Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:09 02/9/2018
______________________________
______________________________
Arzu Rəhimovdan ŞİKAYƏT VAR: SHXÇDX-nın Palkovniki Ramiz Mehdiyevə müraciət etdi-VİDEO
Vasif Turanın övladlarının ölümündən 7 il keçir-İstintaq nəyi gizlədir?
İlham Əliyev türkdilli dövlətlərin sammitində - FOTO

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Əbülfəs Qarayevin işçiləri hara baxır?

Əbülfəs Qarayevin işçiləri hara baxır?


Ağdamın Mahrızlı kəndi cəbhənin təmas xəttinə yaxın yaşayış məntəqələrimizdəndir. Buradan döyüş mövqeyinə qədər olan məsafə cəmi 2 km təşkil edir.



Mahrızlının adı hələ SSRİ dövründə, bu kəndin 20 yaşlı gəncinin misli görünməmiş qəhrəmanlığı ilə dünyaya tanınıb. Bu gün Mahrızlı kənd orta məktəbi həmin əfsanəvi qəhrəman Rahib Məmmədovun adını daşıyır. Məktəb binasının yanında isə Rahib Məmmədovun adı verilmiş Döyüş Şöhrəti Muzeyi fəaliyyət göstərir.



Bizi bura gətirən əsas səbəb də məhz bu muzey haqqında eşitdiklərimiz oldu. Rahib Məmmədovla bərabər, Qarabağ döyüşlərinə aid eksponatların da burada toplanması marağımızı bir qədər də artırdı.



Muzeylər təbliğatın ən effektiv üsulu hesab olunur. Buradakı eksponatlara baxmaqla da hadisələr barədə daha dəqiq informasiya almaq olur. "Yüz eşitməkdənsə bir dəfə gör!" misalında deyildiyi kimi, təəssüratlar daha təsirli olur. Ona görə də erməni vandalizminin dünyaya çatdırılmasında bu muzeyin fəaliyyətini yüksək qiymətləndirmək lazımdır.



Muzeyin bələdçisi, həm də Rahib Məmmədovun bacısı Amilə Muradova əvvəlcə qardaşının dünyaya səs salan qəhrəmanlığından danışır: "1967-ci il təvəllüdlü Mahrızlı kənd sakini Rahib Məmmədov qonşu Gürcüstan Respublikasında SSRİ Silahlı Qüvvələrinin tərkibində xidməti vəzifəsini yerinə yetirirdi. 1987-ci ildə Gürcüstanda baş verən təbii fəlakət nəticəsində Xobi rayonunun Çaladidi kəndi suyun altında qalır. Kəndin mülki sakinləri isə selin caynağında əsirə çevrilir. Həmin vaxt 20 yaşlı Rahib Məmmədov 28 nəfər gürcünün həyatını xilas edib".



"Son anda Rahib Məmmədov qarşıdakı körpüyə qalxmaq istəyərkən heyəti olduğu "ZDM"-i sel itələyir. O, texnika ilə dəmir maneə arasında qaldığından ölümün caynağından xilas ola bilmir, qəhrəmancasına həlak olur. Ölümündən sonra o, SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 iyul 1987-ci il tarixli Fərmanı ilə "Qırmızı Ulduz" ordeni ilə təltif edilir", — qəhrəmanın bacısı deyir.



R.Məmmədovun bu şücaəti Azərbaycan və Gürcüstan xalqları arasında dostluq münasibətlərinin timsalına çevrilib. Yerli sakinlər hələ də baş verən fəlakət zamanı azərbaycanlı əsgərin göstərdiyi qəhrəmanlıqdan danışır, xatirəsini həmişə əziz tuturlar. R.Məmmədov həlak olan gün kənddə doğulmuş oğlan uşağını qəhrəmanın şərəfinə Rahib (Rahib Çanturiya) adlandırıblar.



Mahrızlıda R.Məmmədovun adını daşıyan muzeyə sonralar Ermənistan törətdiyi ədalətsiz müharibənin dəhşətlərini əks etdirən eksponatlar da əlavə olunub. İndi burada Rahib Məmmədova aid eksponatlarla yanaşı Qarabağ döyüşlərini xatırladan əşyalar da var.



Muzeydə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş sıravi Vəliyev Elmdar Əli oğlunun rəssam fırçası ilə çəkilmiş portreti və şəxsi əşyaları da yerləşdirilib. "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunması barədə Respublika Prezidentin Fərmanından çıxarış, avtomat və pulemyot güllələri, hərbi geyimində istifadə etdiyi kəməri, cib darağı, həmçinin sinəsindən çıxarılan qəlpə şəhidimizin muzeydəki yadigarlarıdır.



Muzeydə müharibənin dəhşətlərini əks etdirən çoxlu sayda eksponat var ki, onlardan da ən çox təsirlisi isə qanlı xərəkdir. 1992-ci ildə istifadə müharibədə istifadə olunmuş xərək indi o məşum hadisələrin şahidi muzeydə saxlanılır.



Muzeyin bələdçisi Mahrızlıya düşən ilk mərmini də bizə göstərir: "1994-cü ildə ilk dəfə Mahrızlı kəndinə atılan bu mərmi şəxsi evlərdən birinə düşüb, nəticədə Xasməmmədov Siyasət şəhid olub. Sonralar atılan top mərmisi, ermənilərin Qarqar çayından su ilə axıtdıqları qumbaraatan mərmisi, aprel döyüşlərində düşmənin kəndimizə artilleriya qurğularından buraxdığı qəlpələri də muzey eksponatları sırasına daxil etmişik".



Qarabağ əlili Saleh Camaloğlunun zirehli köynəyi də muzey əşyaları arasında maraqla qarşılanır. Muzeydə, həmçinin 1941-1945-ci illərə də aid eksponat da var. Kənd sakini Məmmədova Leyla müharibədən gətirilən dəbilqəni də muzeyə təhvil verib.



Muzey bələdçisi deyir ki, balaca məktəblilər də mütəmadi olaraq muzeyi ziyarət edirlər: "Gələn uşaqlar Xocalı faciəsi, aprel döyüşləri, Qarabağ müharibəsi haqqında məlumatlar alır, Raqub Orucov, Rasim Məmmədov kimi şəhidlərimizi tanıyırlar. Muzeyə gələnlərin diqqətini daha çox sıra ilə kağız üzərinə bənd edilmiş avtomat güllələri cəlb edir. 90-cı illərdə döyüşə gedən əsgərlər adlarını kağıza yazıb gilizlərin içinə qoyaraq üzərilərində gəzdiriblər. Şəhid olarkən həmin gilizlərlə tanınacaqlarını ümid ediblər".



Milli qəhrəmanımız Mübariz İbrahimovun şəxsi idman alətləri də eksponatlar arasında yer alıb. Bələdçi bildirir ki, onlar muzeyə qəhrəmanın ailəsi tərəfindən hədiyyə edilib.



Muzey eksponatları arasında şəhid Səyyaf Məmmədova aid tarın da özünə məxsus yeri var.



Amilə Muradova qeyd edir ki, muzeydə 3000-ə yaxın eksponat toplanıb. Ancaq tərtibat olmadığına görə eksponatları nümayiş etdirmək mümkün deyil: "Şəhid ailələrinin muzeyə təhvil verdiyi əşyalar sərgi vitrini olmadığına görə qutu və torbalarda qalıb, nümayiş etdirə bilmirik. Təmirdən sonra buradakı eksponatların muzeyşünaslığın tələblərinə uyğun düzgün tərtibatı aparılmalıdır. Ondan sonra muzeyin eksponatlarının sayı artırılacaq, aprel döyüşlərində yığdığımız qəlpələri, mərmiləri nümayiş etdirə biləcəyik".



Bələdçi onu da əlavə edir ki, hələ ötən ilin noyabrında məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə məktubla müraciət olunub. 2017-18-ci illərdə muzeydə tərtibatın təşkili barədə vəd verilsə də, indiyə qədər heç bir iş görülməyib.



Muzeydəki eksponatları yerdə, stul üstündə, qutu və çantalardı görmək heç də xoş təsir bağışlamır. Qarabağın ən qaynar nöqtəsində fəaliyyət göstərən bu muzeyə dəstək olmaq hər kəsin vətəndaşlıq borcu olmalıdır. Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq, Mədəniyyət Nazirliyinin muzeyin tərtibatına xüsusilə diqqət göstərməsi olduqca vacibdir.



Ümid edək ki, Mədəniyyət Nazirliyi qəhrəman Rahib Məmmədovun və şəhidlərimizin xatirəsinə ehtiram nümayiş etdirərək muzeyin tərtibatını qısa zamanda həyata keçirəcək.












Teqlər:
Bu xəbər cəmi 1280 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR