Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
10:05 27/10/2016
______________________________
______________________________
______________________________
______________________________
09:58 27/10/2016
______________________________
______________________________
______________________________
24 saylı baxçada alınan 300 manatın 100 manatı kimə çatır?
Azərbaycanda iki casus yaxalandı
Göyçayda AĞIR QƏZA: “07” “Mersedes”lə toqquşdu

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Əxlaq polisi

Əxlaq polisi

Məşhur brend - "Armani" firmasının pencəyi altından geyilmiş futbolka, təraş edilməmiş sifət, xrom pistolet və "Ferrari"…  90-cı illərin Amerika serialının qəhrəmanları belə görünürdü.


 


"Mayami polisi. Əxlaq şöbəsi" adlı serialın qəhrəmanları milyonların kumirinə çevrilmişdi. "Bizdə də beləsi olaydı kaş" deyərək ağzımızın suyunu tökür və həsəd aparırdıq. Axı Krokett və Tabbs narkobaronlar, fahişələr və sairə əxlaqsız kriminal ünsürlərin öhdəsindən virtuozcasına gəlirdi. Atalar düz deyirmiş, arzularınızla ehtiyatlı olmaq lazımdı. "Bizdə də belə olaydı kaş" düşünüb özümüzü işə salmışıq. Axı bu günədək əxlaq məsələlərində işimiz polisə düşmürdü. Bölgələrdən qəribə xəbərlər gəlir. Deyirlər, Naxçıvanda əl-ələ tutub gəzişən gənc oğlan və qızların polislə problemləri əmələ gəlib. Onlar şəhərin mərkəzində heç yanaşı da gəzə bilməz. Gülüşüb səs salsalar lap pis, günahlarını boynuna qoymaq lap asan olacaq. Çünki bütün bunlar "əxlaqsızlıq" maddəsi altında gedir. Xəbərlərə inansaq polis birlikdə yaxalanmış cütlükləri bölməyə aparır, təhqir edir, alçaldır və sonunda qızı girov saxlamaq şərtilə oğlanı pul dalıyca göndərir. Məbləğ hardasa 1500-2000 manat arasındadır. Deməli əxlaqın qiyməti bu qədərmiş? "İlişənlər"dən etiraz edəni olmayıb. Çünki polis qızın valideynlərini çağıraraq qızlarının tərbiyəsiz işlər gördüyünü danışmaqla hədələyir. Ona görə oğlan tələsik pul tapıb bu məsələni bağlayır. Naxçıvan rəsmi dairələri xəbərin yanlış olduğunu deyir. Amma məsələni ucundan-qulağından eşidənlərdən heç kim "Ola bilməz!" demir. Çünki hamı bilir ki, oralarda 1774-cü ildən bəri yaranmış feodal dövlət öz işini bildiyi istiqamətə yönəldir.


 


Cəmiyyət üçün əxlaq polisi təzə fikir deyil. Narkomaniya, əxlaqsızlıq içində itib-batan ölkələrdən məsələn, Rusiya bunu arabir dövlət səviyyəsində müzakirəyə çıxarır. Televiziyada, mətbuatda əxlaq məsələlərinin polisə həvalə edilməsi məsələsi tez-tez işıqlandırılır, ictimailəşdirilir. Eksperiment tərəfdarları nədənsə düşünür ki, meqapolisə 30 nəfərdən ibarət bir dəstə kifayət edə bilər. Amma bu adamların seçmə olması, mənəvi cəhətdən yetkin və dindar olması vacib şərtdir. Əxlaqsızlığın sel-su kimi axdığı ölkələrdə isə, məsələn, Dubayda əxlaq polisi çoxdandı işini relsə qoyub. İctimai yerdə davranış qaydaları tez-tez yenilənir və təzə müddəalar bura əlavə olunur. Burda yüksək səslə musiqi dinləmək, öpüşmək, içki içmək, naməhrəm qadın və kişinin əl-ələ tutması, rəqs eləməsi, soyunması, çılpaq adam rəsmi olan paltar geymək qadağandır. Bundan əlavə kişi və qadın birlikdə gəzməyə çıxıbsa mütləq üstündə kəbin kağızını götürməlidir ki, polisə göstərib təhqir eşitmədən yoluna davam edə bilsin. Orda "ilişənlər" pul verməklə canını qurtara bilmir, onlar şəriət məhkəməsi qarşısında cavab verməli olur. İşə bir bax, bütün dünya bura nəfsini ödəməkçün axışır, bunlarsa "əlindən tutmuram ki" deyib yaşmaqlanırlar. Əxlaq polisinin olub olmaması və cəmiyyətin bu məsələyə münasibətilə onun sağlamlıq dərəcəsini tam dəqiqliyilə ölçmək mümkündü.


 


Əxlaq polisi dedikdə ən əvvəl adamın gözünün qarşısına blokun qarşısında oturub corab toxuyan, ya tum satan qadının bina sakinlərinin həyatına göz qoyması modeli gəlir. Bu model çoxdandı ki, uğurla işini görür və ətrafında bu boyda səs-küy yaratmırdı. Həmin bu burnunu hamının işinə soxan qarılar da məsələdən polislər qədər agah olurdu deyə işin dərinliyinə varmır və faktları yoxlamaqla başını ağrıtmır. Sadəcə fərq ondadır ki, onlar bu işi təmənnasız görür və şəxsi maraqlarını güdmürdülər. Bina evlərində bu ənənə artıq ölmüş sayıla bilər, amma həyətlərdə bir çıqqıltı olarkən pərdənin aralanması sakinlərin sakit həyatının tam qarantı ola bilər. Stəkanı divara dirəyib səsgücləndirici kimi istifadəsi artıq bu sənətin ən pik ustalıq mərhələsindən xəbər verir. Cəmiyyəti güdmək işini görən adamların əynində xüsusi forması olmaya da bilər. 


 


Aydın məsələdir, əxlaq polisi konservativ qurumdur və müasir cəmiyyətlərdə aradan çıxmaq üzrədir. Hamı da bilir ki, nəzarəti gücləndirməkdənsə etika və mənəvi tərbiyə işinə güc vermək daha yaxşı nəticələr verir. Bircə sual rahatlıq vermir: Görəsən mənəviyyatlı polisləri yetişdirməyin metodikasını bilən varmı? Azərbaycanda polis çoxdandı ki, əxlaq məsələlərilə alver edir. Bulvarda öpüşən cütlüklərin sümsük polislərə verdiyi pulları cəmləsən möhtəşəm xeyriyyə cəmiyyəti açmaq olardı. Polis metroda, bağçalarda skamyalara çığınan, kitab, dərs oxumaq adıynan ünsiyyət qurmağa çalışan, bəlkə qismət olsa qızın əlindən tutmağı özünə səadət sayan gənclərin gözünün odunu çoxdan alıb. Təcrübəli oğlanlar "itə, qurda" verməkçün cibində azı 50 dollar gizlətməklə özlərini sığortalayır. 


Biz əxlaqımızı polislərə verəcək qədər alçala bilmərik. Qız atası qızının hansısa bağçada əlinə oğlan əli toxunmasından qorxmasın. Bu ki, təbiidir. Oğlanların sevgilisinə görə rüşvət verməsi halı daha dəhşətli və fəsadlıdır. Bunun nəticələrini silməyə yüz illər lazımdır. Çünki zərbə mənəviyyata dəyir. Əgər şəhərimizdə salınan gözəl bağçalarda qız və oğlanlar cüt gəzişə bilməyəcəksə, onların yerini qeylər və dəstə halında gəzib özlərini qorilla sürüsü kimi aparıb nədənsə insan adlanan oğlan dəstələri əvəz edəcək. Onlar təklənmiş qızların dalınca fit çalıb söyüş də söyəcəklər. Polislər belələrindən pul qopara bilmir…

Teqlər:
Bu xəbər cəmi 2645 dəfə oxunuldu
YAZARLAR