Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Başçılar arasında
Hirkan Milli Parkının direktorunun cinayət ittihamları, məhkəmə qərarları
Məktəb direktoru Elmira Şükürovanın xəyallarını puç edir
Raqub Məmmədov “ŞOFER” çıxdı nömrəsidə 069 -onu müdafiə edən sayt belə iddia edir)))

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sumqayıt Texniki Kollecində korrupsiya burulğanı – Özəl

Sumqayıt Texniki Kollecində korrupsiya burulğanı – Özəl
Mətanət Pirquliyeva artıq oliqarxa çevrilib.


Korrupsiya və rüşvətxorluğun ayaq tutub yeridiyi Sumqayıt Dövlət Texniki Kollecindəki vəziyyət mətbuat səhifələrindən düşməsə də, hələ ki, təhsil nazirliyi susmaqda davam edir. Həmin yazılarda  hər dəfə belə bir fikir də xüsusi olaraq vurğulanır ki, bu gün olkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar orta-ümumtəhsil məktəbləri və universitetlər kimi kolleclər sistemində də mütərəqqi reformaları nəzərdə tutur. Hər zaman yadda saxlamaq lazımdır ki, bu sahədə əldə olunan uğur və nailiyyətlər ümumilikdə təhsilmizin inkişafına böyük təkan verir. Digər tərəfdən isə kollec sitemində təhsil  almış mütəxəssislər daha geniş və əhatəli sahələrdə əmək fəaliyyəti göstərmək imkanları əldə edirlər. Bu isə öz növbəsində kolleclərdə həyata keçirilən reformaların ən qısa zamanda ictimai həyatımızın bir çox sahələrində öz təzahürünü tapmasında ifadə olunur. Bununla belə hələ də bu tədris müəssisələrinə rəhbərlik edən şəxslər arasında istər ölkənin təhsil sistemi üçün, istərsə də cəmiyyətimizin maddi-sosial rifahı üçün kolleclərin necə böyük əhəmiyyət kəsb etdiyini tam dərk etməyən kadrlara tez-tez rast gəlmək olur. Bu gün Sumqayıt Dövlət Texniki Kollecində yer almış neqativ hallar da məhz bu deyilənləri təsdiq edən təzahürlər kimi diqqəti cəlb edir. Kollecin direktoru Mətanət Pirquliyevanın yol verdiyi özbaşnalıqlar və qanun pozuntuları isə, hətta, Təhsil Nazirliyinin diqqətindən də böyük məharətlə yayındırılır. Redaksiyamıza bu xüsusda daxil olan məlumatlarda bildirilir ki, kollecdə dözülməz vəziyyət yaranmışdır.   Bu barədə tələbələrin Təhsil Nazirliyinin qaynar xəttinə edilən şikayətlərinə də məhəl qoyulmur. Adının çəkilməsini istəməyən tələbələrin verdiyi məlumata görə, burada bir imtahanın qiyməti 50 manatdan az deyil. Sumqayıt Dövlət Texniki Kollecində olan mənbənin söylədiyinə görə, burada “açıq bazar sistemi” yaradılmışdır: “ Kollecin direktoru Mətanət Pirquliyeva bütün işləri kollecdə işləyən 3 nəfər şöbə müdirlərinin əli ilə görür. Mərkəzləşmiş qaydada hər qrupdan bir tələbə üçün 350 manatdan yığılan pul şöbə müdirinə verilir. Kollecdə tələbələrə “oxuyan qiymət alır” sözləri deyilsə də, imtahan zamanı yaxşı cavab verənlərdən də pul istənilir. Bu dəfə onlara “özün üçün oxuyursan, mənə nə?” sözləri deyilir. Qəribədir, görəsən Təhsil Nazirliyinin bunlardan xəbəri yoxdurmu? Qəti surətdə ola bilməz ki, kollecin direktoru Mətanət Pirquliyeva sessiyada yığdığı yüz minlərdən Təhsil Nazirliyinə məlumat verməsin…” Daha sonra məlumatlarda qeyd olunur ki, bu kollecdə təhsil alan tələbələr yalnız 1-ci semestr oxuyurlar. Biliyə qiymətin olmadığını gördükdən sonra özlərini oxumaqla yormamağı üstün tutan tələbələr növbəti semestrlərdə sadəcə deyilən məbləği verirlər. Məsələ təkcə bunula da bitmir. Sumqayıt Dövlət Texniki Kollecində qrup nümayəndəsi qoyulmaq üçün də pul tələb olunur. Qiyməti 400-500 manatdır. Həmçinin mənbələr bildirirlər ki, kollecdə tələbələr 3 növdə təqaüd alırlar: əlaçı, zərbəçi və adi. Bu yerləri tutan tələbələr şöbə müdirlərinə müxtəlif məbləğdə pul verirlər. Təbii ki, əlaçı və zərbəçi olmaq 250 manatdan baha başa gəlir. Kollecdə tədris hissəsində baş verən neqativ hallar da diqqəi cəlb edir. Qrup jurnallarında müəllimlərin apadığı qaralamalar, dərsə gecikmə, mövzu-təqvim planının düzgün işlənməməsi kimi xətalar artıq çoxdan adi hala çevrilmişdir. Bundan başqa isə Mətanət Pirquliyevanın rəhbərlik etdiyi kollecdə “aylığa çıxmaq” təcrübəsi də tətbiq olunur ki, bu iş də yalnız direktorun öz şəxsi nəzarətindədir…



 





Kollecdə təlim və tərbiyənin inkişaf dinamikasını əks etdirən fənn birləşmələri komissiyalarının jurnalları da yarıtmaz vəziyyətdədir. Bu məsələ birbaşa tədris işləri üzrə direktor müavininin üzərinə düşsə  də,  müavin Mətanət Pirquliyevin topladığı küllü miqdarda vəsaiti tək yediyinə görə, işinə bilərəkdən laqeyddir. Bundan əlavə, tələbələrin təcrübə sahəsində də ciddi axsamalar vardır. Təcrübə rəhbəri təcrübə işlərini tələbələrə təkrar mövzuları yazdırmaqla ciddi bir məsuliyyətin altına girir. Təbii ki, təcrübə rəhbəri bu məsuliyyətin altına da elə-belə girmir.  Bu hər tələbəyə ən azından 30-40 manata başa gəlir. Belə gəlirin  hesablanmasını da Mətanət xanım daha yaxşı bilir. Tələbələrin təcrübəyə hansı müqavilə əsasında getməsi də şübhə altındadır. Yəni, tələbələrin təcrübə keçəcəyi yerlərlə kollecin heç bir müqaviləsi yoxdur ki, bunun ozü də ciddi məsuliyyətdir.



 





Kollec birbaşa direktorun əsarəti altındadı. Burada çalışan müəllimlər Pirquliyevadan o dövrlər camaat Mircəfər Bağırovdan qorxan kimi qorxur. O bu şəraiti özü belə yaradıb ki, qabağından dillənən olmasın. Təəssüflər olsun ki, Pirquliyevanın əməllərindən hamı xəbərdar olsa da, onun özünün özündən xəbəri yoxdur. Mövzuya qayıdacağıq. Qarşı tərəfidə dinləməyə hazırıq.



 





İdeologiya.az


Teqlər:
Bu xəbər cəmi 5570 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR