Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:09 02/9/2018
______________________________
______________________________
Arzu Rəhimovdan ŞİKAYƏT VAR: SHXÇDX-nın Palkovniki Ramiz Mehdiyevə müraciət etdi-VİDEO
Vasif Turanın övladlarının ölümündən 7 il keçir-İstintaq nəyi gizlədir?
İlham Əliyev türkdilli dövlətlərin sammitində - FOTO

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

AKİM BƏDƏLOVUN 13 MİLYON DOLLARLIQ YENİ LAYİHƏNİ GÜDAZA VERMƏ TƏHLÜKƏSİ

AKİM BƏDƏLOVUN 13 MİLYON DOLLARLIQ YENİ LAYİHƏNİ GÜDAZA VERMƏ TƏHLÜKƏSİ


Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi 13 milyon dollar olan 23 layihə həyata keçirməyi planlaşdırır



Asiya İnkişaf Bankı (AİB) Azərbaycan, Qırğızıstan və Əfqanıstanda günəş enerjisinin inkişafına texniki dəstək layihəsinə 3 milyon dollar ayırıb.



Trend-in məlumatına görə, "Floating Solar Energy Development" adlı layihə 2018-ci il avqustun 17-də AİB Direktorlar Şurası tərəfindən təsdiqlənib. Layihə bu üç ölkədə üzən günəş elektrik stansiyalarının yaradılmasına texniki dəstək göstərməyi nəzərdə tutur.



Bankın ekspertləri əmindirlər ki, bu, enerji mənbələrinin şaxələndirilməsi, enerji təhlükəsizliyinin artırılması və atmosferə zərərli tullantıların azaldılmasına imkan verəcək: "Ərazinin dəyəri günəş enerjisinin inkişafı yolunda əlavə maneədir. Bəzi torpaqlar kənd təsərrüfatı ehtiyacları üçün ayrılıb, dağlıq ərazilərdə isə zəruri infrastrukturu quraşdırmaq çətindir. Sututarlarda günəş elektrik stansiyalarının quraşdırılması isə su və günəş resurslarından istifadənin optimallaşdırılmasına xidmət edəcək".



Qeyd edək ki, Azərbaycanın enerji sisteminin gücü 6 min meqavatdan çoxdur. Bununla belə, ekspertlərin fikrincə, ölkədə bərpa olunan enerji mənbələrinin potensialı 25,3 min meqavolt-amperdən artıqdır.



"2018-2020-ci illərdə Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi" çərçivəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ümumi dəyəri təqribən 13 milyon dollar olan 23 layihə həyata keçirməyi planlaşdırır.

*** 



"Təzadlar" dəfələrlə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin fəaliyyətsizliyi barədə yazılar dərc edib. Aşağıdakı yazı bu və ya digər suallara cavab verir:



AKİM BƏDƏLOVUN ALTERNATİV ENERJİSİNİN ALTERNATİVSİZ SONLUĞU - 2-Cİ YAZI



Tarix: 29/6/2017 



Külək enerjisindən niyə maksimum istifadə edə bilmirik? 



Yaxud, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi hansı alternativ enerjinin bərpası ilə məşğuldur?



Dövlət Proqramında qeyd edilir ki, Azərbaycan özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu ehtiyat ildə təxmini hesablamalara görə 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə ildə küllü miqdarda tullantıların, o cümlədən azondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir. Və 1999-cu ildə Yaponiyanın «Tomen» şirkəti Azərbaycan ET Energetika və Enerji-layihə İnstitutu ilə birlikdə mənbəni müəyyənləşdirmiş, nəticədə Qobustan rayon mərkəzinə yaxın ərazidə ümumi gücü 30 MVt olan külək elektrik stansiyasının quraşdırılmasına dair texniki iqtisadi əsaslandırma hazırlanmışdır. Hətta tədqiqatlar zamanı Qobustan rayonu ərazisi üçün təqdim olunmuş göstəricilər külək enerjisi potensialının 4-cü sinfinə aid edilir ki, bu da yüksək potensial hesab olunur. Amma bu potensial o səviyyədə «işlək»dir ki, Bakı-Şamaxı magistral yol ilə əhərəkət edən sərnişin və ya sürücülər, turistlər dağların başında göz dağı olan külək enerjisi istehsal etməli olan qurğuların (pərlərin) hərəkətsiz dayanmasına acı təəssüf hissi ilə baxırlar. Eləcə də müşfiqabaq qəsəbəsi ərazisində quraşdırılmış qurğular. Görəsən biz niyə təbii sərvətlərimizin bu qədər düşməniyik, ondan istifadə etmirik, edə bilmirik?



Günəş batareyalarımız imdad diləyir…



«Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll edə bilər». Bu da Dövlət Proqramında qeyd edilib. Günəş stansiyalarının effektivliyi ölkənin təbii iqlim şəraitindən və coğrafi mövqeyindən asılıdır. Sən demə, il ərzində 1m2 yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500-2000 kVts, Rusiyada 800-1600 kVts, Fransada 1200-1400 kVts, Çində 1800-2000 kVts və Azərbaycanda 1500-2000 kVts təşkil edir. Göründüyü kimi, Azərbaycan ərazisinə düşən günəş şüalarının miqdarı digər ölkələrlə müqayisədə xeyli çoxdur. Amma günəş enerjisindən istifadəyə gəldikdə… «Təzadlar»ın Araşdırma Qrupunun apardığı müşahidələr göstərir ki, külli miqdarda vəsait xərclənərək yerləşdirilmiş günəş stansiyaları ya işləmir, ya da tam gücü ilə işləyir, bu da hesabat xatirinə, ən yaxşı halda Dövlət büdcəsindən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə ayrılmış 5 milyon manata yaxın vəsaitin silinməsinə hesablanıb. Bunu günəş batareyalarının quraşdırıldığı ərazilərdəki şirkətlər, əhali və s. infrastruktur sahibləri ilə söhbətimizdə bəlli etdik. Məsələn, Qobustan rayonunun mərkəzinə yaxın ərazidə, dağların sinəsində böyük bir günəş stansiyaları quraşdırılıb. Burada xeyli işçinin də çalışdığını dedilər. Amma bu ərazidə həmin enerjidən bəhrələnən bir obyektə rast gəlmədik. Niyə belədir? Deyə bilmirik…



Çaylar aşıb-daşıb evlərimizi uçurur, biz isə su enerjisini cilovlaya bilmirik…



Dövlət Proqramından onu da öyrəndik ki, Azərbaycanın ümumi enerji sistemində su elektrik stansiyalarının istehsal gücünün xüsusi çəkisi hazırda 17,8 faiz təşkil edir. 2003-cü ildə (Dövlət Proqramı 2004-cü ildə qəbul olunub) istehsal olunan elektrik enerjisinin 2,4 mlrd kVt.s su elektrik stansiyalarının payına düşüb ki, bu da istehsal olunmuş ümumi elektrik enerjisinin 11,4 faizini təşkil edir. Və məlum olur ki, ölkəmizdə indiyə qədər istifadə edilməmiş hidroenergetika ehtiyatlarının mənimsənilməsi üçün geniş imkanlar vardır. Amma yenə də nə sirdirsə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi Dövlət Proqramının bu şərtini də lazımi səviyyədə faydalı işə çevirə bilmir… Təsəvvür edin ki, Azərbaycandakı çayların tam hidroenerji potensialının 40 mlrd. kVt.s, texniki cəhətdən əlverişli potensialın isə 16 mlrd. kVt.s olduğu müəyyən edilib. Bunun da 5 mlrd kVt.s kiçik su elektrik stansiyalarının payına düşür. Hansı ki, su elektrik stansiyalarının tikintisi sel sularının tənzimlənməsi, ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsalı və yeni suvarma sistemlərinin yaradılması kimi dövlət əhəmiyyətli məsələlərin həllində mühüm rol oynaya bilər. Amma yenə də səmərəli iş gözə dəymir. 



Biz biokütlə enerjisinə toxunub vaxt almaq istəmirik. Çünki ölkəmizdə sənaye, kənd təsərrüfatı və sosial xidmət sahələrinin sürətli inkişafı biokütlədən istifadə etməklə enerji istehsalı üçün yeni imkanlar açır. Lakin bu sahədə də ekoloji problemlər yaranır ki, bunu effektli hesab etmirik. Çünki söhbət yanma qabiliyyəti olan sənaye tullantılarının, meşə təsərrüfatı və ağac emalı sahələrinin tullantılarının, eləcə də kənd təsərrüfatı məhsulları və üzvi birləşmə tullantılarının, məişət və kommunal sahələrinin tullantılarını və s. yandırmaqla elektrik enerjisinin alınmasından gedir. 



Bəs alternativ enerji mənbələrindən istifadə edilməsi üzrə tədbirləri görməli dövlət qurumları indiyədək nə iş görüblər ki, problem yetərincədir?



Dövlət proqramında müvafiq işləri görməli dövlət qurumlarının da adı siyahılanıb. Dövlət əhəmiyyətli həmin tədbirlərin 2005-2007-ci illərdə başa çatdırılması qeyd olunur. Məntiqlə həmin tədbirlər artıq bəhrəsini verməlidir və hələ artıq da olmalıdır… Tədbirlərin siyahısında alternativ (bərpa olunan) enerji mənbələrindən istifadənin sürətləndirilməsi məqsədilə qanunvericilik və normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, enerji mənbələrindən istifadənin stimullaşdırılmasını nəzərdə tutan tədbirlərin həyata keçirilməsi və ölkədə alternativ enerji mənbələrinin potensialının müəyyənləşdirilməsi istiqamətində elmi-tədqiqat işlərinin aparılması və sair.



Bakıda alternativ enerjidən istifadə edilməklə binalar qızdırılır?



Dövlət Proqramında bir məqam da diqqətimizi çəkdi. Məsələn, 2005-2007-ci illərdə görüləcək dövlət əhəmiyyətli tədbirlərdən biri də Abşeron yarımadasında, Mil-Muğan düzənliyində və Naxçıvan MR-da binaların qızdırılması və isti su təchizatı üçün günəş kollektorlarının tətbiqi nəzərdə tutulub. Bakıda və ətraf rayonlardakı qəsəbələrdə yaşayan sakinlərdən evlərində günəş batareyası ilə qızdırılan istilik sistemlərinin, yaxud isti su ilə təchiz olunduqlarını soruşduq, lakin «hə» deyən tapmadıq. 



Xəzər dənizində niyə külək generatorları quraşdırılmır?



Ən maraqlısı, bilirik ki, Xəzər dənizi ən küləkli su hövzələrindəndir. SOKAR dənizçilərinin başına açılan çoxsaylı faciələrin, estakadaların uçurulmasının… baiskarı olan güclü küləklərin şahidiyik. Və Xəzərdə il boyu güclü külək əsir. Elə isə, neftçıxarmada istifadə olunan estakadaların üzərində külək generatorları quraşdırmaqla ən azından, həmin platformaların işıqlandırmasını və digər sistemlərin ilbou külək enerjisi ilə təmin edilməsi niy2ə mümkünsüzdür? Elə maraqlısı da budur ki, Dövlət /Proqramında belə bir tədbir də nəzərdə tutulub. Belə ki, dəniz-dalğa enerji potensialının elektrik enerjisinə çevrilməsi istiqamətində elmi-tədqiqat işlərinin aparılması xüsusi ilə qeyd edilib. Amma çox təəssüflər olsun ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş məlum Dövlət Proqramındakı bu bəndin icrası ilə bağlı «28 may» və Neft Daşlarında çalışan digər strukturların işçilərindən belə faktın şahidi olduqlarını soruşsaq da «Yox!» cavabını aldıq. Bizə isə, ancaq təəssüflənmək qalır. Çünki təbiətin bizə bəxş etdiyi bu nemət də məsuliyyətsizliyimizin qurbanıdır, istifadə edilmir…



Bəs Dövlət Proqramının icrasına məsul nazirlik və şirkətlərin rəhbərləri niyə susur?



"Təzadlar"ın Araşdırma Qrupu


Teqlər:
Bu xəbər cəmi 5675 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR