Batumidə keçirilən Şahmat Olimpiadasında Azərbaycan milli komandası Ermənistan yığması ilə qarşılaşıb.
Xeber-xetti.com xəbər verir ki, görüş Azərbaycanın 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamızın liderləri Şəhriyar Məmmədyarov Levon Aronyanı, Teymur Rəcəbov isə Qabriel Sarkisyanı məğlub edib.
Rauf Məmmədov Hayk Martirosyanla bərabərə qalıb, Arkadi Naydiç isə Qrant Melkumyana məğlub olub.
Qeyd edək ki, Azərbaycan yığması 5 turdan sonra topladığı 10 xalla turnir cədvəlinə liderlik edir.