Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
10:00 20/7/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
10:29 19/7/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
09:56 18/7/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
09:28 17/7/2018
______________________________
______________________________
______________________________
Hansı məşhur tamada və müğənni
Gəncə hadisələrinin mediada üzə çıxardığı problemlər
Facebook-da Bahar Muradovaya qarşı TƏXRİBAT - VİDEO

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Asif Əsgərov dövlət başçısına qarşı- İcra başçılığından “İMPERATORLUĞA”

Asif Əsgərov dövlət başçısına qarşı- İcra başçılığından “İMPERATORLUĞA”
O, özünü prokonsul hesab edir və əlində tutduğu "Domokl qılıncı” ilə qarşısına keçəni əzməklə məğuldur. Amma unudur ki, o, nə Roma imperiyasında yaşayır, nə də Azərbaycan imperiya qanunları ilə idarə olunur.

Söhbət hər kəsin tanıdığı Asif Əsgərovdan gedir. Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nəsimi rayonuna başçı təyin olunandan sonra öz "imperiya qanunlarını” bura da gətirib və əlindəki səlahiyyətlərlə rayon ictimaiyyətini, xüsusilə sahibkarları asıb-kəsir. Amma o, üzərində taxt qurduğu "imperiyanı” genişləndirmək üçün özünə yol açdığı "Domokl qılıncını” həm də dövlət başçısının ona göstərdiyi etibara, birbaşa ölkə rəhbərliyinin "azad və rifah Azərbaycan” ideyasına endirdiyini də unudur. Görünür, Asif Əsgərov Prezident İlham Əliyev "hər bir məmur xalqın xidmətçisidir” sözlərini eşitməyib, ya da qulaqardına vurur. İkinci versiya daha inandırıcıdır. Çünki "mən xalqın birinci xidmətçiyəm” deyə bəyan edən Prezident İlham Əliyev "Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz” deyəndə bunu bütün Azərbaycan eşitdi. Bu baxımdan, Asif Əsgərovun dövlət başçısının sözlərini qulaqardına vurduğu aydın görünür. Nəsimi rayonundan redaksiyamıza daxil olan çoxsaylı şikayət məktubları da bunu açıq şəkildə göstərir.



Asif Əsgərovun Səbail rayonuna rəhbərlik etdiyi (2009-2015) dövrdə bir çox qanunsuzluğa yol verdiyinə dair mətbuatda kifayət qədər məlumatlar var. Təkcə Hesablama Palatasının Asif Əsgərovun Səbail rayonuna rəhbərliyi dövrlə bağlı açıqladığı hesabatda əksini tapan faktlar hər şeyi ortaya qoyur.



"Mənzil fondunun zərərinin ödənilməsinə tələb olunan vəsaitlərin proqnozlaşdırılması zamanı mənzil fondunun saxlanılması xərclərinin təxmini hesablamalara əsaslandığını, eyni zamanda proqnozların tərtibi prosesində təsiredici faktorların nəzərə alınmadığını qeyd edib.

Əməyin ödəniş dərəcələrinin müəyyənləşdirilməsi və əmək haqqının hesablanılması zamanı qüvvədə olan qanunvericiliyin tələbləri gözlənilməyib, mənzil fondunun gəlirləri üzrə debitor borcun yığılması, habelə xərclərin, zərər məbləğlərinin azaldılması və gəlirlərin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyib, büdcə vəsaitləri hesabına artıq ştat vahidləri saxlanılmış və aparat işçilərinin saxlanma xərcləri maliyyələşdirilib, faktiki xidmət göstərilən ərazilərin sərhədləri dəqiqləşdirilməyib, dövlət büdcəsinin vəsaiti hesabına alınmış təsərrüfat mallarının, yanacaq və ehtiyat hissələrinin silinməsi zamanı mövcud normalara riayət edilməyib, istismar olunan nəqliyyat vasitələri üzrə gündəlik fəaliyyətlə əlaqədar qət edilən məsafəyə dair manevr xətti və marşurut müəyyənləşdirilməyib. Bəzi hallarda dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə və kassa əməliyyatlarının aparılması qaydalarına riayət olunmadığı, mühasibat uçotu və maliyyə hesabatlarının tərtibinin müvafiq təlimatlara uyğun aparılmadığı, kreditor və debitor borcların auditlə əhatə olunan dövrdə mütəmadi artdığı diqqətə çatdırılıb”, - deyə Palatanın ötənil açıqladığı hesabatda bildirilir.



Mətbuatda yayılan informasiyalar isə Asif Əsgərovun dövlət büdcəsindən ayrılan vəsaitləri necə mənimsədiyi göstərir.



1. 2014-cü ildə Səbail Rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərdən təxminən 350,000 manat "Dizayn Construction” MMC-nin vasitəsilə "silinib”.



2. "Unikal Suppley” MMC-inin hesabına keçirilmiş 120 min manat da xüsusi geyim formaları, mal-materiallar və avtoehtiyat hissələrinin satın alınması adı ilə "itib”.



3. Səbail rayonunda həyata keçirilən söküntü işləri də əsasən "JEK”-lərin hesabına həyata keçirilib. Lakin bu məqsədlə ayrılan vəsait Qusar rayonunda qeydiyyatda olan hüquqi şəxsin rəhbərlik etdiyi "Dəzgah Servis” Məhdud Məsuliyyətli Cəmiyyətin vasitəsilə yoxa çıxıb. 



Asif Əsgərovun dövlət büdcəsindən mənismədiyi pulları hara xərcləməsi haqda dəqiq faktlar olmasa da, onun Səbail rayonu ilə vidalaşmasının əsas səbəbi kimi göstərilən hadisə bəzi məqamlara aydınlıq gətirdi.

2014-cü ilin 27 sentyabr tarixində ölümlə nəticələnən yol-nəqliyyat qəzasını çoxlarımız xatırlayır.



Unudulmayan qəza: İlham Əsgərli Asif oğlu 2 sürücü ilə birlikdə "Mercedes S klass” markalı 90-AR-819 dövlət nömrə nişanlı avtomobili ilə Sənan Mirzəyevi yaşadığı General Həmidov kücəsində yerləşən "Grand Park”dan götürərək "paint ball” oynamaq üçün Mərdəkan istiqamətinə yollanırlar. Sürücülər maşının qabaq, Sənan və İlham isə arxasında əyləşirlər. Yolda sürücüdən biri başqa işə çağırıldığı üçün maşından düşür. Avtomobili Pərvin Fətullayev idarə edir. Qəzadan sonra məlum olur ki, sürücü Pərvin Fətullayev həddi buluğa çatmamış və sürücülük vəsiqəsi olmayan 16 yaşlı İlham Əsgərliyə sükanı qanunsuz verərək özü arxada əyləşib. Sənan Mirzəyev də qabağa keçərək İlhamın yanında oturub. Hadisənin sonu təsdiq edir ki, Pərvin Fətullayev İlham Əsgərlinin avtomobili necə idarə etməsinə sonra heç nəzarət etməyib. İlham Əsgərli avtomobili böyük sürətlə idarə edib və Qəbələ rayon sakini Əhliman Süleymanovun idarə etdiyi "Hovo” markalı yük maşınına arxadan çırpıb. 

Hadisədən dərhal sonra İlham Əsgərli 1 saylı Şəhər Kliniki (Semaşko) xəstəxanasına, oradan isə Ankaraya aparılıb. Pərvin Fətullayev və Sənan Mirzəyev Sabunçu Xəstəxanasına aparılıb. Lakin qısa zamanda Pərvin Fətullayevi də buradan çıxararaq 1 saylı Şəhər Kliniki xəstəxanasına aparıblar. "McDonalds” - Azərbaycan şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyev isə Sabunçu xəstəxanasında qalıb və orada dünyasını dəyişib. 



Hələ o zaman Səbail rayon İcra Hakimiyyətinin başçısı olan Asif Əsgərov öz oğlunun və ailə sürücüsünün həyatını xilas etmək üçün hərəkətə keçsə də, oğlunun "öldürdüyü” 16 yaşlı Sənan Mirzəyevin yaşaması üçün heç nə etməyib. 



Daha sonra ictimai qalmaqala səbəb olan bu hadisə Asif Əsgərovun oğlunun həbs olunması ilə nəticələndi. Amma bir insanın ölümünə səbəb olan başçının oğlu qanunvericilikdə nəzərdə tutulan cəzadan çox yüngül cəzaya məhkum edildi. Daha sonra onun həbsxanada azadlıqda olanlarımızdan daha yaxşı yaşadığına dair faktlar ortaya çıxdı. Bu faktlar Asif Əsgərovun dövlət büdcəsindən mənimsədiyi pulların çox az qismi də olsa müəyən hissəsini nəyə xərclədiyini göstərdi.

 


Teqlər:
Bu xəbər cəmi 7590 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR