Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
00:20 24/2/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
00:27 23/2/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Müdafiə nazirimizdən önəmli addım
Arif Əsgərovun baldızı oğlu məhkəmə zalından həbs edildi
Eldar Mahmudovun “kassir” və “qara qutusu”na ağır cəza tələbi
Leyla Əliyeva Xocalı faciəsinə həsr olunmuş tamaşada

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sabiq nazirin qardaşı oğlu məhkəmədən narazı qaldı

Sabiq nazirin qardaşı oğlu məhkəmədən narazı qaldı


Ziya Məmmədovun qardaşı oğlunun şikayətçi olduğu şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.



Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi davam edib. İşə hakim Azər Paşayevin sədrliyi ilə baxılıb.



Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.



Məhkəmədə şahid qismində Tofiq Musayev ifadə verib. O, K-1 idman növü üzrə idmançı olduğunu və Rövşən Heybətovun tələbəsi olduğunu deyib. O, Rövşən Heybətov Türkiyəyə gedərkən onunla birlikdə olan iki idmançıdan biridir.



Tofiq Musayev Türkiyəyə məşq üçün getdiklərini və oradan da yarışlarda iştirak etmək üçün başqa ölkəyə getməyi planlaşdırdıqlarını deyib: "Türkiyəyə çatanda Rövşən müəllim bizi otelə yerləşdirdi. Dedi ki, işi var. Həmin vaxt Elnur Məmmədov da oteldə olub. Otelə zəng gəldi ki, Rövşən müəllim qəzaya düşüb. Biz də xəstəxanaya getdik. Onda tam olaraq özündə deyildi. Elnur müəllim də orada idi. O, nə gördüsə, biz də onu gördük".



T.Musayev qeyd edib ki, daha sonra polisə gediblər: "Rövşən müəllim xəstəxanadan çıxandan sonra polisə getdik. Qəzanın necə baş verdiyini soruşduq. Rövşən müəllim dedi ki, maşında əmanət var. Polislər dedi ki, heç nə olmayıb. Mən Rövşən müəllimin nə işi olduğunu, nə qədər pul götürdüyünü bilmirdim".



T.Musayev istintaqa Rövşən Heybətovun götürdüyü pulun məbləğini bildiyini deyib. O, bu ziddiyyəti belə izah edib:"Uzun zaman keçib. Nə demişəmsə, onu da təsdiq edirəm".



Digər əsas şahid, Rövşən Heybətovla birlikdə Türkiyəyə gedən Vüqar Kərəmov da məhkəmədə ifadə verib. V.Kərəmov da digər şahid kimi eyni məzmunlu ifadə verib. Vüqar Kərəmov da ifadəsində Rövşən Heybətovun pul götürdüyünü və kiminləsə görüşdüyünü söyləyib.



Elnur Məmmədov isə Rövşən Heybətovun xəstəxanada heç bir xəsarətlə yerləşdirilmədiyini deyib.



Qeyd edək ki, məlumata görə, sabiq deputatın oğlu Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. Rövşən Heybətov saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib və 5 ay həbsdə qalıb. Daha sonra isə ev dustaqlığına buraxılıb.



Sabiq deputatın oğlu E.Məmmədov R.Heybətova 100 min manat verdiyini və onu Türkiyəyə iş görmək üçün yola saldığını deyib. Rövşən Heybətov isə Türkiyədə avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E.Məmmədov isə buna inanmayaraq R.Heybətovdan şikayətçi olub. İstintaqda Elnur Məmmədov məbləğin 210 min olduğunu deyib. Rövşən Heybətov isə 150 min ödədiyini deyib.



Qeyd edək ki, Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.



Xatırladaq ki, jurnalist Fərahim İlqaroğlunun döyülməsində də Elnur Məmmədovun adı keçirdi.



Xeber-xetti.com


Teqlər:
Bu xəbər cəmi 490 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR