Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:09 02/9/2018
______________________________
______________________________
Arzu Rəhimovdan ŞİKAYƏT VAR: SHXÇDX-nın Palkovniki Ramiz Mehdiyevə müraciət etdi-VİDEO
Vasif Turanın övladlarının ölümündən 7 il keçir-İstintaq nəyi gizlədir?
İlham Əliyev türkdilli dövlətlərin sammitində - FOTO

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

SOCAR Qaz İxrac İdarəsinin rəisi daha yüksək vəzifələrə iddialarını ortaya qoyur...

SOCAR Qaz İxrac İdarəsinin rəisi daha yüksək vəzifələrə iddialarını ortaya qoyur...
Qağaməli Seyfullayevin "kölgə" kabineti


ARDNŞ-nin Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev hərdən-bir özünü daha yüksək vəzifələrdə görməyə öyrəşib deyəsən. Bəzən bu xəyallarını gerçəkləşdirmək həvəsində də bulunmaqdan özünü saxlaya bilmir. Qağaməli müəllimə qalsa, Rövnəq Abdullayevin postuna özünü ən real namizəd kimi görər.İddialarına görə Qaz İxrac İdarəsinin rəisini qınamaq da olmur. Çünki, vəzifə pilləsində daha yuxarılara dırmaşmaq arzusu çoxları üçün əlçatmazdır.



Əsas odur ki, bu arzunu gerçəkləşdirməyə iradən olsun. Qağaməli müəllimin bu məsələlərdə iradəsinə söz ola bilməz. Onun kef üstündə gələcək planlarını yaxın dostları ilə bölüşməsi artıq bir ənənəyə çevrilib. Baxın, Qağaməli müəllim SOCAR rəhbərliyində baş vəzifəni əldə edəcəyi təqdirdə formalaşdıracağı kabinetinin tərkibini də əzbər bilir. Həmin kabinetdə idarə rəisinin tikinti üzrə müavini Hikmət Həsənova hansı vəzifə nəzərdə tutulduğunu bilməsək də, təxmin etmək olar ki, bu halda iki şərikin qardaşlıq əlaqələri mütləq daha da genişlənəcək.Əvvəla idarədə hamı bilir ki, Qağaməli müəllim Hikmət Həsənovu "Magistral qaz kəmərləri sahələrinin Qaz İxrac İdarəsinin tərkibinə verilməsindən sonra nə dəyişdi? sualına ən yaxşı cavab müsabiqəsinin qalibi elan edib. Düzdür, Hikmət Həsənov sualın cavabını Qağaməli müəllimin qulağına dediyi üçün bundan heç kim xəbər tutmayıb. Amma o da bəllidir ki, cavabdan rəis cənabı çox razı qalıb. Biz də bilirik ki, Abşeron, Astara, Ağdaş, Ağdam, Qazax, Siyəzən, Hacıqabul magistral qaz kəmərləri sahələri (MQKS-lər) və Qaz kəmərlərinin korroziyadan mühafizəsi, elektrik təchizatı və radio-rabitə sahəsi mövcud təşkilati hüquqi formaları saxlanılmaqla ARDNŞ-in Qaz İxrac İdarəsinin tabeliyinə verilməsi tezliklə vəziyyəti dəyişdirib. Qağaməli müəllimin idarəsinin "razmeri" böyüyüb. İdarənin tərkibində yaradılan Nəqliyyat və Xüsusi Texnika Departamentinin balansına "Azəriqaz" və "Azneft" İB-lərin balansından yüzlərlə xüsusi texnika verilib. Geniş miqyaslı maddi-texniki təchizat imkan verib ki, Qağaməli Seyfullayev daha geniş manevrlər edə bilsin. Deməli, belə qənaətə gəlmək olar ki, magistral qaz kəmərləri sahələrinin Qaz İxrac İdarəsinin tərkibinə verilməsindən sonra daha çox dəyişən isə Qağaməli müəllimin gəlirləri olub.Qaz İxrac İdarəsi rəisinin müavinləri Nazim Səmədzadə ilə Aydınbay Amanov bu gəlirlərlə bağlı rəisə müvafiq suallar vermək səlahiyyətlərinə əvvəldən malik olmayıblar. Rəisin köməkçisi Həzi müəllim də heç Qağaməli müəllimin fəaliyyəti ilə bağlı dramatizmlə dolu hesabat yazılarında muncuq kimi düzdüyü təriflərdə sərbəst olmayıb. Bütün bunlar rəisin nurlu və parlaq gələcəyinə işləmiş olsa belə, Qağaməli Seyfullayev onu təqdir edənlərə birmənalı yanaşmayıb. Ola bilsin, çəkinib ki, Fatmayı kəndində ucaltdırdığı villanın qonşuluğunda bir allah bəndəsi ondan dördotaqlı mənzil istəyər. Əvvəllər Qağaməli Seyfullayev barəsində hansısa bir özəl xəbərin yayılmasında heç maraqlı da deyildi. Dolanışıqdan söz düşəndə qaşqabağı yerlə gedirdi. Deyirdi ki, kasıb oğlanam, "Prado"mu 40 minə satıb evi təmir elətdirmək məcburiyyətindəyəm. Amma maşınsız qalmaq da bir şey deyil. Şəxsi sürücüsü olan idarə rəisinin belə incəlikləri açıb-ağartması adamlara təbii görünürdü. Bəzi işçilər hətta rəisə cibxərci çıxarıb verməkdən özlərini güclə saxlamışdılar. Elə ki, idarədə maliyyə manevrləri üçün imkanlar genişləndi, rəis bu imkanları dərhal qazanc mənbəyinə çevirməklə gəlirlərini birəbeş artırmaq şansına sahb oldu. Budur, sağlığına qamət, Fatmayi kəndində yan-yana 2 villa tikdirib. Villalardan birinin dəyəri orta hesabla 8-10 milyon civarında qiymətləndirilir. Maraqlıdır ki, Qağaməli müəllim villasını Avropadan gətirtdiyi xüsusi layihə əsasında ərsəyə çatdırıb. Lakin tikintidə şərq memarlığının elementlərindən də istifadə olunub. Binanın damı isə müasir ekstravaqant memarlıq üslubundadır.



Belə gözəl villanı tikib istifadəyə verən fəhlələrin də adam heç maaşını kəsər? Qağaməli Seyfullayevdən çıxmayan iş, işlətdiyi fəhlələrə ödəməli olduğu məbləğdə ixtisarlar aparıb. Bunu fəhlələr narazılıqla qarşılamışdı. Lakin sonradan Qağaməli müəllimin ixtisarlarını acı bağırsaq kimi uzanan maliyyə böhranı ilə əlaqələndirərək sakitləşmişdilər.Günlərin birində rəisin əlindəki 100-lük "paçkasının" bəndini cırıb havada yelləyərək fəhlələrə acıq verməsini gördükdə isə başa düşmüşdülər ki, maliyyə böhranı Qağaməli müəllimin idarəsindən yan keçib. Deyəsən, elə indinin özündə də bu fikirdədilər. Nə yaxşı, nə yaxşı, yoxsa bu binəvalara iş tapılmayacaqdı...



 



Qarşı tərəfin də cavab haqqını tanıyırıq.


Teqlər:
Bu xəbər cəmi 19325 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR