Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
01:36 26/4/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
10:08 25/4/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
15:46 24/4/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
00:23 24/4/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Ramiz Zeynalovdan qurtuluş yolu: şerif sisteminə keçid çiban kimi yetişib
Hüseynbala Mirələmovun qeyri-qanuni əməli Azərbaycanla - İraq arasındakı diplomatik münasibətlərə zərər verə bilər? - VIDEO
Firudin Nəbiyevin milyonluq mülkləri üzə çıxdı - FOTO
Cəlilabad əkinçiləri Kərəm Həsənovun əlindən “qan ağlayır”

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Səhər bəzi yerlərdə zəif duman, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Cənub-qərb küləyi 8-13 m/s olacaq, gecə arabir 18-23 m/s-dək güclənəcək. Gündüz şimal-qərb küləyi 9-14 m/s təşkil edəcək, axşama doğru arabir 18-23 m/s-dək güclənəcək.


 


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, havanın temperaturu gecə 2-5°, gündüz 7-10°, Bakıda gecə 2-4°, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.


 


Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s olacaq, arabir güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.


 


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, lakin günün ikinci yarısında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s olacaq, arabir ayrı-ayrı yerlərdə 20-25 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz  0-5° isti olacağı gözlənilir.


 


Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman, lakin günün ikinci yarısında yağıntılı olacağı gözlənilir. Qərb küləyi 5-10 m/s olacaq, arabir ayrı-ayrı yerlərdə 20-25 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 5-9° isti olacağı gözlənilir.


 


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, lakin günün ikinci yarısında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s olacaq, arabir ayrı-ayrı yerlərdə 18-23 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.


 


Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin, lakin axşama doğru yağıntılı olacağı gözlənilir. Qərb küləyi 5-10 m/s olacaq, arabir ayrı-ayrı yerlərdə 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5°, gündüz 6-11° isti olacağı gözlənilir.


 


Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara  rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin, lakin axşama doğru yağıntılı olacağı gözlənilir. Qərb küləyi 5-10 m/s olacaq, gecə dağlıq ərazilərdə arabir 20-25 m/s-dək güclənəcək, axşam şimal-şərq küləyi 5-10 m/s təşkil edəcək. Havanın temperaturunun gecə 3-5°, gündüz 6-10° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı gözlənilir. /azertag.az/

Teqlər:
Bu xəbər cəmi 5415 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR