Xəbər Lenti

01:35 28/8/2019
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Təbrik edirik
Vətəndaş yeni nazirdən kömək istəyir. (VIDEO )
Vəkil Rövşən Qasımov  Paşinyanı yıxıb sürüdü
Rus Dram Teatrının qarşısı zəbt olunur .. BNA susur

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“CinemaPlus”da Frankfoniya kinofestivalı keçiriləcək – VİDEO

“CinemaPlus”da Frankfoniya kinofestivalı keçiriləcək – VİDEO


“CinemaPlus Azerbaijan” premium kinoteatrında aprelin 4-ü və 6-sı Frankfoniya kinofestivalı çərçivəsində “Adama” və “Anam və ailəmizin digər qeyri-adi üzvləri” filmlərinin nümayişi keçiriləcək. Festivalda filmlərdən öncə Fransa səfirliyinin nümayəndələrinin çıxışı olacaq.  



Aprelin 4-ü, saat 19:00-da Fransa istehsalı olan, Simona Rubinin “Adama” animasiya filminin nümayişi keçiriləcək. Format: 2D, fransız dilində ingilis subtitrləri ilə. Yaş məhdudiyyəti 0+. 



Qərbi Afrikanın uzaq bir kəndində 12 yaşlı Adama yaşayır. Nassarasların hökmranlıq etdiyi, sahil qayalarının o tayında, valehedici bir dünya var. O, ağsaqqalların qadağasına baxmayaraq, itkin düşən böyük qardaşı Sambanı tapmağa qərar verir.



Uşaq qətiyyəti ilə kişilik yolunda inkişaf edən Adama qardaşının axtarışına çıxır və bu yol onu dənizin o tayına, Şimala, Birinci Dünya Müharibəsinin cəbhə xəttinə gətirib çıxarır. Hadisələr 1916-cı ildə baş verir.



Aprelin 6-sı, saat 19:00-da İboyya Feketenin “Anam və ailəmizin digər qeyri-adi üzvlər” macar dramının nümayişi keçiriləcək. Dil: macar və ingilis. Subtitrlər: fransız. Yaş məhdudiyyəti 12+.



XX əsrin əvvəlindən 2000-ci illərə qədər dörd nəslin hekayəsini təqdim edən bir filmdir. Filmin əsas personaji 94 yaşlı Ana həyatında 27 dəfə bir yerdən o birinə köçüb. Narahat xarakterli bu qadın təhlükə anlayışı haqda xüsusi bir fikirə malikdir.



O, bu səbəbdən ətrafında cüzi təhlükə hiss etdikdə həyat yoldaşı və qızını ölkənin müxtəlif yerlərinə göndərir. Onların öhdəsinə XX əsrin hazırladığı gözlənilməz hadisələrə, iki dünya müharibəsinə, 1956-cı il hadisəsinə və digər dəyişikliklərə tab gətirmək düşəcək. Lakin bütün bunlara baxmayaraq, onlar ruh yüksəkliyini saxlayaraq, birgə əl-ələ köçürlər.



Giriş pulsuzdur. 



“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.


Teqlər:
Bu xəbər cəmi 1890 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR