Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
01:36 26/4/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
10:08 25/4/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
15:46 24/4/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
00:23 24/4/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Ramiz Zeynalovdan qurtuluş yolu: şerif sisteminə keçid çiban kimi yetişib
Hüseynbala Mirələmovun qeyri-qanuni əməli Azərbaycanla - İraq arasındakı diplomatik münasibətlərə zərər verə bilər? - VIDEO
Firudin Nəbiyevin milyonluq mülkləri üzə çıxdı - FOTO
Cəlilabad əkinçiləri Kərəm Həsənovun əlindən “qan ağlayır”

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Babəkin çarmıxa çəkilməsi (Ərəb tarixçisi yazır)

Babəkin çarmıxa çəkilməsi (Ərəb tarixçisi yazır)


Babəki əl-ayağı bağlı vəziyyətdə boyanmış filə mindirib xəlifənin hüzuruna aparırlar...



Vəkil Məlik Ziyad bu mərasimlə bağlı şeir də deyir. Şeirin məzmunu belə idi ki, “Xorasan şeytanını filə mindiriblər...”



 



Ərəb tarixçisi Əli ibn əl-Əsirin yazdığı “Əl-Kamil fi-t Tarix” İslam tarixçiliyində ən mühüm əsərlərdən sayılır.



13-cü əsrdə ərəbcə yazılmış bu çoxcildlik əsərdə Azərbaycan sərkərdəsi Babək Xürrəmi haqda da yetərincə məlumat verilir.



əvvəli burda



 



...Babək və qardaşı Abdullahı əsir alandan sonra xilafət ordusunun komandanı Afşin onları Samirə şəhərində xəlifə Mötəsimə təhvil vermək üçün yola çıxır.



İbn əl-Əsir yazır ki, xəlifə bu qələbəyə o qədər sevinirdi ki, hörmət əlaməti olaraq hər gün Afşinə bir at və bir dəst paltar göndərirdi. (Dəyişək üçün) Afşin şəhərə çatana yaxın isə xəlifə oğlunu və başqa qohum-əqrabasını onu qarşılamağa göndərir.



Xəlifə Afşini qəbul edərək ona ləl-cəvahiratla bəzədilmiş iki kəmər bağışlayır. Bundan başqa özünə 20 milyon, ordusuna isə 10 milyon dirhəm hədiyyə edir. Sind bölgəsinin valililiyini də ona verir. Saraydakılar isə Afşini vəsf edən çıxışlar edirlər.



Afşin Babəki öz sarayında saxlayır. İbn əl-Əsir yazır ki, xəlifə Mötəsim də paltarını dəyişərək və kimliyini gizlədərək Babəkin yanına gəlib və onunla söhbət edib.



Nəhayət edam üçün xüsusi mərasim düzənlənir. Hamının baxması üçün. Babəki əl-ayağı bağlı vəziyyətdə filə mindirib Afşinin evindən xəlifənin sarayına aparırlar. İnsanlar ona tamaşa etmək üçün yol kənarına düzülür.



İbn əl-Əsir yazır ki, vəkil Məlik Ziyad bu mərasimlə bağlı şeir də deyir. Şeirin məzmunu belə idi ki, “Xorasan şeytanını filə mindiriblər. Baxın, adi vaxtlarda fili yalnız bəzəyərlər, amma bu dəfə onun həm də dərisini boyayıblar.”





Bəzz qalası, İran AzərbaycanıBəzz qalası, İran Azərbaycanı




Fil saraya çatanda xəlifə cəllada əmr edir ki, Babəki fildən düşürüb onun qarşısına gətirsin, əl-ayağını açsın. Əl-ayağını açandan sonra Babək təqətsiz halda yerə yıxılır. Daha sonra xəlifə cəllada əmr edir ki, Babəkin boynunu vursun, qarnını da yarsın.Cəllad hamının gözü qarşısında belə də edir.



İbn əl-Əsirin yazdığına görə, xəlifənin əmri ilə Babəkin başı Xorasana göndərilir, başsız bədəni isə çarmıxa çəkilir. Babəkin qardaşını isə Bağdada göndərirlər. Bağdad hakimi, xəlifənin əmri ilə, Babək necə edam edilibsə, Abdullahı da elə edam edir. Başsız meyiti Bağdadda “iki körpü arasında” çarmıxa çəkilir.



“Əl-Kamil fi-t Tarix” kitabının Babəklə bağlı bölümünün sonunda bəzi rəqəmlər də yer alır. İbn əl-Əsirin yazdığına görə, Afşinin rəhbərliyi ilə Babəkin üstünə göndərilmiş xilafət ordusuna hərəkətdə olduğu hər gün üçün 10 min dirhəm verilirmiş (ərzaq və atların yemi xaric). Hərəkət etməyən günlərdə isə 5 min. Ərəb tarixçisinin yazdığına görə, 21 il ərzində Babəkin öldürdüyü insanların sayı 255 min olub. Sonda Babək ordusundan 3309 nəfər əsir götürülüb. Babəkin əsir saxladığı 7600 nəfər müsəlman qadın-uşaq azad edilib. Babəkin ailəsindən olan 17 kişi və 23 qadın-qız əsir alınıb.


Teqlər:
Bu xəbər cəmi 3730 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR