Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
10:05 27/10/2016
______________________________
______________________________
______________________________
______________________________
09:58 27/10/2016
______________________________
______________________________
______________________________
24 saylı baxçada alınan 300 manatın 100 manatı kimə çatır?
Azərbaycanda iki casus yaxalandı
Göyçayda AĞIR QƏZA: “07” “Mersedes”lə toqquşdu

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Sabah İŞİD Azərbaycana gəlsə…” – Milli Məclisdən reportaj

“Sabah İŞİD Azərbaycana gəlsə…” – Milli Məclisdən reportaj


Siyavuş Növruzov: “Sabah İŞİD gələndə bəstəkar axtarmayacaq, onun qarşısına əsgər çıxmalıdır”



Bu gün Milli Məclisdə spiker Oqtay Əsədovun sədrliyi ilə büdcə müzakirələri davam edib. 



Deputat Elmira Axundova rus rublunun durumuna diqqət çəkərək manatın kursunun saxlanmasına görə Mərkəzi Bankın rəhbərliyinin fəaliyyətini təqdir edib. Deputat 2015-ci il üzrə xərclərin cari illə müqayisədə təhsil sahəsində 3,5, səhiyyə sahəsində 7,2 faiz çox proqnozlaşdırıldığını dedi. Ancaq bildirdi ki, əmək haqlarının artırlması üçün xərclərin daha artıq olmasını arzulayır. Səhiyyə sistemini tənqid edənlərlə razılaşmayan deputat bu sahədə böyük işlər görüldüyünü vurğuladı. Ancaq əlavə etdi ki, bir çox kəndlərdəki səhiyyə məntəqələrində kadrlar çatışmır. Bu mənada Tibb Universitetini bitirənlərin bir neçə illik də olsa, kəndlərə təcrübəyə göndərilməsinə çağırdı. E.Axundova Bakı və ətraf qəsəbələrdə qanunsuz zibilxanalarla bağlı problemin həlli üçün “Təmiz şəhər” ASC-yə dəstək verilməsini istədi. Deputat əhali arasında ümumi mədəniyyətin aşağı düşməsi, aqressivliyin artmasına diqqət çəkdi. Qəsəbə və böyük kəndlərdə mədəniyyət müəssisələrinin tikilməsi üçünsə Maliyyə Nazirliyinə müraciət etdi.


 




 


Vitse-spiker Valeh Ələsgərov hökumət üzvlərinə çox ciddi və maraqlı mesaj verdi. O, hansısa sahəyə ayrılan vəsaitin büdcəyə gətirəcəyi gəliri əvvəlcədən müəyyənləşdirməyi məsləhət gördü. Eyni zamanda neftin qiymətinin aşağı düşməsini fəlakət kimi qəbul etməməyə çağırdı, bildirdi ki, neft 1999-cu ildə 10, 2009-cu ildə 36 dollara düşdü, “ancaq dünya dağılmadı”. V.Ələsgərov təkcə su elektrik stansiyalarının tikilməsi ilə külli miqdarda dövlət vəsaitinə qənaət etməyin mümkünlüyünü deyib, Samur çayı üzərində SES tikməyə çağırdı. O, qeyd etdi ki, Dövlət Neft Fondundan vəsait ayırmalarına qarşı çıxanlar, bununla bağlı həyəcanla danışanlar və tənqid edənlər bir məsələni unudur: “Onlar vaxtilə Neft Fondunun yaradılması ideyasına qarşı çıxıb deyirdilər ki, neft gəlirləri birbaşa dövlət büdcəsinə yönəlsin və artıq qalan fonda yığılsın. Bununla bağlı kəskin müzakirələr gedirdi və üç-dörd nəfəri çıxmaq şərti ilə hamı deyirdi ki, gəlirlər birbaşa büdcəyə yönəlsin. Əgər o zaman ölkənin prezidenti Heydər Əliyev bu təklifləri qəbul etsəydi, indi görün vəziyyət necə olardı. Nəinki müxalifət, o cümlədən hökumətin tərkibində olan nazirlər, böyük vəzifəli şəxslər də neft gəlirlərinin birbaşa dövlət büdcəsinə daxil olmasını istəyirdi. Əminəm ki, neft gəlirləri birbaşa büdcəyə daxil olsaydı, vəziyyət indikindən yaxşı olmazdı. Pulu Dövlət Neft Fonduna xərcləmək üçün yığırlar və ilk növbədə infrastruktur layihələrinə yönəltmək lazımdır. TANAP, TAP, Bakı-Tiflis- Ərzurum, “Şahdəniz” layihələrinə pul xərcləməsək, gələcəyimiz necə olar? Hesab edirəm ki, pullar düzgün istiqamətdə xərclənib”. V.Ələsgərov deyib ki, neftin qiyməti ilə bağlı bəzi çıxışlar onu müəyyən məqamlara toxunmağa vadar edir: “Əvvəla, neftin qiymətini hansısa siyasətlə bağlamaq sadəlövhlükdür. Bu gün elə bir ölkə və siyasətçi yoxdur ki, onun qərarı ilə neft və yaxud başqa əmtəə məhsulu ucuzlaşsın, bahalaşsın. Başqa sadəlövh yanaşma da hiss etdim. Guya ABŞ istehsalı artırdığına görə dünya bazarlarında neft ucuzlaşıb. Amma Amerika qarşıdakı 7-8 ildə neft və neft məhsulları ixrac edən ölkə olacaq. Neftin ucuzlaşmasının əsas səbəbi valyuta və maliyyə bazarlarında gedən oyunlardır. Bu oyunları heç kim proqnozlaşdıra bilməz. Ona görə də neftin qiyməti ilə bağlı danışanda məsələyə dərindən yanaşmaq lazımdır”.


V.Ələsgərov büdcədən müxtəlif sahələrə ayrılan pulların artırılmasını təklif edənlərlə razılaşmadığını vurğulayıb: “Biz artıq “verin, xərcləyək” psixologiyasından əl çəkməliyik. Müxtəlif sahələrə ayrılan pul artırmalıdır deyənlərlə razı deyiləm. Onsuz da hökumət müxtəlif sahələrə vəsaitləri artırır. Mən isə sual verirəm: bunun nəticəsi nə olacaq? İstər sənaye, istər kənd təsərrüfatı, səhiyyə, təhsil, elm olsun. Bu sahələr ayrılan vəsaitlərin artırılmasının nəticəsi nə olacaq? “Pulu ver, xərcləyim” demək asandır. Nəticə barədə düşünmək lazımdır”


Musa Quliyev ölkədəki dinamik inkişafdan danışıb: “Dünyada 2 milyard insan yoxsul şəraitdə yaşayır. 2010-cu ildə Azərbaycanda bu kateqoriyadan olan 2 milyon insan var idi. Bu gün ölkədə yoxsul insan yoxdur”. Deputatın sözlərinə görə, sosial evlərin tikilməsi məsələsi son vaxtlar ciddi müzakirə olunur: “Dövlət tərəfindən həyata keçirilən tədbirlər var. İndiyə qədər köçkünlər üçün 82 qəsəbə və 45 min mənzil tikilib. Lakin bu proqramlarla büdcəni yükləmək lazım deyil. Dövlət sahibkarlara şərait yaratmalıdır ki, sahibkarda sosial evləri tikərək insanlara ipoteka yolu ilə sata bilsin”. M.Quliyev tütün məhsullarına aksiz və əlavə dəyər vergisinin artırılmasını tələb edib.


“Azərbaycanda siqaretin qiyməti digər ölkələrlə müqayisədə ucuzdur. Fikrimcə, bu qiymət artırılmalıdır. Düzdür, siqaret haqqında qanun müzakirədədir, ancaq hələlik qəbul olunmayıb. Amma bu məsələlər nəzərə alınmalıdır”.


 




 


Aydın Mirzəzadə 12 noyabrda erməni vertolyotunun vurulmasının qarşılığında Ermənistanın susmasını Azərbaycan ordusunun güclü olması və bunun qarşıdakı illərdə öz bəhrəsini verəcəyi ilə izah edib. Deputat deyib: “Mingəçevirin iki böyük problemi var: İşsizlik və mənzilsizlik”. O, əlavə edib ki, təkcə Mingəçevirdə bu gün 10 min ailə mənzil almaq üçün ipoteka almaq arzusundadır. Ancaq gələn il üçün ipotekaya ayrılan vəsaitlə cəmi min nəfər mənzil ala bilər. A.Mirzəzadə Bakının statusu ilə bağlı ayrıca bir qanun qəbul olunmasına ehtiyac olduğunu bildirdi: “Bakının mərkəzində hündürmərtəbəli binaların tikilməsi şəhəri daha da sıxlaşdırır”.


 




 


Qənirə Paşayeva şəhid ailələrinə və əlillərə ayrılan sığortanın ödənilməsi məsələsinin həll olunmasını xahiş edib. “Məsələnin həll olunmaması narazılıq yaradır. Onlar deyirlər ki, necə olur atəşkəs dövründə şəhid olanların ailələri bunu ala bilir, amma müharibə dövründə həlak olanlar yox?” Q.Paşayeva deyib ki, yeni məktəblər tikiləndə xüsusi seçim edilməlidir, əhalinin sayı və təhsilin göstəricisi yüksək olanlar, həmçinin məktəblərin durumu nəzərə alınmalıdır. Bu mənada xanım deputat Tovuzun konkret kəndlərini sadalayıb. O, həmçinin ön cəbhəboyu yerləşən kəndlərdəki məktəblərə xüsusi önəm verilməsini istəyib. Deputat ön cəbhədəki kəndlərdə heç olmasa tibb məntəqələrinin tikilməsini xahiş edib.


 




 


Bəxtiyar Əliyev Təhsil Nazirliyinin səlahiyyətlərinin gücləndirilməsini, elmə rəhbərlik və innovasiyalarla bağlı məsələlərin də bu quruma həvalə edilməsini istəyib. Deputat büdcə vəsaitlərinin düzgün xərclənməsini də zəruri sayıb: “Hər il Hesablama Palatasının hesabatını izləyəndə görürük ki, müəyyən qurumlar vəsaiti düzgün xərcləməyib və ya sonradan ödətdirilib”. Deputat bu məsələyə nəzarəti artırmağa çağırıb.


 




 


Vahid Əhmədov bir sıra vacib məsələlərdən bəhs edib: “Azərbaycanda reklamın dövriyyəsi 60 milyon manat olmasına baxmayaraq gəlir cəmi 26 milyon manatdır. Yəni kölgə iqtisadiyyatı reklamda həddən artıq yoxdur və bunun qarşısını almaq yollarından biri yeni qanunun qəbul edilməsidir və hazırda bunun üzərində iş gedir. 2015-ci ilin dövlət büdcəsi riskli yox, investisiya və soial yönümlü büdcədir. Büdcənin icrasında elə də ciddi problem olmayacaq. Neftin qiymətinin 80 və ya 90 dollar götürülməsinin dövlət büddcəsinə o qədər də təsir etməyəcək. Çünki neftin qiymətinin dövlət büdcəsinə təsiri 11 faizdir ki, bu da təxminən 2 milyard manat edir. Nəzərə almaq lazımdır ki, dövlət büdcəsinin 67 faizi neftdən gələn gəlirlər hesabına formalaşır. Dövlət Neft Fondundan 10.3 milyard transfer edirik. Bütün bunları nəzərə alaraq 6.9 milyard manat əsaslı vəsait investisiya qoyuluşu yatırmağı nəzərdə tutmuşuq. Ən vacib məsələ isə Maliyyə Nazirliyinin, Hesablama Palatasının qarşısında duran ən vacib məsələ xərc siyasətinə nəzarət mexanizminin olmamasıdır. 6.9 milyarda kim qarantiya verə bilər ki, bu məbləğ təyinatı üzrə, məqsədli şəkildə istifadə ediləcək. Bir neçə dəfə bəyan etmişəm ki, Hesablama Palatası kiçik layihələrin yoxlanılmasından iri layihəılərin yoxlanılmasına keçməlidir. Niyə böyük layihələr yoxlanılmır? Yoxsa ayrı-ayrı məmurların nəzarətində olan məsələlərdir bunlar? Bu dövlətin vəasitidir və nəzarət altında olmalıdır”. V.Əhmədov  Azərbaycanın qeyri-neft sektorunu ciddi şəkildə inkişaf etdirməyə çağırıb: “Sexlər, kiçik müəssisələr açmaqla biz qeyri-neft sektorunun inkişafı ilə bağlı heç nə edə bilmərik”.


 




 


Siyavuş Novruzov Azərbaycanla Ermənistanın müqayisə olunmasını “uğursuz” sayıb: “Bu gün Azərbaycan Avropa İttifaqına daxil olan ölkələrlə, ən pis halda Qazaxıstan və Rusiya ilə müqayisə oluna bilər”. S.Novruzov kreditlərlə bağlı təklif verib: “Kimsə özünə kefindən avtomobil almaq istəyirsə, ona verilən kreditlə əkin əkmək istəyənə verilən kredit fərqlənməlidir. Əkinçi də taxıl əkir, quraqlıqdan məhsul olmur, onda krediti də ödəyə bilmir. Necə deyərlər, kasıbı dəvənin də üstündə ilan vurur”. S.Novruzov kredit faizləri barədə danışarkən ilginc fikir səsləndirdi: “Azərbaycanda verilən krediti qaytarmaq üçün ya narkotik, ya insan alveri, ya da silah alveri ilə məşğul olmaq lazımdır”.


S.Novruzov ipoteka ilə bağlı danışıb. Bu gün nazirliyin idarə rəisinin əmək haqqı imkan vermir ki, ipoteka götürsün, müəllim, həkim, gənc mütəxəssis necə ala bilər? Elə nəzərdə tutulub ki, kim imkanlı adamdır, ipoteka alsın, özünün kəm-kəsirini düzəltsin”. 23 ildir eşidirik ki, islahat gedir, biri boloniya gətirir, o biri kurikulum gətirir, getdikcə ballar da aşağı düşür. Bu gün Azərbaycanda müəllimin sayı Amerikadakından üç dəfə artıqdır. Həm Əli aşından, həm Vəli aşından olur müəllim. Müəllimlərin sayına baxmaq lazımdır ki, normal maaş verilsin. Deputat məktəblilərin fiziki hazırlığı barədə də təklif verdi: “Gedin orta məktəbin qarşıında şagirdlərə baxın, görün bizim uşaqların fiziki hazırlığı hansı həddədir? Bu gün məktəblərdə hərbi və idman dərsləri bərpa olunmalıdır. Biz kişi yetişdiririk, bizə əskər lazımdır. Sabah İŞİD gələndə bəstəkar axtarmayacaq, onun qarşısına əsgər çıxmalıdır. İki ton kitab çap edirlər, qalın üzlə. Hətta kənardan deyirlər, sizdə kitab buraxmırlar, soyuq silahdır, kimin başına vursan, orda qalar”.


S.Novruzov QHT Şurasına yardımın artması ilə bağlı təkliflərə toxunub gülərək siyasi partiyalarla bağlı təklif verdi: “Siyasi partiyalara da maliyyə vəsaiti artırılsın ki, onların da qırışığı açılsın”.


Oqtay Əsədov isə cavab olaraq deyib ki, siyasi partiyalarla QHT-lərin eyniləşdirilməsini qəbul etmir: “Siyasi partiyaların maliyyəsinin artması üçün üzvlərinin sayı artmalıdır”.


Əhməd Vəliyev təhsil kreditləri barədə təklif verdi, həmçinin Qazax rayonunun problemlərindən bəhs edib.


Musa Qasımlı qeyri-neft sektoru ilə bağlı təkliflərini səsləndirdi. Xüsusilə də kənd təsərrüfatına diqqətin artırılmasını zəruri saydı. Büdcə vəsaitlərinin xərclənməsinə nəzarətin artırılmasını, texniki peşə məktəblərinin özəlləşdirilməsini təklif etdi, alim əməlyinin qiymətləndirilməsində sosializm prinsipindən imtinaya çağırdı. Deputat uşaq televiziyasının yaradılmasını da istəyib.

Teqlər:
Bu xəbər cəmi 4330 dəfə oxunuldu
YAZARLAR