Xəbər Lenti

16:31 13/8/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
16:08 13/8/2018
______________________________
13:08 13/8/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
09:52 13/8/2018
______________________________
______________________________
______________________________
09:33 13/8/2018
______________________________
______________________________
______________________________
13:52 11/8/2018
______________________________
______________________________
13:35 11/8/2018
______________________________
______________________________
______________________________
______________________________
00:18 11/8/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
10:28 10/8/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Baba Rzayevin villasını çəkən jurnalistin evinin işıqlarını kəsdilər -VİDEO
Taleh Qaraşov Lənkəranı necə zibilxanaya çevirdi...
FHN generalının otellər şəbəkəsi üzə çıxdı - FOTO
Prezident Abşeron Logistika Mərkəzinin açılışında - FOTO

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanlı iş adamı müflis oldu, indi taksi sürür

Azərbaycanlı iş adamı müflis oldu, indi taksi sürür

Türkiyədə özünə normal biznes quran, qəzet açan, sonradan müflis olan Azərbaycan əsilli biznesmen Turan Ababəy indi taksi sürür.



Virtualaz.org saytı xəbər verir ki, “Hürriyet” qəzeti azərbaycanlı iş adamının başına gələnləri işıqlandırıb.



Qəzet yazır ki, 2014-cü il, fevralın 9-da “Yalana qarşı həqiqətin qəzeti” şüarı ilə fəaliyyətə başlayan “Karşı” qəzeti 65 gün sonra - aprelin 14-də fəaliyyətini dayandırıb. Turan Ababəy bundan sonra müflis olub. Hər kəs ondan üz döndərib. Səbəb kimi isə Türkiyə hökumətinin “paralel dövlət” adlandırdığı, terrorçuluqda ittiham etdiyi Fətullah Gülən camaatına yaxın olması göstərilib. Lakin o, bu ittihamları rədd edir.



T.Ababəy başına gələn bu hadisədən sonra bir müddət hər kəsdən gizlənib. Sonradan isə işsizlikdən taksi sürücülüyünə başlayıb.



T.Ababəy başına gələnləri ilk dəfə olaraq “Hürriyet” qəzetinə nəql edib.



Turan Ababəy qəzetin necə açılması, sonradan baş verən proseslər, müflis olması və indiki həyatını dilə gətirib: “İki il öncəki “Gezi parkı” etirazları zamanı jurnalist Eren Erdemlə tanış olduq. Qəzet layihələri var idi. Layihəni həyata keçirmək üçün maliyyə dəstəyi axtarırdılar. Qəzeti çıxaracaq qədər pulumuz var idi. Yazarlarla danışdıq. Bir çox adamların fikrini öyrəndik. Gündəlik 30 min nüsxə qəzet sata bilsəydik, işimizi davam etdirə biləcəkdik.



Tanışdan, dostdan, qohumlardan 110 nəfər işə götürüldü. Layihədə isə 34 işçi nəzərdə tutulmuşdu. İşçilərin sayı 30 min tiraja nəzərdə tutulmuşdu, lakin götürülən işçi sayına görə 100 min tirajla çıxmalı idik.



Sonra işçilər arasında qruplaşma oldu. İşçilər Eren Erdemin və Kutlu Esendemirin adamları olaraq iki cəbhəyə ayrıldılar. Onlar bir-birləri ilə işləmək istəmirdilər.



Jurnalist Kutlu Esendemirin qrupu daha çox idi. Mən də məcbur olub Eren Erdemiri işdən çıxardım. Kutlu Esender bəzi planlaşdırmalar etdi. Günlər keçdikcə tiraj düşdü. Sonra qəzetə təzyiqlər edilməyə başlandı. Kağız ala bilmirdik, heç bir mətbəə qəzeti çap etmək istəmirdi. Kağızı satan pulunu versən belə “vermərəm” deyirdi”.



T.Ababəy qəzetin bağlanmasına əsas səbəb kimi məşhur iş adamı Ali Ağaoğlundan aldığı reklamı göstərib: “İş adamı Ali Ağaoğlundan reklam aldıq. Qəzetdə veriləcək reklamın məbləği 6800 türk lirəsi idi. Twitterdə bu xəbər geniş müzakirə edilməyə başlandı. 3 yazarımız istefa verdi. Bundan sonra oxucular da azaldı. Qəzetin əsas çöküş səbəbi bu oldu. Ali Ağaoğlundan da reklamın pulunu ala bilmədik.



Qəzetin çıxdığı ilk gündən bağlandığı günə qədər heç bir yazısına müdaxilə etmədim. Jurnalistlər yazdı, jurnalistlər cavab verdi. Ancaq Türkiyədə qəzet çıxarmağın çətinliyini gördüm. Türkə türk, kürdə kürd, PKK-ya PKK deyə bilmirsən. Belə düşündüyün halda ən az 30 min belə düşünən insan tapmalısan. Qəzeti bağlayanda işçilərin bizdən alacağı 14 günlük maaşları var idi. Bizim də alacağımız pullar var idi. İşçilər etiraz etməyə başladılar. Heç kim məni dinləmirdi. Hamı pulunu istəyirdi.



Bir gün ofisin olduğu binaya getdim. Ofisi boşaltmışdılar. Əşyalar satılmışdı. Əşyaların bir qisminin satıldığı yerləri tapdım. Polisə müraciət edərək əşyaları satan 39 və alan 3 nəfərlə bağlı şikayət etdim. Qəzetin adını isə 120 min türk lirəsinə satdım”.



Əslinin Azərbaycandan olduğunu deyən T.Ababəy bildirib ki, ona qarşı müxtəlif ittihamlar irəli sürülüb: “Mənə “Gülən camaatı” damğası ilk olaraq bir köşə yazarı tərəfindən yapışdırıldı. Sonra həmişə bundan danışıldı. Mən bu yaşıma qədər “camaat”dan heç kimlə görüşməmişdim. Qəzet çıxdıqdan sonra tanışlıq çərçivəsində Türkiyə İş Adamları və Sənayeçiləri Konfederasiyasına - TUSKON-a getdik (bu təşkilat “Gülən camaatı”na yaxınlığı ilə tanınır-red.). Cəmi bir dəfə görüşümüz oldu. Mən iğdırlıyam, Azərbaycan əsilliyəm. Ancaq qəzetimizə bunların heç bir aidiyyəti yox idi.



Qəzet bağlandıqdan sonra heç kimə bu haqda danışmadım. Ev ünvanıma və şirkətimə 84 məhkəmə şikayəti gəldi. Toxuculuq sənayesi sahəsində biznesim vardı. Tezliklə bu sahədəki işlərim də pis getməyə başladı. İş yerimə, maşınlarıma, bütün mülkümə həbs qoyuldu. Çıxış yolu tapacağım heç nə qalmadı. İş axtarırdım. Heç kim iş vermirdi. Adımızdan qorxurlar. Aylarla depressiyada qaldım. Dərmanlar atırdım. Bir qohumum taksi sürürdü. Təklif elədi ki, sən də gəl bu işi gör. Məcbur qalıb bu işi gördüm. Gündəlik qazancım həftə içi 60-70, həftə sonu isə 100 lirəyə çıxır. Amma belimdə ağrılar var. Bir neçə gündür ki, işə çıxa bilmirəm”.



Müflis olmuş azərbaycanlı iş adamı deyib ki, bu günlərə düşəcəyi ağlının ucundan da keçməzdi: “Qəzetin ən yaxşı maaş alanından çayçısına qədər heç kim bu vəziyyətə düşmədi.



Buradan da tekstil firmalarının sahiblərinə səslənirəm. Tekstil işini çox yaxşı bacarıram, iş axtarıram. Biz bir qəzet açdıq. Səhv iş görmədik. İnsanların doğruya çatması üçün yaxşı bir iş idi. Yenə olsa, yenə də edərəm...”

Teqlər:
Bu xəbər cəmi 4895 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR