Xəbər Lenti

01:35 28/8/2019
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Təbrik edirik
Vətəndaş yeni nazirdən kömək istəyir. (VIDEO )
Vəkil Rövşən Qasımov  Paşinyanı yıxıb sürüdü
Rus Dram Teatrının qarşısı zəbt olunur .. BNA susur

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycan filmlərində rol alan məmurlar - VİDEO

Azərbaycan filmlərində rol alan məmurlar - VİDEO


Azərbaycanda çəkilən film və seriallarda bəzən incəsənətdən uzaq simalara da rast gəlmək mümkündür.



Xeber-xetti.com report-a istinadən xəbər verir ki, onlar arasında sonradan rəsmi qurumda işləyən, yaxud filmə çəkilərkən dövlət qurumunda çalışan şəxslər də var.



Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov "Fransız” filmində epizodik bir rol olan Fransa səfirliyinin əməkdaşı obrazını canlandırıb.



Baş nazirin müavini Elçin Əfəndiyev "Dantenin yubileyi” filmində tamaşaçı rolunu ifa edib.



Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu "Qorxma, mən səninləyəm” filmində Teymur rolunu oynayıb.



Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli "Tütək səsi” filmində Tapdıq, "Əgər bir yerdəyiksə” filmində Məmməd, "Arxadan vurulan zərbə” filmində isə Fazil rolunda çıxış edib.



Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Biznesmen” filmində baş rolu canlandırıb.



"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin əməkdaşı Nadir Əzməmmədov "Sonuncu fəsil" serialında Mamed obrazında, "Vicdan haqqı" serialında Saleh Rzayev obrazında və "Nəsimi", "Qara Volqa", "Asif, Vasif, Ağasif","Od içində", "Yaramaz" filmlərində çəkilib.



"Azərbaycanfilm" kinostudiyasnın rəhbəri Müşfiq Hətəmov "Küçələrə su səpmişəm” filmində kuryer obrazını canlandırıb.



Dövlət işçisi olmasa da, tanınmış ictimai xadimlərdən Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın "Var olun, qızlar...” filmində Murad, "Xatirələr sahili” filmində isə redaksiya işçisi obrazını canlandırması maraqla qarşılanıb.


Teqlər:
Bu xəbər cəmi 2025 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR