Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
00:03 27/5/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
00:40 26/5/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
23:51 24/5/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
08:18 24/5/2018
______________________________
08:18 24/5/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
NEFTÇALA POLİS RƏİSİNİ MƏQSƏDLİ ŞƏKİLDƏ GÖZDƏN SALANLARIN ƏSİL NİYYƏTİ KÖHNƏ MARŞRUTU BƏRPA ETMƏKDİR
İlham Əliyev ADA Universitetində məzun günündə iştirak edib – FOTO
RAMİN QULUZADƏNİN KADRI AĞSTAFADA AVTOVAĞZALI “BAZARA ÇEVIRIB” - VIDEO
Deputat: İlk jurnalist-publisistəm ki, “Xalq yazıçısı” fəxri adını almışam

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

FIRILDAQ LAYİHƏ “HACI” İBRAHİMDƏN ALINIB?

FIRILDAQ LAYİHƏ “HACI” İBRAHİMDƏN ALINIB?


İş adamı Beynəlxalq Banka olan borcu ilə bağlı sualları cavablandırmır: “Mən bu barədə danışmaq istəmirəm”



2015-ci ilin martında Cahangir Hacıyev Beynəlxalq Bankın direktoru vəzifəsindən uzaqlaşdırılandan az sonra məlum oldu ki, Azərbaycanda çoxlu sayda iş adamı bankdan yüz milyonlarla manat kredit götürüb qaytarmayıblar.



Fakt üzrə qaldırılmış cinayət işi çərçivəsində onlarla sahibkar DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi (MCQMBİ) tərəfindən saxlanıldı. Onların bir çoxunun əmlakı kredit müqabilində əllərindən alınmışdı. Məsələn, “AzMeCo” şirkətinin sahibi Nizami Piriyevdən inşa etdirdiyi metanol zavodu məhkəmə qərarı ilə alınaraq hərrac vasitəsilə SOCAR-a satıldı. Bir çox sahibkarlar özləri əmlaklarını sataraq qısa müddətə kredit borclarını bağladıqları üçün azadlığa buraxıldılar.



“Beynəlxalq Bank işi” adını alan proses çərçivəsində MCQMBİ tərəfindən saxlanılan iş adamlarından biri də “Avesta” konserninin rəhbəri, Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı “Hacı” İbrahim Nehrəmli idi. “Hacı” İbrahim 2015-ci ilin mayında MCQMBİ tərəfindən saxlanılsa da, sonradan krediti ödəmək öhdəliyi götürərək azadlığa çıxmışdı. Maraqlıdır ki, iş adamı Beynəlxalq Banka olan borcunun məbləğini mümkün qədər gizli saxlamağa çalışırdı. Belə ki, ilk zamanlar o, banka cəmi 57 milyon manat, daha sonra 78 milyon manat borcunun olduğunu açıqlamışdı. 2015-ci ilin avqustunda isə mətbuata verdiyi müsahibədə Beynəlxalq Banka ümumilikdə 450 milyon manat kredit borcu olduğunu söyləmişdi. Bildirmişdi ki, Beynəlxalq Bankdan nümayəndə heyəti onun 5 obyektini qiymətləndirib: “Həmin 5 obyektə bankın qoyduğu qiymət 1.5 milyard manat oldu. Əgər bank mənim borclarımı ödəməyimi istəyirsə, gəlib həmin obyektlərimi ala bilər. İki gündən bir ”Bandotdel” tərəfindən çağırılmağım doğru deyil. Mən bankı buna görə məhkəməyə verməyə hazırlaşıram”.



Amma biq qədər sonra məlum oldu ki, Hacı İbrahimin banka nə az, nə çox – düz 800 milyon manat borcu varmış. Bu borcu onun məşhur “Xəzər Adaları” layihəsi üçün götürdüyü deyilir. Qeyd edək ki, “Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhərinin salınmasını nəzərdə tutur. Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb.



Layihə “Avesta” şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 milyard dollar hesablanırdı. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılırdı. Eləcə də 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower ( Azərbaycan qülləsi) tikiləcəyi gözlənilirdi. Adalarda həmçinin dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılırdı.



“Hacı” İbrahim layihənin 2020-2025-ci illərdə başa çatacağını bəyan edirdi. Müxtəlif vaxtlarda onun mətbuata verdiyi açıqlamalarda Amerika, Türkiyə, ərəb və Çin investorlarının layihəyə maraq göstərdiyi, guya türk iş adamı Əli Ağaoğlunun ona 125 milyon dollar, Çin şirkətlərinin 600 milyon dollaradək, Qətərin dövlət şirkətinin 1 milyard dollar yatıracağı, Kanada dövlət agentliyi “Export Development Canada”nın 4 milyard dollaradək kredit ayıracağı qeyd olunsa da, onların heç biri təsdiqini tapmadı. Daha sonra layihə ərazisinin Beynəlxalq Banka borcun əvəzində Hacı İbrahimdən alındığına dair məlumatlar yayılsa da, iş adamı özü bunu təkzib etdi.



Bu günlərdə “Yeni Müsavat”a verilən məlumatda “Xəzər Adaları” layihəsinin bütünlüklə “Hacı” İbrahimdən alındığı, dövlət tərəfindən yeni investorlara təklif olunduğu bildirilir. Verilən məlumata görə, yaxın zamanlarda yeni inverstorlar layihənin icrası prosesini davam etdirməyə başlayacaqlar.



Məsələ ilə bağlı “Hacı” İbrahim Nehrəmlinin özü ilə əlaqə saxladıq. O, layihə ilə bağlı hər hansı yenilik olmadığını, yaylan məlumatın həqiqətə uyğun olmadığını dedi: “Yalan söhbətdir, belə bir məsələ yoxdur”.



“Hacı” İbrahimdən Beynəlxalq Banka olan borcunu ödəyib-ödəmədiyini də soruşduq. O, suala cavab vermək istəmədiyini bildirdi: “Mən bu barədə danışmaq, müsahibə vermək istəmirəm. Müsahibə vermək istədikdə özüm sizlərə xəbər edəcəm”(musavat.com).



Xeber-xetti.com


Teqlər:
Bu xəbər cəmi 1150 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR