Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
10:00 20/7/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
10:29 19/7/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
09:56 18/7/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
09:28 17/7/2018
______________________________
______________________________
______________________________
Hansı məşhur tamada və müğənni
Gəncə hadisələrinin mediada üzə çıxardığı problemlər
Facebook-da Bahar Muradovaya qarşı TƏXRİBAT - VİDEO

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Arif Alışanov xəbərlər departamentinin bütün işçilərini qovub

Arif Alışanov xəbərlər departamentinin bütün işçilərini qovub
AzTV-də qalmaqal - İbrahim Məmmədov efirdən tamamilə uzaqlaşdırılıb


Qulu Məhərrəmli AzTV-də baş verən prosesləri şərh etdi: “Əgər sədrin müavininə hər hansı iradı, sözü varsa, bunu ikilikdə həll edə bilər”; “Yerində olmayan rəhbər ətrafındakı istedadlı adamlardan qorxur” 



Son illər Azərbaycan Televiziyası Səhmdar Cəmiyyətində (AzTV) baş verən qalmaqalların sayı-hesabı yoxdur. Arif Alışanovun sədrliyindən sonra telekanalda qalmaqalsız gün demək olar ki, yoxdur. İxtisarlar, səbəbsiz işdən çıxarılmalar, kanaldaxili çəkişmələr... və bunun mətbuatda öz əksini tapması...



“Yeni Müsavat”a daxil olan məlumata görə, son narazılığın səbəbi səhmdar cəmiyyətin sədri Arif Alışanovla onun müavini İbrahim Məmmədov arasında yaşananlar olub. Daha öncə də bu barədə xəbər vermişdik. Əldə etdiyimiz məlumata görə, insidentə səbəb A.Alışanovun İ.Məmmədova qarşı qısqanc münasibətidir. 



İ.Məmmədov prezidentin sərəncamı ilə sədr müavini təyin edilib, birbaşa aparatdan təlimatlar alır. “Həftə” analitik proqramının aparıcı və müəllifidir. Sözügedən verilişin yaradıcı heyəti isə telekanalın xəbərlər departamentinin işçiləridir.



Bugünlərdə həmin departamentin işçiləri işdən çıxarılıblar. İbrahim Məmmədov isə son bazar günü efirə gedən verilişə buraxılmayıb. İ.Məmmədovu, prezidentin sərəncamı ilə təyin olunduğu üçün işdən çıxarmaq mümkün olmayıb. A.Alışanov sözügedən departamentin işçiləri ilə müqaviləni yeniləməyib. Və bunun da nəticəsində o departamentdə İ. Məmmədovdan başqa heç kim qalmayıb. Onun da efirə çıxması yasaqlanıb. Mənbəmiz deyir ki, konflikt vəziyyətini tətikləyən həm də İbrahim Məmmədovun rəhbərlik etdiyi departamentin işçisi olan Ağanisə Sultanovanın öz hüquqları uğrunda mübarizəyə başlaması, prezidentə məktub yazaraq, Şirkət rəhbərinin iradəsinin ziddinə olsa da, KİV DF-nin inşa etdirdiyi binadan ev alması və bu zaman İbrahim Məmmədov tərəfindən dəstəklənməsidir. 

Məlumatda qeyd olunur ki, departamentin işçilərini AzTV-nin polis postundan içəri buraxmayıblar. 



Daha bir məlumat isə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Hərbi Vətənpərvərlik redaksiyası baş redaktoru Firuz Kazımoğlunun işdən çıxarılması ilə bağlıdır. 



Şikayətini mətbuat və sosial şəbəkə vasitəsilə çatdıran daha bir zərərçəkən AzTV-çi isə kanalın İctimai-siyasi proqramlar baş redaksiyasının əməkdaşı Ağanisə Sultanovadır. Onun işdən çıxarılması ilə bağlı yayılan məlumatlar birmənalı qarşılanmır. Jurnalistin işdən çıxarılması ilə bağlı bir sıra səbəblər irəli sürülüb. Onlardan biri Ağanisə xanımla AzTV-nin sədri Arif Alışanovun arasında baş verən narazılıqdır. İkinci səbəb isə rəsmi olaraq, Azərbaycan Teleradio Verilişləri QSC tərəfindən açıqlanıb. Şirkət telejurnalist A.Sultanovanın işdən çıxarılmasına aydınlıq gətirərək bildirib ki, 2015-ci il iyulun 31-də AzTV-nin bəzi əməkdaşlarının, o cümlədən Ağanisə Sultanovanın əmək müqaviləsinin müddəti başa çatır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, onların əmək müqaviləsinə xitam verilir".



Ağanisə Sultanova özü işdən çıxarılmasını tam qanunsuz və qərəzli hesab edir. O, sosial şəbəkələrdə yazıb ki, prezident İlham Əliyevə yazdığı müraciət şirkətin sədri Arif Alışanovu qəzəbləndirdiyinə görə işinə “xitam” verilib.



Tanınmış televiziya mütəxəssisi, keçmiş AzTV-çi Qulu Məhərrəmli isə “Yeni Müsavat”a açıqlamasında telekanalda baş verənləri şərh etdi. Amma ekspert dedi ki, əslində onun bu məsələlərə münasibət bildirməsi bir qədər obyektiv alınmaya bilər: “Çünki özüm də AzTV-dən çıxmış adamam. Arif Alışanovla da münasibətlərimizdə gərginlik vardı. Amma bununla belə, baş verənləri şərh edərkən nəzərə almaq lazımdır ki, normal düşüncə idarəçilikdə müəyyən sabitlik olmasını tələb edir. Bir dövrdə kadr məsələsini həll edib, yaradıcı proseslərə keçmək lazımdır. O ki qaldı sədrlə müavini arasındakı konfliktə, bu, qeyri-normaldır. Arzulamazdım ki, sədrlə müavini arasında belə bir konflikt olsun. Əgər sədrin müavininə hər hansı iradı, sözü varsa, bunu ikilikdə həll edə bilər”. 



Q.Məhərrəmli bildirdi ki, İ.Məmmədov AzTV-nin üzünü ağ edən adamdır. Onun sözlərinə görə, yaradıcı şəxs olması, veriliş aparıcılığı, üstəlik, dövlətin ideologiyasını əks etdirən xətt tutması onu televiziyada mühüm status sahibi edib: “Bundan başqa, İbrahim Məmmədov zəhmətkeş biridir. AzTV-nin də üzünü ağ edən adamdır. Amma bu da faktdır ki, sədrlərin istedadlı adamlardan qorxusu olur. Daha dəqiq desək, yerində olmayan rəhbər ətrafındakı qabiliyyətli adamlardan narahat olur. Görünür, belə situasiya yaranıb və Arif Alışanov da onu neytrallaşdırmaq istəyir. Bunu nə qədər tezliklə həll eləsələr, bir o qədər yaxşı olar.

Arif Alışanovun iş prinsipində belə məqamlar var. O, pərdəarxası tələlər qurur, bir işçini o birinin üzərinə qaldırır. Amma bu, primitiv üsuldur və artıq tarixdə qalıb, bunu anlamaq lazımdır". 



Q.Məhərrəmli hesab edir ki, hazırkı situasiyada AzTV rəhbərliyi qarşıdurma enerjisini yaradıcılıq enerjisinə çevirsə daha yaxşı olar. Müsahibimizin sözlərinə görə, bunlar xoşagəlməz proseslərdir: “O yerdə ki yaradıcılıq prosesi yoxdur və ya məhduddur, subyektiv münasibətlər ön plandadır, orda bu cür qalmaqallar olur. Bu da Arif Alışanovun rəhbərliyi ilə bağlıdır. O, sədr olandan belə proseslər davamlı baş verir və heç sabitləşmir. Hər zaman işdən çıxarılanlar olur. Özü də elə adamlar çıxarılır ki, onların jurnalistika tarixi var, yaradıcı insanlardır, iddiaları var. Bu da ümumən telekanalın işinə, yaradıcı proseslərə mənfi təsir göstərir”.


Teqlər:
Bu xəbər cəmi 7200 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR