Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
10:05 27/10/2016
______________________________
______________________________
______________________________
______________________________
09:58 27/10/2016
______________________________
ÇOVDAROVUN CƏZASI ELAN OLUNDU – Əmlakı müsadirə olundu, paqonları söküldü
Məşhur mama ginekoloqdan qadınlara tövsiyyə
24 saylı baxçada alınan 300 manatın 100 manatı kimə çatır?

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

700 bal toplayan qız hazırlıq sirlərini açdı

700 bal toplayan qız hazırlıq sirlərini açdı

Bu il qəbul imtahanında yüksək nəticə göstərərək başqalarından fərqlənən abituriyentlərdən biri də Nəbizadə Fatimeyizəhradır. O, tam orta təhsilini Bakı Türk liseyində (BDU‐nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi) alıb. Ailədə 5 nəfərdirlər: anası, atası, bacısı,qardaşı və özü. Anası tibb bacısı, atası mühəndis, yaşca böyük olan bacısı həkim, qardaşı isə mühəndisdir. Fatimeyizəhra qəbul imtahanına son 3 ildə hazırlıq kursunda hazırlaşıb. Qəbul imtahanında rekord nəticə (700 bal) əldə edib. "Qafqaz" Universitetinin “Kimya mühəndisliyi” ixtisasına qəbul olub. Prezident təqaüdçüsüdür.


 


1) Texniki sahəyə marağın nə vaxtdan yaranıb?


 


‐ Bu istək atamın və qardaşımın bu sahə ilə bağlılığından irəli gəlir. Atam da, qardaşım da mühəndisdir. Uşaq vaxtından fizikaya böyük marağım olub. VIII sinfə kimi bütün fənləri yaxşı oxumağıma, VIII sinifdə məktəblərarası bilik yarışında iştirak edib III yeri tutmağıma baxmayaraq, sonda qərara aldım ki, I ixtisas qrupu üzrə imtahan verəcəyəm. Ona görə də IX‐ XI siniflərdə ancaq I qrup üzrə hazırlaşmışam.


 


2) Bəzən deyirlər ki, mühəndislik qız sənəti deyil. Sənin bu fikrə münasibətin necədir? 700 bal topladığın halda başqa ixtisasları da seçə bilərdin.


 


‐ Dediyim kimi, məktəb vaxtından fizikaya böyük marağım vardı. Təbii ki, bu fənni tam dərindən öyrənmək üçün I qrupa sənəd verməli idim. Hesab edirəm ki, mühəndislik fizikanın, fizika da mühəndisliyin açarıdır.


 


3) 700 ballıq nəticə əldə etmək üçün xüsusi istedad olmalıdır, yoxsa burada tale, qismət, şans hansısa rol oynayır?


 


‐ Ola bilsin ki, belə nəticənin əldə edilməsində talenin, qismətin də müəyyən rolu var. Ancaq əsas məsələ odur ki, əgər qarşıya məqsəd qoyulubsa, buna nail olmaq üçün gərək əziyyət çəkəsən. Әziyyətin qarşılığı isə 700 bal ola da bilər, olmaya da bilər. Bu da, hardasa, qismətlə bağlıdır. Amma özünü sırf 700 bala hazırlasan, sistemli şəkildə hazırlaşsan, bu balı toplamaq çox da çətin deyil. Son 2‐3 ildə ancaq 700 bal toplamaq barəsində düşünürdüm və inanırdım ki, qəbul imtahanında bu nəticəni əldə edə biləcəm. Düzdür, sınaq imtahanlarında bu nəticəni əldə edə bilməmişdim. Hansısa mexaniki səhvim olanda düşünürdüm ki, qəbul imtahanında bunu etməyəcəm. Belə düşünərək qəbula ciddi hazırlaşırdım. Son 2 ildə xüsusilə


planlı, sistemli hazırlaşdım. Aşağı siniflərdə yaxşı oxumuşdum deyə, hazılaşmaq mənə çətin olmadı. İmtahanda xüsusilə diqqətli oldum, həyəcanı minimuma endirdim. Ümumiyyətlə, belə hesab edirəm ki, yüksək nəticə göstərmək abituriyentin özündən asılıdır.


 


4)Hazırlıq planın necə idi, dərslər arasında vaxtı necə bölürdün?


 


‐ Hazırlıq dövründə hər şeyə vaxt ayıra bilirdim. Bütün günü dərs oxumurdum. Gəzməyə, televizora, internetə baxmağa da vaxt ayırırdım. Dərslər üçün vaxtı da dəqiq bölürdüm. Hər fənn üzrə çalışmalarımın konkret müddəti var idi. Bazar günləri səhərdən axşama kimi oxuyurdum. Axşam da çox gec olmadan yatıb dincəlirdim. Hazırlıq dövründə özümə çox da əziyyət vermirdim. Fikirləşirdim ki, rejimimi düzgün qursam, nəticəm də yaxşı olar.


 


5) Bu mərhələdə ailənin, dotlarının sənə nə kimi dəstəyi olub?


 


‐ Hazırlıq dövründə sinif yoldaşlarımla ünsiyyətim, münasibətlərim normal davam edirdi və ona da vaxt ayıra bilirdim. Dostlarım məni 700 bal toplayacağama inandırır və məni ruhlandırırdılar. Valideynlərim məni stresə salmamaq üçün məndən 700 bal gözlədiklərini demirdilər. Bəlkə də ürəklərində istəyirdilər, amma bunu mənə bildirmirdilər. Mənə deyirdilər ki, sən oxu, qismətində nə varsa, o da olacaq. Məndən hansısa yüksək nəticə qazanmağı tələb etmirdilər. Valideynlərimin məndən öncə bacım və qardaşımın təhsili ilə bağlı artıq müəyyən təcrübələri var idi. Onlarda daha çox həyəcan keçirmişdilər, nəinki məndə.


 


6)TQDK‐nın nəşrlərindən yararlanmısan?


 


‐ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəşr etdiyi siniflər üzrə bütün test toplularını işləyib qurtarmışdım. Digər vəsaitlərindən də məlumatım var idi. XI sinifdə test bankı toplularından istifadə etmişəm. TQDK‐nın keçirdiyi sınaq imtahanlarının hamısında iştirak etmişəm. Әn yüksək nəticəm 690 bal olmuşdu. Bəzən bir‐iki sualda texniki səhvlərim olurdu. 700 balı isə ancaq qəbulda toplaya bildim.


 


7)İmtahan suallarının səviyyəsi, çətinlik dərəcəsi barədə nə deyə bilərsən?


 


‐ İmtahan sualları hər bir hazırlıqlı abituriyentin cavablandıra biləcəyi səviyyədə idi. Sınaq imtahanlarındakı sualların modeli ilə uyğunluq təşkil edirdi. Bununla belə, mənə elə gəlir ki, sualların çətinlik səviyyəsi artırılsa, daha yaxşı olar. Bu, abituriyentləri qəbula daha ciddi, daha məsuliyyətlə hazırlaşmağa sövq edər.


 


8)Yüksək nəticə əldə edib bu ixtisası seçə bilməsəydin, başqa hansı ixtisası seçərdin?


 


‐ Bu ixtisası seçmək imkanım olmasaydı, yəqin ki, riyaziyyat və ya fizika müəllimliyi ixtisaslarından birini seçərdim. Ancaq reallıq budur ki, yüksək nəticə əldə etdim və ürəyimcə olan ixtisası seçdim. Düşünürəm ki, qazanmaq istədiyim biliklərə təkmil formada Qafqaz Universitetində yiyələnə bilərəm. Gələcəkdə magistr təhsilini xaricdə almaq fikrindəyəm.


 


9)Səni bir gənc kimi digər tərəfdən də tanımaq istəyirik. Әlavə məşğuliyyətin, xobbin nədir?


 


‐ Әlavə məşğuliyyət kimi rəqsi, musiqini, futbolu sevirəm. Gələcəkdə ingilis, alman, fransız dillərini öyrənməyi qarşıma məqsəd qoymuşam. Saz çalmağı öyrənmək istəyirəm. Bu maraq və istək ailədən gəlir. Ailəlikcə milli sərvətimiz olan saz musiqisini sevirik. Bu istək məndə 1‐2 ildir yaranıb. Lakin fikirləşirdim ki, universitetə qəbul olum, sonra məşğul olaram. 


 


10)Maraqlı adın var. Bu adı sənə kim qoyub?


 


‐ Bununla bağlı müxtəlif rəylər, fikirlər eşidirəm. Bəziləri deyirlər ki, adımı cəlbedici olmaq üçün belə qoyublar. Ancaq qeyd edim ki, mən anadan olmazdan öncə anama yuxuda deyilib ki, qızın olacaq və bu adı ona qoyun. Buna əsasən də qərara alınıb ki, bu ad qoyulsun.


 


11)Növbəti 5 ildən sonra özünü harada və necə görürsən?


 


‐ 5 ildən sonra özümü yenə də öyrənən, təhsil alan kimi görürəm. Yaxşı mütəxəssis olmaq üçün çox oxumalıyam. Amalım yüksəkdir və mən hələ bu yolun başlanğıcındayam. Hər şey qarşıdadır. Әsas məqsədim öz sahəmdə yaxşı kadr kimi ad‐san qazanmaqdır.


 


12)Gələcək abituriyentlərə məsləhət və tövsiyələrin maraqlı olardı.


 


‐ Hər bir abituriyent qarşısına aydın məqsəd qoymalı, qəbul imtahanına planlı və sistemli şəkildə hazırlaşmalıdır. Yalnız bu halda o, istədiyi nəticəni əldə edə bilər.


 


Müsahibəni apardı: Könül Cəfərova

Teqlər:
Bu xəbər cəmi 7820 dəfə oxunuldu
YAZARLAR