Xəbər Lenti

______________________________
______________________________
01:35 28/8/2019
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
HAMAM SUYU HESABINA DOST VƏ ŞÖHRƏT QAZANAN HİCRAN ŞƏRİFOV SUSUZ QALDI!!!
Baş redaktor prezidentə müraciət eti - SƏBƏB
Təbrik edirik
Vətəndaş yeni nazirdən kömək istəyir. (VIDEO )

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

HAMAM SUYU HESABINA DOST VƏ ŞÖHRƏT QAZANAN HİCRAN ŞƏRİFOV SUSUZ QALDI!!!

HAMAM SUYU HESABINA DOST VƏ ŞÖHRƏT QAZANAN HİCRAN ŞƏRİFOV SUSUZ QALDI!!!
Xeber-Xetti.com saytının elektron ünvanına daxil olan məlumatı olduğu kimi təqdim edirik. Bildirmək istəyirəm ki, Bakı ş., Nəsrəddin Tusi 277 ünvanında yerləşən Masajxana kimi fəaliyyət göstərən xidmət obyekti son 7 ildə Azərbaycan Respublikasının Büdcəsindən oğurluq edirdi. Belə ki, bu xidmət obyekti masajxana və hamam kimi fəaliyyət göstərdiyinə görə obyekte lazım olan əsas məsələ Sudur. Bu xidmət obyekti Xanlar İbrahim oğlu Şərifov adına MMC kimi qeydiyyata alınmış və Polis polkovnik – leytenantı Hicran Şərifov tərəfindən himayədarlıq olunur və neçə illərdir ki, Oğurluq və qanunsuzluqla məşquldurlar. Bu obyekt barəsində tərəfimdən cənab Prezidetimizi rəhbər tutaraq 12 sentyabr və 30 sentyabr 2019-cu ildə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova Şikayət Ərizəsi yazıldı. Oradan mənə qanunsuzluğun üstünü açmaq üçün təyin olunan Xətai Rayonun “Azərsu” ASC –nin kuratoru İntiqam adlı şəxslə telefon əlaqəsində olduq ki, Su oğurlanan vaxt yəni - axırıncı müştəri obyekti tərk edəndən sonra (00:00) “Azərsu” ASC əməkdaşları işin üstünə gəlib çıxsınlar. Və mən 10,11,12 oktyabr 2019-cu ildə Masajxananı izləməyə başladım, həmin günləri heç bir oğurluq yox idi. Çünki oğurluğu həftədə 2 dəfə edirdilər. Nəhayət 13 oktyabr 2019-cu il tarixində hadisəni gözümlə gördüm və İntiqam adlı əməkdaşla telefonda bir neçə danışdıqdan sonra – sonda heç kəs həmin ərəfədə 14 oktyabr 2019-cu ilin gecə saatlarında oraya gəlmədi və telefonlarını söndürdülər. Bundan sonra 23 oktyabr cənab Qorxmaz Hüseynova bir daha Şikayət Ərizəsi yazdım və bu ərizəni elektron formada “Azərsu” ASC-nin internet portalında da etdim. Bundan sonra “Azərsu” ASC –nin Müştəri xidmətləri departameti Müştərilərlə işin təşkili şöbəsindən mühəndis Nərmin xanım Alverdiyeva mənimlə əlaqa saxladıqdan sonra bu işlə Əfqan Məmmədov-un məşqul olacaqını mənə bildirdi. Bundan sonra Cəngi Masajxananın rəhbər və işçi heyəti Ərizələrimdən xəbərləri olduğu üçün oğurluqu dayandırmışdılar. Əfqan Məmmədovun böyük səyləri və göstərişləri nəticəsində “Azərsu” ASC-ə məxsus olan və Cəngi Masajxanasının həyətində ata-baba malları kimi bəslədikləri SAYĞAC 30 oktyabr 2019-cu il tarixində küçəyə yerləşdirildi. Və bundan sonra heç bir oğurluq edə bilməyəcəklər və bu keçmiş son 7 il ilə müqayisədə artım hiss olunacaq “Azərsu” ASC-ə ödədikləri çeklərdə. Fakt olaraq keçmiş şəkillər, yeni şəkillər və msjlar təqdim edirəm. P.S. məndə olan məlumata görə Cəngi Masajxanası hər ay ən azı 1.500 (min beş yüz) AZN oğurluq edirdilər. 1.500 (min beş yüz) AZN Azərbaycan Respublikasında yaşayan 5 AİLƏnin aylıq xərcidir... Belə Dələduzları və Oğruları ifşa etməliyik və qoymamalıyıq ki, cənab prezidentimiz İlham Əliyevə XƏYANƏT olunsun!!!

Teqlər:
Bu xəbər cəmi 1680 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR