Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
10:05 27/10/2016
______________________________
______________________________
______________________________
______________________________
09:58 27/10/2016
______________________________
______________________________
Məşhur mama ginekoloqdan qadınlara tövsiyyə
24 saylı baxçada alınan 300 manatın 100 manatı kimə çatır?
Azərbaycanda iki casus yaxalandı

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

AMİ-nin Ağcabədi filialının rəhbəri ağdamlıları təhqir edib?

AMİ-nin Ağcabədi filialının rəhbəri ağdamlıları təhqir edib?
Mətanət Fərzəliyeva rəhbəri olduğu təhsil ocağını pul mənbəyinə çevirib.














Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi Filialında bir sıra qalmaqallı olaylar yaşanır. Bu qalmaqalın içində direktorun bəzi hərəkətləri hətta ciddi narazılıq üçün əsas olub. Xeber-Xetti.com a daxil olan məlumata görə, filialın direktoru Mətanət Fərzəliyevanın keçmişi heç də parlaq deyil. Belə ki, xanım Fərzəliyeva hələ gənc yaşlarında Pedaqoji İnstitutun Şuşa filialında işlədiyi zaman Ağdam sakini Qamət adlı şəxsin qızından rüşvət aldığı üçün adıçəkilən təhsil müəssisəsindən xaric edilib. Bu, “alim” xanımın “fəaliyyət”ləri bununla da yekunlaşmayıb.

Belə ki 17 may 2005-ci ildə 303/35 saylı əmrin çıxarışı əsasında 17 sentyabr 2005-ci il tarxili (protokol nöm.1) iclasının qərarı əsasında tədris prosesinin təşkilində yol verdiyi ciddi nöqsanlara görə Azərbaycan Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlının əmri ilə Fərzəliyeva Mətanət Çərkəz qızı 23 sentyabr tarixindən etbibarən Ağcabədi filialının tədrsi işləri üzrə direktor müavini vəzifəsindən azad edilib. Hətta bu azmış kimi 16 aprel 2010-cu il tarxidə keçmiş təhsil naziri Misir Mərdanovun 14 nömrəli əmri ilə işlərində yol verdikləri nöqsanlara və əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru Xəqani Məmmədova töhmət, tədris və elmi işlər üzrə direktor müavini Mətanət Fərzəliyevaya və baş mühasib Qnyaz Abbasova isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Ancaq maraqlıdır ki, bu qədər pozuntunun və nöqsanların içində olan bu şəxs kimlərinsə ciddi dəstəyi ilə sonradan AMİ-nin Ağcabədi filialının direktoru təyin edilib.

Əslində bütün olaylar bununla bitmir. Çünki hazırda Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında vəziyyət artıq nəzarətdən çıxmaq üzrədir və burda baş qaldıran narazılıqlar və ciddi qanun pozuntuları yenidən bu təhsil ocağını diqqət mərkəzində saxlayır. Bu təhsil müəssisəsində dövlətimizə və dövlətçiliyimizə qarşı da sayğısızlıq var.

Xeber-Xetti.com a verilən məlumata görə, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında Pedoqoji fakültənin dekanı işləyən filologiya üzrə fəlsəfə doktoru Əli Əliyev vaxtı ilə mövcud hakimiyyətə "güllə atan"lardan olub. Konkret desək, bu şəxs Azərbaycanı vətəndaş müharibəsinə sürükləyən və dövlət çevirilişinə cəhd edən OMON-çu Rövşən Cavadovun silahlı dəstəsində “döyüşüb”. Həmçinin, imtahan sessiyalarında “qaz vurub qazan dolduran” əsas şəxslərdən biridir. Necə deyərlər, Mətanət Fərzəliyevanın “bankiri” funksiyasını yerinə yetirir.

Məlumatı verən mənbənin iddiasına görə, işini ustalıqla görən dekan Əli Əliyev tələbələrdən aldığı pulları məktəbdə yox, rayon mərkəzindən bir qədər kənarda-rayounun çıxışındakı benzindoldurma məntəqsinin yanında alır. Hətta tələbələrdən biri qrup yoldaşının onun şəxsi avtomobilinə pul qoyduğu yerdə şəklini çəkib.

Ancaq filial direktoru Mətanət Fərzəliyevanın dövlətimizin apardığı çox önənmli və məqsədyönlü siyasətə qarşı addımları bununla yekunlaşmır. Belə ki, bölücülük və regionçuluq edən xanım direktor 13 iyun 2014-cü il tarixdə ali məktəbdə keçirilən iclas zamanı Azərbaycanda ən çox şəhid vermiş (6 min nəfərdən çox) Ağdam rayonunun sakinlərini təhqir edib. Özünün şəxsi münaqişəsi olduğu 1-2 nəfər ağdamlıya görə bütün rayon sakinlərini “alverçi”və “çoban”adlandırıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

 

Teqlər:
Bu xəbər cəmi 5080 dəfə oxunuldu
YAZARLAR