Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:09 02/9/2018
______________________________
______________________________
______________________________
______________________________
Vasif Turanın övladlarının ölümündən 7 il keçir-İstintaq nəyi gizlədir?
İlham Əliyev türkdilli dövlətlərin sammitində - FOTO
Prezidentliyə sabiq namizəd Kəmaləddin Qafarovu yıxıb-sürüdü: “43 milyonu hansı vicdanla…”

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbirlər planı təsdiqləndi

Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbirlər planı təsdiqləndi


“Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib.



Xeber-xetti.com-un xəbərinə görə, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bununla bağlı sərəncam imzalayıb.  



Tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin (mətbuat konfranslarının, anım mərasimlərinin və s.) təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.



Bundan başqa, ölkədə fəaliyyət göstərən dini konfessiya və qurumlar tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri təşkil ediləcək, idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr olunan sənədli və bədii filmlər göstəriləcək.



Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə görüşləri təşkil olunacaq.



Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq, həmin gün saat 17:00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, Xocalı soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.


Teqlər:
Bu xəbər cəmi 815 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR