Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:09 02/9/2018
______________________________
______________________________
Arzu Rəhimovdan ŞİKAYƏT VAR: SHXÇDX-nın Palkovniki Ramiz Mehdiyevə müraciət etdi-VİDEO
Vasif Turanın övladlarının ölümündən 7 il keçir-İstintaq nəyi gizlədir?
İlham Əliyev türkdilli dövlətlərin sammitində - FOTO

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində rüşvətxorluğun həddi-hüdudu bilinmir-ŞOK İTTİHAMLAR

BDYPİ-nin Qeydiyyat-imtahan şöbəsində rüşvətxorluğun həddi-hüdudu bilinmir-ŞOK İTTİHAMLAR


Bu günədək əksər mətbu orqanlarda Baş Dövlət Yol Polisinin tabeçiliyində olan qurumların qüsurlu iş fəaliyyətləri ilə bağlı silsilə tənqidi açıqlamalar dərc olunub və rəhbərlikdə duran vəzifə sahibləri baş verənlərlə bağlı lazımınca məlumatlandırılsalar da, təəssüflər olsun ki, bu sahədə baş verən özbaşınalıqların yenə də nə həddi, nə də ki, hüdudu bilinir. Belə bir səbəblər üzündəndir ki, hal-hazırda yol polisi sahəsinə aid formalaşan ictimai fikirdə xüsusi qəzəb, əsaslı narazılıq hissi formalaşıb. Buna da bir çox subyektiv və obyektiv amillər səbəb olmaqdadır. Təqribən 15-20 gün bundan öncə redaksiya əməkdaşlarımızdan birinin Bakı şəhəri, Qaradağ rayonu “Meyvəli terminalı”na yaxın ərazidə fəaliyyət göstərən Qeydiyyat-imtahan şöbəsində üz-üzə qaldığı olaylar, bir daha söylənilənləri təsdiq etməyə imkan verir. Məsələn, bir neçə gün bundan əvvəl həmin əməkdaş xəbər portalımızın redaksiyasına, adı çəkilən Qeydiyyat-imtahan şöbəsində qol qoyulan çoxsaylı qanunsuzluqlarla bağlı məlumatları və həyata keçirilmiş çəklişi təqdim edib. Həmin şəxs qeyd edir ki, “Şəxsi vəsaitimlə xaricdən alıb ölkəmizə gətirdiyim avtomobilimlə Qeydiyyat-imtahan şöbəsinin həyətinə daxil olarkən, dərhal qarşımızı kəsdilər və heç bir əsas olmadan bizdən 50 manat pul tələb etdilər. Səbəbini soruşduqda “Rəisin tapşırığıdır, bu yerdə qayda–qanun belədir, vəssəlam!” deməklə, bizdən tələb etdikləri 50 manat pulu aldılar. Elə ki, beş-on addım irəli getdik, o halda başqa şəxslər qarşımızı kəsib “İstəyirsinizsə 400 manat pul verin avtomobiinizi birbaşa adınıza sənədləşdirək” deyib öz təkliflərini bildirdilər. Düzdür, biz onların belə bir təklifini qəbul etmədik və gətirdiyimiz avtomobilə “Tranzit nömrə” almaq qərarına gəldik. Ümimi sənədləşmə işlərinin gedişi zamanı bizi elə bir vəziyyətə saldılar ki, nəinki istənilən məbləği verməli olduq, hətta olmazın getgələ də salındıq. Bütün bunların qarşılığına bizə heç bir ödəniş qəbzi verilmədi.



Bütün bunlardan əlavə, təqdim olunan çəkilişin ümumi mahiyyətinə diqqət yetirməklə onu da müəyyən etmək olur ki, istənilən şəxs xarici ölkələrdən gətirdiyi nəqliyyat vasitəsini adına sənədləşdirərkən, həmin şəxsi Qeydiyyat-imtahan şöbəsində məqsədli şəkildə əlavə xərcə və getgələ salırlar. Hətta, həmin şəxsdən lazımsız sənəd də tələb edirlər. Sənədləşmə işləri başa çatdıqdan sonra, avtomobil sahibi rəhbərliyin adına ərizə yazmalı və onu xanım əməkdaşa təqdim etməlidir. Buna görə də, avtomobil sahibinə ərizə (nümunə) forması təqdim olunmalı olduğu halda, qarşı tərəf heç bir halda belə bir addımını atmır. Sadəcə olaraq xanım əməkdaş ərizə formasına bir neçə söz yazmaqla hər kəsdən 10 (on) AZN alır və buna görə də, bir kimsəyə qəbz verilmir. Belə bir addımların atılması onu sübut edir ki, bütün bunlar həm ciddi qanun pozuntusudur, həm də rüşvətxorluğun tüğyan etməsinə səbəb olan amillərdir. Düşündürücü haldır ki, ölkə rəhbəri cənab İlham Əliyev ildən-ilə rüşvətxorluğun hər cür təzahürlərinə qarşı mübarizə tədbirlərini gücləndirsə də, bu gün BDYPİ-nin “Meyvəli terminalı”na yaxın ərazidə fəaliyyət göstərən Qeydiyyat-imtahan şöbəsində cənab Prezidentin iradəsinə zidd addımlar atılmaqdadır. Ümumiyyətlə, belə bir halların varlığı ortaya çoxsaylı sualların çıxmasına da səbəb olur. O halda sual oluna bilər ki, nə üçün adicə adı çəkilən şöbədə hər kəsdən bir ərizə formasına görə 10 manat pul tələb olunur? O halda ortaya növbəti bir sual da çıxır, görəsən toplanan pullar hansı büdcəyə daxil olur? Yaxud da, daxil olurmu? Bax budur hər kəsi düşündürən hal, götür-qoy edilən məqam!



P.S. Bir redaksiya olaraq bir neçə gün bundan əvvəl adı çəkilən qurumda yaşananlarla bağlı Qeydiyyat-imtahan şöbəsinin rəhbərliyinə məktubla müraciət etdik ki, sadalanan problemlərin varlığına qarşı tərəfdən münasibət öyrənə bilək. Təəssüflər olsun ki, qarşı tərəf qeyd olunan faktlara münasibət bildirmək əvəzinə, susmağa üstünlük verdi. Bu da onu söyləməyə əsas verir ki, adı çəkilən şöbədə baş verən qanunsuzluqlarla bağlı əmələ gələn kütləvi narazılıq hissi, heç bir halda rəhbərliyi narahat etmir. Deməli, … Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Bu yöndə araşdırmamızı davam etdirəcəyik.


Teqlər:
Bu xəbər cəmi 5325 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR