Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:09 02/9/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
İlham Əliyev türkdilli dövlətlərin sammitində - FOTO
Prezidentliyə sabiq namizəd Kəmaləddin Qafarovu yıxıb-sürüdü: “43 milyonu hansı vicdanla…”
SHXÇDX –nin Beyləqan rayon şöbəsində “tariflər” artıb

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Məşhur mama ginekoloqdan qadınlara tövsiyyə

Məşhur mama ginekoloqdan qadınlara tövsiyyə


Müsahibimiz Gülnar Məmmədova haqqında qısa tanışlıq



Gülnar Məmmədova Yunis qızı 1979 cu ildə Balakən rayonunda anadan olub. 1985 ci ildə həmin rayonda 1 ci sinfə getmişdir. 1996 cı ildə orta məktəbi bitirmişdir. Və 1997 ci ilə Rusiya Fedarasiyası Arxangelsk şəhərində Şimal Dövlət Tibb  Universitetinin müalicə işi fakultəsinə qəbul oluş və  2003 cü ildə həmin universiteti bitirmişdir. 2003-2004 cü illərdə həmin şəhərin  1  nömrəli şəhər xəstəxanasında Mamalıq və Ginekologiya üzrə internaturanı bitirmişdir.2004-2005 ci ildə həmin xəstəxanada həkim mama ginekoluq vəzifəsində işləmişdir. 2007– 2011 ci illərdə Bakı şəhərində özəl xəstəxanalarda çalışmaqdadır. 2011 ci ildən daimi olaraq  Baku Medical Plaza  klinikasında  çalışır. 2011 ci ildən Türkiyədə uzun müddətli kurslar keçmişdir.



 



· Ginekoloji baxımdan bizim qadınlarının sağlamlıq vəziyyətini necə dəyərləndirirsiniz?



- Ginekoloji baxımdan Azərbaycan qadınlarının sağlamlıq vəziyyəti digər ölkələrdəki qadınların vəziyyətindən hansısa xüsusiyyəti ilə seçilmir. Amma ilk növbədə gözəçarpan yeganə məsələ, xüsusən də mamalıq sahəsində həkimlərə bir qədər inamsızlığın müşahidə edilməsidir. İkinci tərəfdən, yumşaq desək, qarşılaşdıqları vəziyyətlərdə ailələrdə son qərarı qadınlar vermir, yekun qərarı qayınana və ya ər qəbul edir. Bu, düzgün deyil. Onlar vəziyyəti heç vaxt düzgün qiymətləndirə bilməzlər. Həkim bir söz deyir, qayınana isə "yox, bunu belə etmək lazım deyil" deyir. Sonda isə bu, pis nəticələnir. Hesab edirəm ki, burada kifayət qədər savadlı, yaxşı həkimlər var.
Əgər həkim pasiyentə nəyisə tövsiyə edirsə, onu yerinə yetirib-yetirməmək pasiyetin öz seçimi, öz hüququdur. Amma mən pasiyentlərin həkimlərə inanmamağı üçün səbəb görmürəm.



- Bizim qadınlar ginekoloji baxımdan özlərinin sağlamlıqlarının qayğısına qalırlarmı?



- Qadınlarımız öz sağlamlıqlarının qayğısına qalırlar - həkimə müraciət edir, onunla məsləhətləşirlər.



· 

- Azərbaycan qadınları arasında daha çox hansı xəstəliklərə təsadüf olunur və bunun səbəbi nədir?



- Allah bizim hamımızı eyni yaradıb. Biz müxtəlif şəraitlərdə yaşayır, fərqli, spesifik xüsusiyyətlərə malikik. Amma demək olar ki, qadınların hamısında eyni xəstəliklər müşahidə edilir. Azərbaycan qadınlarının başlıca problemləri düzgün qidalanmamaqla, düzgün olmayan həyat tərzi ilə əlaqədardır. Qarşılaşdığım hallardan birini qeyd edim. Artıq çəkinin təsirindən orqanizimdə baş berən  pozğunluğuna rast gəldiyim qızdan soruşuram ki, siz idmanla məşğul olursunuzmu, yürüş və ya hərəkət edirsinizmi? Cavab verir ki, xeyir. Əgər artıq çəkinin təsirindən hormonal fon dəyişirsə, sonra bu qızdan necə yaxşı, reproduktiv sağlamlıq gözləmək olar? O gələcəkdə hamiləlik dövrü və doğuş prosesini necə keçirəcək? Düzdür, Azərbaycan standartlarına görə bu gün Avropa səviyyə
sinə qalxır, amma insanların təfəkkürünü də dəyişmək lazımdır. 

- Azərbaycanda daha çox xaricdən gələn həkimlərə maraq göstərilir...



- Əlbəttə, burada çox yaxşı həkimlərmiz var. Hər bir həkim hansısa istiqamət üzrə - kimisi mamalıq, kimisi ginekologiya, kimisi perenatal diaqnostika üzrə dərindən ixtisaslaşıb. Bizdə yaxşı komanda formalaşıb. Qadınların başqa ölkələrdən olan həkimlərlə maraqlanmasını isə izah edə bilmirəm. Bizim qadınlar elə başa düşür ki, bu həkim xarici ölkədən gəlibsə demək bundan yaxşısı yoxdur . Yox! Bu əsla belə deyil . Əgər xəstə vaxtı vaxtında  müayinəyə gəlsə daima biz onu nəzarətdə saxlasaq, inandırım sizi qadınlarımız özləri görərlər ki, həqiqətən bizim həkimlər güclüdü. Ona görə də bu gün  ölkəmiz bu sahəd
ə yüksək göstəricilərə nail olunub.



· - Sizdən şikayətçi olan olan xəstə olubmu?



· Bəli. Əlbətdə iş olan yerdə razılıqda narazılıqda olur. Mən özəl xəstəxanada işləyirəm və özəl klinikaların özünə məxsus qaydaları olur.Bu qaydaları biz həkimlər deyil, müdiriyyət təyin edir.Və klinikaya müraciət edən posientlərdə bəzən bu qanunları qəbul etmək istəmirlər. buna görə də problemlər yaranır. bizə hər cürə xəstələr müraciət edir.Kaprizli xəstələr olur.Biz bunlara baxmayaraq xidmətimizi yüksək səviyyədə göstəririk. Ona görədə bizə müraciət edən pasientlərimiz  göstərdiyimiz xidmətdən çox razı qalırlar. 



- Sizcə, Azərbaycan ailələrində sonsuzluq halları daha çox qadınların, yoxsa kişilərin səhhətlərində yaranmış problemlə əlaqədar yaranır? Ailələrdə sonsuzluq hallarının baş verməsinin günahını kimdə - qadında, yoxsa kişidə axtarmaq lazımdır?



- Əvvəllər sonsuzluq hallarında qadınları günahlandırardılar. Amma bu gün  bizim ölkədə, eləcə də bütün dünyada vəziyyət dəyişib. Kişilər çox yeyir, spirtli içkilər qəbul edir, piylənməyə məruz qalırlar. Bu  da kişilərdə funksiyaların pozulması, spermanın tərkibinin pisləşməsi ilə nəticələnir. Bütün dünyada kişilərdə spermatozoidlərin sayı, həcmi azalıb. Bu gün bizdə qadın-kişi nisbəti arasında sonsuzluq problemlərinin səbəbləri 50-50-yədir. Sonsuzluq səbəblərinin hətta 60 faizi kişilərin, 40 faizi isə qadınların payına düşür. Sizdə də eyni vəziyyətdir.



Konsultasiyalarda görürəm ki, problem partnyorların ya hər ikisindədir, ya da əsas kişilərdədir. Qadınlarda sonsuzluq halları daha çox hormonal halların pozulması ilə bağlıdır. Kişilərdə isə bu sahəd
ə mütəxəssis olmasam da, deyə bilərəm ki, onlarda daha çox iltihabi xarakterli, həmçinin valideynlərin vaxtında diqqət yetirmədiyi uşaqlıq dövründən yaşanan problemlər olur. Qızlar kimi oğlanlar da ölkənin reproduktiv ehtiyatları sayılırlar.



· Arifə Əliyeva



 


Teqlər:
Bu xəbər cəmi 4720 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR