiş ərazilərdən çəkilməyi tələb edən 874 saylı qətnamə qəbul etdi. 11 noyabr 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası 884 saylı qətnamə qəbul etdi. Qətnamə Zəngilan rayonu və Horadiz qəsəbəsinin işğalını, mülki əhaliyə qarşı hücumu və Azərbaycan Respublikası ərazilərinin bombalanmasını pisləmiş, Zəngilan rayonu və Horadiz qəsəbəsindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının ən son işğal olunmuş digər ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon - Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb. 1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb. Azərbaycanın işğal edilmiş ərazilərində dünya əhəmiyyətli abidələrə Cəbrayılda orta əsrlərə aid 11 və 15 tağlı Xudafərin körpüləri və Tunc dövrünə aid Niftalı kurqanları, Kəlbəcərdə orta əsrlərə aid Gəncəsər və Xudavanq monastırları, Ağdamda XIV əsrə aid Qutlu Musa oğlu türbəsi və Tunc dövrünə aid Üzərliktəpə yaşayış massivi, Xocavənddə Paleolit dövrünə aid Azıx və Tağlar mağarası və Xocalıda Tunc və Dəmir dövrünə aid kurqanlar daxildir. Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavırə (ATƏM) çərçivəsində başlamışdır. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən 24 mart 1992-ci il tarixli əlavə iclasında Minskdə ATƏM-in himayəsi altında mümkün qədər tez bir zaman ərzində böhranın ATƏM-in prinsip, öhdəlik və müddəaları əsasında sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair konfransın çağırılması qərara alındı. 12 may 1994-cü il tarixində atəşkəsə dair razılıq əldə olundu. ATƏM-in dövlət və hökumət başçılarının 1994-cü il 5-6 dekabr tarixlərində Budapeştdə keçirilən sammitində ATƏM çərçivəsində bütün vasitəçilik səylərinin əlaqələndirilməsi üçün Minsk konfransı həmsədrlik institutunun yaradılması barədə qərar qəbul olundu. Budapeşt sammiti ATƏM-in fəaliyyətdə olan sədrinə silahlı münaqişənin dayandırılması üçün siyasi razılaşmanın əldə olunması məqsədilə danışıqlar aparmaq tapşırığı verdi. Sözügedən siyasi razılaşma münaqişənin nəticələrini aradan qaldırmalı və Minsk konfransının çağırılmasına imkan verməli idi. 23 mart 1995-ci ildə ATƏT-in fəaliyyətdə olan sədri Minsk prosesinin həmsədrlərinə mandat verdi. 2-3 dekabr 1996-cı il tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasını təşkil etməli olan prinsipləri tövsiyə etdi, lakin Ermənistan bu prinsipləri qəbul etmədi və ATƏT-in 54 üzv dövləti arasında bu təklifin əleyhinə səs verən yeganə dövlət oldu. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində dünya birliyinin daha qətiyyətli və ardıcıl mövqedən çıxış etməsi və Ermənistanı beynəlxalq birliyin nüfuzlu üzvləri olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təklif etdiyi başlıca prinsiplər əsasında münaqişənin bir dəfəlik həllini nəzərdə tutan yekun sülh sazişi üzərində işə başlamasına vadar etməsinə ümid bəsləyir. Bir çox beynəlxalq təşkilat münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı çoxsaylı sənədlər qəbul etmişdir. BMT Baş Assambleyanın 2008-ci il martın 14-də qəbul etdiyi qətnamə münaqişənin hüquqi, siyasi və humanitar aspektlərini əhatə edir və həlli prinsiplərini yenidən təsdiqləyir. Bu prinsiplər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörməti, erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, işğal edilmiş ərazilərdən məcburi köçkün düşmüş insanların öz doğma yurdlarına qayıtmaq hüququnu, hər iki icmanın Azərbaycanın tərkibində muxtar idarəetmə formasına malik ərazidə birgəyaşayış şərtlərinin təmin edilməsini və ərazilərin işğalı nəticəsində yaradılmış vəziyyətin qeyri-qanuniliyini vurğulayır. Münaqişə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində də dəfələrlə müzakirə edilib. Təşkilat beynəlxalq hüququn prinsip və normalarını rəhbər tutaraq, Azərbaycanın hərbi təcavüzə məruz qaldığını elan edib. Hələ 1993-cü ildə təşkilatın xarici işlər nazirlərinin Pakistanın Karaçi şəhərində keçirilən 21-ci iclasında qəbul edilən qətnamə Azərbaycana qarşı erməni təcavüzünü qınayır, erməni qoşunlarının işğal edilmiş bütün ərazilərdən dərhal çıxarılmasını tələb edir, Ermənistanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və münaqişənin dövlətlərin ərazi bütövlüyünə, sərhədləri toxunulmazlığına əsaslanan sülh yolu ilə, ədalətli həllinə çağırır. Növbəti qətnamələrdə təşkilat BMT Təhlükəsizlik Şurasını münaqişənin siyasi həlli prosesində fəal iştirak etməyə, qəbul olunmuş dörd qətnamənin icrasını tam təmin etməyə və Azərbaycan Respublikasına qarşı təcavüz aktının mövcudluğunu tanımağa çağırır. 2016-cı ildə İƏT-in İstanbulda keçirilən sammitində İƏT çərçivəsində “Ermənistan Respublikasının Azərbaycana təcavüzünə dair Təmas Qrupu” yaradılıb. Təmas Qrupunun tərkibinə 7 ölkə daxildir: Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Mərakeş, Cibuti, Qambiya. Avropa İttifaqı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə, Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına, tərəflərin ərazi bütövlüyünə, beynəlxalq sərhədlərinə hörmət göstərilməsinə və heç bir beynəlxalq legitimliyi olmayan, güc yolu ilə yaradılmış vəziyyətdən imtina edilməsinə çağırır. 2017-ci il noyabrın 24-də Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammitində qəbul edilən birgə bəyannamədə Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləməklə bu məsələdə qərarlı olduğunu nümayiş etdirib. 2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri ağır silahlardan atəşə tutub. Ermənistanın hücumları nəticəsində dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla 6 nəfər həlak olub, 33 nəfər isə ağır yaralanıb. Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verib, əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad edib. Aprel hadisələrindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından tamamilə azad olunub. Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları əsasında böyük bərpa və quruculuq işləri görülmüş, kənddə normal həyat bərpa olunmuşdur.Ermənistan siyasi və hərbi təxribatlarını 2017-ci ildə də davam etdirib. Ermənistan hərbi hissələri ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutub. Nəticədə iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 2 mülki şəxs qətlə yetirilmiş, bir nəfər isə ağır yaralanmışdır. Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsinə mane olur, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışır və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu qorumağa çalışır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Hazırda dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib ki, “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaq”. Azərbaycan Respublikasının Prezidentinin dediyi bu sözləri 10 milyonluq Azərbaycan Respublikasının vətəndaşları müdafiə edir.Sizin bu gün tutuduğunuz sərsəm mövqeyiniz bu münaqişənin həllinə mae olmaqla yanaşı , mənsub olduğunuz erməniləri fəlakətə aparır. Sizləri bu hakimiyyətə gətirən şəxslərin mənafeyinə müdafiə edən siyasətiniz mənsub olduğunuz erməni xalqını fəlakətə aparır. Sizin tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki erməni əhalisinə “dağlıq qarabağ xalqı” deyə müraciət etməniz sərsəmlədən başqa bir şey deyildir.ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təqdim olunan və hal-hazırda müzakirədə olan bütün sənədlərdə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Müxtar Vilayətinin əhalisi kimi erməni və azərbaycanlı icmaları müəyyən edilib. Ziddiyyətli açıqlamalarla çıxış etmək əvəzinə Mən Sizə sənədləri oxumağı, xüsusilə münaqişənin həlli ilə əlaqədar savadlılığını artırmağı tövsiyə edirəm. Bu kimi bu kimi provokativ və ziddiyyətli açıqlamalarla çıxış edərək vəziyyətin gərginləşdirilməsinə və danışıqlar prosesinin pozulmasına görə məsuliyyət Ermənistan baş nazirinin kimi Sizin üzərinizə düşür. 2019 -cu ilin mayın ayının 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində erməni tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub. Məhz Sizin bu günə kimi Dağlıq Qarabağda törədilmiş törədilmiş qətllərdə əliniz olduğu kimi bu xain əməldə də bilvasitə iştirakınız var. Siz Yerəvan Dövlət Universitetinin tələbələri ilə görüşündə demisiniz ki, Ermənistan xalqı nə vaxt ki Qarabağ münaqişəsinin həlli yolunu dəqiq tapsa, o zaman digər formullar asanlıqla yerinə yetiriləcək. daha sonra demisiniz ki , bu gün erməni xalqı baş nazirinə demədi ki, al bu sənin kağızın, onu əzbərlə, danışıqlara gir və məsələni bu yolla həll elə ,Qarabağ münaqişəsinin həlli ilə bağlı öz görüşləri var, ancaq bu məsələdə erməni xalqının rəyi də vacibdir. Siz bu zamanda məsuliyyətdən yayınmaq , baş verəcək bütün hadisələr görə məsuliyyəti ermənilərin boynuna qoymağa cəhd etmisiniz. Qarabağın qaytarılmasından imtina etmək və Azərbaycan ərazilərinin dərinliyinə hücum etməyə hazır olmaq barədə sizin dətək verdiniz ermənilərin rəsmi şəxslərinin sərsəm son bəyanatları beynəlxalq birliyin tənqidlərinə səbəb olub və Minsk Qrupunun həmsədrləri xüsusi bəyanatla çıxış ediblər. Sizin bu gün tutduğunuz mövqe erməni xalqının mənafeyinə zidd olmaqla bu xalqı uçuruma aparır. Belə davam etsəniz bu uçrumdam erməniləri kimsə xilas edə bilməyəcək. Siz erməni xalqının mənafeyinə xidmət edən siyasi xəttə keçmək vaxtını gəldiyini anlamadıqca , sizi hakimiyyətə gətirən xarici qüvvələrin dediklərinə əməl etməklə erməniləri qayıdılası mümkün olmayan yola aparırsınız. Siz bunu çox aydın anlayırsınız , ancaq verdiyiniz sözlər ki , var həmin sölərdən imtinanızın sizi məhf edəcəyindən qorxursunuz. Əgər siz öz xalqınıza qarşı zərrə qədər müsbət hissiniz olsa idi , erməniləri uçurumdam qurtarmaq naminə özünüzü qurban vermək gücündə olardınız. Müxtəlif güclərin qucağında yer axtarmaq əvəzinə , mənsub olduğunuz xalqın ürəyində yer axtarın. Aleksandr Düma (Fransız yazıçısı və səyyah): demişdir ki , «ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər.» Heç olmasa ermənilər üzərindən bu deyimi silməyə çalışın. Azərbaycanın hərbi qüdrətinin ermənistanı bir neçə saat ərzində yer üzündən silə biləcək gücə malik olmasını açıq aşkar hərbi ekspertləriniz və digər ölkəkələrin hərbi ekspertləri açıqcasına etiraf edirlər. Nə qədər gec deyil sağlam düşüncəniz ilə BMT QƏTNAMƏLƏRİNƏ UYĞUN HƏRƏKƏT EDİN , ETMƏSƏNİZ AZƏRBAYCAN BU QƏTNAMƏLƏRİN VERDİYİ BEYNƏLXAQL HÜQUQUNDAN İSTİFADƏ EDİB ÖZ ƏRAZİ BÜTÖVLÜYÜNÜ HƏLL EDƏCƏK VƏ AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİSİNDƏ YAŞAMAQ İSTƏYƏN HƏR BİR ERMƏNİN İNSAN HÜQUQ VƏ AZADLIĞI HƏM AZƏRBAYCAN DÖVLƏTİ TƏRƏFİNDƏN , HƏMDƏ AZƏRBAYCAN XALQI TƏRƏFİNDƏN TƏMİN EDİLƏCƏKDİR. Azərbaycanda yaşayan milliyətindən aslı olmayaraq bütün vətəndaşların insan hüquqlarının və azadlıqlarının qorunması Azərbaycan Respublikası Prezidenti İLHAM ƏLİYEVİN siyasi iradəsinin təcəssümüdür.
Bu Bölmənin Digər Xəbərləri
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR