Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:09 02/9/2018
______________________________
______________________________
Arzu Rəhimovdan ŞİKAYƏT VAR: SHXÇDX-nın Palkovniki Ramiz Mehdiyevə müraciət etdi-VİDEO
Vasif Turanın övladlarının ölümündən 7 il keçir-İstintaq nəyi gizlədir?
İlham Əliyev türkdilli dövlətlərin sammitində - FOTO

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Lal deputat” həbsin bir addımlığında: Kamaləddin Qafarovun faş olan cinayətləri - VIDEO

“Lal deputat” həbsin bir addımlığında: Kamaləddin Qafarovun faş olan cinayətləri - VIDEO


Milli Onkologiya Mərkəzində qanun pozuntuları normaya çevrilib. Sanki MOM rəhbərliyi tərəfindən tənqidlərə və faktların tirajlanmasına qarşı imunitet yaranıb. MOM rəhbərliyi artıq tender qanunvericiliyini də pozur. Bununla bağlı cumhuriyyet.az media araşdırmalarına əsasən bildirir ki, Milli Onkologiya Mərkəzi (MOM) avqustun 3-də “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair 10 mln. 120 min manatlıq ($5 mln. 952 min) müqavilə imzalayıb. Bu, tərəflər arasında bu məqsədlə imzalanmış sayca beşinci oxşar müqavilədir, baxmayaraq ki, müalicə müəssisəsi cəmi bir alqı-satqı müsabiqəsi keçirib.

Bu ilin yanvarından MOM “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair ümumi dəyəri 29 mln. 617,6 min manat ($17,4 mln.) olan müqavilələr imzalayıb. Müstəqil jurnalist araşdırmaları nəticəsində müəyyən edilib ki, MOM-da müayinə və müalicə pulsuz deyil və xərçəng xəstələri hər müalicə kursuna görə bir neçə min manat pul xərcləyir. Cumhuriyyet.az xatırladır ki, qanunvericiliyə uyğun olaraq, müqavilə predmetinin müxtəlif yerlərə bölünməsi cinayət əməlidir və cəza tədbirlərindən biri iki ilə qədər həbsdir, əgər dövlətə ziyan xüsusilə iri məbləğdədirsə, bu müddət iki dəfə artırılır. Bu il MOM və “Azeri Med” MMC arasında ümumilikdə 43 mln. 170 min manatlıq ($25,4 mln.) 11 alqı-satqı müqaviləsi imzalanıb. Xatırladaq ki, “Azeri Med” MOM-nin baş direktorunun müavini, Milli Məclis üzvü Kamaləddin Qafarova məxsusdur.



Milli Onkologiya Mərkəzinin (MOM-un) yuxarıda qeyd edilən əməli Cinayət Məcəlləsinin 308-2-ci maddəsinin (maddə 308-2. Satınalma prosedurları keçirilmədən dövlət vəsaitlərini xərcləmə və ya dövlət satınalmalarını qanunsuz keçirmə) tərkibini yaradır.

Cinayət Məcəlləsinin həmin (308.2.) maddəsində deyilir:

308-2.1. Satınalan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən bağlanılmış müqavilələr əsasında dövlət vəsaitlərini xərcləmə və ya malların (işlərin) satın alınmasını “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender üsulu ilə həyata keçirilməli olduğu halda, digər satınalma metodlarından qanunsuz istifadə etmə, bu əməllər xeyli miqdarda ziyan vurduqda – cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

308-2.2. Satınalan təşkilat tərəfindən hər hansı digər satınalma metodlarından istifadə etmək üçün məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə bir büdcə ili ərzində müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına malların (işlərin və xidmətlərin) satın alınmasını ayrı-ayrı müqavilələrə bölmə, bu əməllər xeyli miqdarda ziyan vurduqda –

cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yuxarıda cumhuriyyet.az olaraq təqdim etdiyimiz araşdırmaa həmçinin o da qeyd edilir ki: “Bu il MOM və “Azeri Med” MMC arasında ümumilikdə 43 mln. 170 min manatlıq ($25,4 mln.) 11 alqı-satqı müqaviləsi imzalanıb. Xatırladaq ki, “Azeri Med” MOM-nın baş direktorunun müavini, Milli Məclis üzvü Kəmaləddin Qafarova məxsusdur. Hesab edirəm ki, bu yuxarıda qeyd edilən fakt da Cinayət Məcəlləsinin 308-2.-ci maddəsinin digər bəndlərinin tərkibini yaradır.

308-2.3. Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol vermə, bu əməllər xeyli miqdarda ziyan vurduqda – cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

308-2.4. Bu Məcəllənin 308-2.1-ci, 308-2.2-ci və 308-2.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurduqda – cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:

1. Bu Məcəllənin 308-2.1-ci, 308-2.2-ci və 308-2.3-cü maddələrində “xeyli miqdar” dedikdə, əlli min manatdan iki yüz əlli min manatadək olan məbləğ, 308-2.4-cü maddəsində “külli miqdar” dedikdə isə iki yüz əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.

2. Bu Məcəllənin 308-2.1-ci, 308-2.2-ci və 308-2.3-cü maddələrində “satınalan təşkilat” dedikdə, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müəssisə və təşkilatlar başa düşülür.

Əlavə olaraq cumhuriyyet.az olaraq onu da bildirək ki, “Milli Onkologiya Mərkəzində baş verən qanunsuzluqları dəfələrlə “Facebook” sosial şəbəkəsində olan səhifəmdə və kütləvi informasiya vasitələrində işıqlandırmış ictimayətin diqqətinə çatdırmışam. Yüzlərlə insan orada baş verən qanunsuzluqları (müalicə pulsuz olsa da, onlardan müayinə və mualicəyə minlərlə manat pul vəsaitinin alınması, dəfələrlə bilə-bilə yanlış “diaqnoz”ların qoyulması və.s) təsdiq edən şərhlər yazmışdır (hətta sosial şəbəkələrdə bu faktları təsdiq edən videolar belə yayımlanmışdı). Həmin şərhlərə diqqət yetirilərsə görünər ki, MOM-un fəaliyyətində yüzlərlə cinayət tərkibli əməl mövcuddur. Hətta bu hal Sizlərə daha dəqiq məlum olsun deyə o şərhləri kitab şəklində yığaraq faktın araşdırlması üçün Sizə göndərmişəm. Lakin tərəfinizdən heç bir araşdırma aparılmamış, hətta müraciətlərimə belə cavab verilməmişdir. Bu faliyyətsizliyin nəticəsidir ki, hələdə MOM-da cinayət xarakterli hallar davam etməkdədir. Cinayət Məcəlləsinin 308-2.3 maddəsinə əsasən, bir biri ilə əlaqəli şəxsləri alqı-satqı proseduruna buraxanlar 2 ildən 4 ilə qədər azadlıqdan məhrum edilə bilər.



Xeber-xetti.com


Teqlər:
Bu xəbər cəmi 5390 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR