Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:09 02/9/2018
______________________________
______________________________
Arzu Rəhimovdan ŞİKAYƏT VAR: SHXÇDX-nın Palkovniki Ramiz Mehdiyevə müraciət etdi-VİDEO
Vasif Turanın övladlarının ölümündən 7 il keçir-İstintaq nəyi gizlədir?
İlham Əliyev türkdilli dövlətlərin sammitində - FOTO

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

GÜLTƏKİN HACIBƏYLİ HAKİMİYYƏTİ GƏNCƏ HADİSƏLƏRİNDƏN DƏRS GÖTÜRMƏYƏ SƏSLƏDİ:"Bu, təhlükəli tendensiyanın başlanğıcıdır"

GÜLTƏKİN HACIBƏYLİ HAKİMİYYƏTİ GƏNCƏ HADİSƏLƏRİNDƏN DƏRS GÖTÜRMƏYƏ SƏSLƏDİ:


Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, sabiq deputat Gültəkin Hacıbəyli "Strateq.az”-a müsahibəsində Azərbaycanda baş verən son olaylara – Mingəçevirdə yaranan enerji böhranına, Gəncədə icra başçısı Elmar Vəliyevə qarşı həyata keçirilən sui-qəsdə və polis zabitlərinin qətlə yetirilməsinə müxalifətin münasibətini açıqlayıb. O, həmçinin təmsil etdiyi təşkilatın yaranmış situasiyadan çıxış yolları barədə təkliflərini səsləndirib.

Gültəkin Hacıbəylinin müsahibəsini oxuculara təqdim edirik:



– Gültəkin xanım, iyul ayının əvvəlində ölkədə baş verən hadisələr – elektrik böhranı, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd, ardınca polis zabitlərinin qətlə yetirilməsi ilə bağlı müxalifətin ümumi mövqeyi nədən ibarətdir? Sizcə, bu hadisələrin əsas qaynağı nədir?



– İyul ayının 2-dən 3-ə keçən gecə Azərbaycanda baş verən enerji böhranına əsas səbəb "Azərenerji” ASC-də tüğyan edən korrupsiya və yarıtmaz idarəçiliklə bağlıdır. Gəncədə icra başçısı Elmar Vəliyevə qarşı su-qəsd isə, ümumiyyətlə, odioz məmurların fəaliyyətini gündəmə gətirdi. Burada söhbət nə Etibar Priverdiyev, nə də Elmar Vəliyev "fenomeni”ndən getmir. Məsələ bütövlükdə Azərbaycanda idarəetmənin böhran vəziyyətdə olması ilə bağlıdır.



Ölkənin enerji təsərrüfatı milli təhlükəsizlik mahiyyəti daşıyan bir sistemdir. Ərazisinin 20 fazi işğal altında olan, düşmənlə üz-üzə dayanan bir ölkədə elektrik sisteminin qısa fasilələrlə iki dəfə çökməsi, döyüşdə məğlubiyyətə bərabər hadisədir. Əgər ölkənin enerji sistemi bu qədər bərbad vəziyyətdə idarə olunursa, düşmənin hər hansı həmləsinin olacağı şəraitdə ölkədə nələr yaşanacağını təsəvvürə gətirmək belə, qorxuncdur. Bu baxımdan, ölkədə çox ciddi təhlükəsizlik və idarəetmə problemi var.



Elmar Vəliyevin həyatına qarşı təşkil edilən sui-qəsd isə dediklərimizi daha da qüvvətləndirir. Elmar Vəliyev zalım və odioz məmur tipiylə, əslində Azərbaycanda idarəetmənin bir simasıdır. Təsadüfi deyil ki, o, hakimiyyətin ən çox sevdiyi icra başçılarından bəlkə də birincisi idi. Bu hadisədən 6 ay öncə ən yüksək dövlət təltiflərindən birini almışdı və onun işini başqa icra başçılarına nümunə göstərirdilər.



Bu baxımdan, Elmar Vəliyevə qarşı sui-qəsd əslində Azərbaycanda həyata keçirilən yarıtmaz idarəçiliyə qarşı demarşdır, əzələ nümayişidir.



– Eyni zamanda, yəqin, razılaşarsınız ki, bu, həm də cəmiyyət üçün yüksək təhlükə törədən cinayət hadisəsidir… 



– İnsan həyatına qarşı sui-qəsddən söhbət gedirsə, əlbəttə, bu, bir cinayətdir və kriminal hadisədir. Onu həyata keçirən qanun qarşısında cəzalandırılmalıdır. Amma bu hadisədə təkcə kriminalı görüb, onu doğurmuş ictimai-siyasi səbəbləri unutmaq Azərbaycan hakimiyyəti üçün daha təhlükəlidir. Çünki bu hadisə hakimiyyət nümayəndələri tərəfindən vətəndaşlara qarşı alçaldıcı münasibətin doğurduğu fəsad idi.



Azərbaycan hakimiyyəti bu hadisənin üzərində çox ciddi düşünməlidir. Hökumət düşünməlidir ki, insanlar niyə əllərində silah bu yola getmək məcburiyyətində qalıblar. Axı ölkədə hər bir məmurun, icra başçısının qanunsuz əməllərindən şikayət etmək üçün qanuni mexanizmlər olmalıdır və onlar işləməlidir. İnsanlar yerli məmurlardan Prezident Administrasiyasına, məhkəmələrə şikayət edə bilməlidirlər. Ancaq məsələnin ən ağrılı tərəfi ondan ibarətdir ki, hakimiyyət öz fəaliyyəti ilə bu qanuni yolların hamısını qapayıb. Prezident Administrasiyasına göndərilən şikayətlərin hamısı yenidən təkrar elə şikayət olunan qurumların üstünə qaytarılır. Beləliklə, həmin məmurlar bu dəfə şikayət edən insanlarla daha sərt, daha qəddar davranırlar, onları cəzalandırırlar.



Məhkəmələrə gəlincə, Azərbaycanda məhkəmə hakimiyyəti çoxdan öz müstəqilliyini itirib. Məhkəmələr ədalət mühakiməsi funksiyasından məhrum olub. Onlar insanların "alver məkanı” kimi tandığı ünvanlara çevrilib. Məhkəmələrdə ədalətin ölməsi insanlarda dövlətə qarşı inam hissinin ölməsinə gətirib çıxarıb. Bunun ağır nəticələrini artıq hakimiyyət özü də hiss edir.



Hesab edirəm ki, Gəncədə baş verən olayın timsalında bu sistemdə olan nöqsanlar, boşluqlar da əyani şəkildə üzə çıxdı.







– Necə düşünürsünüz, hər iki hadisənin ölkədə yaratdığı situasiyadan hakimiyyətin çıxmaq cəhdləri uğurla nəticələndimi?



– Mən bunu hələ görmürəm. İstərdim ki, hakimiyyət buna qədər atdığı yanlış addımların doğurduğu acı reallıqlardan düzgün nəticə çıxarsın. Amma hələ ki, bu görünmür. Birincisi, bu günə qədər Azərbaycanda enerji təhlükəsizliyi problemi həllini tapmayıb. Bildiyimə görə, Rusiyadan hələ də elektrik enerjisi idxal edirik. Başqa tərəfdən, enerji sektoruna yönəldilmiş milyardlarla dövlət vəsaitinin mənimsənilməsindən söhbət gedir. Azərbaycanda neft gəlirlərinin əhəmiyyətli bir hissəsi xərclənib. Bundan sonra yenidən enerji sektoruna milyardlarla vəsaitin yönəldilməsi xalqın gələcəkdə inkişaf perspektivlərinin qarşısını almaq deməkdir.



– Bəs nə etmək lazımdır, Sizcə? 



– Çıxış yolu kimi, onu deyə bilərəm ki, bu sahədə baş verən korrupsiya halları dərhal araşdırılmalıdır. Vəsaitləri mənimsəyən korrupsioner məmurlara qarşı cinayət işləri qaldırılmalıdır. Onların ölkədən oğurladıqları vəsaitlər büdcəyə qaytarılmalıdır. Energetika sektoru bu yolla ayağa qaldırıla bilər. Amma təəssüf ki, biz bunun işartılarını görmürük. Baxın, Etibar Priverdiyevə "utanmalısız” danlağından başqa heç bir cəza tədbiri tətbiq olunmayıb. Böhranda ondan da çox məsuliyyəti olan "Azərişıq” ASC-nin prezidenti Balababa Rzayevə qarşı da heç bir tədbir görülməyib. Beləliklə, böhranın və onun fəsadlarının aradan qaldırılması üçün mən ciddi iradə nümayişi görmədim.



– Elmar Vəliyevə qarşı sui-qəsd olayı ilə bağlı atılan addımlar barədə də həmin fikirdəsiz?



-Elmar Vəliyevə qarşı sui-qəsd hadisəsində də, təxminən, eyni vəziyyət mövcuddur. Hakimiyyət burada da problemlərin həlli yollarını axtarmaq əvəzinə, bir müddət eskalasiya yolunu tutdu. Bu hadisəni gah İran, gah Rusiya, gah Səudiyyə Ərəbistanı və s. kimi ölkələrin xüsusi xidmət orqanlarına bağlamağa çalışdılar. Həmçinin dini faktorla əlaqələndirdilər…



– Siz hesab edirsiniz ki, hadisədə bu faktorların hər hansı rolu olmayıb?



– Mən bu faktorları istisna etmirəm. Bütün versiyalar istintaq tərəfindən araşdırılmalı, təhlil edilməlidir. Amma bu hadislərdə adi gözlə görünən reallıq ondan ibarətdir ki, Gəncə camaatı Elmar Vəliyevin əməllərindən cana doymuşdu. Təhqir edilən, alçaldılan, evləri başına uçurulan gəncəlilərin bu hadisəyə münasibətindən bir nəticə çıxarılmalıdır. Hakimiyyət məhz buradan çıxış edərək yoluna davam etməlidir. Təəssüflər olsun ki, hələlik bu istiqamətdə hərəkət yoxdur.



– Müxalifət hakimiyyətdən nə tələb edir? Sizcə, nə etməlidir iqtidar?



– İlk növbədə dövlət idarəetmə sistemində ciddi islahatlara başlamaq lazımdır. İnsanlar arasında nüfuzunu itirmiş, onları aşağılayan icra başçıları vəzifədən çıxarılmalıdır. Onların yerinə cəmiyyətdə nüfuzu olan, əhalinin sayıb-seçdiyi adamlar vəzifələrə təyin olunmalıdırlar. Bu məmurların da qarşısında konkret olaraq insanların problemlərini həll etmək kimi tapşırıqlar qoyulmalıdır. Təəssüflər olsun ki, problemləri doğuran səbəbləri araşdırmaq əvəzinə, nəticələrlə mübarizə aparmaq yolu tutulub. Kütləvi həbslər, cinayəti törətməkdə şübhəli olan şəxslərə qarşı aşırı zor tətbiqi çıxış yolu deyil.



– Müxalifət dərhal hadisələrə reaksiya verdi. Həmin gün verilən reaksiyaları hadisəyə nə dərəcədə adekvat sayırsınız?



– Müxalifət proseslərin iştirakçısı olmadı. Biz hadisələri kənardan, amma çox diqqətlə müşahidə etdik. Bizim borcumuz, əlbəttə ki, ölkədə baş verən önəmli ictimai-siyasi hadisələrə münasibət bildirməkdən ibarətdir. Bu, bizim siyasi missiyamızın tərkib hissəsidir. Bizim qiymətləndirməmiz üçün obyektiv məlumatımız çox az idi. Bu günə qədər də Gəncə hadisələri ilə bağlı yetərli məlumatlara malik deyilik. Hüquq-mühafizə orqanları məlumatların üzə çıxmasında yox, onların gizlədilməsində maraqlıdırlar. Bu da ciddi suallar doğurur. Bu hadislərdə mənim diqqətimi çəkən məqamlar oldu. Biz Milli Şura olaraq bu hadisələrə ən düzgün və obyektiv münasibət bildirən təşkilat olduq. Biz zorakılığı ilk gündən qınadıq, ona dəstək vermədik. Görünür, hakimiyyət üçün də bu mövqe haradasa bir sürpriz oldu. Biz hakimiyyətin zülmünə qarşı insanların dinc etirazlarını tam şəkildə dəstəkləyirik. Amma bu etirazların zorakı xarakter almasını qəti şəkildə qəbul etmirik. Bu gün də bu mövqedəyik ki, vəziyyətin nə qədər ağır olmasına baxmayaraq, problemlərin həlli zorakılıqdan yox, dinc mübarizədən keçir.



– Müşahidə etdik ki, sosial şəbəkələrdə Milli Şuranın mövqeyinə qarşı çox ciddi etirazlar oldu…



– Sizinlə razıyam. Təəssüflər olsun ki, bizim bu mövqeyimiz vətəndaşlarımız tərəfindən arzuladığımız səviyyədə dəstəklənmədi. Əksinə, biz bu mövqeyə görə qınandıq…



– Səbəb nədir?



– Səbəb çox təhlükəli proseslərdən xəbər verir. Azərbaycanda xalq hakimiyyətin islah olunacağına, demokratik dəyişikliklərə gedəcəyinə, dinc keçidin baş verəcəyinə inamını itirib. Biz bu simptomları çoxdan hiss etmişik. ABŞ Dövlət Departamenti hələ 2003-cü ildə Azərbaycanda hakimiyyətin dinc yolla dəyişdirilməsi imkanlarının itirildiyini açıqlamışdı. Əslində vəziyyətin ən obyektiv qiymətləndirilməsi də budur. Görünür, Azərbaycan xalqı özü də artıq bu qənaətə gəlib. Bu, çox təhlükəli tendensiyanın başlanığıcıdır.



Belə vəziyyətin yaranmasının birinci günahkarı hakimiyyətin özüdür. Cəmiyyətdəki protest enerjisi heç zaman itmir. İşsizlikdən, yoxsulluqdan əziyyət çəkən, çıxış yolu tapa bilməyən insanların çarəsizliyi getdikcə nifrət enerjisinə çevrilir. İnsanlar vaxtaşırı olaraq seçki yolu ilə öz istəklərini reallaşdıra bilmirlər. Bu, o demək deyil ki, narazılıq itir – o, toplanır və günün birində partlayış həddinə gəlib çıxır. Bu da ölkə üçün çox pis tendensiyaların başlanığıcına gətirib çıxarır. Necə ki, onların nəticələrindən birini Gəncədə gördük.



Mənim nəzərimdə, Elmar Vəliyevin vurulmasından daha təhlükəli faktor, insanların icra başçısına güllə atan şəxsi tam şəkildə dəstəkləməsidir. Fikir verdinizsə, heç kim Yunisi törətdiyi əməlinə görə qınamadı. Biz Azərbaycan müxalifəti olaraq hadisəni pisləməyimizlə cəmiyyətin qınaq hədəfinə çevrildik. Məncə, hakimiyyət bundan çox ciddi nəticələr çıxarmalıdr.



– Milli Şura yaranmış vəziyyətdən çıxış yolu kimi ictimaiyyətə təkliflər paketi təqdim etməyi düşünürmü?



– Biz, əslində gündəlik fəaliyyətimizdə mütəmadi olaraq belə təkliflərlə çıxış edirik. Bizim əlimizdən siyasi fəaliyyət imkanları alınıb, siyasət məkanı məhdudlaşdırılıb. Biz yalnız sosial şəbəkələr üzərindən cəmiyyətə, insanlara xitab edə bilirik. Baxmayaraq ki, bu hadisələrə görə cəmiyyətin bir hissəsindən təpki almışıq. Amma zorakılıqla, silah gücünə siyasi istəklərin həyata keçirilməsinə qarşıyıq. Bu, düzgün yol deyil, Azərbaycanı uçuruma sürükləyən bir yoldur. Məncə, bu hadisələrdən sonra həmin qəzəbli insan kütləsi də prosesləri soyuq başla təhlil etsə, görər ki, bu istiqamət Azərbaycanı uğura aparmır.



Başqa tərəfdən, bizim iradəmizin kənarında bu əhval-ruhiyyə varsa, o, yenidən fəsadlar törədə bilər. Azərbaycan hakimiyyətinin ən ümdə vəzifəsi bu əhval-ruhiyyənin aradan qaldırılmasından ibarət olmalıdır. Bunu da həyata keçirməyin yolu Azərbaycanda sıradan çıxarılmış dövlət mexanizmini yenidən işlək vəziyyətə gətirməkdən ibarətdir.



İlk növbədə, məhkəmə hakimiyyətinə inam bərpa olunmalıdır. Bu sistemin bərpa olunmayacağı günə qədər Azərbaycanın gələcəyini çox ciddi təhlükələr gözləyir.



Digər tərəfdən, dövlət aparandan təcili islahatlar aparılmalıdır. Siyasi islahatlar həyata keçirilməlidir. Siyasi fəaliyyət meydanı qapadılanda zorakılıq, silah meydanı genişlənir. Mübarizə sivil qaydada, siyasi qaydalar çərçivəsində aparılmalıdır. Bu gün siyasi partiyaların fəaliyyəti dissident klublarını xatırladır. Parlamentdə müxalifət yoxdur, ölkədə siyasi mədəniyyət, debatlar aradan qaldırılıb. Nə qədər ki, siyasi müstəvi bərpa olunmayıb, normal seçkilər keçirilməyib, müxalifətin səsi, xalqın istək və arzuları parlamentdən səsləndirilməyib, zorakılıq – dini zəmində hansısa təxribatların baş verməsi üçün münbit şərait olacaq. Məhkəmələrin, haqq-ədalətin qapıları bağlananda, insanların üzünə həmişə açıq olan bir qapı var – Allahın və dinin qapısı. Azərbaycan hakimiyyəti bu gün insanları məcburən dini radikalizmə sürükləyir. Xüsusən, ölkədə təhsilin səviyyəsini nəzərə alsaq, yoxsulluq, işsizlik həddinə baxsaq, görərik ki, Azərbaycanda dini radikalizmin vüsət almasına həddən artıq münbit şərait var.



– Baş verən hadisələrlə bağlı səsləndirilən versiyalardan birində deyilir ki, Azərbaycan hakimiyyətini artıq dini radikallarla toqquşdurmaq cəhdlərinə başlanılıb. Siz necə, belə bir cəhdi müşahidə edirsinizmi?



– Mən hadisələrə fərqli bucaqdan baxıram. Əvvala, istintaqın cəmiyyətə verdiyi məlumatlar azdır və biri-birini təkzib edir. Biz Gəncədə nələr baş verdiyini təfərrüatı ilə bilmirik. Məlumatımız az olduğu üçün, təbii ki, təhlilimiz də geniş və hərtərəfli ola bilməz. İndiyədək əlimizdə olan informasiyaları təhlil edərkən, gəldiyim qənaət ondan ibarətdir ki, hadisələrdə xarici faktorlardan daha çox, hakimiyyətin özünün dini radikalizm məsələsini gündəmə gətirmək niyyəti görünür. Uzun illər hakimiyyət Qərbi, Azərbaycanda dini radikalizm təhlükəsinin böyük olması ilə qorxudub. Ən yüksək səviyyədə bəyan olunub ki, bu hakimiyyət olmasa, ölkəni saqqallılar başına götürər. Nardaran hadisələri baş verən zaman hakimiyyət bundan yararlanmağa çalışdı. Amma beynəlxalq təşkilatların, ABŞ Dövlət Departamentinin bu hadisələrə verdiyi obyektiv qiymətləndirmədə olayların gerçək mahiyyətinin açıqlanması hakimiyyətin "kozırını” əlindən aldı. Bu gün artıq dünyanı dini radikalizm təhlükəsinə inandırmaq asan deyil. Başqa tərəfdən, hazırda Azərbaycanda dini radikalizmin dərinləşməsində maraqlı olan ölkələrin bir fəallığını görmürəm. Rusiya Ermənistanın müstəqil davranışlarına göz yummaq zorundadır, Paşinyan NATO ilə münasibətləri dərinləşdirir, Avropa Birliyi ilə strateji əlaqələr qurur, İranın başı öz problemlərinə qarşıb… Təbii ki, əlimizdə dolğun informasiyalar olmadıqca, heç bir variantı nəzəri baxımdan istisna edə bilmərik. Bir daha deyirəm, Gəncə olayları xarici faktordan daha çox, daxili faktorlarla bağlıdır. Onun səbəbləri məmur özbaşınalığı və idarəetmə böhranıdır.



– Belə bir qiymətləndirmələr də var ki, sözügedən hadislərədən sonra Azərbaycan daha əvvəlki Azərbaycan deyil. Həm cəmiyyət, həm hakimiyyət, həm də müxalifət üçün yeni çağırışlar var. Müxalifət bu yeni çağırışlara hazırdırmı?



– Bu, çox önəmli sualdır. Bizi düşündürən, əslində budur. Məlumdur ki, beynəlxaq konyuktura bizim iradəmizin kənarındadır, ona təsir etmək imkanımız yoxdur. Amma fəaliyyətimizi dəyişmək, təkmilləşdirmək bizim özümüzdən aşlıdır. Biz çalışırıq ki, müasir dövrün çağırışlarına uyğun olaraq öz fəaliyyətimizi quraq. İnsanların dəyişən əhval-ruhiyyəsinə, eyni zamanda dəyişən beynəlxalq vəziyyətə uyğunlaşmağa çalışırıq. Hazırda gəldiyimiz ümumu qənaət bundan ibarətdir ki, biz istənilən halda Azərbaycanda avtoritarizmdən demokratiyaya keçidin dinc, sivil, konstitusion qaydada baş tutmasına alternativ yol görmürük. Bizim mübarizəmiz yalnız qanun çərçivəsi ilə müəyyənləşir.



Başqa tərəfdən, biz cəmiyyətin proseslərə daha aktiv qoşulması üçün fəaliyyətimizdə də dönüş yaratmaq istəyindəyik, axtarışdayıq. Cəmiyyətdə insanların da öz gücünə inamının artması müşahidə olunur. Mən bunu daha çox Ermənistanda baş verən dəyişikliklərlə əlaqələndirirəm. Gürcüstandan sonra, düşmən də olsa, qonşu ölkədə hakimiyyətin demokratik yolla dəyişdirilməsi insanlarımızda inam yaradıb. Hamı gördü ki, bir icra başçısını sıradan çıxarmaq ölkədəki vəziyyəti dəyişməyə kömək edə bilməz. Ölkədə vəziyyət sui-qəsdlərlə, silahların işə düşməsi ilə deyil, xalqın öz hüquqları uğurunda kütləvi şəkildə, dinc mübarizəyə qalxması ilə dəyişə bilər. Bu baxımdan, nikbinəm: ümid edirəm ki, tez bir zamanda xalqla müxalifət arasında arzuladığımız dialoqu qura biləcəyik.



Xeber-xetti.com


Teqlər:
Bu xəbər cəmi 760 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR