Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:09 02/9/2018
______________________________
______________________________
Arzu Rəhimovdan ŞİKAYƏT VAR: SHXÇDX-nın Palkovniki Ramiz Mehdiyevə müraciət etdi-VİDEO
Vasif Turanın övladlarının ölümündən 7 il keçir-İstintaq nəyi gizlədir?
İlham Əliyev türkdilli dövlətlərin sammitində - FOTO

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Vasif Turanın övladlarının ölümündən 7 il keçir-İstintaq nəyi gizlədir?

Vasif Turanın övladlarının ölümündən 7 il keçir-İstintaq nəyi gizlədir?
Vasif Turan 7 ildir davam edən istintaqın hələ də nəticə vermədiyini deyir Tanınmış jurnalist, BTV onlayn telekanalının və Bolgexeber.com saytının rəhbəri Vasif Turanın övladlarının faciəvi şəkildə dünyalarını dəyişməsindən 7 il keçir. Söhbət 7 il əvvəl, 7 oktyabr 2011-ci ildə Qobu qəsəbəsində baş verən dəhşətli yanğın hadisəsindən gedir. O yanğın ki, 9 yaşlı Rüfətlə, 11 yaşlı Əhməd yanaraq, tələf olmuşdular. Bu məşum və dəhşətli gecədə Vasif Turanın Qonudakı evində qəfil yanğın hadisəsi baş verib. Yaxınlıqda yaşayan qayınanası gilə həyat yoldaşı ilə birlikdə gedən baş redaktor heç 10 dəqiqə keçməmiş evinin yandığı xəbərini alır. Həmin müdhiş anı Vasif Turan belə xatırlayır: “Həyat yoldaşımla birlikdə qayınanam gilə getmişdik. Evlərimiz arasında məsafə də elə uzaq deyildi. Rayondan bizə sovaq göndərmişdilər. Onun almaq üçün getmişdik. Heç 10 dəqiqə deyildi ki, qayınanam gilə çatmışdıq ki, xəbər gəldi evimiz yanır. Təcili geri döndük, uşaqlar evdəydi. Onları yatırdıb çıxmışdıq. Bizim geri dönüşümüz də ən çoxu 5 dəqiqə çəkərdi. Evə yetişəndə gözlərimə inanmadım. Çünki qısa müddətdə evin bu qədər sürətlə yanması mümkün deyildi. Uşaqları çıxarmağa çalışdıq. Dəfələrlə evə girmək istədim. Əllərim, qollarım yandı. Amma…” Özünü saxlaya bilmir. Büllur kimi göz yaşları yanaqlarından axıb tökülür. O anı danışdıqca həmin halı bir də yaşadığını deyir. Bir an belə hadisəni unuda bilmədiyini deyir. Vasif Turan deyir ki, övlad itkisinin acısı onu tez qocaltdı. “Mən müharibə görmüş adamam. Ən ağır döyüşlərdə olmuşam. Yaralanmışam. İtkinin nə olduğunu hələ gənckən bilirdim. Amma övlad dərdi başqa bir dərddir. Heç cür qaldırmaq olmur”. Baş redaktor deyir ki, Rüfətlə Əhməd o qədər uşaq deyildilər ki, yanğın baş verdiyi halda evdən çıxa bilməsinlər. Üstəlik, Əhməd taekovando ilə məşğul olurmuş və onun pəncərədən aşaraq evdən çıxa bilməsi mümkünsüz görünür. “Evin qısa müddətdə yanması, uşaqların evdən çıxa bilməməsi, evin qapısının arxadan bağlı olması, ondan əvvəl təhdid olunmağım və digər hallar yekunda o qənaətə gəlməyimə səbəb oldu ki, bu mənə və övladlarıma qarşı törədilmiş terrordur. Tam əminliklə deyirəm ki, evimi qəsədən yandırıblar. Bunu istintaq dönəmində də israrla bildirmişəm. Bu gün də həmin qənaətdəyəm”. Vasif Turan 7 ildir davam edən istintaqın hələ də nəticə vermədiyini deyir. İstintaqın nəticəsindən narazı qalan baş redaktor bu yaxınlarda baş prokurora müraciət edib Bildirək ki, baş vermiş ağır faciə ilə bağlı cinayət işi açılmış, lakin ötən bu illər ərzində hadisənin başvermə səbəbləri hələ də naməlum qalmaqdadır. Bu günlərdə isə məlum olub ki, sən demə, cinayət işinə hələ 2012-ci ilin avqustundan xitam verilib və bununla da 2 körpənin ölümünə səbəb olmuş ağır cinayət hadisəsilə bağlı işin istintaqı yekunlaşmışdır. Baş verənlərlə bağlı Savash.org-a açıqlama verən Bolgexeber.com saytının baş redaktoru Vasif Turan cinayət işinə gizli şəkildə xitam verilməsilə barışmayacağını bildirib. İstintaqın nəticəsindən narazı qalan baş redaktor baş prokurora müraciət edib.“Mənim çoxsaylı müraciətlərimdən sonra sözügedən cinayət işi araşdırılmaq üçün Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsindən alınaraq Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İşlər İdarəsinə verilmişdi. Həmin müddətdə cinayət işinin araşdırılmasını müstəntiq Mehdi Mirzəyev aparıb. İlkin istintaq hərəkəklərindən sonra məsələnin nə yerdə olduğu ilə bağlı maraqlandığımızda bizə hər dəfə narahatlığa səbəb olmadığını, istintaqın davam etdiyini bildiriblər. Bu minvalla üstündən altı ildən çox zaman keçib. Cinayət işinin aqibəti ilə bağlı sonuncu müraciətimdən sonra isə əsl şok yaşadım. Belə ki, mənə cinayət işinin araşadırılmasına hələ 2012-ci ildən xitam verildiyi bildirilib. Maraqlıdır ki, bununla bağlı mənə və vəkilimə heç bir məlumat verilməyib, bizə cinayət işininə xitam verilməsilə bağlı aktı isə təkidli müraciətlərimizdən sonra, yalnız 28.09.2018-ci il tarixində təqdim olunub. Amma ötən bu illər ərzində bizə cinayət işinin davam etdirilməsinə dair həqiqətdən uzaq açıqlamalar verilib. Sual olunur, cinayət işinə 2012-ci ildən xitam verilibsə bu mənə niyə 6 ildən sonra – 2018-ci ildə, həm də təkidlli müraciətlərimdən sonra deyilir?” Baş redaktor bu hüquqi nonsenslə bağlı bütün müvafiq orqanlara müraciət edəcəyini və məsələnin yenidən obyektiv şəkildə araşdırılmasına çalışacağını bildirib. Bununla bağlı baş prokuror Zakir Qaralova müraciət ünvanladığını bildirən jurnalist məsələnin ədalətli həllinə hələ də ümidvar olduğunu bildirib. Sonda bildirək ki, jurnalistin evinin yandırılması və nəticədə 2 azyaşlı övladının yanaraq ölməsi ilə bağlı məsələ diqqətimizdədir və mövzuya yenidən qayıdacağıq.

Teqlər:
Bu xəbər cəmi 8630 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR