Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
10:05 27/10/2016
______________________________
______________________________
______________________________
______________________________
09:58 27/10/2016
______________________________
______________________________
Məşhur mama ginekoloqdan qadınlara tövsiyyə
24 saylı baxçada alınan 300 manatın 100 manatı kimə çatır?
Azərbaycanda iki casus yaxalandı

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Hacı Qalib 28-ci Həcc ziyarətini başa vurdu

Hacı Qalib 28-ci Həcc ziyarətini başa vurdu
Milli Məclisin sabiq deputatı Hacı Qalib Salahzadə ümrə (kiçik Həcc) ziyarətindən qayıdıb.

 



Bu barədə o, Yeni Müsavat-a açıqlamasında deyib. Hacı Qalibin sözlərinə görə, oktyabrın 17-də səfərə yollanıb və Məkkədəki müqəddəs ünvanları ziyarət edib:



 



“Bir naxçıvanlı dostum var, Badamlı kəndindən. Onunla bir yerdə getdik və Allahın köməkliyi ilə ziyarət etdik”.



 



Q.Salahzadənin sözlərinə görə, ona göndərilən dəvətdə ümrə ziyarəti zamanı Kəbə evinə daxil ola biləcəyi bildirilibmiş. Elə bu səbəbdən də 28-ci dəfə Həcc ziyarətində iştirak etməməsindən təəssüflənməyib. Çünki budəfəki ümrə ziyarətində Kəbə evində üçüncü dəfə olmaq şansı qazanacaqmış:



 



“Mən 2010 və 2015-ci illərdə Kəbə evinin içərisində olmuşam. Bu dəfə də mənə dəvət gəlmişdi. İldə bir dəfə dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş 250-300 nəfərin iştirakı ilə Kəbənin yuyulması mərasimi keçirilir.



 



Kəbə evinin qapıları həmin gün açılır və müxtəlif ətirlərlə simvolik olaraq Kəbə evinin içərisinin yuyulması mərasimi həyata keçirilir. Amma kiçik həcc ziyarətinə getməzdən bir həftə əvvəl bütün ziyarətçilərə məlumat verildi ki, Kəbə evinin içərisinə girmək mümkün olmayacaq. Bizə dedilər nəzərdə tutulan həmin gün, həmin saatda Səudiyyə kralının özü ziyarətə gələcək. Amma buna baxmayaraq, mən ziyarəti təxirə salmadım”.



 



Hacı Qalibin sözlərinə görə, budəfəki yuyulma mərasimi Kral Salman bin Əbdüləziz əs-Səudun rəhbərliyi ilə həyata keçirildiyi üçün digər dəvətlilər ora buraxılmayıb:



 



“Gözümüzün qarşısında Səudiyyə kralı və oğlu 6 nazirlə bir yerdə Kəbəni ziyarət etdi. Kral iki rükət namaz qıldı”.



 



Hacı Qalib dedi ki, Kəbə evinə daxil ola bilmədiyinə görə də təəssüflənmir:



 



“Sizə bir faktı deyim, Azərbaycan Prezidenti İlham Əliyev müsəlman ölkələri prezidentləri içərisində yeganə dövlət başçısıdır ki, 3 dəfə Kəbə evinin içərisində olub. Bu, Allahın qismətidir. Kəbə evinin içərisində olmaq var-dövlətlə ölçülmür. Gərək Allah istəsin ki, sən ora daxil ola biləsən”.



 



Q.Salahzadə dedi ki, 90-cı ildən getdiyi Həcc ziyarətinə yalnız bu il gedə bilməməsini də Allahın qisməti sayır:



 



“Vaxt olub ki, mən deputat olanda bir günün içərisində Mədinəyə uçmuşam, Peyğəmbərimizi ziyarətdən sonra Məkkəni də ziyarət edib axşam da dostumun təyyarəsi ilə Bakıya qayıtmışam. Səhər isə Milli Məclisin iclasına qatılmışam. İndiyə qədər heç bir deputata bu qədər Həcc ziyarətində olmaq qismət olmayıb, bundan sonra da çətin ki, kiməsə qismət ola. Allahın qisməti başqa şeydir. Mənim şahidlərim var, kimsə düşünməsin ki, düz demirəm. Bu il də Həcc ziyarətimə ona görə getmədim ki, Kəbə evinin içərisinə girməyə dəvətnaməm var idi. İndiyədək 27 dəfə Həcdə olmuşam, amma kiçik həcdə nə qədər olduğum dəqiq yadımda deyil.  Allah getmək istəyənlərə də nəsib eləsin!”



Teqlər:
Bu xəbər cəmi 5295 dəfə oxunuldu
YAZARLAR