Xəbər Lenti

01:35 28/8/2019
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Təbrik edirik
Vətəndaş yeni nazirdən kömək istəyir. (VIDEO )
Vəkil Rövşən Qasımov  Paşinyanı yıxıb sürüdü
Rus Dram Teatrının qarşısı zəbt olunur .. BNA susur

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Abbas Abbasov getsə də, yaratdığı problemlər qalmaqdadır..." - Diplomat (Müsahibə)


Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov vesti.az saytına maraqlı müsahibə verib. Diplomat həmyerlilərimizin hazırkı durumundan tutmuş, gələcək planlarına qədər aktual mövzulara toxunub.






Mia.az həmin müsahibəni təqdim edir:






- Azərbaycanın Rusiyadakı diasporasının bugünki vəziyyəti necədir?






- Bizim diasporanın bugünkü vəziyyəti 90 - cı illərin əvvəlindəki vəziyyəti xatırladır. Həmin zaman müxtəlif qruplar öz aralarında intriqalar yaradırıdı. Heydər Əliyev Ümumrusiya Azərbaycanlıları Konqresini yaradaraq parçalanmış qrupları bu təşkilatda birləşdirdi. Təşkilatın tədbirlərində Aydın Qurbanov, Kərim Kərimov, Məhəmməd Əliyev, Vahid Ələkbərov, Araz Ağalarov, Qod Nisanov, İsgəndər Xəlilov kimi şəxslər, Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev iştirak ediblər. Ehtimal olunurdu ki, digər təşkilatlar da gələcəkdə bu qurumun bayrağı altında birləşə biləcəklər. Biz bütün bunlara ümidlə baxırdıq və hiss edirdik ki, ilk əvvəl hər şey öz qaydasında gedirdi. Amma son 8 ildə vəziyyət qəlizləşməyə başladı, müxtəlif səbəblər görə ÜAK - nin fəaliyyəti zəifləməyə başladı. Problemlərlə üzləşməyə başladıq, bir sıra insanlar bizə o dövrdə problemlər yaratdı, həmin insanlar indinin özündə də bizə problemlər yaratmağa, mane olmağa çalışırlar. Əslində isə Azərbaycan və Rusiya tərəfi stabil bir qurumun olmasının tərəfdarıdır. Bu konqres Rusiya və Azərbaycanın münasibətlərinin inkişafına öz töhfəsini verərək bizim gələcək fəaliyyətimizdə ölkələrin inkişafı üçün önəmli addımlar atmalıdır. Bizim nəsil öz köklərinə bağlı nəsildir. Biz Rusiya ilə hər zaman bağlılığımızı unutmamalıyıq, bir - birimizə hər zaman dəstək olmalıyıq.






- Bildiyimiz kimi, Ümumrusiya Azərbaycanlıları Konqresi yaranan vaxt "AzərRos" da yaranmışdı. Bu iki qurumun arasında gələcəkdə problemlərin yaşanmaması üçün, Sizcə, hansı vacib addımlar atılmalıdır?






-  2000-ci ildə Ümumrusiya Azəbaycanlıları Konqresinin tədbiri zamanı çıxış edən Heydər Əliyev konqresin fəaliyyəti, funksiyası, hansı işlə məşğul olmalı olduğunu bildirmişdi. Heydər Əliyevin göstərişi əsasında Rusiya Azərbaycanlılarının fəaliyyət konsepsiyası müəyyən olunmuşdu. 






Qeyd edim ki, Ümumrusiya Azərbaycanlıları Konqresi və "AzərRos" bu günlər böyük təcrübəyə malik qurumlardır. Biz bu qurumların potensialını cəmləyib fəaliyət göstərsək, çox böyük uğurlar qazana bilərik. Burda həlledici rolu Ümumrusiya Azərbaycanlıları Konqresi oynamalıdır. Bu qurum özünü Rusiyada ən yüksək formada təmsil etmək iqtidarındadır. Mənə hələ də çatmayan bir şey var. Nəyə görə bu gün Rusiya prezidentinin yanında olan Beynəlxalq Əlaqələr şöbəsində Asif Məhərrəmov kimi şəxs oturub? Bu şəxs Ümumrusiya Azərbaycanlıları Konqresinin üzvü deyil. Asif Məhərrəmovun Putinun yanında işləməsi ilə bağlı narazı olan insanlar yaxın günlərdə Rusiya prezidentinə müraciət ünvanlayacaq. Mənə ən çox verilən suallardan biri də Rusiya Dövlət Dumasında azərbaycanlı deputatların olmaması ilə bağlıdır. Mən belə hesab edirəm ki, bizim güclü diasporamız olduqdan sonra Dumada azərbaycanlı deputatımız da təmsil olunacaq. 






Hazırda isə bizim diasporamızın Rusiyada hər hanısa uğuru mövcuddursa, bunun əsas səbəbkarı Azərbaycan prezidenti İlham Əliyevin fəaliyyəti, onun Rusiya prezidenti Vladimir Putinlə olan isti münasibətləridir. Mən, həmçinin onu da qeyd etmək istərdim ki, bu gün bir çox mədəni muxtariyyət tipli birliklər öz müstəqilliklərini qorumaq şərti ilə Ümumrusiya Azərbaycanlıları Konqresinə qoşulmaq istəklərini açıq formada bildiriblər. Bu isə onu göstərir ki, bizim dispora gələcəkdə vahid təşkilat halına gələ bilər. Bütün bunlar nəzərə alınaraq biz daha çox çalışmalıyıq. Biz nəzərə almalıyıq ki, bu gün dünya siyasətində ikili standartlar xətti yürüdülür. Bu gün regionda olan bir sıra dövlətlərdə sabitliyin pozulmasını müşahidə edə bilərik. Rusiya ilə Azərbaycan uzun illərdir ki, bir yerdə dostcasına yaşamağa davam edir. Diasporada ola biləcək inkişaf həm Rusiya, həm də Azərbaycanın xeyrinə olan əsas amillərdən olacaq. 






- Son illər Ümumrusiya Azərbaycanlıları Konqresində problemlər müşahidə olunmaqdadır, bunların həll olunması üçün hansı addımlar atılmalıdır?






- Əlbəttə, problemlərimiz var. Bizim regonlarda olan bir sıra nümayəndələrimiz öz vəsifələrini unudaraq özlərinə şəxsi biznes qurublar. Bununla da öz işlərini qururlar. Belələri az olsa da onlar mövcuddur. Regionlarda olan təşkilatlarımızın aralarında da ciddi intriqalar mövcuddur, bunlardan ziyan çəkənlər isə sadə azərbaycanlılar olur həmişə. Məsələnin təəssüfləndirici məqamlarından biri də odur ki, bütün bu hallar yeni nəslin gözü önündə yaşanır və bu da onlara pis örnək olmaqdadır. Bizim artıq bundan sonra belə mübahisələr etməyə haqqımız yoxdur.  İlham Əliyev ümumdünya Azərbaycanlılarının Bakıda keçirilən sonuncu toplantısı zamanı çıxış edərək bildirmişdi ki, arada olan anlaşılmazlıqlar kənara qoyulmalıdır, hamı münasibətlərin inkişafı üçün öz töhfəsini verməlidir. Biz gənclərin arasında problemlərin yaşanmamasına görə çox sevinirik. Bunun səbəbkarı da Leyla Əliyevadır. Leyla xanım bütün gəncləri AMOR gənclər təşkilatında toplayaraq faydalı işlər görməyə davam etməkdədir. Sevindirici haldır ki, hazırda Ümumrusiya Azərbaycanlıları Konqresi yeni ofisə sahib olub bu ofisin əldə olunmasında Azərbaycanlı sahibkarların köməyi olub. Bu ofis Azərbaycanlıların mərkəzi adlandırılıb. Bu ofis bütün Azərbaycanlılara xidmət edəcək. Bu çox yaxşı haldır. Biz əminik ki, Ümumrusiya Azərbaycanlıları Konqresi yaxın vaxtlarda Rusiyanın ictimai - siyasi həyatında yaxından iştirak edəcək. Bunun baş verməsi üçün biz bütün səylərimizi göstərmişik, bizim gənc kadrlarımız bunun üçün öz fəaliyətlərini daha da genişləndiriblər.






- Abbas Abbasov öz müsahibəsində deyib ki, Azərbayan səfirliyi diasporanın işinə müdaxilə edir, bu fikirə münasibətinizi bilmək istərdik.






- Bəli, bəzi məsuliyyətsiz insanlar bu tip fikirlər səsləndirib. Onlar deyiblər ki, guya səfirlik diasporanın işinə mənfi mənada müdaxilə edir. Mən əminlikə demək istəyirəm ki, bu, belə deyil. Təbii ki, səfirliyimiz diasporanın işi ilə maraqlanır, bunda məqsəd vətəndaşlarımıza kömək etməkdir. Prezident İlham Əliyev dəfələrlə səfirliklərə səslənərək, onları vətəndaşlarımıza xidmət etməli olduqlarını deyib. Səfirliyin işi bu olub. Heydər Əliyevin də bununla bağlı dəyərli fikiri var, o, bildirmişdi ki, dünyanın istənilən yerində yaşayan azərbaycanlı bizim üçün önəmlidir və biz onun taleyinə laqeyd qalmamalıyıq.






- Abbas Abbasov "AzərRos"u tərk etdikdən sonra Rusiyada yaşayan Azərbaycanlıların həyatında hansı dəyişikliklər baş verdi?






- Abbas Abbasov nüfuzunu tam itirərək "AzərRos"dan getdi. Bu gün onun yanında heç kim yoxdur, heç kim onu qəbul eləmir. Mən belə hesab edirəm ki, yaxın vaxtlarda onun diaspora ilə bütün əlaqələri kəsiləcək. Abbasov getsə də, onun yaratdığı problemlər qalmaqdadır. Bizim bu gün əsas hədəfimiz bu problemləri aradan qaldırmaqdır. "AzərRos"a gəldikdə isə bu qurum da bundan sonra münasibətlərin daha yaxşı olması üçün səylərini əsirgəməyəcək.






- Bildiyimiz kimi, bir müddət öncə Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk  şöbəsinin rəhbəri İslam Hüseynovun ofisində axtarış aparılıb, bununla bağlı sizin fikirlərinizi bilmək istərdik.






- 15 ildən çoxdur ki, Ulyanovskda olan Azərbaycan diasporaları arasında problemlər mövcuddur. İslam Hüseynova gəldikdə isə, bu şəxs Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk  şöbəsinin inkişafı üçün çox böyük işlər görüb. O, bu şəhərdə məktəblərdə, parklarda yenidənqurma işlərinin aparılmasında yaxından iştirak edib. Bir sıra xeyriyyə tədbirlərinin təşkilatçılarından olub. İslam Hüseynovun əsas məqsədi bu şəhərdə olan diasporanın bir bayraq altında birləşdirməkdən ibarət olub. Ümumrusiya Azərbaycanlıları Konqresi bu çətin gündə İslam Hüseynova dəstək verməlidir. İslam Hüseynovun ofisində axtarış məsələsinə gəldikdə isə, bildiyimiz kimi, bu gün o, həm də sahibkarlıq fəaliyəti ilə məşğul olur. Əgər o, hansısa qanun pozuntusuna yol veribsə, təbii ki, qanunauyğun formada addım atılacaq.






- Siz Azərbaycan diasporasının Rusiyadakı gələcəyini necə görürsünüz?






- Sözsüz ki, diasporanın böyük potensialı var. Azərbaycanlılar Rusiyada müxtəlif sahələrdə qazandıqları uğurlardan sonra öz adlarından söz etdiriblər. Müslüm Maqomayev, Kərim Kərimov, Tahir Salahov, Fərman Salmanov kimi insanlar bütün Rusiyalılar tərəfindən böyük hörmətlə anılan şəxslərdir. Mən Rusiyanın bir çox regionlarında olaraq diaspora rəhbərlərimizlə görüşlər keçirmişəm. Diasporalarımızın Rusiya ictimaiyyəti ilə çox yaxşı münasibəti var. Yeganə çatışmazlığımız birgə ola bilməməyimizdir. Rusiya hökuməti və ictimaiyyəti də bizə yardım edir. Rusiya prezidenti Vladimir Putin seçki öncəsi vədinə əməl edərək diasporalara fəaliyət üçün gözəl şərait yaradıb. Putin Xalqlarla iş üzrə yaratdığı komitəyə dövlət xadimi İqor Barinovu təyin edib. Barinov da öz növbəsində öz işinin öhdəsindən məharətlə gəlməkdədir. Rusiyada olan müxtəlif xalqların nümayəndələri öz işlərini sülh şəraitində davam etdirirlər. 






- Məlum olduğu kimi, payızda Rusiyada yaşayan Azərbaycanlıların Forumu keçiriləcək. Bu Forumdan gözləntilərinizi bilmək istərdik.






- Bəli, biz təşkilatlanaraq ilk dəfə belə bir tədbir təşkil edəcəyik. Bu forumun adı  "Rusiya da bizim qəlbimizin bir hissəsindədir” adlanacaq. Bu tədbirdə Rusiyada olan bütün diaspora rəhbərlərimiz iştirak edəcək. Tədbirdə tanınmış həmyerlilərimiz də iştirak edəcək. Artıq tədbirin təşkili məqsədi ilə komitə yaradılıb. Komitədə bəndənizlə yanaşı, Ümumrusiya Azərbaycanlıları Konqresinin rəhbəri Məhəmməd Əliyev də iştirak edəcək. Məhəmməd Əliyev Diasporanın inkişafı üçün böyük işlər görür. Tədbirdə Konqresin gələcək fəaliyəti barədə müzakirələr aparılacaq. Biz ümidvarıq ki, bu tədbir Ümumrusiya Azərbaycanlılarının həyatında yeni xoş səhifə açacaq. Biz bunu bu gün etməliydik, bu gün etməsək bəs nə vaxt edəcəyik?

Teqlər:
Bu xəbər cəmi 2970 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR