Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
10:05 27/10/2016
______________________________
______________________________
______________________________
______________________________
09:58 27/10/2016
______________________________
ÇOVDAROVUN CƏZASI ELAN OLUNDU – Əmlakı müsadirə olundu, paqonları söküldü
Məşhur mama ginekoloqdan qadınlara tövsiyyə
24 saylı baxçada alınan 300 manatın 100 manatı kimə çatır?

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

TQDK-nın ünvanı dəyişdi

TQDK-nın ünvanı dəyişdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üçün yeni inzibati bina tikiləcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə Komissiyanın facebook səhifəsində məlumat yazılıb.


Son illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının) səlahiyyətlərinin artırılması, bununla əlaqədar görülən işlərin həcminin, eləcə də Komissiyanın əməkdaşlarının sayının artması ilə nəticələnib. Bundan başqa, Komissiya tərəfindən həyata keçirilən texnoloji işlərin daha operativ görülməsi, keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə yeni texnologiyaların tətbiqinə, müasir avadanlıqlardan istifadə olunmasına zərurət yaranıb. 



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Akademik Həsən Əliyev, 17 ünvanında yerləşən inzibati binasında müasir tipli mətbəənin quraşdırılması ilə bağlı ilkin hazırlıq işləri görülərkən bu binanın qəzalı vəziyyətdə olması müəyyənləşib. Buna görə də 2014-cü ilin iyun ayından Komissiyanın yeni qurğularla təchiz olunmuş mətbəəsi və texnoloji işlərlə bağlı müvafiq bölmələri Heydər Əliyev prospekti, 130 ünvanında fəaliyyət göstərir. 



Komissiyanın Yoxlama-ölçmə materiallarının işlənməsi, elmi-metodiki istiqamətdə çalışan struktur bölmələri isə 2014-cü ilin oktyabr ayından etibarən Abdulvahab Salamzadə küçəsi, 28 (Asiya Universitetinin binası) ünvanında fəaliyyət göstərir. 



Komissiyanın rəhbərliyi, informasiya təminatı, eləcə də təşkilati işləri həyata keçirən struktur bölmələri isə dekabr ayının 15-dən etibarən Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1a. ünvanında yerləşəcək. 



Müvafiq dövlət qurumları tərəfindən TQDK-nın inzibati binasının qəzalı durumda olduğuna dair verilən rəylər nəzərə alınaraq həmin binanın sökülməsi və yerində yeni, təşkilati, elmi-metodiki və texnoloji tədbirlərin həyata keçirilməsi baxımından müasir tələblərə cavab verən binanın inşa olunması nəzərdə tutulub.



Beləliklə, yeni bina hazır olanadək Komissiyanın müxtəlif strukturları yuxarıda qeyd olunmuş 3 müxtəlif binada fəaliyyət göstərəcək. 



Bildiririk ki, qeyd olunanlarla əlaqədar Komissiyanın öz fəaliyyətini əvvəlki kimi davam etdirməsində, o cümlədən imtahanlarla əlaqədar təşkilati, elmi-metodiki və texnoloji işlərin aparılmasında və bu prosesin təhlükəsizliyinin təmin olunmasında, dərsliklərin monitorinqinin, fənlər üzrə seminarların müəyyən olunmuş qrafik üzrə keçirilməsində və Komissiyanın səlahiyyətlərinə aid olan digər məsələlərin icrasında hər hansı maneə yaranmayacaq.


Teqlər:
Bu xəbər cəmi 6890 dəfə oxunuldu
YAZARLAR