Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:09 02/9/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
İlham Əliyev türkdilli dövlətlərin sammitində - FOTO
Prezidentliyə sabiq namizəd Kəmaləddin Qafarovu yıxıb-sürüdü: “43 milyonu hansı vicdanla…”
SHXÇDX –nin Beyləqan rayon şöbəsində “tariflər” artıb

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qubada icra başçısı kimdir Yaşar Məmmədov, yoxsa Yusif Abidov?

Qubada icra başçısı kimdir Yaşar Məmmədov, yoxsa Yusif Abidov?
İcra başçısının birinci müavini əsas səlahiyyətləri öz əlində saxlayır Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısının birinci müavini Yusif Abidovla bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub.


Adının gizli qalmasını xahiş edən şəxsin verdiyi məlumata görə, yerli idarə və müəssisələrin rəhbər işçiləri icra başçısı Yaşar Məmmədovdan daha çox Yusif Abidovdan çəkinirlər: «Rayon icra hakimiyyətinə Yaşar müəllim rəhbərlik etsə də, əsas söz sahibi onun birinci müavinidir.



Yusif Abidov bundan əvvəl rayonun təhsil şöbəsinin müdiri vəzifəsində işləyib. O şöbə müdiri işlədiyi müddətdə bir çox qanunsuz iş görüb ki, nəticədə özünə külli miqdarda vəsait toplamağı bacarıb. Qubanın mərkəzindəki ticarət obyektlərinin bir neçəsi ona məxsusdur. Həmçinin icra başçısının birinci müavini rayonun turizm üçün əlverişli olan bölgələrində böyük istirahət mərkəzləri tikdirib. Qubada fəaliyyət göstərən yerli idarə, müəssisə və təşkilatların rəhbərləri hər ay icra başçısının müavinini «ziyarət» edirlər. Yerli məmurlar başçıdan daha çox ondan ehtiyat edirlər». Məlumatlı mənbənin sözlərinə görə, Yaşar Məmmədovun birinci müavini ötən ayın 30-də YAP-ın Quba rayon təşkilatının sədri seçilib.



Bildirilir ki, Yusif Abidov bu münasibətlə rayondakı bütün məmurları onu «təbrik» etməyə məcbur edib: «Əlacsız qalan yerli idarə və müəssisələrin rəhbərləri icra hakiminin birinci müavinini YAP-ın rayon təşkilatının sədri seçilməsi münasibətilə necə lazımdırsa «təbrik» ediblər. Bu şəxs icra başçısının birinci müavini təyin olunandan sonra Qubada gərginlik daha da artıb. Rayon camaatı onun fəaliyyətindən qətiyyən razı deyilllər. İstər rayonun mərkəzində, istərsə də kəndlərdə aparılan tikinti işlərinə birbaşa bu şəxs nəzarət edir. Onun «xeyir-duası» olmasa, Qubada heç kim daşı daş üstə qoya bilməz. Bundan başqa, rayonda fəaliyyət göstərən turizm obyektlərinin sahibləri fəsildən asılı olmayaraq məmura «aylıq» verirlər. Yusif müəllim özünə yaxın adamları ayrı-ayrı vəzifələrə yerləşdirməklə rayondakı mövqelərini daha da möhkəmləndirib». Növbəti yazımızda Yusif Abidovun bahalı mülkləri, avtomobilləri haqda məlumat verəcək, aylıq aldığı idarə müdirlərinin adlarını açıqlayacağıq. 


Teqlər:
Bu xəbər cəmi 4975 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR