Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:09 02/9/2018
______________________________
______________________________
______________________________
______________________________
Vasif Turanın övladlarının ölümündən 7 il keçir-İstintaq nəyi gizlədir?
İlham Əliyev türkdilli dövlətlərin sammitində - FOTO
Prezidentliyə sabiq namizəd Kəmaləddin Qafarovu yıxıb-sürüdü: “43 milyonu hansı vicdanla…”

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bürclər - 10 fevral

Bürclər - 10 fevral


Qoç- rahatlığa can ataraq qarşınızdakı sədləri və maneələri görməzdən gəlməyin. Çətinliklər həllini tələb edir. Yaşam arealının rekonstruksiyası üçün əlverişli zamandır. Psixoloji amillərə diqqətli yanaşın.



Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə qayğıkeş olun. Dediklərinizə fikir verin. Mübahisə riski var. Yeni tanışla romantik görüş ola bilər. Bələd olmadığınız insanlarla çəkişməyin.



Buğa- günün ilk yarısından etibarən sürətlə çalışmağa başlayın. İşlərin axarına süni təkan verməyin. Boş söhbətlərə qatılmayın. Dövr üçün aktual məsələlərin müzakirəsinə başlayın. Yeni tanışlıqlar və layihələr olacaq.



Günün ikinci yarısında emosional durumunuza hakim olun. İntuisiyadan daha çox məntiqə güvənin. Sayıq davranın.



Evlə bağlı qəfil problemlər yarana bilər. Texnika və ya mexanizmin sıradan çıxması istisna deyil. Axşam saatlarında dostlarla görüşə bilərsiniz.



Müsbət emosiyalarınızı əsirgəməyin.



Əkizlər- daşınmaz əmlak, ticarət və xidmət sahələrində çalışırsınızsa, uğurlu gündür. Ailə büdcəsini yaxşı planlaşdırın, bədxərcliyə yol verməyin.



Maliyyə məsələlərində diqqətli olun. Alış-verişə çox baş qoşmayın.



Günün ikinci yarısında maddi məqamların çözülməsində dostların və tanışların yardımlarından bəhrələnə bilərsiniz. Həddən artıq işləməyin. Əks təqdirdə ifrat yorğunluq, stress hiss edəcəksiniz.



Axşam saatlarında neqativ anların "intiqam"ını ailə üzvlərindən almayın.



Xərçəng- bu gün sizi yalnız daxili aləminiz maraqlandırmasın. Dəyər verdiyiniz insanlarla təmaslarda laqeyd və soyuqqanlı olmayın. İzafi emosionallıqda zərər var. Yaradıcılıq potensialınızı ağır problemlərin həllinə yönəldin. İnciklik və anlaşılmazlıq yaranarsa, qarşı tərəfin istəklərini anlamağa çalışın.



Günün ikinci yarısında dartışmalara, fikirlərin mütləq şəkildə aydınlaşdırılmasına meylli olmayın. Ətrafdakı insanların can atdıqları məqsədlərin nədən ibarət olduğunu təhlil edin.



Axşam saatlarında normal istirahətə haqqınız var.



Şir- maraqlandığınız predmetlə bağlı maksimum informasiya əldə etməyə çalışın. Belə hazırlıqda fayda var. İstənilən formada gözlənlməz hadisəni sürpriz kimi qarşılamayın.



Yeni layihələrin reallaşdırılmasını ertələyin. Günün ikinci yarısında uzunmüddətli səfərə çıxmayın.



Axşam saatlarını sakit şəraitdə, ailə üzvləri ilə birlikdə keçirin. Sevdiyiniz insan sizi dəstəkləyəcək.



Subaysınızsa, aradığınız insanı tapacaqsınız.



Qız- qrup və korporativ maraqları ümdə məsələ sayaraq yaxınlarınızın mənafelərini unutmayın. Əsas məsələ mənfəət deyil. Bütün fəaliyyətinizi, sadəcə, gəlir əldə etmək üstündə kökləməyin. Saatlar keçdikcə enerjiniz artmalıdır.



Aktiv olun, problemlərin həllində yeni ideyalardan yararlanın.



Praqmat davranın.



Günün ikinci yarısında yaxınlarınızın mübhəm saxlamağa çalışdıqları məqamları nəyin bahasına olursa-olsun, öyrənməyə çalşımayın. Tərəfdaş və ya şəriklə dost münasibətlər qurun. Belə münasibətlərin yaxşı perspektivləri var.



 


Tərəzi- daşınmaz əmlak və ərzaqla bağlı əməliyyatlar uğurlu nəticə verə bilər. Əldə etdiyiniz nailiyyətlərinizin ətrafınızdakı insanlar tərəfindən təqdirini gözləməyin. Kimsəyə fikir vermədən irəliləyin. Statusunuzu artırın, mövqelərinizi möhkəmləndirin.



Günün ikinci yarısında kütləvi tədbirdə diqqət mərkəzində olmağa çalışmayın. Axşam saatlarında sərt olmayın, aqressiv davranmayın. Nüfuzunuzu korlaya biləcək addımlar atmayın. Yaxınlarınızla qayğıkeş olun. Münaqişəyə və ya dartışmaya yol verməyin.



Əqrəb- maliyyə məsələlərinin çözülməsi üçün yaxşı zamandır. Ailə büdcəsini yenidən planlaşdıranda mövcud situasiyanın təfərrüatlarını nəzərə alın. Yeni bilikləri uğurla əxz edin. Uzaq səfərə çıxmaq olar.



Günün ikinci yarısında sizdən uzaqdakı insanlarla qəfil görüş ola bilər. Layihələrə başlayanda yanınızdakı insanların mənafelərini də nəzərə almağı unutmayın. Vəziyyətdə müəyyən dəyişikdikləri ehtiva edin. Sayıq davranın.



Axşam saatlarında yaxşı istirahət edin, əylənin.



Oxatan- günün ilk yarısında yaşam potensialınız pis deyil. İdeyalarınızı reallaşdırmaq üçün müstəqil fəaliyyət göstərin. Bütün diqqəti özünüzə cəlb etməyə çalışmayın. Kölgədə, arxa planda qalmaq daha məsləhətdir.



Günün ikinci yarısında intuisiyanıza güvənin. Maliyyə məsələlərinin həlli üçün pis zaman deyil.



Ailə büdcəsi ilə bağlı məsələləri yaxınlarınızla müqayisə etməyin. Köhnə, mənasını itirmiş əlaqələri kəsin. Yeni tanışların şirnikləndirici vədlərinə inanmayın.



Oğlaq- hisslərə qapılmayın, emosional davranmayın. Tərəfdaş və ya şəriklə kollektiv fəaliyyətdə yalnız öz maraqlarınızın təminatını düşünməyin. Təcrübənizlə biliklərinizi artırmağa çalışın. Maliyyə məsələlərində diqqətli, sayıq olun.



Günün ikinci yarısında planlarda dəyişikliklər ola bilər.



Ailə üzvləri ilə qarşılıqlı anlaşma həddən ziyadə önəmli məsələdir. Vədlərinizə əməl edin. Mənafelərinizin təminatı üçün yalan danışmayın.



İstəklər toplusu arasında daha rasional və real təsir bağışlayanı seçərək onu gerçəkləşdirməyə başlayın.



Dolça- pozitiv olun, bədbin fikirlərdən uzaq durun. Tənbəllik etməyin. Ailə qayğıları və məişət işlərini plana çıxararaq bilavasitə məşğul olmanız gərəkən məsələləri unutmayın. Alış-veriş üçün münasib zamandır.



Günün ikinci yarısında olayların məcrası pis deyil. Gərəkli istiqaməti seçərək effektiv nəticələr əldə etməyə çalışın. Dəvət aldığınız tədbirə qatılın. Diqqətli olun, ətrafınızdakı insanların nə istədiklərini anlamağa can atın.



Laqeydlik sonradan ağır nəticələr verə biləcək səhvlərə səbəb ola bilər.



Balıqlar- yaradıcılıq, təhsil və maliyyə sahələrində işlər uğurlu olacaq. Təkbaşına qalmaq istəsəniz də, arzunuzu reallaşdırmağa can atmayın. Əyləncə və istirahəti təxirə salın.



Risk etməyin, avantüralara qatılmayın.



Günün ikinci yarısında bədxərclik etməyin. Səhhətinizin qayğısına qalın. Ailə daxilindəki münasibətlərin möhkəmlənməsi üçün birgə fəaliyyətə ehtiyac var.



Axşam saatlarında normal istirahət etməyə çalışın.


Teqlər:
Bu xəbər cəmi 1285 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR