Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
10:00 20/7/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
10:29 19/7/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
09:56 18/7/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
09:28 17/7/2018
______________________________
______________________________
______________________________
Hansı məşhur tamada və müğənni
Gəncə hadisələrinin mediada üzə çıxardığı problemlər
Facebook-da Bahar Muradovaya qarşı TƏXRİBAT - VİDEO

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Siqaret haqqında həqiqətlər: ölümə səbəb olan sahələr niyə təşviq edilir?

Siqaret haqqında həqiqətlər: ölümə səbəb olan sahələr niyə təşviq edilir?


Dünyada ən çox qan tökən sənaye sahələrini saymağa başlasaq, ilk növbədə silah, ikinci növbədə isə narkotik gələcək. Həqiqətən də silah sənayesi 20-ci əsrdə milyonlarla insanın ölümünə səbəb olub. Yeni texnologiyalar silahları hər gün daha da öldürücü hala gətirir. Bu sahəyə yatırılan trilyonlarla dollar pul insanların ölməsinə, şəhərlərin dağıdılmasına səbəb olur.



 



Narkotik istehsalçısından istehlakçısına qədər hər mərhələdə ölüm gətirir. Narkotik mafiyaları bəzən ölkələrə nəzarət edəcək səviyyəyə gəlib çatırlar. Cənubi Amerika ölkələrində hər il on minlərlə insan narkotik müharibələrində həyatını itirir.1 Bu rəqəm terror hücumlarında həlak olanların sayından qat-qat çoxdur.



 



Bu sənayelərdən sonra üçüncü yerdə “qaranlıq və hiyləgər” sahə olan tütün sənayesi gəlir... Maraqlı reklamlarına, rəngli qutularına baxmayaraq, bu sahə də ən az silah və narkotik qədər öldürücüdür.



 



Tütün 17-ci əsrdən etibarən müstəmləkəçi və imperialist dövlətlərin ən böyük gəlir mənbələrindən biri olub. İstehsalçısından istehlakçısına kimi milyonlarla insan bu səbəbdən həyatını itirib. Tütün Avropaya və Osmanlı İmperiyasına ilk dəfə ingilis tacirlər tərəfindən tanıdılıb. 17, 18, 19 və hətta 20-ci əsrdə ABŞ başda olmaqla bir çox İngiltərə müstəmləkəsi olan ölkələr dünyanı tütünlə təmin etmək üçün çalışıblar. Misir, Avstraliya, Yamayka, Nigeriya, Surinam, Songea, Zimbabve, Kalimantan, Trinidad və Tobaqo, həmçinin o dövrdə İngiltərənin təsiri altında olan İran da tütün istehsalının mərkəzinə çevrilib. Müstəmləkələrdə istehsal olunan tütün ucuz qiymətə alınıb başqa ölkələrdə baha qiymətə satılırdı. Bu qaranlıq dövrdə Karib hövzəsindən Uzaq Şərqə qədər dünya əhalisinin böyük əksəriyyəti tütün istehsalçısı və istehlakçısı olaraq bu dövriyyənin bir hissəsi olmuşdu.



 



Amerika tütün sənayesi qul ticarəti ilə də əlaqəli idi. İngilis tacirlər Afrikada yerli krallardan silah qarşılığında kölə alırdılar. Gəmilərlə Amerikaya aparılan bu qullar orada tütün və şəkər kimi xammallarla dəyişdirilirdi.2



 



Qullar üzərindən maliyyələşən “Atlantik köləlik ticarəti”nə 200 il ərzində İngiltərə rəhbərlik edib. Həmin dövrdə hər dindən, millətdən, nəsildən milyonlarla afrikalı insan qul edilib. Qərbi Afrika sahillərində qulların gəmi gözləyərkən yığıla bilmələri üçün anbarlar qurulmuşdu. 10 milyon afrikalı yeni qitəyə qul kimi daşınmış, 10 milyonu da həmin vaxt həyatını itirmişdi. Həmin dövrün məşhur İngiltərə donanması bu ticarətlə maliyyələşirdi.



 



Tütün ticarətinin təsiri o dövrdən hazırkı günədək davam edir. Bütün dünya bu öldürücü sahənin təsiri altındadır. 2014-cü ildə istehlak edilən 5,6 trilyon siqaret üçün istehlakçılar 750 milyard dollar pul xərcləyib. Bu rəqəm 170 ölkənin ümumi daxili məhsulunun cəmindən çoxdur...3



 



Hazırda təxminən 1,2 milyard insan siqaret aludəçisidir. 2025-ci ildə bu rəqəmin 1,65 milyard olacağı hesablanıb. Bu insanların 80%-i orta və aşağı gəlirli insanlardır. Yaponiyada ildə adambaşına 1.800, ABŞ-da isə 1.000 siqaret istehlak edilir. Hər il 6 milyon insan siqaretdən yaranan xəstəliklərdən həyatını itirir. Əgər dünya millətləri kütləvi olaraq hərəkətə keçməsə, 21-ci əsrdə 1 milyard insan siqaretin təsiri nəticəsində həyatını itirəcək.4



 



Milyonlarla insanı siqaretə aludə edən əsas amil aldadıcı reklamlardır. Əslində, bu yalan 16-cı əsrdə tacirlərin tütünün dərman olduğunu söyləməsi ilə başlayıb. Siqaret aludəçiliyi 20-ci əsrdə reklam dünyası ilə birlikdə isə həyat tərzi halına gətirilib. Bu xəstəlik peşəkar marketinq vasitələri ilə insanlara hələ uşaq yaşda ikən öyrədilir. Bu gün siqaret istehlakçılarının üçdə ikisi bu siqaretlə 18 yaşı tamam olmamış tanış olur. Bu günə qədər tətbiq edilən qadağalar, reklam məhdudiyyətləri, qutular üzərində öldürücü olduğu yazılan yazıların əlavə olunması bu zəhərin geniş istifadə edilməsinin qarşısını ala bilməyib.



 



1954-cü ildə ABŞ siqaret istehsalçıları 160 şəhərdə 250 qəzetdə yer alan böyük müdafiə xarakterli reklam kampaniyasına başladılar. "Siqaret istehlakçılarına səmimi xəbərdarlıq" adlı yazı 45 milyon amerikalıya çatmışdı. Yazıda siqaretin xərçəng xəstəliyinə səbəb olduğuna dair iddialar təkzib edilmiş, siqaret aludəçiliyinin təhlükəsiz olduğuna təminat verilmişdi. Həmin yazının hazırda elmi həqiqətlərlə ziddiyyət təşkil etdiyi aşkar olunub. Beləliklə, görünür ki, məqalənin müəllifi olan şirkətlər hələ o dövrdən siqaretin zərərlərinin fərqində olmuşlar.



 



Dövrümüzdə elm siqaretin ölümcül nəticələrini hərtərəfli şəkildə ortaya qoyub. Əvvəla, siqaret ağciyər xərçənginin yaranmasının birinci səbəbidir. Araşdırmalar xərçəngdən ölən hər dörd nəfərdən birinin siqaret səbəbindən xəstəliyə tutulduğunu göstərir. Siqaret istehlakı xərçəngdən başqa ürək və ağciyər xəstəliklərinə da yol açır. ABŞ-da siqaretin səbəb olduğu xəstəliklərdən ölənlərin sayı QİÇS, narkotik, içki, intihar, qətl və avtomobil qəzasında ölənlərin cəmindən daha çoxdur. Passiv siqaret çəkmək belə dünyada 50 mindən çox insanın ölümünə səbəb  olub. 2015-ci ildə terror hücumlarında 45 min insanın öldüyünü nəzərə alsaq, passiv siqaret çəkməyin  terrorizmdən daha ölümcül təhlükə olduğunu görərik.



 



Tütün və siqaret eyni zamanda dünyanın ən böyük israfçılığıdır. Belə ki, milyonlarla hektar sahə israf edilir. Dünyadakı istehsalçılar tütün əvəzinə ərzaq istehsal etsələr, 30 milyon insan ac qalmaz. Bu qədər böyük imkan insanları qidalandırmaq əvəzinə zəhərləməkdə istifadə edilir. Bu gün dünyada 124 ölkə tütün istehsalçısıdır. Bunların böyük qismi zəngin olmayan ölkələrdir Tütün sənayesi bu ölkələri istismar edir.



 



Siqaret açıq-aşkar zəhərdir. 500 ildir ki, insanları zəhərləyir. Cəmiyyətlərin mübarizə gücünü məhv edir, istismar edilməyə, idarə edilməyə açıq hala gətirir. Bu qanlı sənaye sahəsindən təkcə kiçik oliqarx qrupu mənfəət götürür. Bu mənfəət üçün 1,5 milyard insan həyatını təhlükəyə atır. Ölkələr bu zəhər diktatorluğu ilə təkbaşına mübarizə apara bilməzlər. Bunun üçün siyasətçilər, dövlət adamları, din xadimləri, liderlər, eləcə də ağıllı, vicdanlı davranan bütün insanlar birlik olmalıdırlar. Siqaret hər gün 20 min can aldığına görə bu, bir saat belə gecikdirilməyəcək bir mübarizədir.









1.      http://www.insightcrime.org/news-analysis/insight-crime-homicide-round-up-2015-latin-america-caribbean



2.      http://www.understandingslavery.com/index.php-option=com_content&view=article&id=369&Itemid=145.html



3.      http://global.tobaccofreekids.org/files/pdfs/en/Global_Cigarette_Industry_pdf.pdf



4.      http://global.tobaccofreekids.org/files/pdfs/en/Global_Cigarette_Industry_pdf.pdf



Adnan  Oktar



 



 


Teqlər:
Bu xəbər cəmi 7120 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR