Xəbər Lenti

______________________________
10:03 24/11/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
10:05 27/10/2016
______________________________
______________________________
______________________________
ÇOVDAROVUN CƏZASI ELAN OLUNDU – Əmlakı müsadirə olundu, paqonları söküldü
Məşhur mama ginekoloqdan qadınlara tövsiyyə
24 saylı baxçada alınan 300 manatın 100 manatı kimə çatır?

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qərəz və hikkə yığnağı İlqar Afşara tutarlı cavab (ÖZƏL)

Qərəz və hikkə yığnağı İlqar Afşara tutarlı cavab (ÖZƏL)


Sənin kimi qeyri-peşəkar jurnalistlər Ağcabədi rayonunda görülən təqdirəlayiq işlərə, Şahin Məmmədovun nüfuzuna kölgə sala bilməz!



 



Bir vaxtlar jurnalistika ilə yalnız bu sahənin adamları, təcrübəsi, biliyi və normal məqalə hazırlamaq bacarığı olan kəslər məşğul olurdu. Lakin nədənsə son illər mətbuatda təsadüfi insanların sayı nəzərəçarpacaq dərəcədə artmağa başladı. Məhz belələri ağına-bozuna baxmadan ağlına və ağzına gələni qələmə alır, dövlət və dövlətçilik üçün misilsiz xidmətlər göstərmiş şəxsləri əsassız ittihamlarla suçlayır, onların ünvanına xoşagəlməz ifadə işlətməklə mənfur niyyətilərini reallaşdırmağa çalışırlar.



Təbii, baş vermiş olayları normal analiz edib məntiqli nəticə çıxarmağı bacaran oxucular heç bir halda bu cür geydirmə jurnalistlərin məqalələrinə, onların fikirlərinə etimad göstərmir. Çünki hər bir media nümayəndəsi hazırladığı yazı ilə bir növ özünü oxucuya təqdim etmiş olur. Yəni tutarlı arqumentlərə söykənən məntiqli yazının müəllifi mütləq şəkildə səviyyə sahibi, məntiqli, ağlı başında birisi olmalıdır. Əksinə şər və böhtan xarakterli məqalənin sahibi isə həmin yazının ruhuna uyğun olaraq ciddi şəkildə əxlaq problemi ilə üz-üzə qaldığını sərgiləmiş olur. Bu cür «jurnalist»lərdən biri də «Press İnform» qəzetinin baş redaktoru İlqar Afşardır. Məlumat üçün bildirək ki, adıçəkilən nəşr bir neçə il öncə «Kültəvi informasiya vasitələri haqqında» Qanunun tələblərinə cavab vermədiyi, eləcə də «Jurnalistlərin Peşə Davranışı Qaydaları»nı mütəmadi pozduğuna, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm verməyinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdığına, səhifələrində insanların şərəf və ləyaqətini aşağıladığına görə, Mətbuat Şurası tərəfindən «qara siyahı»ya salınıb. Məhz bu, onu deməyə əsas verir ki, sinəsinə döyə-döyə jurnalistikadan dəm vuran İlqar Afşarın baş redaktoru olduğu qəzet reketçilik fəaliyyəti ilə məşğul olur. Əgər belə olmasaydı, o zaman o, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov haqda əsassız, heç bir əsası olmayan, tutarlı arqumentə söykənməyən, cəfəng və uydurma «fakt»larla dolu qərəzli yazı hazırlamazdı.



Əminik ki, İlqar Afşarın imzası ilə «Press İnform» qəzetində dərc olunmuş «Aran Qarabağın ikinci işğalını Şahin Məmmədov həyata keçirir» başlıqlı yazı ilə tanış olsanız, bizimlə eyni mövqedən çıxış edərsiniz. Çünki özünü ziyalı kimi cəmiyyətə sırımağa çalışan bu adam yeni inkişaf mərhələsinə qədəm qoymuş Ağcabədi rayonunda əldə olunan uğurlara kölgə salmaqla əsl mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoyub. İlqar Afşar iddia edir ki, guya Ağcabədi rayon sakinləri ciddi sosial problemlər məngənəsində boğulur. Halbuki bu, həqiqəti əks etdirmir. Çünki məhz Şahin Məmmədovun peşəkar idarəçiliyi ilə rayonun hər bir sahəsində yeniliklərin tətbiq olunduğu hər kəsə bəllidir. Məlumatı olmayanların nəzərinə çatdıraq ki, Qarqar çayının hər iki sahilində Mil və Qarabağ düzlərində yerləşməklə bərabər, Bərdə, Zərdab, Füzuli, Ağdam, Xocavənd və Beyləqan rayonları ilə də həmsərhəd olan Ağcabədi rayonunda son illər sutkalıq istehsal gücü 250 ton olan «Atena» süd məhsulları zavodu, sutkalıq istehsal gücü 20 ton olan Ağcabədi Süd Emalı zavodu, 5000 tonluq taxıl anbarı, 1000 tonluq soyuducu anbar və Xocavənd kəndi ərazisində illik istehsal gücü 15000 ton olan ət kəsimi kombinatı, saatda 50 ton istehsal gücü olan asfalt zavodu tikilib istifadəyə verilib. Ölkədə ilk pilot taxılçılıq təsərrüfatı da Ağcabədi rayonunda yaradılıb və bir müddət əvvəl «Qarabağ-Taxıl» MMC-nin əkdiyi taxıl sahələrindən yüksək keyfiyyətli məhsul əldə olunub. Bundan başqa, rayonun Ağabəyli kəndi ərazisində «Aqat-Aqro» MMC-nin heyvandarlıq kompleksi istifadəyə verilib. Hazırda həmin kompleksdə 4000 baş iribuynuzlu heyvan saxlanılır. Ağcabədi şəhərində sutkalıq istehsal gücü 10 ton olan çörək zavodunun, Rəncbərlər kəndi ərazisində 5000 tonluq soyuducu anbarın tikintisində də tamamlama işləri başa çatdırılıb.



Eyni zamanda bildirək ki, son 10 ildə Cənab Prezidentin diqqət və qayğısı nəticəsində Avşar kəndi də lazım olan infarstruktur layihələri ilə təmin olunub, dövlətin qayğısı həmişə digər kəndlərimiz kimi Avşar kəndindədə hiss olunmaqdadır. Belə ki, son illər ərzində Avşarda 2 ədəd məktəb binası yenidən tikilib ,1 ədəd məktəb binası əsaslı təmir edilib, 1 ədəd xəstəxana binası əsaslı təmir edilib, içməli su təminatını yaxşılaşdırmaq məqsədi ilə kənddə krantlaşdırma işləri aparılır yekunlaşmaq üzrədir, həmçinin Avaşr kəndi tam olaraq smart kart tipli sayğaclarla quraşdırılıb əhalinin istifadəsinə verilib əhali mavi qazdan 2013-cü ildən istifadə edir. Hal hazırda Avşar kəndinin suvarma suyunun yaxşılaşdırılması üçün dövlət tərəfindən Qarabağ kanalından Avşar kəndinədək olan məsafədə diametri 73 sm -lik borularla su xətti çəkilir. Yəqin ki Avşarın mərd, layiqli, dizi bərk kişiləri bunu layiqincə qiymətləndirir. İlqar Avşar kimiləri isə şər böhtan və tərbiyəsiz işlərlə məşğul olur.



Qeyd edək ki, bütün bu nəaliyyətləri məhz Şahin Məmmədovun rəhbərliyi dövründə nail olunub. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının həyat və fəaliyyəti haqda onu qeyd bilərik ki, o, 1959-cü ildə Bərdə şəhərində anadan olub. 1965-1975-ci illərdə Bərdə şəhər 3 saylı orta məktəbində orta təhsilini başa vurduqdan sonra, 1975-ci ildən əmək fəaliyyətinə başlayıb. 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub və 1975-1983-cü illərdə «Azelektromontaj» idarəsi və Bərdə Elektrik şəbəkəsində müxtəlif məsul vəzifələrdə çalışıb. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universitetinin-red.) uçot-iqtisad fakültəsində ali təhsilini başa vurub. 1983-1992-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsində azad komsomol təşkilat katibi, təlimatçı, ikinci katib, 1992-1993-cü illərdə Maliyyə Nazirliyinin «Azəraudit» mərkəzinin Bərdə rayon şöbəsinin rəisi, 1993-1995-ci illərdə Bərdə rayon İcra Hakimiyyəti başcısının sosial-iqtisadi məsələlər üzrə müavini, şöbə müdiri, 1996-2000-ci illərdə Bərdə rayon 026 saylı Əmanət Bank şöbəsinin müdiri, 2000-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri vəzifəsində çalışıb. 2004-cü ildə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 26 dekabr 2005-ci il tarixdən isə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Qeyd edək ki, 2005-ci ilə qədər Ağcabədidə nəzərəcarpacaq dərəcədə islahat proqramları həyata keçirilməyib. Belə ki, yerli məmurların bürokratik əngəlləri, nəinki rayonu inkişaf tempindən saxlamış, hətta əhalinin uğurlu gələcəyə olan ümidlərini də heçə endirmişdi. Lakin Şahin Məmmədovun Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmasından sonra rayonda köklü islahatlara start verildi. Budur, artıq Ağcabədi inkişaf tempinə görə ölkənin bir çox rayonlarını qabaqlayıb. Çünki Şahin Məmmədov icra başçısı təyin olunduğu ilk vaxtlardan üzərinə düşən vəzifənin məsuliyyətini dərk edib, problemləri dəqiqləşdirib və apardığı təhlillər əsasında bir çox proqramlar, bəzi sahələr üzrə isə xüsusi kosepsiyalar hazırlayıb. Özünü ziyalı, peşəkar jurnalist kimi qələmə verməyə çalışan İlqar Afşar isə «Press İnform» qəzetində işıq üzü görmüş qərəzli yazı ilə Ağcabədi rayonunda görülən işlərə kölgə salmaqla yanaşı, icra başçısının nüfuzuna xələl gətirməyə çalışıb. Həmin yazı başdan sonadək cəfəng, uydurma fikirlərlə doludur. Bundan başqa, «peşəkar jurnalist» tənqidlə təhqiri bir-birəndən ayırd edə bilmədiyindən ağzına gələnləri qələmə alıb. Şübhəsiz, o, bununla mətbuat adamı olmadığını, hansısa başqa yuvanın QUŞu olduğunu açıq şəkildə orta qoyub.



Öz gözündə tiri görməyib başqasında çöp axtaran İlqar Afşarı yetərincə tanımayanların diqqətinə çatdırmaq istərdik ki, açıq-aşkar şantajla məşğul olan, Vətən, millət, torpaq sevgisindən dəm vuran bu şəxsin yaxın qohumları müxtəlif yollara baş vuraraq həqiqi hərbi xidmətdən yayınıblar. Belə ki, İlqar Afşarın 1992-ci il təvəllüdlü bacısı oğlu Asim Məzahir oğlu Cəfərov, 1980-ci il təvəllüdlü əmisi oğlu Qoşqar Zahir oğlu Əliyev, 1976-cı il təvəllüdlü əmisi oğlu Vüqar Zahir oğlu Əliyev, qohumları 1984-cü il təvəllüdlü Cəsarət Akif oğlu Alıyev və 1990-cı il təvəllüdlü Hikmət Akif oğlu Alıyev Vətən qarşısında ən ündə borclarını yerinə yetirməkdən boyun qaçırıb. Halbuki adıçəkilən şəxslərin hər biri sağlamdır. Yəni səhhətləri normal olduğu üçün onların hərbi xidmətə getmələrində heç bir əngəl yoxdur. İndi özünüz qərar verin, yaxın qohumları hərbi xidmətdən boyun qaçıran birisi – İlqar Afşar hansı haqla Vətən, torpaq sevgisindən danışa bilər?..



Sözsüz, birinci Qarabağ savaşında Afşar kəndi çoxlu sayda şəhid verib, onların arasında milli qəhrəmanlar da var. Odur ki, həmin şəxslərin ruhları qarşısında baş əyir, Allahdan onlara rəhmət diləyirik. Lakin İlqar Afşar adını daşıdığı kəndin layiqli oğullarına yaraşmayan hərəkətdə bulunaraq nahaqdan ağa qara deməklə, əsl xislətini ortaya qoymuş oldu. Bu arada, onu da vurğulamaq lazımdır ki, Afşar kəndində təkcə 2003-2013 cü illərdə 451 nəfər hərbi xidmətə çağrışçıların 352 nəfəri xidmətdən müxtəlif yollarla yayınıblar. Xülasə, sonda bir məsələni qeyd edək ki, İlqar Afşar hazırladığı məqalədə etdiyi tərbiyəsizliyə görə həm icra başçısı Şahin Məmmədovdan, həm də Ağcabədi rayon sakinlərindən üzr istəməlidir. Çünki o, bütün əndazəni aşaraq mənəviyyatsızlıq nümayiş etdirib. Yox, əgər «peşəkar jurnalist» üzr istəməzsə, o zaman növbəti yazıda onun barəsində sensasion xarakterli bilgilər, eləcə də digər qohumları arasında hərbi xidmətdən yayınmış şəxslərin adlı siyahısı işıq üzü görəcək. Məhz bundan sonra aidiyyəti qurumlar yəqinki İlqar Afşar, qohumları barəsində müvafiq tədbir görəcək, Afşar camaatı isə onu kənddən sürgün edəcək. İlqar Afşar, əgər bunun baş verməsini istəmirsənsə, onda ağlını başına yığ, varsa papağını qoy qabağına əməlli-başlı fikirləş və səhvini etiraf et! Unutma, sənin kimi qeyri-peşəkar jurnalistlər Ağcabədi rayonunda görülən təqdirəlayiq işlərə, eləcə də icra başçısı Şahin Məmmədovun nüfuzuna kölgə sala bilməz!



 



Bu yazının mütləq ardıda olacaq.



İdeologiya.az


Teqlər:
Bu xəbər cəmi 30375 dəfə oxunuldu
YAZARLAR