Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
10:05 27/10/2016
______________________________
______________________________
______________________________
______________________________
09:58 27/10/2016
______________________________
______________________________
______________________________
24 saylı baxçada alınan 300 manatın 100 manatı kimə çatır?
Azərbaycanda iki casus yaxalandı
Göyçayda AĞIR QƏZA: “07” “Mersedes”lə toqquşdu

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sulutəpə qəsəbəsi “Çiçək” yaşayış massivinin 480 nəfər sakini aksiya keçirməyə hazırlaşır

Sulutəpə qəsəbəsi “Çiçək” yaşayış massivinin 480 nəfər sakini aksiya keçirməyə hazırlaşır
RİTN- nin Binəqədi rayonu Sulutəpə qəsəbəsi “Çiçək” yaşayış massivinin 480 nəfər sakini aksiya keçirməyə hazırlaşır..


Binəqədi rayonu Sulutəpə qəsəbəsi “Çiçək” yaşayış massivində Rabitə Informasiya Texnologiya Nazirliyinin sifarişi ilə “ANT” şirkəti evlərin tikintisinə başlayanda hamı sevinirdi, gözəl havası, sakitlik buranın sakinlərini çox sevindirirdi, heç ağılarına da gəlməzdi ki, nə vaxtsa respublikamızın ən güclü nazirliyi və tikinti şirkəti yarı tikdiyi evlərdən üz çevirəcək. Bu yaşayış komleksində 9 hazır bina 480 sakin var. Yolları hansısa ucqar dağ rayonunun yoluna küçəsinə oxşayır. Ev alanlar çox peşmandırlar. Boş torpaqlar nə vaxtsa ev olacaq adıyla 9 mərtəbə 2 evin yarsı satılıb, Alıcılar “ANT” inşaatın rəhbəri Azad müəlimin, Əli müəlimin yanında olmasına baxmayaraq, bu binanın çoxdan RİTN-nə verilməsindən başqa bir şirkətin Hacı müəllimə, Əyyub muəllimə verilməsindən, gedin onlarla danışın deyib onları otaqdan qovur. Rabitə İnformasiya Texnologiya Nazirlyi isə bu barədə danışmaq istəmir, RİTN-nin məsul əməkdaşı İsgəndər müəllim heç kimi saymır, bu sakinlərlə danışmaq belə istəmir. 4-ədəd 4 mərtəbəli ev, 2ədəd 6 mərtəbəli ev, 2 ədəd 9 mərtəbəli ev, 2 ədəd tikilib istifadəyə verilməyən ev, 1ədəd binanınsa 5mərtəbəsi tikilib 4- nə vaxtsa tikiləcək hamısı satılıb, 1 evinsə yalnız 2 mərtəbəsi divarları tikilib yarıdan çoxu satılıb, boş yer “kotlovan” yarısı satılıb. 1 cə bloklu binada yaşayan sakinlər kotlavanın dərin quyunun üstünə taxtadan nazik körpü vasitəsilə keçib evlərinə gedib gəlirlər. ”ANT” şirkətlər qrupunun müqviləsi ilə satılıb. Nəzərdə tutulan Baxça və Məktəbin heç təməlidə qoyulmayıb. Yer olduğu halda zibilxanaya çevrilib. Boş ərazi xarabazarlığı xatırladır. Burda yaşayan sakinlər baxça və məktəbli uşaqlarını hər səhər 20- 30 kilometr arası olan baxça və məktəblərə aparır. Bircə marşurutu olan yalnız 2- ədəd 159 nömrəli balaca avtobusu olan 45 elə vaxtı 60 dəqiqədən bir işləyən yağış və qarda heç işləməyən narazı halda sakinlərin xidmətində duran nəqliyatıı hamını bezdirib. Yağışda qarda isə sakinləri Şamaxı yolunun kənarında düşürdürlər. Yollarımız ucqar kənd yollarından heç seçilmir, qışda yağışda, qarda avtobuslar nəinki, heç avomobillərdə qəsəbəyə qalxa bilmirlər. Savadlı çoxu dövlət məmurları olan əhali xatırladım ki,əksəriyyət RİTN- nin məsul işçiləri,müəllimlər,həkimllər.gənc ailələr işıq, qaz, su, zibil, istilik üçün təyin olunmuş “jek” işçilərinə dəfələrlə narazılıqların bildiriblər. Bakı Şamaxı yolunu bağlamaq istəyiblər. Rəhbərlərin söz verməsi nəticəsində bu hərəkətlər dayandırılıb. Daimi su gün ərzində 3- 4 saat verilir, ”Azərsu” un burda qoşulan sayğaclardan nə də bu binalardan xəbəri yoxdur çünki Xocəsəndən balaca turba ilə gələn texniki su yəqin ki aylıq 200 m- 300 m rüşvət hesabına verilir. Kanalizasiya isə hara qoşulub bilinmir yaxınlıqda xüsusi evlərdə qoşulublar. Zibil 2- 3 gündən bir zibil maşını sürən sürücüyə 150 m 200 m hesabına daşınır. 380 ailədən ayda 1- otaq 20m, 2-otaq 35 m, 3- otaq 50 m pul yığılır. Xatırladım ki, internet vasitəsilə evlərin borcunu yoxlayanda bilinir ki, su pulu, zibil pulu istədiyi kimi borc olaraq qalır. Mənzil pulları isə şisirdilmiş halda olmamalıdır, gün ərzində 3- 4 saat su, atdıqları zibilin daşınması,həyətin süpürülməsi sadaladığım qiymətlərə dəyirmi. Mənzillərə qoşulmuş su sayğacı qoşulan gündən işləyir, yazır pulunu jek yığır. Qaz, işıq, telefon pulunu isə qrumıara sakinlər özləri ödəyirlər. Dövlət tərəfində tənzimlənmiş xidmət pulları Xatırladım ki, yığım çox çətindir,heç kim inanmır,bu binaların sabahından əllərini üzüblər. 80% camaat pulunu verir. Verməyənlərsə istiliyi olmayan, yolundan, xidmətindən razı olmayan və rəhbərliyin yaxın qohumlarıdır. Nazirliyin və ya tikinti şirkətinin yüksək vəzifəli işçiləridir. Evlər tikiləndən bu günə kimi heç kim burda qeydiyata düşə bilmir. Rabitə İnformasiya Texnologiya Nazirinin məsul işciləri o cümlədən İsgəndər müəllimlə qeydiyat barədə danışanda qeyd etdi ki, 2010 cu ildə xidmət pulunu ödəyənlər hamısı qeydiyata düşəcək. Bu vədlər 6 ildir ki verilir. ”ANT” İnşaat şirkəti ev alıb satanlara hələdə sənəd yəni müqavilə 2000 m dan 3000 m dək rüşvət hesabına düzəlir. Təhvil verilmiş yarımçıq qalmış, binaların möhürü hələdə “ANT” şirkətlər qrupunun prezidenti Azad müəllimdədir. Yaşayış masivinin həyətini daha doğrusu Rabitəyə aid olan 2 obyekti Poçt və Abşeron Rabitə Qovşağının ərazi üzrə mühəndisinin otaqını qorumaq üçün mühafizə xatırladım ki, onların əmək haqqları RİTN- iyi tərəfindən ödəlinir. Sakinlər təhlükəsizliyinə təminat vermirlər, həyətdə heç nəyi qorumurlar. Bu yaxınlarda ölümlə nəticələnmiş hadisə sırf nəzarətçilərin olmaması barədə məlumat veririk. Yaşayış massivinə daxil olan burda yaşamayan şəxslərin davası nəticəsində bıçaqlanma hadisəsi oldu. Bir nəfər öldürüldü. Kənardan gələn avtoşlar buranı ötüş meydançasına çeviriblər. Xatırladım ki, burda gənc ailələr körpə uşaqlar üstünlük təşkil edir. Heç vaxtda yerlərində tapılmırlar, həyətə girib çıxan heç kimi yoxlamırlar bəs onda burda mühafizənin işi nədir? Cəmi- 5 işçisiyə ehtiyacı olan bu yaçayış masivində 10- 15 işçi işləyir. 1- komendant, 2- komendant müavini, 3- komendant köməkçisi, 4- mühəndis, 5-suçu, 6- 7- istilik otaplenilərə nəzarət edənlər ər və arvad, 8- İşıqçı, 9- maklr, 2- 3 süpürgəçilər, və s. xatırladım ki, burda lazım olan komendant, bagban, mühəndis, istiliyə baxan, suya baxan 3- maksimum 5 işçi amma işini bilən lazımdır. Min bir əziyyətlə yetişən bağ baxça unudulub heç baxılmır dağılıb gedir, yollar çox pis haldadır, blokların qapıları, işıqlandırılması, liftlər işləmir. Həyətin projektorları yanmır. Külək əsən kimi, yağış, qar yağan kimi işıqlar olmur. Yaşayış massivinin arxa tərəfindən dağıdılmış divarlardan gəlib keçən kənar sakinlər,masivin 3- tərəfindən həyəti bazara çeviriblər, gecələr ərazidə mal, qoyun otarılır, at yarışları keçirilir. Avtoşlar həyəti yarış meydançasına çeviriblər. Rabitəİnformasiay Texnologiya Nazirliyinə çox ehtiyac var, Nazirlik tikdirdiyi evlərə nəzarəti öz üzərinə götürsə məncə sakinlər evlərini satıb və ya baxça məktəb yanında kirayə ev tutmaqdan canlarını qurtararlar. 380- sakin nə istəyir söz verilmiş nəzərdə tutulmuş işlər görülsün. Baxça, məktəb, yol, qeydiyyat bunlar ən əsasdır. Bağbanın adı əmək haqqısı var özü isə yoxdur. Boş qalmış ərazi evlərin arxası əsil zibiliyə çevrilib halbu ki, ordan uşaq əyləncə mərkəzi kimi, idman meydançası kimi istifadə etmək olar. İtlər massivdə sürü halında gəzir. Gecələr it səsindən yata bilməyən sakinlər, quduzlaşmış itlərin qarşısında acizdirlər. İt pişik yuvasına çevrilən evlərin zirzəmiləri yararsız vəziyyətə salınır. Təyin olunmuş mühafizə xidməti demək olar ki,əmək haqqı alır amma heç bir sakinin rastına gəlmir. Həyətdə baş verən hadisələr,kənardan gələnlərə gücü çatmayan sakinlər dərdini mühafizəyə deyəndə mühafizə isə biz vaxtında əmək haqqımızı gözləyirik. Heç kimi heç nəyi qorumuruq deyib sakinlərə başınıza çarə qılın deyirlər.Xatıtladım ki,bu son 5 ayda yaşayış masivində 1 avtomobil aşmış, kənar şəxslərlə 3- dəfə dava düşmüşdür. Məktəb və baxça üçün tam yararlı yerlər var. 380 ailənin yaxın olan məhlədə yaşayan 1600 ailənin baxça və məktəblə təmin olması məqsədə uyğundur. Yarımçıq qalan tikililərin sona çatmasını, gözəl xidmət, su, qaz, işıq, idarələri ilə tanınmış müqavillələr, Binəqədi icra hakimiyyəti, Azərsu, Elekrik şəbəkə, Azərqaz İB, FHN tərəfindən tanınsınlar. Yayda susuz qalmaq, qışda istiliksiz bax bu əsil problemdir. Bu ərazidə 20 klometrdən yaxın nə baxça nə də məktəb var. 380 ailə öz mənzillərinə gəlib getməkdə böyük çətinliklə üzləşir. Uşaqlarını oxuda bilmir. Sakinlərin qeydiyatı yoxdur. Min bir əziyətlə tikilən evlər baxəmsızlıq üzündən dağılıb, sakinsiz qalır, halal pullarını yığıb ev alan sakinlərin evləri sənədsizdir. Heç kim bura nəzarət etmir sakinlər kimə müraciət etsinlər. Ölkə prezidentidən liderimiz cənab İlham Əliyevdən burda yaşayan sakinlər adından kömək istəyirik. Dəfələrlə qonşumuz, səs verdiyimiz Milli Məclisin sədri cənab Oktay Əsədova, Rabitə İnformasıiya Texnologiya Naziri cənab Ramin Quluzadəyə sakinlər adından məktub yazmışıq. Təsüflər olsun ki,hələdə 1- ildir nəticəsiz qalır. Sifariş verdikləri, tikdikləri evlərə nəzarətsiz qoyub, burda yaşayan sakinləri baxımsız buraxıblar. Qış gəlib qazanxana istilik hələdə baxımsız xarabazarlğa dönüb. Qazanxanya yığılan pullar isə havaya sovrulur. Yol, işıq, qaz, istilik təhcizatı ucqar kənd şəraitindədir. 21 əsirdir hələdə qeydiyatsız yaşayan sakinlər mövcuddur. ANT- inşaatın rəhbəri Azad müəllim hər vasitə ilə sakinləri aldadır. Ərazidə boş yer olduğu halda hələdə məktəb və bağça tikintisi ləngiyir. Yeri satmaq üçün "klent" axtarılır. Sakinlərdən süpürgəçi xidmətindən başqa heç bir xidmət göstərmədən pullar yığılır. Massivdə ağac əkib, gül becərən bağbana, sakinlərin asudə vaxtlarını keçirəcək yerin olmaması, nəhayət uşaqların oynamağa yerlərinin olmaması yayda sakinlərin “Çiçək” qəsəbəsindən qaçmasına səbəb olur. 

2000 nəfərə yaxın əhalisi olan “Çiçək” yaşayış masivində yol, məktəb, baxça nəhayət tikilən binaların sakinləri yaşadıqları evlərə qeydiyyata düşəcək?

Həyətdə olan boş yerdə hazırda xarabazarlıq olan ərazidə məktəbin bünövrəsi nə vaxt qoyulacaq?

Işıq xətti nə vaxt dəyişəcək?

Tikilib istifadəyə verilən əhaliyə satılan evlərə nə vaxt qaz veriləcək

Su xətti içməli su texniki sudan ayrılıb sakinlərə veriləcək?

Yol niyə düzəlmir və nəqliyyat nə vaxt düzələcək, 1 və ya 2 balaca aftobus niyə artılmır?

2006 cı ildən tikilib istifadəyə verilən evlərin sakinlərinin hər ay ödədikləri komunal xidmət pulları hara gedir ki bu gün də sakinlərin suya, qazanxanaya və süpürgəçiyə borcu var?

Normal nəzarət nə vaxt Sizin naziiyin ixtiyarında olacaq?



İnanırıq ki, problemlər 2016 ci ildə bitəcək nəhayət Rabitə Texnologiya İnformasiya nazirli hörmətli Ramin müəllim , Binəqədi rayon İcra Hakimiyyəti başçısı hörmətli Xaləddin müəllim özü şəxsən bu məsələyə son qoyacaq.



Hörmətlə; Binəqədi rayon Sulutəpə qəsəbəsi "Çiçək" yaşayış masivinin 480 sakini.


Teqlər:
Bu xəbər cəmi 5460 dəfə oxunuldu
YAZARLAR