Xəbər Lenti

16:31 13/8/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
16:08 13/8/2018
______________________________
13:08 13/8/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
09:52 13/8/2018
______________________________
______________________________
______________________________
09:33 13/8/2018
______________________________
______________________________
______________________________
13:52 11/8/2018
______________________________
______________________________
13:35 11/8/2018
______________________________
______________________________
______________________________
______________________________
00:18 11/8/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
10:28 10/8/2018
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Baba Rzayevin villasını çəkən jurnalistin evinin işıqlarını kəsdilər -VİDEO
Taleh Qaraşov Lənkəranı necə zibilxanaya çevirdi...
FHN generalının otellər şəbəkəsi üzə çıxdı - FOTO
Prezident Abşeron Logistika Mərkəzinin açılışında - FOTO

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanlı gözəldən hovuz kənarında fotolar+müsahibə

Azərbaycanlı gözəldən hovuz kənarında fotolar+müsahibə


"PUL ÖDƏYİB, ÖZLƏRİNİ REKLAM EDİRLƏR"



Axşam.az model Oksana Rzayeva ilə müsahibəni təqdim edir:



- Necə oldu ki, modellik etməyə başladınız?



- 8 ildir modellik biznesindəyəm. Bir brendin mağazasının açılışı idi, kastinq keçirdilər. Həmin vaxt cəmi 15-20 peşəkar modelimiz var idi. Kastinqə özünə güvənən qızlar qatılmışdı. Seçimi fransızlar edirdi, məni də bəyəndilər. Həmin il də agentlikdən təklif gəldi, çalışmağa başladım. 



- Adınızın Oksana olması ilə əlaqədar bir çoxları sizi əcnəbi hesab edir. 



- Bakıda doğulmuşam, burada yaşamışam. Valideynlərim də bakılıdırlar. Kökümüz əsl bakılıdır (gülür)



- Adınızı tez-tez xaricdə keçirilən gözəllik yarışlarında görürük...



- 2012-ci ildə “Miss fotomodel”, 2013-ci ildə Riqada “Miss Top of the World”də  ikinci, “Miss Globe İnternational 2014”də üçüncü, “Miss Euroasia 2016”da isə üçüncü olmuşam. Başqa müsabiqələrdə də olmuşam, müxtəlif nominasiyalarda qalib seçilmişəm. Qatıldığım bütün müsabiqələr dünya səviyyəsində olan yarışmalar idi. İndiki boş-boş, mənşəyi bəlli olmayan müsabiqələrdən uzağam. Bizdən qızların belə müsabiqələrə qatıldığını görürəm. Onların heç biri reytinqli deyil. Müsabiqənin səviyyəli olması çox önəmlidir. Sən əgər dünyəvi müsabiqədə yer tutursansa, bazaya düşürsən. 2013-cü ildən bu yana harada müsabiqə keçirilsə, mənə dəvət gəlir ki, sizi burada görmək istəyərdik. 



- Çoxları Azərbaycanda model biznesinin olmamasından şikayətlənir...



- Azərbaycanda model biznesi yoxdur, peşəkar modellərimiz çox azdır. Hətta cəmi 10-15 peşəkar modelimiz var. Model olmaq üçün məktəbi keçmək, peşəkarlarla işləmək, podiumda gəzməyi bacarmaq lazımdır. Xarici modelyerlərlə işləyən, moda həftələrinə və xaricdə dəfilələrə, lisenziyalı müsabiqələrə qatılanlar azdır. Gərək işi keyfiyyətli görəsən ki, onu reallaşdırmağı bacarasan. Bizdə həm də keyfiyyətə önəm vermirlər. Çəkilişə model dəvət edib, 200 manat verməkdənsə,  1,50 boyu olan qohumunu çağırır 50 manat verirlər. Bu da işi yolaverməkdir. 







"BİZ MODELLƏRİ ELƏ GÜNLƏRƏ SALIRLAR Kİ..."



- Heç xaricdəki model biznesi ilə bizdəkiləri müqayisə etmisiniz? Nələr çatışmır? 



- Bizdəki model biznesini xaricdəki ilə müqayisə etməyin heç yeri yoxdur. Orada modelliyə peşə kimi baxırlar. Qazancları da normaldır. Bizdə modelliyi boş peşə hesab edirlər. Amma bu işin də öz əməyi, çətinlikləri var. Bizim 10 saatlıq məşqlərimiz olur, bütün nümayişlərdən, çəkilişlərdən sonra insanın dərisi, görünüşü, saçları məhv olur. Moda həftəsindən sonra 2 aya güclə özümə gəldim. Gündə 5-7 çıxış olur. Hər modelyerdə öz işini nümayiş etdirmək istəyir. Biz modelləri elə günlərə salırlar ki... Onları da başa düşürəm, işlərini göstərmək lazımdır. Modelliyədə peşə kimi, incəsənət nümunəsi kimi yanaşmaq lazımdır. Bütün peşələrə hörmət edib, dəyər vermək önəmlidir.



- Bu işi daha da inkişaf etdirmək üçün nələr lazımdır? 



- Modellik biznesini inkişaf etdirmək üşün məktəb açıb, kamera ilə işləmək, gəzmək öyrətsinlər. Boya, xarici görünüşə baxıb qızlar seçsinlər. Onda peşəkar modellərdən ibarət baza olar. Bizimkilər dəfiləyə xaricdən qızlar gətirirlər. Onların gəlişi, qalması böyük məbləğ tələb edir. Azərbaycanda bu biznesi inkişaf etdirib, öz qızlarımıza qonorar ödəsələr nə olar? Bizimkilər üçün həmişə kənardan gələn bahalı və maraqlı olub. Hesab edirəm ki, öz ölkənə sərmayə buraxmalısan. Modellərimizə pul qazanmaq imkanı vermələri daha önəmli olar. 



- Bu gün modelliyə qeyri-ciddi peşə kimi yanaşırlar. Çoxları bunu hər yerindən qalxanın özünə "model" deməsi ilə əlaqələndirir. 



- Tam razıyam... Bizim ən böyük problemimizdir. Gedib toy paltarında şəkil çəkdirir, İnstaqramda paylaşır və deyir, “mən modeləm”. Hamı da ona inanır, onu çəkən də özünə fotoqraf adını qoyur. Azərbaycanda bu gün çox və asan inkişaf edən iki peşə var: model və fotoqraf olmaq. Bu çox böyük problemdir. Onlar peşəkar modellərin qonorarını da, səviyyəsini də aşağı salır. Sosial şəbəkədə tez-tez rast gəlirik ki, filan qız gedir müsabiqəyə Azərbaycanı təmsil etməyə və ya fotosessiya etdirdi. Soruşan yoxdur ki, bu qız nə vaxt model oldu, hansı agentlikdən çıxdı? Azərbaycanda cəmi iki agentlik var. Hərəsində də 5-6 nəfər peşəkar modellərdir. Birinci dəfə gördüyümüz qıza model yazılır. Bu sahədə çox qəribə hallar baş verir. Pul ödəyib, özlərini reklam edirlər. Bunlar düzgün deyil. Azərbaycana qayıdanda isə başlarına tac qoyub, hansısa yeri tutduqlarını deyir, yarışmalarda münsif kürsüsündə otururlar. Əgər google-da axtarış versəniz, görərsiniz ki, bu qız heç orda 15-ci yeri də tutmayıb. Hətta tanıdığım qızlar var ki, bu cür etdiyini bilirəm. Hətta hansısa yeri gedib pulla alırlar. Mənim getdiyim müsabiqələrdə nəyinki pulla yer almaq, heç bir qanun pozuntusuna yol verilə bilməz. Bütün xərci isə müsabiqə keçirənlər özləri ödəyir. Mənə isə Azərbaycan bayrağını götürüb, ölkəmi təmsil etmək qalır. 



- Modelyerlər, mağaza sahibləri modellərimizin kaprizli olmasından şikayətlənirlər. Sizin nə kimi kaprizləriniz var?



-  Saçımı, dərimi nümayişlərdən sonra görsəniz, əmin olarsınız ki, kaprizim yoxdur. Modellikdə kaprizlər olmamalıdır. Qızların çoxu gözəllik yarışması ilə modelliyin fərqini görmürlər. Model dəfiləyə çıxır, modelyerin geyimini təqdim edirsən. Sən podiumda özünü göstərmirsən, ağ vərəq olmalısan. Paltar gözəl təqdim olunmalıdır ki, satılsın. Gözəllik yarışmasında isə kaprizlərim olur. Ölkəmi və özümü təqdim edirəm, çalışıram ki, hamıdan gözəl görünüm. Podiumda model modelyerin kaprizini götürməlidir.







"MODEL BİZNESİNİ ALÇALTMASINLAR"



-  Özünüzü nə qədər peşəkar hesab edirsiniz?



- Özümü peşəkar hesab edirəm, həyatımı bu peşəyə vermişəm. Modellik məktəbi keçmişəm, xarici dəfilələrdə olmuşam, moda həftələrində iştirak etmişəm. 2014-cü ildəki müsabiqədə 150 ölkə var idi. Türkiyədən Serkan adlı xoreoqraf məni və özbək qızı tərifləyib, agentliyinə dəvət etmişdi. Bizim podiumda gəzməyimizi bəyənmişdi. Mənim ailəmdə problem oldu, gedə bilmədim. Mənə peşəkarlar qiymət verib, bəyənib. Niyə də özümü peşəkar model hesab etməyim ki? 

Bakıda moda həftələrində qızlara çox az qonorar ödəyirlər. Çoxları bu aşağı məbləğlə razılaşıb, podiuma çıxır. Onların tək məqsədi podiuma çıxıb, özünü model kimi hiss etməkdir. Bunlar etməsinlər, model biznesini alçaltmasınlar.



- Bilirik ki, model hər zaman üzərində çalışmalı, formada qalmalıdır. Siz necə formada qalırsınız? 



- Ciddi pəhriz saxladığımı və hər gün idman etdiyimi desəm, yalan olar. Bu cür arıq olmaq genetikdir. Bədən quruluşumu anamdan götürmüşəm. hansısa müsabiqəyə qatılacağımı biləndə, bir ay əvvəldən idman edir, bədənimi bərkidirdim. Son vaxtlar isə idmanla ciddi məşğul oluram. 



- Nə vaxtsa bu sahədən uzaqlaşmağı düşünürsünüz?



- Hələ yox. Bir neçə planlarım var, İnşallah həyata keçirirəm. Bu sahədən ayrılsam da, problem olmayacaq. Neft Akademiyasının iqtisadiyyat fakültəsini bitirmişəm və magistraturanı oxumuşam. Hər ikisini qırmızı diplomla başa vurmuşam. Öz sahəm üzrə Frankfurtda alman bankında çalışmışam. Məşhur brendlərdən birində menecer kimi çalışmışam. Mənim öz peşəm var. Modellik bir yana, peşəm bir yana. Anam deyir ki, iki işini paralel apara bilsən, modelliklə məşğul ol.







- Modellik sizə maddi və mənəvi nələr qazandırdı? 



- Maddi heç nə qazanmamışam. Mənəvi isə emosiyalar qazanmışam. Məşhur dəfilələrdə yer almışam. Ölkəmi dəfələrlə xaricdə təmsil edib, bayrağımı qaldırmışam. Həmin an keçirdiyin qürur hissini heç nə əvəz edə bilməz. Məni bu sahədən olanlar başa düşə bilərlər. O hisslər əvəzolunmazdır.



- Bildiyim qədəriylə subaysınız. Planda ailə qurmaq var? Ailə qurduqdan sonra bu peşəni davam etdirəcəksiniz?



- Subayam, planım da, namizədim də yoxdur. Qismət, ola bilər sabah kiməsə rast gələrəm, sevərəm və ərə gedərəm. İndi zəmanə pisdir, hamını həyatına buraxa bilmirsən. İnsan özünə tay olan adamla qarşılaşmalıdır. Əigər məni sevən, özümə uyğun kimisə tapacamsa, o məni istər model, istər iqtisadçı, istərsə də fəhlə kimi qəbul edəcək.



Zəhra ƏHMƏDOVA



Foto: Elşən Arif (
İnstagram: elshan_arif, Facebook: Photographer Elshan Arif) 



"Nisa beauty"gözəllik salonuna, stilist Ülviyyə və Zibaya təşəkkür.



 


 



 



 



 



 



 




Teqlər:
Bu xəbər cəmi 4580 dəfə oxunuldu
Əziz Əzizova cinayət işi açılacaq?
“İcra başçıları prezidentin bölgələrdəki təmsilçiləri,polis isə Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Hər halda konstitusiyada belə göstərilir. Bu kontekstdə təəssüf ki, Cəlilabadı bəxti gətirməyən rayon hesab etmək olar. Çünki burda nə icra başçısı Əziz Əzizov ölkə boyu quruculuq, abadlıq işləri həyata keçirən prezidenti layiqincə təmsil edə bilir, nə də polis öz peşə fəaliyyətini layiqincə nümayiş etdirir. Əksinə, icra başçısı 8 illik yarıtmaz fəaliyyəti ilə, polis rəisi isə sifarişli həbslərlə ölkə rəhbərinin abad ölkə, ədalətli cəmiyyət siyasətinə kölgə salırlar”. Bu sətirlərin müəllifi Cəlilabad sakini,Təhməzov Çingiz Fərrux oğludur . Ç. Təhməzov daha bildirdi ki,: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qanunsuz əməlləri əhalini təngə gətirib. Beləki, Cəlilabad rayonu Petrovka kəndinin sakinləri artıq başçının özbaşınalığı və yerli idarəetmə orqanlarının əlindən hara gedəcəklərini kimə şikayət edəcəklərini bilmir. Çəkiliş qrupumuzun əməkdaşlarına dərdlərini bildirən sakinlər ölkə başçısı cənab İlham Əliyevdən imdad dilədilər. Çingiz müəllimin dediyinə görə artıq beş aya yaxındı ki, icra hakimiyyətinin qəbuluna düşə bilmir. Sonuncu dəfə qəbula gələndə başçının vətəndaşa hədə-qorxu gəlməsi vəziyyəti daha da gərginləşdirib. Əziz Əzizovun Çingiz Təhməzova cibinə "tiryək" atdırıb tutduraram ! sözləri onu dəhşətli dərəcədə təəccübləndirib. Redaksiya heyəti olaraq bu hədə-qorxu gəlmələrə görə cənab başçıya bir iki sual ünvanlamaq istədik. Əgər zərrə qədər cəsarətiniz varsa bu suallır cavablayın ! 1) Vətəndaşın cibinə atdırmaq üçün tiryəki kimdən və necə əldə etmisiz? 2) Bilirsinizmi hədə-qorxu gəlmək , vəzifə səlahiyyətlərini aşmaq və vəzifəsindən sui istifadə etmək cinayətdir? 3) Əgər sizdə narkotik vasitə tiryək varsa polis rəisi hara baxır?
YAZARLAR