Xəbər Lenti

11:33 19/2/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
14:24 17/2/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
00:03 17/2/2018
______________________________
______________________________
23:44 16/2/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
19:57 16/2/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
00:16 16/2/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Nəsimi rayon sakinləri Asif Əsgərovdan Prezidentə şikayət etdi - VİDEO
Rəna Süleymanova 18 saylı məktəbi bazara çevirib
Su Nəqliyyatında Polis idarəsi Neftçalada qara kürü və balıq bazarı açıb?
AzTV-də nə baş verir?

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bürclər-14 fevral

Bürclər-14 fevral


Qoç



Orada ki, iş işgüzar ünsiyyətə, işə və karyeraya aiddir,orada problemlər yaranmayacaq. Siz öz peşəkarlığınızı nümayiş etdirməyin üsulunu tapacaqsınız. Əgər sizə insanalarda xoş təəssürat yaratmaq lazımdırsa, görüşü günün ortasına təyin edin. Məhz bu zaman hər şey istədiyiniz kimi keçəcək.

Şəxsi münasibətlərdə isə vəziyyət heç də ürəkaçan olmur. Amma burada siz özünüzün diplomat tərəfini göstərəcəksiniz, bütün kəskin küncləri hamarlayacaqsınız və səhvləri düzəltmək imkanını tapacaqsınız.



Buğa



Dünyanı dəyişdirməyə çalışmaq üçün uyğun gündür. İşin ən çətin hissəsini tək etmək lazım olacaq, amma bir az sonra tərəfdarlar gələcək və hər şey daha asan olacaq.Gün ümumiyyətlə məhsuldar keçəcək.

İndi sizə təcrübə aparmaq daha maraqlıdır. Adət edilmiş işlər çox darıxdırıcı görünür. Əgər imkan varsa o işləri , başqasına tapşırın.



Əkizlər



Sizə maraqlı və şən olacaq .Darıxmağa vaxtınız olmayacaq. Çox yeni ideyalar meydana çıxır və siz onlardan elə danışırsınız ki, heç kim laqeyd qala bilmir. Başqalarına belə təsir etmək, əlbəttə ki, xoşdur.Amma unutmayın ki, sizdə asanlığla alınan işlər, başqalarında alınmır. Kiminsə sizi öz uğursuzluğunda ittiham edəcəyi də istisna edilməmişdir.

Tanışlıqlar üçün əlverişli gündür.

 

Xərçəng



Vaxtınızın çoxunu ev işləri alacaq. Siz onları başqasına böyük məmuniyyətlə tapşırardınız, amma çətin ki, bunu etməyi bacaracaqsınız. Xırda şeyləri ürəyə yaxın qəbul etməməyə çalışın və boş şeylər görə əsəbiləşməməyin.

Baxmayaraq ki, sizin planlarınız pozulmuş ola bilər, siz çox şey etməyə vaxt tapacaqsınız. Yalnız sizin üçün deyil həmdə yaxınlarınıza xeyir olacaq informasiyanı tapmaq şansınız olacaq. Sakit və xoş axşam gücləri bərpa etməyə icazə verəcək.



Şir



Səhər açılandan özünüzü fəlsəfi ahəngdə köklənmək hamısından yaxşıdır. Təsəvvür edin ki, siz heç yerə tələsmirsiniz və uğursuzluqlara görə məyus olmamağa çalışırsınız. Belə yanaşma ilə çoxsaylı xırda hadisələrin, planların dəyişikliyini tələb edən gözlənilməz hadisələrin və qəribə ideyaların öhdəsindən gəlmək asan olacaq.

İstənilən qərarlarda tələsməmək daha yaxşıdır. Siz daha çox xərcləməyə risk edirsiniz.Düşünülməmiş xərclər sizi gələcəkdə pis vəziyyətə qoya bilər.



Qız



Səhər mürəkkəb olacaq. Siz boş şeylərə görə acıqlanmağa, hamıyla dalaşmağa meyllisiniz. Bir neçə saat keçəcək və siz, qəzəbi mərhəmətlə əvəz edib, etdiklərinizdən peşman olacaqsınız. Nahara qədər əhəmiyyətli qərarlar qəbul etməmək yaxşıdır.

Günün ikinci yarısı sizi sevindirəcək. Çxdan sizi narahat edən məsələləri həll etmək şansınız olacaq. Kiçik, amma çox xoş hədiyyələr ehtimal ediləndir.



Tərəzi



Əgər sizin qarşınıza qoyduğunuz planınız varsa, onda siz onu şərait necə formalaşırsa formalaşsın həyata təcəssüm edə biləcəksiniz. Əgər yoxdursa, mümkün qədər tez onu təşkil edin. İndi müvəffəqiyyət qazanmaq şansınız yüksəkdir və onu qaçırmayın. Xırda şeylərə pedantik diqqət çox faydalı olacaq.

Yalnız öz şəxsi mənfətlərini güdən insanlarla çətin yola gedəcəksiniz.Təəssüf ki, belə adamların əhatəsində çox vaxt keçirmək lazım olacaq. Səbirli olun!



Əqrəb



Ən əhəmiyyətli və mürəkkəb işlərin həlli ilə günə başlamaq lazımdır. Nə qədər tez siz onlara girişəcəksiniz, o qədər yaxşı öhdəsindən gələcəksiniz və tez lazımlı nəticələrə nail olacaqsınız. Çətin ki, sizə kimsə kömək edəcək, amma bunun eybi yoxdur. Siz hər şeyin öhdəsindən təkbaşına gələ biləcəksiniz.Əhəmiyyətli adamlarla tanış olmaq imkanı olacaq. Onlar sərfəli şərtlərdə sizə yeni iş və ya əməkdaşlıq təklif edəcəklər.

Günün ikinci yarısında əylənmək , dostluq görüşlərinə vaxt sərf etmək olar.Xoş emosiyalarda çatışmazlıq olmayacaq.



Oxatan



Dünyanı necə dəyişdirmək barədə fikirlərlə günə başlayın. Sizdə həqiqətən parlaq ideyalar meydana gələcək.Onları həyata keçirmək üçün qarşınıza maraqlı insanalr cıxacaq. İstənilən görüşlər yaxşı keçəcək , yeni tanışların  xoşuna gələcəksiniz.

Günün ikinci yarısı ciddiliyi, işlərə məsuliyyətli yanaşmanı və xırda detallara diqqəti tələb edir. Siz diqqətlisiniz və hər şeydən düzgün nəticələr çıxardırsınız.



Oğlaq 



Hər hansı boş səbəbə görə narahat olan insanalarla iş görmək məcburiyyətindəsiniz.Onlar ən xırda xoşagəlməz hadisələri belə dəhşətli qəzanın başlanğıcı kimi qəbul edirlər. Bu insanlar sizdən nə istəyirlər? İlk növbədə mənəvi dəstək, ikinci – təmənnasız kömək. Onların sıx xahişləri sizi çox yorur. Əsəbiləşməmək əhəmiyyətlidir. Siz sakit olsanız , o zaman düzgün qərarlar qəbul edəcəksiniz.



Dolça



Günün birinci yarısında  fokuslanmaq çətin olacaq . Nə qədər tez  prioritetləri müəyyən edəcəksiniz, o qədər daha sürətli öz hədəflərinizə nail olacaqsınız. Burada şəxsi sağlam düşüncənizə güvənin.Tanışların çoxsaylı faydasız məsləhətlərinə qulaq asmayın.

Günün ikinci yarısı iş haqqında danışıqlar , biznes, karyeranın inkişafı üçün yarayır. Potensial partnyorlarla görüşmək olar. Xidməti romanların başlanğıcı istisna edilməmişdir. 



Balıqlar



Bu gün maraqlı və doymuş olmağı söz verir. O sizin qarşınıza qeyri-adi məsələləri qoyur . Yaradın, xəyala qapılın, arzu edin: bu çox faydalı olur.

Bəzi Balıqlar müntəzəm gəlirlərin yeni mənbəyini tapa biləcəklər. Amma əhəmiyyətli xərclər də ehtimal ediləndir . Onlar, ehtimal ki, xoş olacaqlar. Hətta əgər sizin büdcəniz zərər çəkəcəksə belə siz təəssüf etməyəcəksiniz.


Teqlər:
Bu xəbər cəmi 60 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR