Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
10:05 27/10/2016
______________________________
______________________________
______________________________
______________________________
09:58 27/10/2016
______________________________
______________________________
______________________________
24 saylı baxçada alınan 300 manatın 100 manatı kimə çatır?
Azərbaycanda iki casus yaxalandı
Göyçayda AĞIR QƏZA: “07” “Mersedes”lə toqquşdu

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Nar Mobile” korrupsiya və… İşdə məhəbbət macərası…

“Nar Mobile” korrupsiya və… İşdə məhəbbət macərası…
Ölkə rəhbərinə, hüquq-mühafizə orqanlarına ünvanlanaraq surəti mediaya göndərilən və surəti cumhuriyyet.az-a ünvanlanan məktubda bildirilir ki, sözügedən mobil operator şirkətində 2015-ci ilin 01 dekabrından işçilərin kütləvi qaydada ixtisar edib və işçilərin ixtisarı zamanı kobud qanun pozuntularına yol verilmişdir.


İxtisar zamanı Əmək Məcəlləsi ilə müəyyənlişmiş qanunları pozulmuş, işçilərin nə təhsilinə, nə iş stajına nə də ailə vəziyyətinə məhəl qoyulmayıb.



Məktubda bildirilir ki, tənha analar, ailəsinin tək işləyən işçiləri ixtisar edilmiş, bir ailədən və yaxın qohumlardan ibarət olanlar isə işlə təmin edilmişdir. “Azərfon” MMC (Nar mobile)-də baş verənlərlə bağlı bundan başqa baş verənlərlə bağlı cumhuriyyet.az-a verilən məlumatlar kifayət qədər qalmaqallı və ilgincdir. Məktubda göstərilənlərin bir hissəsini olduğu kimi diqqətinizə çatdırırıq: ” İşdə qalanların bir çoxu tanışlıq, bir çoxu isə kadrlar idarəsinin rəisi Mətanət Babayevaya rüşvət veriblər. Azərbaycan Prezidentinin cəmiyyətimizdə sosial ədalət prinsiplərinin bərpa olunması çağırışlarına zidd olaraq idarədə sosial ədalətsizlik hökm sürür. Sıravi işçilərdən dəfələrlə çox maaş alan idarə, şöbə rəislərindən bir nəfər də ixtisar edilməyib.



Şirkətdə 30-40 min manat maaş alan əcnəbilərdən biri ixtisar edilsə idi və ya maaşları qismən azaldılmış olsaydı öz vətəndaşlarımız işsiz qalmazdı. Onlardan da çox maaş alan əcnəbilər isə sanki “toxunulmazlıq statusu” alıb. Bakının ən bahalı otel və mərkəzindəki evlərində yaşayır, pulunu şirkətə ödətdirir, övladlarının da adını şirkətə yazdırıb onlara şirkətdən maaş verir, üstəli iş yerində əxlaqsızlıq da edib şirkəti hərəmxanaya çeviriblər. “Sapı özümüzdən olan” hər gün də kafe, restoran gecə barlarında kef məclisləri təşkil edib dəbdəbəli həyat sürən Mətanət Babayeva, Könül Kərimova, Emil Məsimov kimilər də ğcnəbilərin qanunsuz əməllərinə hüquqi don geyindirmək üçün dəridən qabıqdan çıxırlar”.



Məktub müəllifləri xarici ölkə vətəndaşlarından ibarət olan şirkət rəhbərliyinin dövlətçiliyimizə qarşı əməlləri, korrupsiya faktları, milli mənəvi dəyərlərimizə zidd hərəkətləri barədə də əldə etdiyimiz məlumatları açıqlayaraq müvafiq qurumlardan faktları yoxlayaraq, tədbir görülməsini xahiş edir. Həmçinin cumhuriyyet.az-ın elektron poçtuna daxil olan məktubda deyilir:



“Baş direktor Kent Maknili Azerfon şirkətinin hesabından özünün məsəhətçi kimi işlədiyi firmalara pullar köçürür. Şirkətin direktoru kimi aldığı maaşdan əlavə şirkətin məsləhət verəni kimi də şirkətdən özünə pullar ödəyir. Öz ölkələrinə ildə 2 dəfə gedib-gəlmə pullarını şirkət ödəyir. Qalan hallarda isə həmin pulu özləri ödəməlidirlər. Bunun üçün saxtakarlıq edib özlərinə ezamiyyə yazdırıb pulunu şirkətə ödətdirirlər.

Azərbaycanda yüzlərlə reklam şirtkətləri və savadlı kadrların işlədiyi firmalar olarkən Kent Maknili və Maks Fyodorov Azerfon şirkətinin vəsaitini dolayısı ilə xaricdə özünə, yaxınlarına məxsus və dəfələrlə baha olan şirkətlərə axıdır. Rabitə nazirliyi ilə əlaqəli bütün korrupsiya faktlarına sübut Kent Maknilinin Könül ilə yazışmalarıdır.



Şirkəti idarə edən bu xarici vətəndaşlar bizim ölkədə işləyib 30-40 min manat maaş almaqları azmış kimi ayda 500-1000 manat maaş alan millətimizin nümayəndələrini işsiz qoyurlar. Bundan əlavə şirkətdə paya sahib olan milliyətcə yunan Yorqosun “sayəsi”ndə ermənistanın ZET, Arto lebedev şirkətləri ilə gizli əlaqələri olub, həmin şirkətlərə pullar ötürülüb. Türk şirkətləri ilə əlaqələrə imkan verməyən Yorgos özündən sonrakı işçini də yunan millətindən təyin edib”.



Məktubda bildirilir ki, Keçmiş MTN şefi Eldar Mahmudovun dövründə özünü onun qohumu kimi qələmə verən şirkətin hüquqşünası Emil Məsimovun şirkət işçilərinin danışıqlarını, yazışmalarını gizli izləyərək şirkətin qadınlarına, qızlarına qarşı şantaj vasitəsi olaraq tətbiq edib. Bundan başqa cumhuriyyet.az-a daxil olan məktubda şirkətdaxili münasibətlər haqda ilginc məlumatlar yer alıb. Biz bu məlumatların şəxsi həyatla bağlı olduğunu nəzərə alaraq onlar üzərində dəqiqləşdirmə apardıqdan sonra dərc edəcəyik.



Şirkətin baş direktoru Kent Maknili maliyyəçi xanımla macərası;

Telefonla yazılan SMS-lər və otel qarşısındakı döyülmə olayı;

Könül Kərimova doğurdanmı sabiq nazir Əli Abbasovun “adamı” olub?

Marketinq direktoru Maks Fyodorovun vətəndaş nikahı…

Kent Maknilinin doğma qızının adının şirkətə yazdırılması və ona uzun müddət işçi və şirkətin məsləhətçisi kimi ödənilən pullar…










 



Teqlər:
Bu xəbər cəmi 2585 dəfə oxunuldu
YAZARLAR